Mühazirə №11 Mövzu: Məsləhət və Psixoterapiya. Yönləndirmə


Məqsədyönlü psixoterapiaya –



Yüklə 26,46 Kb.
səhifə2/4
tarix09.01.2022
ölçüsü26,46 Kb.
#82738
növüMühazirə
1   2   3   4
18.Məsləhət və Psixoterapiya.Yönləndirmə

Məqsədyönlü psixoterapiaya – psixoterapiyanın geniş yayılmışformalarından olan məqsədyönlü psixoterapiya pasientin təfəkkürünə təsir etməklə onun öz xəstəliyinə münasibətinin dəyişməsinə nail olmaq formasıdır.Bəzən bu psixoterapiya izahedici və ya məntiqi əsaslarla inandırma üsuluda adlandırılır.Məqsədyönlü psoxoterapiyanı,adətən ,psixoterapev öz otağında və ya xüsusi psixoterapiya kabinetlərində aparır.Psixoterapevtin ümdə məqsədi xəstəyə baş vermış patoloji halın səbəbini ,hansı nəticə verə biləcəyini izah etməkdir.Xəstəyə daha səmərəli təsir göstərmək üçün terapevt xəstənin şikayətlərini dərindən öyrənməli sonra təhlil etməlidir.Unutmaq olmazki ,xəstələrin əksəriyyətinin (hamısının yox) öz xəstəliyi haqda kifayət qədər məlumatı olur.Perapevtin hər bir sözünə,əhvali-ruhiyyəsinə,mimikasına həssaslıqla yanaşırlar.Psixoterapevtin yüksək səriştəli mütəxəssis olması,hər bir xəstə ilə onun anlaya biləcəyi dildə söhbət etmək bacarığı psixoloji təsirin müvəffəqiyyətini təmin edən amillərdir.Söhbət zamanı terpevt xəstənin yalnış fikirlərini,qorxu hissini və s. Həssasliqla terapevtə xas olan nəzakət qaydalarına əməl etməklə aradan qaldırmağa çalışmalıdır.Terapevtin əsaslandırdığı fikirlər,bu məqsədlə çəkdiyi misallar,xəstənin fərdi xüsusiyyətləri (təhsili,yaşı,cinsi,mədəni səviyyəsi və s)nəzərə alınmaqla,sadə və anlaşılan tərzdə edilməlidir.Psixoterapevtin son məqsədi xəstəyə öz xəstəliyinə qarşı müsbət tənqidi münasibət yaratmaq və beləliklə xəstəliyin gedişində dönüş yaratmaqdır.

Məqsədyönlü psixoterapiya , bir qayda olaraq ,ardıcıl formada həftədə 2-3 dəfə aparılır.Söhbətin müddəti 15-20 dəqiqə ola bilər.Əlbəttə.bu müddət heç də mütləq deyil.Xəstəliyin formasından,şəxsiyyətin fərdi xüsusiyyətlərindən asılı olaraq dəyiş bilər.Psixoterapiya digər müalicə formalarının tətbiqi ilə (məs. Farmakoterapiya,fizioterpiya və s )paralel aparılmalıdır.Məqsədyönlü psixoterapiya “təfəkkür tipli” şəxslərdə daha səmərəli sayılır.


Yüklə 26,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə