Mühazirə 13. Səs -küy normaları. Səs küyün insanlara təsiri Plan



Yüklə 57,11 Kb.
səhifə2/5
tarix28.12.2022
ölçüsü57,11 Kb.
#98017
növüMühazirə
1   2   3   4   5
13 ENS az

Səs-küyün insan orqanizmə təsiri
Səs-fiziki hadisə olub, səs mənbəyinin elastik mühitdə yaratdığı hərəkət dalğalarına deyilir.
Müxtəlif intensivlikdə və tezlikdə səslər məcmusunun insanda yaratdığı xoşa gəlməz təəssürat səs-küy adlanır. Səs dalğalarının yayılma sürəti mühitin elastikliyindən və sıxlığından asılıdır. Məsələn: səsin havada yayılma sürəti 344 m/san, suda 1500 m/san, poladda 5000 m/san, parçada 500…1200 m/san, rezində 40…150 m/san-dır.
Açıq fəzada səs dalğaları mənbədən hər tərəfə eyni sürətlə yayılır, məsafə artdıqca səs səviyyəsi zəifləyir. Səs dalğaları hər hansı bir maneəyə rast gəldikdə onun bir hissəsi əks olunur, bir hissəsi udularaq istiliyə çevrilir, qalığı isə maneənin o biri üzünə keçir. Buna görə də qapalı mühitdə səs dalğaları əşyalardan və divarlardan dəfələrlə əks olunaraq səsin ucalığını artırır.
Səs-küy bioloji qıcıqlandırıcıdır, yorğunluğa, diqqətsizliyə, baş ağrılarına, əsəbiliyə səbəb olur. Səs-küy eşitmə qabiliyyətini azaldır və tədricən karlığa gətirib çıxarır. Səs-küyün təsirindən əmək məhsuldarlığı 10…20% aşağı düşür, hesablama işlərində səhvlərin sayı 50 %-ə çatır.
Ehtizaz və titrəyişlərin təsirindən əllərin soyuması, keyləşməsi, yorğunluq, yuxusuzluq, baş ağrıları, qan təzyiqinin yüksəlməsi, ürək damarlarının spazması və s. baş verir. Ehtizaz və titrəyişlər eyni zamanda maşın və mexanizmlərə, nəzarət-ölçmə aparatlarına və binaların konstruksiyasına dağıdıcı təsir göstərir.
Səs-küyün səviyyəsindən (ucalığından), xarakterindən, davamiyyətindən və insanın xüsusiyyətindən asılı olaraq onun insan orqanizminə təsiri də müxtəlifdir.
İnsanın qulağı səs dalğalarının tezliyi 16 hs-dən 20000 hc-ə qədər olan rəqslərini eşitdiyi üçün həmin rəqslərin intervalı səs diapazonu, rəqslər özü isə səs rəqsləri adlanır. İnsanın eşitmədiyi, tezliyi 16 hs-dən aşağı olan rəqslər infrasəs, tezliyi 20000 hs-dən yuxarı olan rəqslər isə ultrasəs adlanır.
İstər infrasəslər, istərsə də ultrasəslər səs kimi deyil, duyğu orqanları tərəfindən bu ehtizaz və titrəyiş kimi hiss edilir.
Səs fiziki cəhətdən intensivlik və tezliklə, fizioloji cəhətdən isə gurluğu (şiddəti) və yüksəkliyi ilə xarakterizə olunur.
Səsin şiddəti (gurluğu) desibellə ölçülür. 10-20 db gurluq səviyyəsi pıçıltılı danışığın səviyyəsinə, 30…70 db isə sakit, orta ucalıqda və ucadan danışıq səviyyəsinə uyğundur.
Hətta kiçik səs-küy (50…60 db) belə insanın sinir sistemini gərginləşdirir, ona psixoloji təsir göstərir. Bu xüsusən, zehni fəaliyyətdə olan insanlarda daha çox müşahidə olunur. Zəif səs-küyün müxtəlif adamlara müxtəlif cür təsir göstərməsi insanın yaşı, səhhəti, işinin növü, həmin anda fiziki və rühi vəziyyəti və s. amillərlə izah edilir.
Səs-küyün səviyyəsi 70 db və daha çox olduqda insanda müəyyən fizioloji təsirlər yaranır. Səviyyəsi 85…90 db-dən yüksək olan səs-küy insanın eşitmə həssaslığını azaldır, daha güclü səslər isə insanın səhhətinə və işgüzarlığına zərərli təsir göstərir. İnsan qulağının dözə bildiyi maksimal səs intensivliyinin səviyyəsi 130 db-dir.
150 db səs-küyün qısa müddətli təsirinə insan qulağı dözmür və həmişəlik karlıq baş verir.
180 db şiddəti bütün canlıları öldürür, metallarda yorğurluq əmələ gətirir, 190 db səs pərçimləri qopardır, metal lövhələri dağıdır, qaynaq tikişlərində əyilmə, bükülmə yaradır.
Səs-küyün eşitmə üzvlərinə təsiri üç formada təzahür edir: yorğunluq, səs-küy zədəsi və peşə ağıreşitməsi .
Səs-küy eşitmə üzvlərinə yerli təsirdən əlavə, bütün orqanizmə ümumi zərərli təsir də göstərir. Böyük intensivlikdə, davamiyyətli səs-küy insanın mərkəzi sinir sistemini zədələyir. Nəticədə insanlar baş ağrısı, baş gicəllənməsi və qulağa səs düşməsindən şikayətlənirlər. Tibbi müayinə zamanı isə onlarda hipertoniya, qastrit, xora və digər xəstəliklər, eləcə də istehsalat səs-küyünün təsirindən müxtəlif peşə xəstəlikləri - arterial təzyiqin və ürək ritminin pozulması, eşitmə qabiliyyətinin zəifləməsi, yaddaşın, diqqətin, görmə itiliyinin və siqnallara həssaslığının zəifləməsi və s. aşkara çıxır.
Son illərdə həkimlər səs-küyün təsirindən insanda yaranmış kompleks dəyişiklikləri “səs-küy xəstəliyi” adlandırırlar.
İstehsalat səs-küyü əmək məhsuldarlığının aşağı düşməsinə, işdə xətaların və ya səhvlərin, eləcə də travmaların yüksəlməsinə səsbəb ola bilər.
Səs-küyün insan orqanizminə zərərli təsirinə qarşı əsas vasitə onun parametrlərinin buraxıla bilən səviyyələrinin normallaşdırılmasıdır. İstehsalat otaqları və iş yerləri üçün buraxılabilən səs-küy səviyyələrinin qiymətləri uzun müddətli tibbi tədqiqatların nəticələrinə əsaslanır.

Yüklə 57,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə