COĞRAFİYANIN TƏDRİSİ METODİKASI 2
mühazirə 2
COĞRAFİYA DƏRSİNİN MÜASİR QURULUŞU
Mühazirənin planı
Dərs pedaqoji prosesin əsasıdır.
Ənənəvi və fəal dərsin müqayisəsi.
Təlimdən əvvəl- motivasiya və onun növləri.
Təlim prosesi -tədqiqatın aparılması.
Təlimdən sonra- məlumat mübadiləsi, məlumatın müzakirəsi və təşkili,
nəticənin çıxarılması, yaradıcı tətbiqetmə.
Qiymətləndirmə və refleksiya.
Fəal təlimin əsas mexanizmləri:
a.
Dərs prosesində problemli vəziyyətin yaradılması
b.
Dialoq və əməkdaşlığın zəruri olması
c.
Şagirdin tədqiqatçı –müəllimin bələdçi olması
d.
Psixoloji dəstək
Dərs - təlim prosesinin əsasıdır. Dərs təlimin hüceyrəsidir, dinamik və
variantlığı ilə seçilir. Dərs prosesi bütöv, vahid, səhnələşdirilmiş prosesdir. Burada
şagird və müəllimlərin fəaliyyəti bərabər paylanmışdır. Dərsin müəllifi müəllimdir.
Dərs həmçinin şagird şəxsiyyətin formalaşmasında əvəzsiz rol oynayır.
Dərsin iki əsas şərti vardır.
1.
Normativlər- tədrisi təşkil edən orqanlar tərəfindən ( təhsil nazirliyi, təhsil
departamentləri, məktəb rəhbərliyi və s) müəyyən edilir- dərsin müddəti,
dərsdə reallaşması tələb olunan standartlar, dərsdə tədris edilən mövzular,
şagirdlərin qiymətləndirilməsinə verilən tələblər, böyük summativ
qiymətləndirmə və s-
2.
Yaradıcılıq- müəllimin şəxsi keyfiyyətlərindən asılı olub müxtılif səviyyədə
ola bilər -- dərsin məqsədinin müəyyən edilməsi, müəllimin dərs
prosesində istiadə etdiyi metod və üsullar, dərsin təşkili, dərs prosesində
şagirdlərin işinin təşkil edilməsi, motivasiyanın seçilməsi, biliklərin tətbiq
edilməsi və yoxlanılması üçün tapşırıqların müəyyən edilməsi, kiçik
summativ qiymətləndirmənin təşkili və s.
Dərsin müddəti ona verilən tələblər zaman-zaman dəyişmiş, bəzi hallarda ictimai
siyası qurluşa xidmət etmişdir. Dərsin əsas xüsusiyyəti müəllim və şagirdlərin
fəaliyyətidir. Müəllimin və şagirdin fəaliyyəti ənənəvi və müasir dərsdə eyni deyil.
Azərbaycanda müstəqillik elan olunana qədər sovet təhsili üçün uyğunlaşdırılmaış
ənənəvi dərs tədris olunurdu.
Ənənəvi dərsin qurluşundakı elementlər sadə və dəyişməz olub aşağıdakılardan
ibarətdir.
1.Şagirdlərin bilik və bacarıqlarının yoxlanılması.
2. Yeni materialların təqdim olunması
3.Yeni mövzunun ümumiləşdirilməsi və möhkəmləndirilməsi
4. Ev tapşırığının verilməsi
Göründüyü kimi dərs keçmiş dərsin sorğusu və yeni dərsin izahı prosesinin əhatə
edir və dəqiq olaraq aşağıdakı mərhələləri əhatə edir.
1.Ev tapşırıqlarının yoxlanılması
2. Öyrənilən mövzunun sorğusu
3.Keçmiş və yeni dərs arasında əlaqənin yaradılması
4.Yeni dərsin izahı (əsasən müəllimnin mühazirəsindən )
5. Yeni dərsin möhkəmləndirilməsi
6. Biliklərin qiymətləndirilməsi
7. Ev tapşırığının verilməsi
Azərbaycanda müstəqillik qəbul edildikdən sonra fəal və ya interaktiv (
müasir) dərslərin tətbiq edilməsi qəbul edildi. Müasir dərs müəllim
yaradıcılığına əsaslanır. Aşağıdakı mərhələlərdən ibarətdir.
1.Motivasiya-problemin yaradılması
2. Tədqiqatın aparılması və tədqiqta sualının çıxarılması
2. İnformasiya ( məlumat) mübadiləsi
3.İnformasiyanın müzakirəsi və təşkili
4.Ümumilləşdirmə və nəticə çıxarma
5. Yaradıcı tətbiqetmə
6. Özünüqiymətləndirmə
7. Refleksiya
Göründüyü kimi, müasir dərslərdə şagirdlərin aktivlik dərəcəsi artır və müəllim-
istiqamətləndirici, şagird isə –tədqiqatçı kimi çıxış edir.
Müəllimin dərsi dərsə hazırlıqdan başlanır. Dərsə hazırlıq isə dərs planının tərtib
olunması ilə birbaşa əlaqədardır. Dərs planı – tematik plan əsasında tərtib olunur.
Dərs planı müəllimin yaradıcı fəaliyyətini-ustalığını, cəsaraitini, manevr etmək
qabiliyyətini, elmi və metodiki ideyalarını, fənnə aid bilik səviyyəsini əks etdirir.
Dərs planları çoxvariantlıdır. Lakin, onun ümumi formasını aşağıdakı kimi qəbul
etmək olar
Dərs icmalının tərtib olunması ilə başlayır. Dərsin icmalı – tematik plan əsasında
tərtib olunur. Müəllimin yaradıcı fəaliyyətini-ustalığını, cəsaraitini, manevr etmək
qabiliyyətini, elmi və metodiki ideyalarını, fənnə aid bilik səviyyəsini əks etdirir.
Müəllimlərin xüsusilə, gənc coğrafiya müəllimlərinin qarşısında duran ən çətin
vəzifələrdən biri dərsə hazırlıq prosesində mövzunun məqsədinin təyin
edilməsidir. Dərsin məqsədi xeyli suallara cavab verir:
- şəxsiyyətin inkişafında dərsin rolu nədir?
- hansı biliklər şagirdin inkişafında baza rolunu oynaya bilər?
- dərsdə hansı bacarıqlar formalaşdırılmalıdır?və s.
Bilik və bacarıqlara verilən tələblər hər hansı dərsin əsas məqsədlərindən biridir:
Müasir dərsin məqsədi coğrafi bilik və bacarıqlar əsasında şagird şəxsiyyətinin
formalaşdırılmasıdır. Dərsin məqsədi standartın reallaşdırılmasına xidmət edir və
üç istiqaməti özündə birləşdirir.
1. Təhsilverici və ya öyrədici-tədqiqat aparılması . müxtəlif iş formalarından
istifadə edilməsi, vaxta qənət etmək, təhliletmə və nəticə çıxarma qabiliyyətinin
formalaşdırılması, qısa müddətdə materialın mənimsənilməsi
2. Tərbiyəedici- şagirdlərin bir-biri ilə və müəllimlə əməkdaşlıq etməsi, bir-
birini dinləmək və fikirlərinə qulaq asmaq, tənqidi qəbul etmək, bir-birinin
fikriklərinə hörmətlə yanaşmaq
3. İnkişafetdirici- şagirdlərin fəallığının təşkili, qyeni şəraitə uyğunlaşma,
yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, müstəqil tədqiqat apara bilmək
qabiliyyətinin inkişaf etdirilməsi, məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişaf
etdirilməsi
Dərsin məqsədini müəyyən edərkən dərs prosesində hər hansı tapşırığın yerinə
yetirilməsində eyni vaxtda iştirak edən şagirdlərin sayı əsas götürülür. Bu dərsin
səmərəliliyi adlanır. Dərsin səmərəliliyi - hər hansı tapşırığın icrası zamanı
prosesə cəlb olunan şagirdlərin sayı ilə ölçülür
T.S = Ş . S düsturu ilə ifadə olunur
V
( T.S - təlimin səmərəliliyi, Ş –şagirdlərin sayı, S- sual və ya
tapşırıqların sayı, V- tapşırığın həyata keçirildiyi vaxt)
Müasir dərsin xüsusiyyətləri fərqlidir. Müasir dərsdə:
a.
Müəllimin funksiyası dəyişmişdir
b.
Təlim prosesinin məntiqi quruluşu dəyişmişdir
c.
Müəllim -şagird əməkdaşlığı
d.
Kollektiv tədris fəaliyyəti xarakterlidir.
e.
Geniş fənnlərarası əlaqəyə malikdir.
f.
Təşkilat formaları dəyişmişdir
Müasir dərsin əsas əlamətləri
1.
Müəllimin bəzi funksiyaları şagirdlərə verilmişdir- yeni mövzuya maraq
yaratmaq, biliklərin tətbiq edilməsini və yoxlanılmasını təşkil etmək
2.
Təlimin digər formalarıdan istifadə -qeyri standart( praktik, layihə, konfrans,
tədqiqat, debat və s) dərslərdən istifadə etmək
3.
Müəllim və şagird münasibətləri əməkdaşlıq və yaradıcılıq üslubunda
qurulur
4.
Tədris proseinin təşkili müxtəlif formalarda tətbiq edilir- ekskursiya, məktəb
guşəsində, coğrafiya meydançasında və s
5.
Müəllim tədris prosesinin təşkilatçısıdır və şagirdləri istiqamətləndirir
6.
Müasir dərs şagird şəxsiyyətinin formalaşdırmağa istiqamətlənmişdir
7.
Tədris fəaliyyıətinin kollektiv formaları- qruplarcütlər və s tətbiq edilir
8.
Dərsin bütün mərhələləri bilik və bacarıqların tətbiq edilməsinə yönəlmişdir
9.
Fənnlərarası əlaqə şaquli və üfiqi inteqrasiya formasında təqdim edilir.
MÜASİR DƏRS ÜÇ MƏRHƏLƏLİ DƏRSDİR
İlk mərhələ TƏLIMDƏN ƏVVƏL ( və ya DÜŞÜNMƏYƏ YÖNƏLTMƏ)
adlanır. Motivasiya bu mərhələdə həyata keçirilir. Bu mərhələdə şagirdlər
«Beyin həmləsi» (əqli hücum) yolu ilə yeni mövzuya aid olan və şagirdlərə
məlum bilikləri yada salırlar. Beyin həmləsi fərdi, cütlər və ya qruplar
şəklində həyata keçirilir.
Motiv nədir? – latınca movere-hərəkətə gətirmək, itələmək və ya təhrik etmək
deməkdir. Tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə
təhrik edən amillər nəzərdə tutulur.
Motivasiyanın 3 əsas funksiyası vardır.
-təhriketmə
-istiqamətləndirmə
-mənalandırma və ya mənavermə
Motivasiya yaradılan problem situasiyadan asılı olaraq şagirdləri mövzuya
cəlb edə bilər. Yəni yaradılan problem situasiya şagirdlər üçün maraqlı
olarsa, dərsin başlanğıcı, yeni mövzuya başlamaq o qədər maraqlı ola bilər
- məqsədəuyğun olmalıdır
- hazırlanmasına az qüvvə sərf edilməlidir
- yığcam yəni qısa vaxt ərzində həyata keçirilməlidir
- orta çətinlik səviyyəsində olmalıdır( yaş və bilik səviyyəsi nəzərə
alınmalıdır
1.
Motivasiyanın məqsədəuyğunluğu – məqsədəuyğunluq dedikdə dərsin
mövzusuna uyğun olması nəzərdə tutulur. Belə ki motivasiya ele
qurulmalıdırki şagirdləri mövzuya istiqamətləndirsin. Dərsin motivasiya
mərhələsinin düzgün və ya yanlış qurulması dərsin sonluğuna təsir edir.
Motivasiya sual, acıq tipli sual, aşar sozlər, simvollarla- əşya, təbiət
mənzərəsi, model şəkil, bədii təsvir, sxem, plakat, mahnı, musiqi, tapmaca,
bayatı, sual işarəsi və s.
2. Motivasiya nəticəsində problemin və müxtəlif fərziyyələrin yaranması –
Motivasiya mərhələsində problemin qoyulması ziddiyyətlərin çoxluğu və
məlumat qıtlığından, fakt və anlayışların az olmasından yaranır. Çətinliklərlə
qarşılaşan şagirddə problemi həll etmək üçün daxili eytiyac yaranır və qarşıya
çıxan problemli sualları cavablandırmağa təşəbbüs göstərilməsində onda real
idraki maraq oyanır.
3. Motivasiyanın yığcamlığı - qısa vaxt ərzindəhəyata keçirilməsi – motivasiyanı
yaradan zaman müəllim vaxt amilini mütləq nəzərə almalıdır. Müəllimin
motivasiya üçün ayırdığı vaxta düzgün riayət etməsi doğru atılmış
addımdır. Motivasiya ele qurulmalıdırki qısa müddətdə həyata keçirilsin.
4. Motivasiyanın hazırlanmasına müəllimin az vaxt və qüvvə sərf etməsi –
Motivasiyalar dərsin məqsədi deyil. Ona görə də müəllim dərsə hazırlaşarkən
əsas diqqəti digər məqsədlərə yönəltməlidir. Az vaxt ərzində motivasiya
səhnəsi yaratmalıdır.
5. Uşaqlar tərəfindən orta cətinliklə dərk edilməsi (onların yaş və bilik
səviyyəsinin nəzərə alınması) –Motivasiya zamanı problemli vəziyyəti yaradarkən
müəllim şagirdlərin təfəkkür fəaliyyətini oyadan və ya fəallaşdıran, müxtəlif
fıkirlərin, ideyaların daha çox olmasını və problemli sualların şagirdlərin
səviyyəsinə uyğunluğunu həm də bu sualların çətin, maraqlı və cəlbedici olması
nəzərə alınmalıdır.
Motivasiyalar müxtəlif xarakterli olmalıdır. Onların tərtib edilməsində şagirdlərin
maraqları nəzərə alınmalıdır. Motivasiyalar şagirdlərdə təəccüb, maraq şübhə
yaratmalıdır.
1.
Rəmzi (simvolik) materialın şərhi- bu şəkil, rəsm,simvol, melodiya, əbədi
əsərdən parça, rəvayət, sxem, tapmaca, qrafik, sxem və s ola bilər. Müəlllim
bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi
təklif edir. « Bunun bizim öyrənəcəyimiz mövzuya nə kimi əlaqəsi var»
2.
Sual verməyə həvəsləndirmə - idrak prosesini fəallaşdırmaq üçün sualların 3
növü var.
- öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyən edən suallar
- açıq suallar- yəni iki və ya daha çox cavab variantı olan suallar
- öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir (növlər,
tiplər, xassələr, nəticə, rol, səbəb,qayda, qüsur, və s. açar sözlər olmalıdır.)
3.
Problemin müxtəlif yollarla həll edilməsi- müxtəlif yollarla təsnif edilmək,
problemin müxtəlif üsullarla uğurlu həlli, ziddiyyət və təəccüb yaratmaqla,
təcrübə qoymaqla, və s
Hər 3 halda müəllim şagirdləri istiqamətləndirməklə prosesi idarə etməlidir.
Problemi qoymaq üçün sual və ya tapşırıq verilir- yönəldici suallar təklif edilir-
tədqiqat sualı çıxarılır- fərziyyə irəli sürülür.
Məsələn : 1972- ci il iyunun 5-də Stokholmda BMT-
nin “Ətraf mühütin mühafizəsi problərinə dair” konfrans kecirildi, iyunun 5-
ni “Ətraf Mühütün Mühafizəsi Günü” elan
edildi. İndi bütün dünyada olduğu kimi Azərbaycanda da iyunun 5-i
müxtəlif ekoloji tədbirlərlə qeyd edilir.
- Ətraf mühütin qorunması üçün nə edə bilərsiniz?
Müasir dərsin ikinci mərhələsi TƏLİM və ya DƏRKETMƏ adlanır. Şagirdlər
yeni mövzunu bu mərhələdə mənimsəyir. Bu mərhələdə mötivasiya prosesində
ortaya çıxan problem tədqiqat halına gətirilir və şagirdlər mövzunu tədqiq edirlər.
•
Tədqiqatın aparılması üçün müxtəlif təlim formaları seçilə bilər: bütün
siniflə birgə, kiçik qruplarda, cütlük şəkiində və fərdi şəkildə Tədqiqat
prosesi müxtəlif mənbələr üzərində aparıla bilər:
1.
mətn üzərində - şagirdlər mətni oxuyub ona verilən suala cavab axtarırlar.
Məsələn, Mətni oxuyun suala cavab verin.
Müzakirə edin və nəticə çıxarın:
-
Qəza ilə oyuncaqların satışının artması arasında hansı əlaqə ola bilər?
2. cədvəl üzərində- cədvəldəki statistik rəqəmləri təhlil etməklə, hesablamaqla
əsasında verilən tapşırıq həyata keçrilir. Məsələn
2013-cü il hesabat cədvəlindən olan bir hissəni təhlil edin və aşağıdakı suallara
cavab verməyə çalışın:
Ölkə
Adambaşına düşən
gəlir (ABŞ dolları
ilə)
Dünyada
tutduğu yer
Norveç
29620
1
BƏƏ
20530
48
İsrail
19790
22
Botsvana
7820
125
Azərbaycan
3090
89
Türkiyə
5890
96
Somali
700
191
Müzakirə edin və nəticə çıxarın:
- Adambaşına düşən gəlirin miqdarı ilə ölkələrin təbii şəraiti arasında hansı əlaqə
vardır?
2.
-xəritə üzərində - şagirdlər axtarış yolu ilə tapşırığı yerinə yetirirlər.
Məsələn,
1992-ci ilin əvvəlində Qonkonkdan ABŞ-a istiqamətlənən gəmidə 29 min ədəd
plastik oyuncaq sarı ördək, tışbağa, qurbağa və diğr Çin malları vardı. Təqribən
yolun yarısında gəmi qəzaya uğradı və oyuncaqlar ətrafa dağıldı Az sonra
oyuncaqlara müxtəlif ərazilərdə eləcə də Alyaska və Havay sahillərində rast
gəlinirdi.
Bu hadisədən sonra həmin oyuncaqların satışı dəfələrlə artdı.
4. - xəritə-sxemlər üzərində - məntiq və keçirilmiş mövzuları yada salmaqla
tapşırıq həll olunur. Məsələn,
Məntəqələri aldıqları istilik miqdarına görə ardıcıl sıralayın.
Müzakirə edin və nəticə çıxarın:
– Sıralamanı nəyə əsasən apardınız?
5. - şəkil üzərində- müqayisə aparmaq, təyin etmək və s ilə tapşırıq həll olunur
6. - qrafik təsvirlər ( qrafik, diaqram və s) təhlil etməklə tapşırıq həll olunur.
Məsələn, Ümumi daxili məhsulun artım dinamikasını müqayisə edin.
A
B
C
D
E
Müzakirə edin və nəticə çıxarın:
-
Azərbaycanda ÜDM-nin artım dinamikasının yüksək olmasını, və dünya və
Avropa ittifaqında sabit olmasının səbəbləri nədir?
Tədqiqat motivasiyanın davamıdır. Şagirdlər onlara verilmiş tapşırıq üzərində
düşünür və müxtəlif nəticələrə gəlirlər. Onların fikirləri səhv də ola bilər.
Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştrakçılarını bir-birinin
təqdimatını fəal dinləməyə sövq edir. Hələlik bu biliklər natamam və xaotik
xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir tələbat - həmin bilikləri qaydaya
salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına
cavab tapmaq zərurəti yaranır. Məlumat mübadiləsi zamanı işgüzar səs-küyün
olması təcrübəçi tələbədə çaşqınlıq yaratmamalıdır.
Müəllim yönəldici, köməkçi suallardan istifadə etməklə əldə edilmiş faktların
müzakirəsinə və onların təşkilinə kömək edir. Nəticədə tədqiqat sualına cavab əldə
olnur. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
Məlumatın müzakirəsinin təşkil edilməsi üçün slayd, animasiya hazirlaması
dərsin səviyyəsini artira bilər.
şagirdlərin təfəkkürünün inkişafına və yeni materialı öyrənməsinə xidmət edir.
Onlar yeni mövzuya aid informasiyaları qəbul edir. Müəllimin istiqamətləndirici
kimi iştirakı bu mərhələdə daha aydın hiss olunur. Şagirdlərin mövzunu sərbəst
şəkildə öyrənməsinə daha az müdaxillə etməklə müəllim əslində onların dərk
edərək öyrənməsinə şərait yaradır.
Müasir dərsin üçüncü mərhələsi TƏLİMDƏN SONRA adlanır.
Bu mərhələyə DÜŞÜNMƏ mərhələsi də deyilir. Bu şagirdlərin yeni anlayışları
əldə etməsi, yeni biliyin möhkəmlənditrilməsi bu mərhələdə həyata keçirilir.
Yeni biliklərin mənimsənilməsi səviyyəsi, şagirdlərin həmən informasiyanı
öz sözləri ilə ifadə etmək bacarığı ilə ifadə olunur. Öyrənmə fərdi formada
yerinə yetirilir. Müəllim şagirdləri müzakirəyə cəlb edir.
Şagirdlər yeni biliyin kəşfi yolunda son addımı atır. Onlar əldə etdiyi bilikləri
ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı və irəli sürülmüş
fərziyyələrlə müqayisə etməlidirlər. Şagirdlər bilgiləri məhz özləri kəşf etdikləri
üçün şagirdlər sevinc və məmnuniyyət hissi keçirir.
Tətbiqetmə mərhələsi müasir dərsin əsas məqsədinin , təlim nəticələrinin
reallaşmasını göstərən mərhələsidir.
Biliklərin mənimsənilməsinin göstəricisi onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı
tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
Bu mərhələdə də yalnız dərslikdə verilən nümunə deyil müxtəlif üsullar tətbiq
edilməlidir.
Tətbiqetmə mərhələsi üçün tapşırıqlar müəllim tərəfindən hazırlana bilər. Bu
tapşırıqlar adətən öyrənilən bilik və bacarıqların xəritədə, diaqramda, xəritə
sxemdə, cədvəldə və s ifadə edilməsidir.
Dərsin son mərhələsi öyrənilənlərin qiymətləndirilməsidir. Qiymətləndirmə
istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Bunun üçün
vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına
nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir.
Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə prosesi məhz bu məqsədə xidmət
etməlidir.
Müasir dərsin sonu mövzuya aid refleksiya ilə bitir. Refleksiya şagirdlərin mətni
necə mənimsədiklərini əks etdirən sualların qoyuluşuna xidmət edir.
Reflaksiya eləcə də dərsin sonunda müəllimin mövzuya aid şagirdlərin
rəylərini öyrənməsidir.
Refleksiya şagirdlərdə özünü obyektiv qiymətləndirməyə geniş imkan yaradır
ki, bu da dərsin tərbiyəedici əhəmiyyətini artırır.
Müasir dərsin əsas xüsusiyyətləri dərsin mexanizmləridir. Uzun illərin təcrübəsi
göstərir ki, dərsdə müəllimin fəallığına həmişə üstünlük verilir. Müəllim bilik
mənbəyi kimi çıxış edib. Şagirdlər isə yeni bilikləri həmişə müəllimin məlumatları
və izahlarını qavrama və yadda saxlama əsasında mənimsəyiblər. Müasir dərs fəal
təlim mexanizmlərinin tətbiqi ilə gerçəkləşir.
Təhsil islahatının zəruri etdiyi fəal dərsin təşkili zamanı problem şərait yaradılmalı,
müəllim bələdçilik etməli, şagird-tədqiqatçı olmalı, dialoq və əməkdaşlıq təmin
edilməli, psixoloji dəstək göstərilməlidir. Qeyd olunan tələblərin ödənilməsi ilə fəal
dərsin təşkilini reallaşdırmaq mümkündür. Müşahidələr göstərir ki, müəllimlər qeyd
olunan mexanizmlərin mahiyyətinin şərhində və praktik tətbiqində çətinliklərlə
üzləşirlər.Fəal dərsin aşağıdakı mexanizmləri vardır:
Mexanizm №1-Problemli şəraitin yaradılması:
Şagirdin qarşısına problem qoyulur və bu problemi həll etməyə yönəldilməsi
nəticəsində idrak fəallığı yaranır.
Mexanizm №2-Şagird tədqiqatçı,müəllim fasilitator.
Fəal təlim zamanı şagird subyekt mövqeyi tutmalı,bu prosesin bərabər
iştirakçısı olmalıdır.Şagird tədqiqatçı,müəllim isə bələdçi rolunu həyata
keçirməlidir.Şagirdlər bilikləri müstəqil şəkildə tədqiqat zamanı əldə
etməlidir.
Mexanizm №3-Dialoqun və əməkdaşlığın zəminliyi.
Fəal təlimdiplpji şəkildə əməkdaşlıq şəklində həyata keçirilir.
Mexanizm№4-Psixoloji dəstək.Hörmət və etibar.Şagirdlərin idrak
fəallıqlarını saxlamaq vasitəsi-onların psixoloji dəstəklənməsidir:
Müəllimin xeyirxah münasibəti,şagirdlərə hörmət və etibar,onların
bacarığına inamın olmasıdır.
İstifadə olunan ədəbiyyat
1.
Əlizadə E., Seyfullayeva N., Aktoprak İ., Şabanova Y. Coğrafiya – 9,
Ümumtəhsil məktəbləri üçün dərslik, Bakı: Bakınəşr, 2016, 204 s.
2.
Əlizadə E., Seyfullayeva N., Aktoprak İ., Şabanova Y. Coğrafiya – 9, Müəllim
üçün metodik vəsait, Bakı: Bakınəşr, 2016, 204 s.
3.
Əlizadə E., Seyfullayeva N., Rakçayeva İ., Şabanova Y. Coğrafiya – 6.
Ümumtəhsil məktəbləri üçün dərslik, Bakı: Bakınəşr, 2013, 160 s.
4.
Kurikulum. Elmi – metodik jurnal. Bakı: Şərq – Qərb, 2013, №3,152 s.
5.
Qəribov Y., Seyfullayeva N., Hümbətova Ş., Şabanova Y., İsmayılova T.
Coğrafiya – 7. Ümumtəhsil məktəbləri üçün dərslik, Bakı: Bakınəşr, 2014, 144
s.
6.
Qəribov Y., Seyfullayeva N., Hümbətova Ş., Şabanova Y., İsmayılova T.
Coğrafiya – 7. Müəllim üçün metodik vəsait, Bakı: Bakınəşr, 2014, 144 s.
7.
Müəllim hazırlığının və orta təhsilin perspektivləri (Qərb təhsil sisteminin
təcrübəsi əsasında). Müəllimlər üçün vəsait. Bakı: 2005, (IREX təşkilatının xətti
ilə).152 s.
8.
Veysova Z. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait, Bakı: 2007, 149 s.
Dostları ilə paylaş: |