Mühazirə 2 coğrafiyanin təDRİSİ metodikasi kafedra : Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrası



Yüklə 55,31 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü55,31 Kb.
#2574
növüMühazirə


 

                                       MÜHAZIRƏ 2 

 

COĞRAFİYANIN TƏDRİSİ METODİKASI 

KAFEDRA : Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası 

kafedrası  

MÜƏLLİM:  Dos. Nərminə Seyfullayeva  

 

MÖVZU:  Coğrafiya tədrisi metodikasının tədqiqat metodları  

 

MÜHAZİRƏNİN PLANI  

1.Metod nədir 

2.Tədqiqat metodu nədir 

3.Nəzəri tədqiqat metodları 

4.Emprik tədqiqat metodları 

5. Metodiki tədqiqatın məntiqi quruluşu.  

6. Aparılan elmi- tədqiqatların əsas  istiqamətləri  

 

 



 

 

 



 

AÇAR SÖZLƏR 

1.Nəzəri metodlar             2. Emprik metodlar  

3.Analogiya                       4. Modelləşdirmə  

5. Müqayisə metodu           6.İnduksiya  

7. Tarixi metod                    8. Müşahidə  

9. Eksperiment                    10.  Deduksiya  

11.Tipologiya                      12. Sintez  

13.Ümumiləşdirmə              14. Statistik  

 

Metod nədir – Metod  tədqiqatçının, jurnalistin, müəllimin, müəyyən məqsədə 



çatmaq, vəzifəni yerinə yetirmək, 

araşdırma

 aparmaq üçün sistemli şəkildə atdığı 

addımlar, istifadə etdiyi üsulların cəmidir.  

 

Metodlar  



- müəllim dərs prosesində şagirdləri başa salmaq üçün 

- tədqiqatçı elmi işini tamamlamaq üçün 

- tələbə buraxlış işini yazmaq üçün 

- magistr dissertasiya işini yazmaq və müdafiə etmək üçün  və s. harada tətbiq 

edilir.  

Müasir pedaqogikada  elmi- tədqiqat  və təlim  metodları mövcuddur 



OXUYARAQ ÖYRƏNƏ BİLƏRSƏN, LAKİN ANLAMAQ ÜÇÜN 

SEVMƏK TƏLƏB OLUNUR! 

                                                                                 Şəmsi TƏBRİZİ 

 



TƏDQİQAT METODLARI – ilk növbədə tədqiqtın özü nə deməkdir. Tədqiqat 

elmi biliklərin artırılması və onların tətbiq edilməsi üçün yeni sahələrin axtarılması 

məqsədi ilə ardıcıl olaraq həyata keçirilən elmi fəaliyyətdir. 

  Bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə 

aparılan dəqiq elmi araşdırmalardır.  Tədqiqat -

elmi-tədqiqat mövzusunun 

seçilməsi, hipotezin (fərziyyənin ) qoyuluşu, tədqiqatların növləri və tədqiqat 

metodları, materialların toplanması, müvafiq tədqiqat strukturları, akademik yazı 

qaydaları əsasında fəaliyyəti əks etdirir.   

Tədqiqatlar fundamental və tətbiqi olmaqla iki qrupa ayrılır.  Fundamental 



tədqiqatlara – yeni biliklərin istifadəsi ilə əlaqədar hər hansı bir məqsəd olmadan 

onların əldə edilməsinə yönəldilmiş eksperimental və ya nəzəri tədqiqatlar aid 

edilir. Onların nəticələri fərziyyələr, nəzəriyyələr, metodlardan və s. ibarətdir. 

Fundamental tədqiqatlar əldə edilmiş elmi nəticələrdən praktikada istifadə edilməsi 

imkanlarının aşkar edilməsi üçün tətbiqi tədqiqatların aparılması haqqında 

tövsiyələr, elmi nəşrlər və s. ilə başa çata bilər. Tətbiqi tədqiqatlar – konkret 

praktiki məsələlərin həll edilməsi məqsədi ilə yeni biliklərin əldə edilməsinə 

yönəldilmiş orijinal işlərdən ibarətdir. Tətbiqi tədqiqatlar fundamental tədqiqatların 

nəticələrindən istifadə edilməsinin mümkün yollarını, əvvəllər formalaşdırılmış 

problemlərin həlli üçün yeni metodları müəyyənləşdirir. 



Tədqiqatlar  keyfiyyəti ilə səciyyələnir: 

– tədqiqatın məzmun tamlığı: mövzunun düzgün seçilməsi, həcmi, genişliyi, 

zənginliyi; 

– tədqiqatın dəqiqliyi: heç bir səhvə yol vermədən nəticəyə yaxınlaşmaq, tədqiqat 

mövzusunun baza anlayışlarını təşkil edən faktları, mühüm müddəaları dərk edərək 

seçə bilmək; 

– tədqiqatın ədalətliliyi: tədqiqatda iştirak edən müxtəlif tərəflərlə ünsiyyət 

yaratmaq, bütün məsələlərin həllində düzgün mövqedə olmaq bacarığı; 

– tədqiqatın dərinliyi: aparılan tədqiqat işinin mahiyyətini, səbəb və nəticə 

əlaqələrini araşdırmaq; 

– tədqiqatın şüurluluğu: istifadə edilən faktların, müddəaların düzgünlüyünə əmin 

olmaq, onları arqumentləşdirmək; 

– tədqiqatın elmiliyi: tədqiqat mövzusunu təhlil etmək, elmi əsaslara istinad edərək 

tətbiqə hazırlaşmaq; 

– tədqiqatın ümumiləşdirilməsi: tədqiqat mövzularını bloklar üzrə üzləşdirmək, 

prosesdə inkişaf və dinamikanı götürmək; 

– tədqiqat nəticələrinin praktikada istifadə olunması: tövsiyələrin hazırlanması, 

tətbiqi üçün üsul və priyomları seçə bilmək bacarığının olması. 



Tədqiqatın keyfiyyəti onu aparan tədqiqatçının  şəxsi keyfiyyətlərindən - – 

tədqiqatçının dünyagörüşünə malik olmasından;  tədqiq edəcəyi sahəni mükəmməl 

bilməsindən; obyektiv və ədalətli olması, şəxsi hislərinə qapılmamasından;  

ünsiyyət qurmağı bacarmasından;  tədqiqat apardığı zaman proseslərə müdaxilə 

etməməsindən;  kompüter texnologiyalarından istifadə səriştəsindən ; tədqiqat 

nəticələrini elmi cəhətdən əsaslandırmasından; fikirlərini aydın şəkildə izah etməyi 

bacarmasından  və s.-dən aılıdır.  



Elmi  Tədqiqat obyektləri öyrənənləri, öyrədənləri, idarəedənləri və s. əhatə edə 

bilər. Belə tədqiqatlar  pedaqoji tədqiqatlar adlanır. Elmi- təqiqatlar  məktəblərdə, 

pedaqoji müəssislərdə, dövlət və özəl müəssisələrdə  aparılır.  

Tədqiqatın obyekti  məktəbəqədər təhsil pilləsi; ibtidai təhsil pilləsi; əsas təhsil 

pilləsi; orta təhsil pilləsi;  bakalavr təhsil pilləsi;   magistr təhsil pilləsi və s. –dir. 

Tədqiqatın subyekti -kiçikyaşlı məktəblilər;  yuxarı sinif şagirdləri,  müəllimlər; 

direktorlar və direktor müavinləri; valideynlər; digər peşənin mütəxəssisləri və s.  –

dən ibarət ola bilər. Subyekti müəyyən edərkən  onların müqayisə oluna bilməsi 

nəzərə alınmalıdır. 



Pedaqoji tədqiqatlar aşağıdakı metodların köməyi ilə həyata keçirilə bilər: 

1. Nəzəri tədqiqat metodu. 

2. Empirik tədqiqat metodu. 

3. Riyazi tədqiqat metodu. 

 

NƏZƏRI TƏDQIQAT METODLARI- aparılan tədqiqatın  nəticələrinin  

ümumiləşdirilməsi və sistemləşdirilməsi yolu ilə məktəbdə coğrafiyanın təlimi 

prosesinin öyrənilməsinə, problemlərin üzə çıxarılmasına xidmət edir. Nəzəri 

tədqiqatların tətbiq edilməsində əsas məqsəd öyrənilən proses və hadisəyə aid  

qanunauyğunluqların aşkar edilməsinə və formalaşdırılmasına nail olmaqdır. Bu 

metod toplanmış ədəbiyyat və elektron materiallarının təhlilinə əsaslanır. Bu 

metodun köməyi ilə əvvəllər digər tədqiqatçıların bu sahədə apardıqları işlər 

öyrənilir və bu, tədqiqatçıya müəyyən bilik və məlumatlar toplamağa imkan verir.  

Nəzəri metodlar məntiqi və formalaşdırılmaış qruplara ayrılır.  

Məntiqi metodlara – analiz, sintez, induksiya, deduksiya, ümumiləşdirmə, tpoloji 

yanaşma, ideallaşdırma və analogiya daxildir.  



Formalaşdırılmış – sistem- struktur, müqayisə, tarixi yanaşma, statistik, 

modelləşdirmə daxildir.  



Analoq metodu öyrənilən obyekt və hadisələrin hər hansı bir  əlamətlərinin , 

xüsusiyyətlərinin, əlaqələrinin əsasında oxşarlıqlarının  aşkar edilməsinə əsaslanır.  



 

Tarixi metod  

    Bu metod məsələyə müxtəlif illərdə olan yanaşmanı üzə çıxarır, müxtəlif 

dövrlərdə şagirdlərin coğrafiya fənni üzrə təlim nəticələri, bilik və bacarıqlarının 

qiymətləndirilməsinin müqayisəsi ilə təhlil olunur.  



Modelləşdirmə  

      Bu metodun mahiyyəti – hər hansı coğrafi hadisə və ya prosesə aid digər 

formada oxşarını vermək və onu tətbiq etməklə aparmaqdır. Belə ki, tədqiqatçı hər 

hansı dərs mövzusunun konspektini təklif etdiyi metoda əsasən model olaraq 

təqdim edir və müəllimin işini şagirdlərin fəaliyyətini fərz edir, alınacaq nəticələrə 

dair proqnozlar verir.  



Analogiya və ya bənzətmə  

       Bu metodunun köməyi ilə coğrafi obyekt, hadisə və proseslərə dair 

təsəvvürləri formalaşdırmaq, onun özünəməxsusluğunu canlandırmaq mümkündür.  

İdeallaşdirma  



   Bu metod  öyrənilən obyektə müəyyən əlamətləri özündə birləşdirən vahid, 

bütöv kimi baxmağı və bu zaman digər əlamətləri nəzərə almamağı tələb edir. 

Məsələn  təlim zamanı sinifdəki şagirdlərə differensial yanaşmağa, onların 

yaradıcılığının üzə çıxarılmasına təkan verir, öyrənilən obyekt və hadisənin ideal 

kimi qiymətləndirilməsi, şagirdlərə təlim prosesində fərdi yanaşmağa, əqli 

qabiliyyətinə görə («zəif», «orta», «güclü») yanaşmağa imkan verir. Şagird 

şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmır.  

Tipoloji yanaşma 

   Bu  metodun mahiyyəti öyrənilən  coğrafi hadisə və obyketləri hər hansı 

xüsusiyyətinə, müəyyən əlamətlərinə  görə qruplaşdırmağa, təsnifat etməyə imkan 

yaradır. Məsələn təlim metodlarının təsnifatı əyani vasitələrin qruplaşdırılması, 

müstəqil və praktik işlərin bölgüsü, fəal dərsin mərhələri üzrə  coğrafi biliklərin 

məzmunu və s.  



Sistem-struktur  yanaşma  

     Bu metod mürəkkəb quruluşa malik olan hər hansı obyekt və hadisənin 

bütövlükdə yəni bir-biri ilə əlaqədə olan sistem kimi öyrənməyə imkan verir . 

Məsələn, coğrafiyanın tədrisi prosesində əsas diqqət müəllim və şagirdlərin 

fəaliyyətləri arasındakı əlaqənin  araşdırılmasına yönəldilir. Coğrafiya dərslərinin 

planlaşdırılması zamanı system-struktur  yanaşma metodunun tətbiq edilməsi 

məzmun standartının reallaşdırılmasına, təlim nəticələrinin yerinə yetrilməsinə, 

dərsin mərhələləri üzrə tələblərin yerinə yetrilməsinə, əyani vəsaitlərin 

mövcudluğu və  məzmuna müvafiq olmasına. Dərsdə refleksiyanın yaradılmasına 

system kimi baxılır.  



Müqayisə metodu  

     Bu  metodunun tətbiqi şagirdlərdə xüsusilə tənqidi təfəkkürün inkişafına səbəb 

olur, tədqiq edilən məsələnin özünəməxsus xüsusiyyətlərini daha aydın təsəvvür 

etməyə imkan verir.  

 

RIYAZI- STATISTIK TƏDQIQAT METODLARI 

Bu metodun köməyilə tədqiqatın modeli yaradılır, informasiyanın dəqiqliyi 

yoxlanılır, fakt və hadisələr təhlil olunur və qiymətləndirilir.  

 Bu metod şagirdlərin 

müvəffəqiyyətinin müəyyən olunmasında  istifadə olunan bal sisteminə əsaslanır. 

Bu statistik məlumatlar nəticələri  analiz etmək üçün metodik baza rolunu oynayır.  

Riyazi metod eləcə də əldə edilən məlumatları təsnif etməyə, onları müəyyən 

xüsusiyyətlərinə görə qruplaşdırmağa imkan verir. 

 

 

 



EMPIRIK TƏDQIQAT METODLARI- tədqiq edilən problem üzrə faktların 

toplanması, əldə edilən nəticələrin yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə 

istifadə olunur. Emprik metodlara   sorğu anketləri;   söhbət;  dialoq,  monitorinq;   

müşahidə;   eksperiment;   qruplarla iş;  müsahibə;  test tapşırıqları  daxildir.  

Emprik metodlar müşahidə, təcrübənin öyrənilməsi  və eksperiment  olmaqla 

qruplara ayrılır.  

 

Müşahidə  



     Pedoqoji prosesi müəyyən vaxt ərzində ardıcıl olaraq müşahidə etmək, 

nəticələri təhlil etmək,  müəllim və şagird fəaliyyətini düzgün qiymətləndirmək 

üçün ən qiymətli vasitədir. Müşahidə metodu ciddi və obyektiv aparılmalıdır, dərs, 

ekskursiya və ya dərsdənkənar məşğələlərdə yerinə yetirilməlidir. Müşahidələr 

sistematik və məqsədyönlü şəkildə aparılmalıdır. Müşahidə olunan obyekt  dəqiq 

təsvir edilməlidir. 

   

Anket-sorğu  

    Bu metodu müəllim, şagird və valideynlər arasında aparılmalıdır. Seçilmiş 

mövzuya aid suallara yazılı cavab tələb olunmalıdır. Qısa vaxt ərzində çox saylı 

respondentlərdən kifayət qədər suala cavab alınması, onların müqayisəli 

təhlili,nəticənin çıxarılması tədqiqatçıya nisbətən asan yolla geniş faktlar 

toplamağa imkan verir.  Anket sorğudakı suallar dəqiq olmalı, respondetlərdə 

çaşqınlıq yaratmamamlı, onlara öz təkliflərini vermək üçün şərait yaratmalıdır.    

Yoxlama yazi işləri  

   Emprik metodlar içərisində  əhəmiyyəti böyükdür. Verilmiş problem əsasında 

respondetlərin hazırlıq  səviyyələri  daha ətraflı təhlil oluna bilir. Tədqiqtın 

mövzusuna  uyğun  olaraq  respondentə verilən  problem haqqında geniş yazır  və 

bu  tədqiqatın aparılmasında istifadə olunur. 

 

Esse metodu  

Esse fransız sözü olub, mənası sınaq, təcrübə,  deməkdir.  Essenin məqsədi sərbəst 

düşüncəni müəyyən etməkdir. Essedə məqsəddəki fikri bildirmək üçün yanaşma, 

təhlildən istifədə edilir. Esse problemin sərbəst şəkildə qoyuluşudur..  

Essenin strukturu 3 hissədən ibarət olur. 

1) Giriş;  

2) Əsas hissə;  

 3) Nəticə. 

Esse-yə verilən tələblər  

Essenin həcmi kiçik olmalı ( 400-600 söz) ,  konkret olaraq bir məsələni əhatə 

etməli və həmin məsələdən kənara çıxmaq məsləhət görülmür,məntiqi ardıcıllığa 

əməl etmək  tələb olunur. Esse səmimi yazılmalı, rəsmi olmamalı, ədəbi dilin 

normalarına, orfoqrafiya qaydalarına əməl edilməli, durğu işarələri yerli-yerində 

qoyulmalıdır  

 

Dialoq metodu  

Ardıcıl sualvermə üsulu ilə tədqiqat üçün tələb olunan  materialların respondentdən 

alınmasıdır. Ardıcıl sualvermə üsulu ilə respondentin   söhbət edilir və  tədqiqat 

üçün lazım olan materiallar əldə edilir.  

 

 Məktəb sənədlərinin öyrənilməsi  



Tədqiq olunan problemin öyrənilməsində  bu metod çox mühüm metod kimi 

istifadə olunur. Bura arxiv sənədləri, sinif jurnalları,  summativ qiymətləndirmə 

sənədləri, formativ qiymətləndirmə jurnalları, metodbirləşmənin iş planı, dərslərin 

işmalları, inteqrasiya cədvəlləri, şagirdlərin iş  dəftərləri, təcrübə avadanlıqları, bir 




sözlə şagird «portofolosunu» araşdırmağa istiqamətlənməli,əyani vəsaitlər və s.-in 

sayı, keyfiyyəti, istifadə yararlığı  yoxlanılmalı və mənbələrə istinad edilməlidir.  

 

Test tapşiriqlari – son illər daha geniş tətbiq edilir. Daha çox sayda faktik material 

əldə etməyə imkan verir. Testlərin cavablarının ümumiləşdirilməsi  tədqiqatçıya 

sistemləşdirmək, təsnif etmək imkanı verir.  

 

Pedaqoji esperiment  

  Pedoqoji eksperiment – coğrafiya tədrisi metodikasının ən mühüm tədqiqat 

metodlarından biridir. Ümumiyyətlə tədris metodikasına aid mövcud olan 

problemlərin elmi şəkildə tədqiq olunması pedoqoyi eksperiment vasitəsi ilə 

əsaslandırılır.   

Tədqiqatçı tərəfindən formilə edilmiş  fərziyyənin, nəzəriyyənin, konsepsiyanın 

doğruluğunu yoxlamaq məqsədi ilə  təşkil edilmiş təlim  təcrübəsidir. Bu tədqiq 

pedaqoji hadisəyə nəzarət etməyə imkan verir. Pedaqoji eksperiment müəyyən 

şərtlərə cavab verməklə həyata keçirilməlidir. Onun təşkili üçün  fərziyyəyə uyğun 

tədris-metodiki materiallar hazirlanmalıdır. Pedaqoji eksperimentin növləri çoxdur.  

Vaxtına görə- uzun müddətli və  qısa müddətli ola bilər. 

Öyrənilən hadisənin tərkibinə görə-sadə,mürəkkəb ola bilər. 

Təşkilinə görə- labarotor, təbii, kompl ola bilər.  

Məqsədinə görə- nəzarət, formalaşdırıcı, təsdiqedici 

Məktəb sənədlərinin  öyrənilməsi  

      


Elmi –metodik tədqiqatın əsas mərhələləri 

Mövzünün  seçilməsi 

Tədqiqatın probleminin  qoyulması 

Tədqiqatın obyekti və predmetinin seçilməsi 

Tədqiqatın işçi fərziyyəsinin irəli sürülməsi 

Tədqiqatın məqsədinin  təyin edilməsi 

Tədqiqatın vəzifələrinin təyin edilməsi 

Tədqiqatın metodlarının seçilməsi 

Elmi –metodik tədqiqatın əsas mərhələləri  

8. Pedaqoji eksperimentin təsdiqedici mərhələsinin keçirilməsi 

9. Pedaqoji eksperimentin  formalaşdırıcı mərhələsinin keçirilməsi 

10. Öyrədici eksperiment mərhələsinin keçirilməsi 

11. Tədqiqatın  nəticələrinin çıxarılması 

12. Əldə edilmiş nəticələrin praktik əhəmiyyətini göstərin 



YEKUN 

Hər hansı tədqiqat işi müxtəlif metodlar vasitəsi ilə yerinə yetirilməlidir. 

Tədqiqatın sonunda alınan nəticələr ümumiləşdirilməli və təsirə məruz qalmadan 

yekunlaşdırılmalıdır. Tədqiqatçının gözlədiyi, əldə etmədiyi nəticələri təklif kimi 

irəli  sürməlidir.  Tədqiqat üçün ilk növbədə seçilmiş mövzunun aktuallığı 

əsaslandırılmalı, bu mövzu haqqında hansı tədqiqatların aparılması araşdırılmalı, 

mövzuya dair fərziyyələr irəli sürülməli, müşahidə lər aparılmalı, nəticələr 

çıxarılmalı, mövzu yekunlaşdırılmalı və təkliflər verilməlidir.  




 

 

Ədəbiyyat 

1. Coğrafiyanın tədrisi metodikası. Dərslik. N.Seyfullayeva. Bakı. 2011  

2.Orta məktəblərdə coğrafiya təliminin  metodikası            ( B.Bibikin redaktəsi 

ilə)     «Maarif» 1978.  

3.Metodika prepodavaniə qeoqrafii Pod redaküiey E.Tamojney Moskva 2008 

4. Proektnaə deətelğnostğ uçahixsə qeoqrafiə 9-11 klassı.N. Yakovleva Volqaqrad 

2008 


5. 

Tədqiqatin konsepsiyasinin müəyyənləşdirilməsi - İntiqam Cəbrayılov. Təhsil 



Problemləri İnstitutu

 

Yüklə 55,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə