MühaziRƏ 4 Təsərrüfat-maliyyə əməliyyatlarının auditi



Yüklə 32,08 Kb.
səhifə1/4
tarix19.01.2022
ölçüsü32,08 Kb.
#82981
  1   2   3   4
audit muhaziremuhazire 4


MÜHAZİRƏ 4

Təsərrüfat-maliyyə əməliyyatlarının auditi

Nağd pul vəsaitləri auditinin aparılması metodikası.

İstehsal-kommersiya fəaliyyəti prosesində müəssisələr arasında daimi olaraq təsərrüfat əlaqələri baş verir, müxtəlif məhsulların alışı və satışı əməliyatları yerinə yetirilir. Məhsul satışından pul vəsaiti daxil olur və ya alınan məhsullara görə pul vəsaitləri ödənilir. Bunlardan başqa büdcə, bank, müxtəlif ictimai təşkilatlarla, müəssisənin işçi heyəti və digər hüquqi və fiziki şəxslərlə hesablaşma əməliyyatı aparılır. Müəssisələr arasında aparılan bütün əməliyyatlar pulun köməyilə və iştirakı ilə yerinə yetirilir. Beləliklə pul vəsaitləri müəssisənin fəaliyyətinin davam etməsində və müəssisənin idarə olunmasında mühüm vasitə rolunu oynayır. Müəssisələr arasında pul vəsaitləri sahəsində aparılan hesablaşmalar nağd və nağdsız qaydada aparılır. Nağd pul vəsaiti dedikdə müəssisə tərəfindən hər hansı bir məhsulun satılması və ya xidmətin göstərilməsi qarşılığında əldə edilən gözlə görünən və müəssisənin kassasına daxil olan kağız və ya dəmir pul (qəpik) başa düşülür. Qeyri nağd və ya nağdsız pul vəsaitləri dedikdə isə təsərrüfat maliyyə əməliyyatları üzrə ödəmələrin müvafiq banklar vasitəsilə həyata keçirilməsi başa düşülür. Pul vəsaitinin saxlanması və müəssisələr arasında nağdsız hesablaşmaların aparılması üçün hər bir müəssisə müəyyən bir bankda hesab açır nağdsız pul vəsaitlərinin mədaxili həmin hesaba daxil olur və müəssisə başqa bir müəssisəyə ödəniş etdikdə həmin hesabdan ödəniş etmiş olur. Beləcə pul vəsaitləri üzrə əməliyyatlar gözə görünməyən bir tərzdə nağdsız qaydada banklar vasitəsilə həyata keçirilir. Nağdsız hesablaşmalar müəssisələr arasında ən vacib forma hesab olunur. Hesablaşmanın bu forması ilə müəssisələr arasında bağlanmış müqavilələr əsasında aparılan alqı-satqı əməliyyatlarının və bütün təsərrüfat əməliyyatları ilə əlaqədar olan hesablaşmalar yerinə yetirilir.

Hər bir müəssisədə pul vəsaitləri əməliyyatlarının auditi mühüm kəsb edən amil hesab olunur. Pul vəsaitlərinin auditi müəyyən dövrdən bir audit tərəfindən yoxlanılmalı müəssisənin kassasında nağd pul vəsaitlərinin və müəssisənin cari hesabında nağdsız pul vəsairtlərinin miqdarı doğru şəkildə müəyyən olunmalıdır. Muəssisələrdə pul vəsaitləri üzrə əməliyyatların auditinin əsas məqsədi pul vəsaitləri uzrə apanlan əməliyyatların qanunverici və normativ huquqi aktların tələblərinə uyğun olmasını, bu əməliyyatların təsərrüfat-maliyyə nəticələrinin xeyrinə istifadəsini, muəssisələrdə pul vəsaitlərindən səmərəli istifadə olunmasmı qiymətləndirmək, həmçinin pul vəsaitlərinin qeyri-qanuni sərfı və mənimsənilməsi hallarını aşkar etməkdən ibarətdir. Muəssisələrin pul vəsaitləri əməliyyatlarının auditi qarşısınd abir sıra mühüm vəzifələr durur. Belə ki, pul vəsaitləri üzrə əməliyyatların qanuniliyinin qiymətləndirilməsi, pul vəsaitləri üzrə əməliyyatların vaxtında və düzgün uçota alınmasının qiymətləndirilməsi, pul vəsaitlərinin hərəkətinin üzərində daxili nəzarət vəziyyətinin qiymətləndirilməsi, pul vəsaitləri üzrə aparılan əməliyyatlarda yol verilmiş mənimsəmə hallarının mövcudluğu və onların aradan qaldırılması yolları pul vəsaitləri əməliyyatı auditinin əsas vəzifələridir. Pul vəsaitləri əməliyyatının auditinin bir neçə ümumi prinsipləri vardır. Bu prinsiplər aşağıdakılardır:

- pul vəsaitləri əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyivə normativ hüquqi aktlarının tələblərinə uyğun olması;

- pul vəsaitlərinin uçotunun təşkili vəziyyətinin qiymətləndirilməsi;

- pul vəsaitlərindən səmərəli və məqsedyönlü istifadə edilməsinin qiymətləndirilməsi;

- pul vəsaitlərinin hərəkəti üzərində ümumi nəzarətin təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi;

- pul vəsaitləri əməliyyatları ilə təsərrüfat əməliyyatlarının uyğunluğunun qiymətləndirilməsi.

Pul vəsaitləri üzrə əməliyyatların auditi iki istiqamətdə aparıhr: nağd və nağdsız əməliyyatların auditi. Pul vəsaitləri üzrə nağd qaydada aparılan əməliyyatların auditi bilavasitə təsərrüfat-maliyyə fəaliyyətində yol verilmiş nöqsanların, mənimsəmə hallarının aşkar edilib qiymətləndirilməsi ilə nəticələnməlidir. Hər bir təsərrüfat əməliyyatının arxasında onun dəyərini ifadə edən pul vəsaiti dayanır. Nağd pul əməliyyatlarında mənimsəmə və digər qeyri-qanuni hallar üçün imkanlar daha coxdur. Bu, əməliyyatların üzərində nəzarəti müəyyən qədər çətinləşdirir. Nağd pul əməliyyatlarının auditinin metodikası dedikdə, muəssisələrdə təsərrüfat-maliyyə fəaliyyətinin audit yoxlama işləri aparılan zaman, nağd pul vəsaitləri üzrə edilmiş əməliyyatların audit yoxlaması qaydaları-prosedurları, yaxud burada tətbiq olunan üsullar və mexanizmlər başa düşülür.

Nağd pul əməliyyatlarının auditi zamanı auditor müəssisənin kassasına daxil olan hər hansı bir pul məbləği üzrə ilkin sənədlərlə kassa mədaxil-məxaric orderini üzləşdirir və kassa mədaxil-mexaric orderində olan məbləğlə ilkin sənəddəki məbləğ müqayisə edilir. Üzləşdirmə zamanı həmçinin əməliyyatın qanuni və qanunsuz olmasına qiymət verilir, mədaxil və məxaric orderində imzaların doğruluğunun yoxlanılması mütləqdir. Bundan başqa kassa mədaxil və məxaric orderlərində eləcə də digər təsdiqedici sənədlərin doğruluğu yoxlanılır və nöqsanların olub olmadığı aşkara çıxarılır. Audit yoxlaması zamanı audit tərəfindən diqqət edilməsi zəruri olan məqamlardan biri odur ki, auditor yoxlama zamanı əsas etibarı ile nağd qaydada aparılan iri həcmli pul əməliyyatlarına daha dəqiq diqqət yetirməli və bu əməliyyatların hansı məqsədlə apanlmasını müəyyənləşdirməli və onların nəticələri üzrə müvafıq audit qiyməti verməlidir. Bir qayda olaraq kassa əməliyyatlarının audit yoxlanmasında başdan-başa yoxlama metodikasından istifadə olunur. Yəni nağd pul əməliyyatı mərhələlər uzrə ilkin prosesdən-kassa mədaxil orderindən başlamış,kassa əməliyyatlanna yazılış edilen kassa eməliyyatlarına dair kassa kitabından,kassa əməliyyatlarının mühasibat uçotu və müvafiq proqrama qeyd olunmuş əməliyyatlar üzləşdirilməlidir. Ona gorə də auditor müəssisədə aparılan nağdpul əməliyyatlarının ilkin sənədləri ilə kassa mədaxil-məxaric orderlərini üzləşdirdikdən sonra, həmin məbləğlərin üzərində nəzarətin tamlığını müeyyen etmək üçün onların kassa kitabı yazılışları ilə günbəgün, tarixbətarix üzləşdirməlidir. Üzləşdirmə zamanı əsas etibarı ilə, müəssisənin kassasına verilən nağd pul vəsaitlərinin vaxtında və düzgün mədaxil olunması,yaxud digər təsərrüfat əməliyyatları üzrə kassadan verilmiş nağdpul vəsaitlərinin vaxtmda və düzgün uçota alınmasına audit qiyməti verilməlidir. Kassanın auditi istənilən vaxt təşkil oluna bilər. Kassanın audit yoxlaması zamanı əsas faktorlardan biri kassada olan mövcud pulun auditor tərəfindən sayılması və kassa qalığının faktiki qalıqla üzləşdirilməsidir. Kassa kitabında olan bütün mədaxil və məxaric əməliyyatları onu təsdiq edən kassa mədaxil orderi və kassa məxaric orderləri ilə hər zaman üzləşdirilməlidir. Bundan sonra auditor hansı gün kassa auditini həyata keçirirsə həmin gündə olan bütün kassa əməliyyatlarını diqqətlə nəzərdən keçirməlidir. Digər tərəfdən müəssisənin müvafiq mühasibat proqramda görünən kassa qalığı ilə kassanın sayılması zamanı ortaya çıxan qalıq eyni olmalıdır. Əgər fərqlilik olarsa bu bir nöqsanın olduğunu göstərir və auditor bunu bir nöqsan olaraq audit arayışında qeyd edib rəhbərliyə bildirir.




  1. Yüklə 32,08 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə