Mühazirə 13. Səs -küy normaları. Səs küyün insanlara təsiri Plan



Yüklə 57,11 Kb.
səhifə3/5
tarix28.12.2022
ölçüsü57,11 Kb.
#98017
növüMühazirə
1   2   3   4   5
13 ENS az

Səs-küydən mühafizə üsulları
Səs-küydən mühafizə üsulları çox olduğuna görə hər bir konkret şərait üçün həmin üsullar ayrıliqda seçilməlidir. Səs- küydəm mühafizənin texniki üsullarını prinsipcə dörd növə ayırmaq olar:

  1. Səs-küyün mənbədə azaldılması

  2. İstehsalat otaqlarında və ərazidə səs-küy şüalanmaları istiqamətlərinin dəyişdirilməsi

  3. Səs-küyün yayılma yolunda onun səviyyəsinin azaldılması

  4. Otaqların akustik işlənməsi və müəssisələrin əlverişli planlaşdırılması

Maşın və mexanizmlərdə səs-küyün azaldılması üçün: zərbə hərəkətlərinin zərbəsiz hərəkətlərlə əvəz olunması, sürtünən hissələrin yağlanması, səs rəqslərinin azaldılması (rezin, keçə, bitum və s. köməyi ilə), plastik və kapron hissələrin tətbiqi və s.
Aerodinamik səslərin azaldılması üçün əsas tədbirlər səs mənbəyinin izolyasiyası və qaz axınlarının yolunda səsboğanların qoyulmasıdir.
Səsudan maneə (ekran) öz üzərinə düşən səs dalğalarını udur, onun səthi səsudan materialla örtüldükdə isə səs dalğalarının enerjisi istiliyə çevrilir. Səsudan maneələrə xüsusi divarları, arakəsmələri, örtükləri və s. misal göstərmək olar.
İnşaatda ən geniş tətbiq edilən səsudan materiallar keçə, asbest, mineral pambıq, şüşə pambığı, məsaməli polivinnilxlorid və s. dir. Bunlardan hazırlanmış rezonans konstruksiyalar lazımı qalınlıqda qat şəklində çəpərləyici konstruksiyaya bilavasitə və ya boşluq saxlamaqla bərkidilir.
Səsudan üzlüklər səs-küyün səviyyəsini 5...6 desibel (1,5 dəfə) azaltmağa imkan verir.
İstehsalat otaqlarında əks olunan səs dalğalarının enerjisini azaltmaq üçün otaqların akustik işlənməsi həyata keçirilir. Otaqların akustik işlənməsində onların daxili səthlərinə səsudan üzlüklər çəkir və otaqda ədədi ( həcmli) səsudanlar qoyulur.
Praktikada üzlüklərin qalınlığı 20...200 mm götürülür. Səsudan üzlüklərin maksimal səmərəsi orta və yüksək tezlikli səs-küydə alınır. Aşağı tezliklərdə onların səsudma qabiliyyətini artırmaq üçün üzlüklə otağın çəpərləyici konstruksiyası arasında hava boşluqları qoyulur.
Hazırda otaqların akustik işlənməsində ultranazik şüşə lifi, kapron lifi, mineral pambıq, ağac lifi və mineral pambıqlı sərt tavalar və s. materiallardan üzlüklər tətbiq edilir. Səsudan üzlüklərin tətbiqi əks olunan səs-küyü 6-8 db azaltmağa imkan verir.
İş yerlərində bəzən səs-küyü azaltmaq üçün müxtəlif konstruksiyalı səsudanlardan istifadə edilir. Səsudanlar içərisi səsudan materalla doldurulan konus, prizma, paralelepiped, kub formalı həcmli cisimlərdən ibarətdir, bunlar otağın tavanından müntəzəm qaydada asılır.

Yüklə 57,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə