MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


Mühazirə 6 Bakterioloji silah



Yüklə 336,78 Kb.
səhifə7/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   2   3   4   5   6   7   8   9   10   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

Mühazirə 6
Bakterioloji silah
Bakterioloji silah – kütləvi qırğın silahlarının bir növüdür. Bu silah - bakterial vasitələrə və onlan tətbiq etmək üçün islədilən doyüs sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silahın (BS) əsasını xəstelik törədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edir.
Bakterioloji vasitələrin insanlara, heyvanlara və bitkilərə zədələyici tə'siri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə yoluxucu xəstəlik törədə, yaxud insanları və heyvanları zəhərləyə bilər. Bir çox xəstəliklər xəstə adamdan sağlam adama keçir, insanlar və heyvanlar arasında tez yayılır. Xəstəlik törədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşaratlar, gənələr və gəmiricilərdə qala bilər. Bakterioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli tə'sir dövrünün olmasıdır.
Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top güllələri, raketlərí və içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi konteynerlər və cihazlar vasitəsilə ata bilər. Onları zəhərlənmiş daşıyıcılar da (həşəratlar, gənələr, gəmiricilər) yaya bilər.
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxmasıdır. İçərisində bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstü şəkilli aerozol buludu yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəlik törədicidən, ərazinin relyefindən, meteroloji səraitdən və s. asılıdır.
İnsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçe saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər. Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduqda və ya yoluxmuş - yeyinti məhsullarından və ya sudan istifadə edildikdə zədələnmək olar.

Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər. Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bio¬loji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun. Bioloji zədələnmə ocağı yaranan yerdə karantin və müşahidə rejimləri tətbiq olunur (şəkil 1.).


Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün bakterioloji yoluxmanın ilk sərhədləri də genişlənir və deməli, yoluxucu xəstəliklərin yayılma təhlükəsi artır.
Profílaktika aparmaq və lazımi tədbirləri görmək üçün bakte¬rioloji vasitələrin vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti var. Düsmənin bakterioloji silahdan istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar.
Bakterioloji vasitələri olan hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri qəlpələr yayılır, torpaq və bitki üzərinə damcılar və tozşəkilli maddələr çökür. Bəzən təyyarələrdən müxtəlif yüklərin – konteynerlərin, torbaların (kisələrin), bağlamaların atıldığını da müşahidə etmək olar. Yoluxucu xəstəlik yayan həşəratlar tətbiq edildikdə, hərbi sursatların partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat və gənə toplaşa bilər.
Düsmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verə bilər.
Bunun qarşısını almaq ücün observasiya və karantin postları tə'yin edilir.
Observasiya - epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə məhdudlaşdırma və müalicə-profílaktika tədbirləri sisteminə deyilir.
Tibb bölmələri idarəli təcili profílaktika və müalicə tədbirləri görür. Əgər bütün əhali təhlükəli yoluxucu xəstəliklə mübarizə aparsa, bu tədbirlərin effektli nəticəsi olar.
Həkimin və ya başqa tibb isçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, pal¬tarı, ayaqqabını, yorğan-dösəyi, mebeli və i.a. dezinfeksiya etmək lazimdır.
Xəstəliyin qarşısını alan profílaktika peyvəndlərindən və dər¬mán qəbulundan imtina etmək məqsədəuyğun sayılmır.
Düsmənin bakterioloji silahının tə'sirinə mə'ruz qalmıs rayonda hakimiyyət orqanları xüsusi rejim - karantin yaradırlar və həmin rayona gedis-gəliş qadağan edilir. Karantin - bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya əleyhinə rejimli profílaktik tədbirlər sistemidir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmus qaydaya ciddi riayət etməkdir. Yadda sax-lamaq lazimdir ki, bütün tədbirlər adamların həyatinı və sağlamlığını mühafizə etmək üçün górülür.

Neytron silahının zədələyici xüsusiyyəti


Neytron silahı azgüclü istilik-nüvə sursatıdır. Neytron döyüş sursatının əsas hissələri: gövdədən – deyterium-tritium qarışığından ibarət əsas partlayıcı maddə atımından; neytron mənbəyindən – adi partlayıcı maddəni partladan, habelə zəncirvari parçalanma və sintez reaksiyalarının başlanması üçün təkan verən detanatorlardan ibarətdir. Əsas zədələyici təsiri-neytronlar selinin nüfüzedici tə'sirindən ibarətdir. Neytron sursatının gücü adətən 0,5 kt-dan 2 kt-dək (2 min tonadək) olur. Nüfüzedici radiasiya və onun əsasını təşkil edən neytronlar seli digər nüvə partlayışına nisbətən 5-6 dəfə güclü olduğu üçün adamların radiasiyadan zədələnməsi zərbə dalğasının və işıq şüalanmasının tə'siri dairələrindən daha çoxdur.


Neytron bombası partlayışının tə'sirindən mühafızə olunmayan adamlar partlayış mərkəzindən 800 m-dək məsafədə bir anda, 1600 m-dək məsafədə-partlayışdan bir neçə gün sonra məhv ola bilərlər. Qış vaxtı (rütubətli havada) neytron selinin zərərli tə'sir məsafəsi yayda-kına nisbetən 1,2 dəfəyədək az olur.
Neytron bombasının partlayışı zamanı nüfüzedici radiasiyadan mühafizə nisbətən çətindir. Partlayış zamanı nüfuzedici radiasiyanın tə'sir dairəsi eyni güclü digər nüvə sursatlarının tə'sir dairəsindən təxminən iki dəfə artıqdır.
Bu tə'sirə qarşı daldalanacaqların radiasiyasını zəiflətmə əmsalı 1,5-2 dəfə az olduğuna görə, neytron döyüş sursatından qorunmaq üçün nəzərdə tutulan daldalanacaqda divar və tavanın qalınlığı adi ra¬diasiya daldalanacağındakından 1,2-2 dəfə qalın, yəni 130-150 sm olmalıdır.


Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə