MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


MÜHAZİRƏ 7 FÖVQƏLADƏ HALLARDA YARANMIŞ ŞƏRAİTİN AYDINLAŞDIRILMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 336,78 Kb.
səhifə8/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

MÜHAZİRƏ 7


FÖVQƏLADƏ HALLARDA YARANMIŞ ŞƏRAİTİN AYDINLAŞDIRILMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
radiasiya şəraitinin aydinlaşdirilmasi və qiymətləndirilməsi
Radiasiya şəraiti düşmənin nüvə silahını tətbiq etdikdə və AES-də qəza baş verdikdə yaranır, adamların və müxtəlif obyektlərin radioaktiv maddələrlə zəhərlənməsi ilə nəticələnir.
Radiasiya şəraitini qiymətləndirərkən ərazinin, müəssisənin radioaktiv zəhərlənməsinin miqyası və dərəcəsi, həmçinin zəhərlənmənin dəstə və əhalinin fəaliyyətinə tə'siri tə'yin edilir.
Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən, aşağıdakılar aiddir: radioaktiv zəhərlənmə zonalarının sərhədlərini və onlarda radiasiya səviyyəsinin bölünməsini tə'yin etmək; zəhərlənmə zonalarının müəssisələri torpaqdan istifadə planına və ya sxeminə köçürülməsi; dəstələrin şəxsi hey'ətinin, əhalinin, heyvanların radioaktiv şüalanma dozasının və onların arasında baş verə biləcək itkilərin təyin edilməsi; zəhərlənmiş ərazidə dəstələrin, həmçinin əhalinin tə-sərrüfat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin müəyyən edilməsi.
Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada radiasiyanın səviyyəsini mə'lumat verməklə və ya radiasiya kəşfıyyatı ilə tə'yin edirlər.
Lazım gələrsə, müəssisənin mülki müdafıə qərargahlarında ərazinin, adamların, heyvanların və başqa obyektlərin zəhərlənmə dərəcəsi təxminən qabaqcadan müəyyən edilə bilər. Qabaqcadan tə'yin edilmə üçün ilk mə'lumatlar əsasən aşağıdakılardır: partlayışın (qəzanın) gücü, növü və mərkəzin koordinatları, orta küləyin sür'əti və istiqaməti müəssisənin MM qərargahı bu mə'lumatları rayonunun qərargahından alır və ya özü tə'yin edir
Əgər küləyin orta sür'əti (v) və istiqaməti, partlayış mərkəzindən müəssəyə qədər olan məsafə (R) mə'lumdursa, onda partlayışdan sonra müəssisənin ərazisinə radioaktiv maddələrin çökməsi vaxtını (I) aşağıdakı düsturla tə'yin edirlər:
t=R/v

A. Radiasiya şəraitinin proqnozlaşdırılması


Radiasiya şəraitinin proqnozlaşdırılmasında ilkin şərtlər nüvə partlayışının koordinatları, gücü, tipi, vaxtı, orta küləyin sür'əti və istiqamətidir. Orta külək yer səthindən radioaktiv buludun qalxma hündürlüyünə qədər atmosfer təbəqəsində orta sür'ətə və istiqamətə malik küləyə deyilir. Orta küləyi tə'yin etmək üçün atmosfer təbəqəsini hündürlük boyunca bir neçə vahid təbəqələrə bölərək, hər birində küləyin istiqaməti və sür'əti tə'yin olunur. Orta küləyin istiqaməti, vahid təbəqələrdə küləyin istiqaməti vektorlarının cəmi ilə eyni istiqamətdə olur. Orta küləyin istiqaməti dərəcə ilə (0°-dən 360°-dək) saat əqrəbi istiqamətində qəbul olunur. Şimaldan əsən küləyin istiqaməti (azimut) 0° və ya 360°, şərqdən - 90°, cənubdan - 180°, qərbdən 270°-dir. Orta küləyin sür'əti vahid təbəqələrdəki küləklərin sür'ətləri cəminin təbəqələrin sayına olan nisbətinə bərabərdiı.


Radioaktiv buludun yayılma sektoru aşağıdakı ardıcıllıqla qurulur - xəritədə (sxemdə) göy rənglə nüvə partlayışı mərkəzi qcyd olunur; nüvə partlayışı mərkəzindən orta küləyin istiqamətində göy rənglə sektorun oxu çəkilir; ehtimal olunan zədələnmə zonası göy rənglə qeyd olunur sektorun oxu ilə hər iki tərəfdən 20° əmələ gətirən xətləri çəkməklə A, В, V, Q radioaktiv zəhərlənmə (çirklənmə) zonalarının sərhədləri nıüvafiq rənglərlə (göy, yaşıl, qəhvəyi, qara) işarə olunur. Nüvə partlayışı mərkəzinin yanında partlayışın gücü (kt), partlayışın tipi (y- yer üstü) vaxtı və tarixi qeyd edilir.
Xəritə və sxemlər üstündə proqnozlaşdırma radioaktiv bulud izini tam dəqıqlıyı ilə vermir. Lakin proqnozlaşdırma əsasında bulud qatına qədər ehtımal olunan zəhərlənmə zonaları tə'yin oluna bilər ki, bu da oz növbəsində qabaqcadan insanların, heyvanların, material vasitələrinin mühafizəsinin, obyektlərin normal fəaliyyətinin zəhərlənmə zonalarında təşkilinə, lazım olarsa işçilərin, qulluqçuların, əhalinin və mal-qaranın zəhərli zonalardan çıxardılmasına imkan yaradır.
Kimyəvi şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi
Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait deyilir. Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara, torpağa, bitkilərə, su mənbələrinə və s. tə'sir nəticəsinin dərəcəsini tə'yin etməkdə, həmçinin dəstələrin və əhalinin kimyəvi zəhərlənmə şəraitində xilasetmə və digər tə'xirəsalınmaz işlərin aparılmasında ən məqsədəuyğun fəaliyyətlərinin seçilməsindədir.
Kimyəvi şərait kimyəvi kəşfıyyatın mə'lumatları əsasında, lakin bə'zi hallarda qabaqcadan öyrənilir. Belə öyrənməyə aşağıdakılar aiddir:
• dəstələrin şəxsi hey'ətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini tə'yin etmək;
• kimyəvi silahın basqınına mə'ruz qalmış obyektləri öyrənmək;
• zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, onların tətbiq vasitələrini və üsullarını tə'yin etmək;
• ərazinin xarakterini və hava şəraitini öyrənmək.
Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), növü, üsulları, miqyası, adətən, adi görmə müşahidəsi ilə tə'yin edilir, sonra kimyəvi kəşfıyyatın mə'lumatları ilə dəqiqləşdirilir. Zəhərləyici maddələrin növünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə tə'yin edirlər. Əgər düşmən təyyarələri səpən təyyarə cihazlarından (STC) istifadə edərsə, deməli, zəhərləyici maddələr V tipli qaz və iprit növlərinə aiddir.
Kimyəvi şəraiti qiymətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və istiqamətinin, zəhərləyici maddələrin ərazidə davamlılığının, həmçinin obyektlərin zəhərlənmə xarakterləri və miqyasının öyrənilməsinə xüsusi diqqət yetirilir. Zəhərli havanın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddələrin tətbiq cdildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələrin şəxsi hey'ətinin və əhalinin mühafizə vasitələri olmadan təhlükəsiz ınəntəqəyə qədər olan yola deyilir.
Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar aiddir:
•kimyəvi silahın tətbiq olunduğu rayonunu böyüklüyü;
•buxar və duman (aerozolu yaradan) halına keçən zəhərləyici maddələrin miqdarı və onların zəhərliliyi;
havanın şaquli dayanıqlıq dərəcəsi;
yerin relyefi və bitkilərin xarakteri
Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci. Birinci bıılud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mühafizə olunmayan adamlara, heyvanlara və başqa obyektlərə tə'sir fəaliyyəti az olur. İkinci bulud isə yerdən və əşyalardan zəhərləyici maddələrin damcılarının buxarlanması nəticəsinde əmələ gəlir. Bu da küləyin istiqamətilə yayılır və zəhərləyici maddələrin buxarlanma müddətində zədələnmə verir.
Qiymətləndirmə qaydaları kimyəvi silahın tətbiqi şəraitindən asılı oraraq müxtəlif ola bilər. Lakin bunu çox vaxt aşağıdakı ardıcıllıqla aparırlar:
maddənin növünü, təxmini vasitələrini, onun tetbiqi üsullarını və miqyasını tə'yin edilirlər;
ərazi, külək əsən tərəfdən kimyəvi silahın tətbiq olunması rayonundan proqnoz metodu ilə zəhərli hava buludunun təhlükəli yayılma sahəsi və vaxtı, həmçinin onun qalma rayonunu öyrənilirlər.

Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə