Mühazirə 13: Pol imer makromalekulunun çevikliyi Plan Etan molekulunda daxili fırlanma



Yüklə 97,83 Kb.
Pdf görüntüsü
tarix26.05.2018
ölçüsü97,83 Kb.
#46017
növüMühazirə


Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap



 

zamanı i


stinad vacibdir. 

 

 





Fənn: Yüksək molekullu birləşmələr kimyası

 

Müəllim: Yavər Cəfər qızı Qasımova

 

Fakültə:

  Kimya 

İxtisas: Kimya müəllimliyi

 

Kafedra: 

Üzvi kimya və kimya texnologiyası

 

Təhsil pilləsi: 

Bakalavr 

Mühazirə

 13: Pol

imer makromalekulunun çevikliyi

 

Plan 

1. 


Etan molekulunda daxili fırlanma

 

2. 



Fırlanmanın potensial çəpəri

 

3. 



Polimer makromolekulunda daxili fırlanma

 

4.  Makromolekulun 



çevikliyinə təsir edən amillər

 

13.1. 



Etan molekulunda daxili fırlanma

 

XX əsrin 3

-cu i

llərinə kimi polimer makromolekulları cod, sərt hissəciklər kimi təsəvvür olunurdu 



ki, bu da polimerlər üçün xarakter olan bir çox xassələri izah etməyə imkan vermirdi.

 

Makromolekulun formaları haqqında düzgün təsəvvür, yalnız molekulda xüsusi hərəkət növünün 



daxili fırlanmanın mövcud olduğu kəşf edildikdən sonra yarandı. Polimerlərin əksər fiziki

-mexaniki 

xassələrinin izahı üçün əsas götürülən makromolekulun çevikliyi haqqında anlayış məhz molekulda 

daxili fırlanma hərəkəti ilə əlaqədar olaraq formalaşmışdır. Makromolekullarda daxili fırlanmanın 

xarakterini başa düşmək üçün əvvəlcə daha sadə olan etan molekulunda hərəkətin bu növü ilə tanış 

olaq. Etan molekulunda karbon atomları hidrogen atomları ilə δ rabitə vasitəsilə birləşmişlər və 

molekulda valent buca

qları 109°28

-dir. Vant-



Hoff belə bir mülahizə söyləmişdir ki, metil qrupları 

onları birləşdirən rabitə ətrafında sərbəst fırlana bilər.

 

Molekulun bir hissəsinin digər hissəsinə nisbətən bu cür fırlanmasına daxili fırlanma deyilir. 



Əgər daxili fırlanma molekulun enerjisinin dəyişməsilə müşayət olun

m

ursa, belə fırlanma sərbəst 



fırlanma adlanır. Etanda bütün hidrogen atomları eyni xarakterli olduğundan güman etmək olar ki, 

molekulda daxili fırlanma sərbəstdir. Lakin bir

-

birilə kimyəvi rabitədə olmayan atomların qarşılıqlı 



təsiri nəticəsində belə fırlanma sərbəst deyildir. Metil qrupları bir

-

birinə nisbətən fırlanarkən bu 



qruplarda olan hidrogen atomları, proyeksiyaları şəkildə göstərilmiş iki vəziyyətdə ola bilərlər.

 



Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap



 

zamanı i


stinad vacibdir. 

 

 





Sərbəst birləşdirilmiş 

zəncir istənilən 

konformasiya ala bilər. 

H

H



H

H

H



H

H

H



H

H

H



H

C

C



C

C

H



H

H

H



H

H

H



H

H

H



H

H

a)



b)

 

13.2. 



Fırlanmanın potensial çəpəri

 

Yuxarıdakı proyeksiyada 



a- v

əziyyətində ayrı

-

ayrı metil qruplarında C



-

H rabitələri bir

-

birilə 60° 



bucaq təşkil etdiyi halda

b- v

əziyyətində bu bucaq sıfırdır, yəni hidrogen atomları fəzada bir

-birinin 

üzərində yerləşmişlər.

 

Əgər birinci halda molekulun daxili enerjisi U



1

, ikinci halda U

2

 

isə, onda aydındır ki,  U



2

- U


1

 > 0 


olacaq, çünki, hidrogen atomları bir

-

birinin üzərində dayandıqda onlar arasındakı məsafə minimum 



olur və qarşılıqlı dəf qüvvələrinin yaranması hesabına molekulun daxili enerjisi artır. Əgər molekulun 

a 

halın


da potensial enerjisi minimumdursa, b 

halında onun qiyməti maksimum olur. Deməli

, daxili 

fırlanma nəticəsində molekulun potensial enerjisi özünün minimum qiymətindən maksimum qiymətinə 

qədər dəyişir və belə fırlanmanın baş verməsi üçün molekulaya xaricdən əlavə enerji vermək lazım 

gəlir. Molekulun minimum enerjisi olduğu haldan onun maksimum enerjisi olduğu hala keçməsi üçün 

lazım olan enerjiyə fırlanmanın potensial çəpəri

 deyilir. Molekulun ehtiyat enerjisi 

(yaxud ona verilən 

əlavə enerji) potensial çəpərin qiymətindən kiçik olduqda, molekul potensial enerjinin minimum 

qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş verməyərək, molekulun hissələri yalnız 

rəqsi hərəkət edirlər. Belə fırlanma tormozlanmış daxili fırlanma adlanır. Potensial çəpərin olması 

nəticəsində etanda və eləcə də daha mürəkkəb molekullarda daxili fırlanma tormozlanmış xarakter 

daşıyır.


 

Polimer makromolekullarında daxili fırlanmanın mümkün olması ilk dəfə Kun, Mark və Qut 

tərəfindən göstərilmişdir. Karbon atomlarının yalnız δ

-

rabitələrlə 



birləşdiyi təcrid olunmuş polimer zəncirinə baxaq. Belə zəncirdə 

elementar zvenolar istilik hərəkətinə malikdirlər və bir zveno qonşu 

zvenoya nisbətən fırlana bilər.

 

Fərz edək ki, bu zəncirdə valent bucaqları fiksə olunmuş halda 



deyildirlər və δ

-

rabitə ətrafında fırlanma sərbəstdir. Belə model zəncir



 

sərbəst birləşdirilmiş zəncir adlanır. Deməli,

 

sərbəst birləşdirilmiş 



zəncirin zvenoları fəzada qonşu zvenoların vəziyyətindən asılı 

olmayaraq ixtiyari vəziyyət ala bilər. Bu cür zəncir son dərəcə ç

evik 



Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap



 

zamanı i


stinad vacibdir. 

 

 



zəncirdir.

 

Molekulun kimyəvi rabitələ



qırılmadan istilik hərəkəti nə

ti

cəsində aldığı fəza vəziyyətlərinə



 

konformasiyalar və ya fırlanma izomerləri deyilir. Deməli, son dərəcə çevikliyə malik olan

 

sərbəst 


birləşdirilmiş zəncir

 

istənilən konformasiya ala bilər.



  

13.3. Polimer makromolekulunda daxili fırlanma

 

Real makromolekul zəncirlərində valent bucaqları müəyyən qiymətə malikdirlər və zvenoların 

fırlanması zamanı

 

çox az dəyişə bilərlər. Ona görə də zəncirdə olan hər bir



 

zvenonun vəziyyəti

 ondan 

əvvəlk


zvenonun vəziyyətindən asılı olur. Bunun nəticəsidir ki, sərbəst birləşdirilmiş zəncirlərə 

nisbətən real polimer zəncirlərində konformasiyaların sayı az, çeviklik isə kiçik olur. S.Y.Bresler və 

Y.İ.Frenkel göstərmişlər ki, polimer makromolekulunda daxili

 

fırlanmanın tormozlanması kimyəvi 



rabitədə olmayan atomların qarşılıqlı təsiri ilə əlaqədardır. Belə qarşılıqlı təsir eyni zəncirin 

(molekuldaxili) və müxtəlif zəncirlərin (molekullararası) atomları arasında baş verə bilər. Ayrı

-

ayrı 


makromolekulların atomları, qrupları və zvenoları arasında meydana çıxan molekullararası qarşılıqlı 

təsir qüvvələrini miqdarı cəhətdən xarakterizə etmək olduqca mürəkkəbdir. Ona görə də miqdari 

hesablamalarda yalnız bir zəncirdəki kimyəvi rabitədə olmayan atom və atom qruplarının qarşılıqlı 

təsiri ilə əlaqədar meydana çıxan molekuldaxili təsiri nəzərə alırlar. Molekuldaxili qarşılıqlı təsirin iki 

növünü fərqləndirmək lazımdır

:  


1. Yaxın tərtibli qarşılıqlı təsir. 

 

2. Uzaq tərtibli qarşılıqlı təsir.



 

Yaxın tərtibli təsir, aralarındakı məsafə az olan (məsələn, qonşu zvenolarda) atomlar və qruplar 

arasında meydana çıxır. Uzaq tərtibli təsir isə zəncir boyunca bir

-

birindən nisbətən uzaqda yerləşmiş 



atom və qruplar arasında baş verir (məsələn, yumaq şəklində olan uzun zəncirlərdə). Sərbəst 

fırlanmanın tormozlanması yaxın tərtibli qarşılıqlı təsirin mövcud olması ilə əlaqədardır.

 

Təcrid olunmuş çevik zəncir zvenoların istilik hərəkəti nəticəsində qıvrılmış forma alır



Nizamsız 

qıvrılmış makromolekulaya molekulyar statistik yumaq deyilir. 

 

Satatistik yumaq



 


Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap



 

zamanı i


stinad vacibdir. 

 

 



Yumağın ucları arasındakı məsafə

nin (



) e



yni qiymətinə müxtəlif konformasiyalar

 u

yğun ola bilər 



(şəkildə iki konformasiya

 

verilmişdir). Məsafənin eyni qiyməti ilə xarakterizə olunan konformasiyaların 



sayı

 

və ya zəncirin termodinamik ehtimalı 



 

2

2



2

3

2



3

2

4



2

3

)



(

Nb

r

e

Nb

dr

r

W









 



Qauss düsturu ilə sərbəst birləşdirilmiş zəncir üçün hesablanır.

 r

qıvrılmış zəncirin ucları 

arasındakı məsafə, 



N

zəncirdə olan zvenoların sayı,

 b- zveno

nun uzunluğudur.

 

Yuxarıda dedik ki, valent bucaqlarının müəyyən qiyməti ilə xarakterizə olunan real zəncirlərdə 



zvenoların vəziyyəti bir

-

birindən asılıdır. Lakin uzun zəncirlərdə bir



-

birindən kifayət qədər uzaqda 

yerləşmiş zvenolar arasındakı bu asılılıq çox zəifdir, əgər bu zvenoları düz xətlərlə birləşdirsək, onda 

bu xətlərin istiqamətləri də bir

-

birindən asılı olmayacaqlar.



 

 

Bu o deməkdir ki, 



N- sayda b

uzunluqda zvenodan ibarət zənciri, 



uzunluqda 

sayda müstəqil 

statistik elementə ayırmaq olar. Bu halda 

z > N,  b < l. 

Fəzadakı vəziyyəti qonşu zvenoların 

vəziyyətindən asılı olmayan statistik elementə və ya zəncir hissəsinə seqment deyilir. Deməli, 

seqmentin qiyməti polimer zəncirinin qıvrılmaq qabiliyyətinin yəni çevikliyinin ölçüsü kimi qəbul edilə 

bilər.

 

Zəncirin müstəqil seqmentlərə ayrılması



 

Son dərəcə çevik (sərbəst birləşdirilmiş zəncir) makromolekulda seqmentə bir zveno daxildir.

 

Seqmentin qiyməti böyük olduqca makromolekulun çevikliyi az olur.



 

Makromolekulun çevikliyindən asılı olaraq polimerlər müxtəlif konformasiya formaları alırlar. 

 

Yüksək dərəcədə çevikliyə malik olan makromolekullar qııvrılaraq yumaq şəklini alırlar, çünki bu 



hal səthin və deməli, sərbəst enerjinin azalması ilə xarakterizə olunur. Lakin tormozlanma nəticəsində 

çevikliyin məhdud olması, makromolekul zəncirinin kürə şəklini almasına imkan vermir. Buna 

baxmayaraq, molekuldaxili qarşılıqlı təsir qüvvələrinin daha güclü olduğu hallarda kürə şəki

lli 


konformasiyanın yaxud qlobulların yaranmasl mümkündür (polivinilxlorid, fenol

-formaldehid 




Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap



 

zamanı i


stinad vacibdir. 

 

 



qətranları, bəzi zülallar və. s)

 

Molekuldaxili qarşılıqlı təsir qüvvələrinin mövcud olması bir çox hallarda xüsusi konformasiya 



növünün spiralvari formanın yaranmasına səbəb olur. Məsələn, polipeptidlərdə spiralvari formanın 

meydana çıxması davamlı hidrogen rabitələrinin mövcud olmasından irəli gəlir. Spiralvari 

konformasiya bəzi vinil monomerlərinin polimerlərində də müşahidə olunur (izotaktik polipropilen), 

lakin 


bu halda konformasiya hidrogen rabitələri ilə stabilləşmə

di

yindən davamlı olmur.



 

Polimer makromolekullarının termodinamik və kinetik çevikliyini fərqləndirmək lazımdır. Əgər 

zəncir zvenosunun bir vəziyyəti U

1

, istilik hərəkəti nəticəsində aldığı digər vəziyyəti U



2

 potensial enerji 

ilə xarakterizə olunursa, bir haldan o biri hala keçidin enerjisi ∆ U = U

2

- U



1

 

ilə müəyyən olunur.



 

Zəncirin  ∆U enerjilər fərqi ilə müəyyən olunan çevikliyi termodinamik çeviklik adlanır. 

Termodinamik çeviklik zəncirin konformasiya çevrilmələrinə meyllik qabiliyyəti haqqında təsəvvür 

verir. Lakin zəncirin bir konformasiya halından digərinə keçmək imkanından başqa, bu keçidin sürəti 

də nəzərə alınmalıdır. Konformasiya çevrilmələrinin sürəti fırlanmanın potensial çəpəri U

0

 



ilə xaric

təsir enerjisinin nisbətindən asılıdır.



 U

0

 



 

böyük olduqca zvenoların fırlanması daha yavaş gedir və 



çeviklik az olur.

 U



ilə müəyyən olunan belə çeviklik kinetik çeviklik adlanır. Termodinamik və kinetik 

çeviklik bir

-

birindən fərqlənə bilər. Yüksək termodinamiki çevikliyi olan zəncirdə zvenoların fırlanma 



sürəti az ola bilər və makromolekul özünü sərt zəncir kimi aparar.

 

13.4. Makromolekulun çevikliyinə təsir edən amillər



 

Polimer makromolekulunun çevikliyi fırlanmanın potensial çəpərinin qiymətindən, 

polimerin orta 

molekul kütləsindən, əvəzedicilərin təbiətindən və ölçülərindən, temperaturdan, fəzaquruluşlu 

polimerlərdə isə eninə istiqamətdə rabitələrin sıxlığından asılıdır.

 

Fırlanmanın potensial çəpərinin qiyməti molekuldaxili və molekullarası qarşılıqlı təsirlə müəyyən 



olunur. Yuxarıda qeyd edildiyi kimi, molekullararası qarşılıqlı təsir qüvvələrinin təbiəti çox mürəkkəb 

olduğundan, təcrübədə ayrıca götürülmüş makromolekulda atomlar və atom qrupları arasında 

yaranan qarşılıqlı təsirlə müəyyən olunan potensial çəpərin qiyməti nəzərə alınır.

 

Bu tip qarşılıqlı təsir qüvvələri isə makromolekulun tərkibi və quruluşundan çox asılıdır.



 

Doymuş yüksəkmolekullu karbohidrogenlərdə ∆ U və U

çox da böyük deyildir və buna görə də 



onların termodinamik və kinetik çevikliyi yüksəkdir. Makromolekulda bir qat rabitə yanında ikiqat 

rabitə olduqda potensial çəpərin qiyməti aşağı düşür və çeviklik artır. Məsələn, poliizopren, 

polibutadien çox çevik polimerlər qrupuna aiddirlər. 

 

Polimer makromolekulunda polyar qrupların (



-CN, NO

2

 



OH və. s) olması potensial çəpərin 

qiymətini artırır və çeviklik azalır. Belə polimerlərə poliakrilnitril, polivinil spirti, polivinilxlorid və.s misal 




Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap



 

zamanı i


stinad vacibdir. 

 

 



göstərilə bilər. Əgər polyar qruplar zəncir boyunca seyrək yerləşirsə onda molekuldaxili qarşılıqlı təsir 

zəifləyir, potensial çəpərin qiyməti azalır və çeviklik yüksəlir. Heterozəncirli polimelərdə daxili fırlanma 

müxtəlif atomlar arasındakı rabitələr ətrafında olduğundan onun potensial çəpəri kiçik, çevikliyi isə 

yüksək olmalıdır. Lakin bu tip əksər

 

polimerlərdə (poliefirlər, poliamidlər və.s) qonşu zvenolar 



arasında hidrogen rabitələri yarandığından onların çevikliyi gözlənildiyindən az olur.

 

Fırlanmanın potensial çəpərinin qiyməti zəncir boyunca bir



-

birinə yaxın yerləşmiş zvenolardakı 

qrupların arasında olan qarşılıqlı təsirlə əlaqədar olduğundan zəncirin uzunluğu, yəni polimerin 

molekul kütləsi çevikliyə təsir göstərməməlidir. Lakin makromolekulda zvenoların sayı artdıqca 

zəncirin ala bildiyi konformasiyaların miqdarı artmalıdır.

 

Böyük ölçülü əvəzedicilər daxili fırlanmanı çətinləşdirdiklərindən belə əvəzediciləri olan 



makromolekulların çevikliyi az olur (polist

irol). 


Eyni karbon atomunda iki əvəzedici olduqda da çeviklik kiçik olur (poli

α



-metilstirol, polimetil 

metakrilat). 

Fəza quruluşlu polimerlərdə eninə istiqamətdə rabitələrin sıxlığı çevikliyə böyük təsir göstərir

X



ətti makromolekulları bir

-

birilə bağlayan eninə istiqamətdə kimyəvi rabitələr zvenoların 



mütəhərrikliyini kəskin surətdə azaldır və bunun nəticəsində daxili fırlanma çətinləşir. Əgər eninə 

istiqamətdə rabitələrin sıxlığı azdırsa onda zəncirin bu rabitələr arasındakı hissələri özlərini xətti 

makromolekul kimi aparırlar. Məsələn, zəif vulkanlaşdırılmış (2

-

3% kükürdlə) təbii kauçukun çevikliyi 



vulkanlaşmamış kauçukun çevikliyindən az fərqlənir. Eninə istiqamətdə rabitələrin sıxlığı artdıqca 

çeviklik də azalır.

 

Temperaturun yüksəlməsilə molekulun kinetik enerjisi artır, zvenoların fırlanması daha sərbəst 



olur. Bu zaman konformasiya çevrilmələrinin sürəti artdığından bütün polimerlər üçü

n temperaturun 

yüksəlməsi makromolekulun kinetik çevikliyini yüksəldir.

 

Praktikum / 



Sərbəst araşdırma

 

 



Makromolekulun çevikliyi, ona təsir edən amillər barədə ətraflı məlumat

 

Testlər



 

1. 

XX əsrin 30

-

cu illərinə kimi polimer makromolekulları nə cür təsəvvür olunurdu?



 

A) Cod, sərt

 

B) Cod, yumşaq



 

C) Yumşaq, parlaq

 

D) Heç bir təsəvvür yox idi



 


Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap



 

zamanı i


stinad vacibdir. 

 

 



E) Sərt, parlaq

 

2. 

Makromolekulun formaları haqqında düzgün təsəvvür kim tərəfindən və hansı kəşfdən sonra 

yarandı?

 

A) Vant-



Hoff; molekulda xüsusi hərəkət növünün –

 

daxili fırlanmanın mövcud olduğunu kəşf 



etdikdən sonra

 

B) Ştaudinger; molekullararası fırlanmanın kəşfindən sonra



 

C) Vant-


Hoff; molekuldaxili irəliləmə hərəkətinin kəşfindən sonra

 

D) Qauss; molekulda xarici fırlanmanın kəşfindən sonra



 

E) Y.İ.Frankel; molekulda daxili fırlanmanın olmaması sübut olunduqdan sonra

 

3. Vant-

Hoffa görə, etanda metil qrupları onları birləşdirən rabitə ətrafında sərbəst fırlana bilər. 

Mole

kulun bir hissəsinin digər hissəsinə nisbətən bu cür fırlanmasına nə deyilir?



 

A) 


Daxili fırlanma

 

B) 



Sərbəst fırlanma

 

C) Xarici fırlanma



 

D) Fırlanmanın tormozlanması

 

E) Məcburi fırlanma



 

4. 

Metil qrupları bir

-bi

rinə nisbətən fırlanarkən rabitədə olmayan



 

hidrogen atomlarının 

proyeksiyaları neçə və hansı formalarda

 

ola bilər?



 

A) 


2; örtülmüş və tormozlanmış

 

B) 



1; örtülmüş

 

C) 3; örtülmüş, qıvrılmış və tormozlanmış



  

D) 2; tormozlanmış və statistik yumaq

 

E) elə vəziyyət mümkün deyil



 

5. 

Tormozlanmış daxili fırlanma nədir?

 

A) Molekulun ehtiyat enerjisi (yaxud ona verilən əlavə enerji) potensial çəpərin qiymətindən kiçik 



olduqda, molekul potensial enerjinin minimum qiymətinə uyğun halından çıxa bilmir və daxili 

fırlanma baş verməyəcək.

 

Buna tormozlanmış daxili fırlanma deyilir.(yəni yalnız rəqs edəcək



B) Molekulun ehtiyat enerjisi potensial çəpərin qiymətindən böyük olduqda, molekul potensial 

enerjinin minimum qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş v

ermir. Buna 




Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap



 

zamanı i


stinad vacibdir. 

 

 



tormo


zlanmış daxili fırlanma deyilir

 

C) Molekulun ehtiyat enerjisi potensial çəpərin qiymətindən kiçik olduqda, molekul potensial 



enerjinin maksimum qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş vermir. Buna 

tormozlanmış daxili fırlanma deyilir

 

D) Molekulun ehtiyat enerjisi potensial çəpərin qiymətindən böyük olduqda, molekul potensial 



enerjinin maksimum qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş vermir. Buna 

tormozlan

mış daxili fırlanma deyilir

 

E) Molekulun eht



iyat enerjisi potensial çəpərin qiymətinə bərabər olub, potensial enerjinin 

maksimum qiymətinə uyğun halından çıxaraq daxili fırlanma baş vermir. Buna tormozlanmış 

daxili fırlanma deyilir

 

6. 

Molekuldaxili qarşılıqlı təsirin neçə növü var və hansılardır?

 

A) 2; Yaxın və uzaq tərtibli qarşılıqlı təsir



 

B) 3; Yaxın, orta və uzaq tərtibli qarşılıqlı təsir

 

C) 2; kinetik və termodinamik



 

D) heç bir növü yoxdur

 

E) 2; tormozlanmış və statistik yumaq



 

7. 

Uzaq tərtibli təsir hansı atomlar arasında yaranır?

 

A) Zəncir b



oyunca bir-

birindən nisbətən uzaqda yerləşmiş atom və qruplar arasında

 

B) Aralarındakı məsafə çox kiçik olan atom və qruplar arasında



 

C) Zəncir boyunca bir

-

birinə yaxın yerləşmiş atom və qruplar arasında



 

D) Molekul kütlələri fərqli olan atomlar arasında

 

E) 


Zəncir boyunca eyni məsafədə yerləşmiş atomlar arasında

 

8. 

Seqmentin qiyməti ...(A) olduqca makromolekulun çevikliyi ...(B) olur:

 

    A      



 

    B 


A) Böyük,

                    

azalır

 

B) Kiçik,



                      

azalır


 

C) Kiçik,

                      

çoxalır


 

D) Böyük,

                    

çoxalır


 

E) Böyük,

                    

dəyişməz


 


Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap



 

zamanı i


stinad vacibdir. 

 

 



 

9. 

Fırlanmanın potensial çəpərinin qiyməti hansı qarşılıqlı təsirlə müəyyən olunur?

 

A) M



olekuldaxili və molekullararası

 

B) Kinetik 



C) Qarşılıqlı cəzbetmə qüvvəsinin təsiri ilə

 

D) Fiziki 



E) Termodinamik 

10. 

Aşağıdakı variantlardan düzgün olanı seçin:

 

A) Əgər polyar qruplar zəncir boyunca seyrək yerləşirsə, onda molekuldaxili qarşılıqlı təsir 



zəifləyir, potensial çəpərin qiyməti azalır və çeviklik yüksəlir

 

B) Əgər polyar qruplar zəncir boyunca sıx yerləşirsə, onda molekuldaxili qarşılıqlı təsir zəifləyir, 



potensial çəpərin qiyməti artır və çeviklik yüksəlir

 

C) Əgər qeyri



-

polyar qruplar zəncir boyunca seyrək yerləşirsə, onda molekuldaxili qarşılıqlı təsir 

zəifləyir, potensial çəpərin qiyməti azalır və çeviklik azalır

 

D) Əgər polyar qruplar zəncir boyunca seyrək yerləşirsə, onda molekuldaxili qarşılıqlı təsir artır, 



potensial çəpərin qiyməti azalır və çeviklik azalır

 

E) Əgər polyar qruplar zəncir boyunca seyrək yerləşirsə, onda molekulxarici itələmə güclənir, 



potensial çəpərin qiyməti və çeviklik azalır

 

Ədəbiyyat



 

1. 


Əkbərov O.H., Əzizov A.Ə., Əkbərov E.O. Yüksək molekullu birləşmələr kimyası. Bakı, 

Universitet nəşr., 2004



 

2. 


Əkbərov O.H., Əzizov A.Ə. Yüksək molekullu birləşmələr kimyası, Bakı, Universitet nəşr., 

2007 

Yüklə 97,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə