“Sosial işin təşkili və idarə olunması” kafedrası
Fənnin adı : “Psixi Sağlamlıq”
Mühazirə №4
Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar
Psixiatrik reabilitasiya bu fəaliyyətin məqsədinin - insanlara özlərinin seçdiyi sosial mühitdə həyat, iş və təhsildə uğur və məmnunluq hissinə çatmaq olması şərtilə, istənilən proqram, model, istənilən yer və mühitdə və istənilən insan tərəfindən reallaşdırıla bilər. Assertiv xəstəxanadan kənar müalicə (ing. Assertive community treatment), klub evləri (ing. clubhouse) və ya individual məşğulluq və dəstək (ing. individual placement and support model) kimi psixiatrik reabilitasiya modelləri öz proqramları çərçivəsində psixiatrik reabilitasiya prosesləri keçirə bilərlər. Psixi sağlamlığın qorunması sferasındakı istənilən müəssisə və təşkilat (xəstəxanalar, psixososial reabilitasiya mərkəzləri, gündüz stasionarları, əvvəldən qeydiyyat aparmayan xidmət mərkəzləri, yaşayış yeri üzrə çalışan xidmətlər) potensial olaraq psixiatrik reabilitasiyanın keçirilməsi üçün mühit ola bilər. Psixiatrik reabilitasiyanı istənilən background-u olan insan apara bilər (psixi sağlamlığın qorunması xidmətləri istifadəçiləri də daxil olmaqla); vərdiş məşğələləri və məşqlər keçirmək, inzibatçılıq, araşdırmalar aparmaq, istifadəçiləri kurasiya etmək (Anthony və Farkas 2009).
Uzun müddətli psixi pozuntusu olan istifadəçilərinin istək və tələblərini yerinə yetirmək üçün əsas xidmətlər 1-ci cədvəldə göstərilmişdir (Anthony və Farkas 2009).
Dostları ilə paylaş: |