Mühazirə 4-4 saat Həyat səviyyəsinin statistikası



Yüklə 322,5 Kb.
səhifə1/3
tarix13.02.2023
ölçüsü322,5 Kb.
#100716
növüMühazirə
  1   2   3
mühazirə 4hey sev-1


Mühazirə 4-4 saat
Həyat səviyyəsinin statistikası
Plan:
Əhalinin həyat səviyyəsi anlayışı.
Əhalinin həyat səviyyəsi statistikasının göstəriciləri sistemi.
Əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəriciləri.
Əhalinin gəlirləri statistikası.
Əhalinin gəlirlərinin differensiasiyası.
Əhalinin gəlirlərinin differensiasiyasının öyrənilməsi metodları.
Cini, Lorens əmsalları.

Həyat səviyyəsi dedikdə hər bir ayrıca fərdin, ailənin, yaxud da əhalinin sosial qrupunun sərəncamında olan əmtəə və xidmətlərin toplusu nəzərdə tutulur. Bu zaman həyat səviyyəsinin ən mühüm göstəricisi kimi ev təsərrüfatlarının özlərinə lazım olan əmtəələri, xidmətləri və müxtəlif aktivləri satın almağa imkan verən gəlirlərin kəmiyyəti əsas götürülür. Əhali öz gəlirlərindən adətən özlərinin yaşamaları üçün lazım olan istehlak mallarının satın alınması və yığım üçün istifadə edir. Yığımdan isə maliyyə aktivlərinin və əmlakın (mənzil, torpaq və i.a.) satın alınması üçün istifadə olunur ki, bunlara sahib olmağın özü də həyat səviyyəsinə müsbət təsir göstərir.


Həyat səviyyəsi kəmiyyətcə ayrı-ayrı məhsul növləri üzrə natura ifadəsində (məsələn, hər nəfərə düşən polad, prokat, elektrik enerjisi, avtomobil, kimyəvi lif, əsas qida məhsulları - taxıl, ət, süd, kartof, şəkər, tərəvəz, meyvə və i.a.), ümumi şəkildə isə dəyər formasmda (məsələn, hər nəfərə düşən ümumi daxili məhsul, milli gəlir, milli sərvət və i.a.) müəyyən olunur. Cəmiyyət üzrə orta həyat səviyyəsi göstəriciləri ilə yanaşı, ayrı-ayrı sosial qruplar üzrə belə hesablamalar aparılır ki, bu da onlara müqayisəli xarakteristika verməyə imkan yaradır. Həyat səviyyəsinin yüksəlməsi və ya aşağı düşməsi haqqında isə onun dinamikası və tələbata uyğun gəlib gəlməməsinə dair məlumatlar əsasında mühakimə yürütmək olur. Həyat səviyyəsinin dinamikası əhalinin gəlirləri, ərzaq və qeyri-ərzaq məhsullarının istehlakı, asudə vaxt, ümumi əmək məsrəflərində mexanikləşdiril- miş sahələrdə sərf olunan əməyin xüsusi çəkisi və b. göstəricilərin köməyilə müəyyən edilir.



Yüklə 322,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə