MühaziRƏ 4 Təsərrüfat-maliyyə əməliyyatlarının auditi


Qeyri-nağd pul vəsaitləri auditinin aparılması metodikası



Yüklə 32,08 Kb.
səhifə2/4
tarix19.01.2022
ölçüsü32,08 Kb.
#82981
1   2   3   4
audit muhaziremuhazire 4

Qeyri-nağd pul vəsaitləri auditinin aparılması metodikası.

Hər bir müəssisədə qeyri nağd pul vəsaitlərinə aid əməliyyatların auditi də çox önəmlidir. Qeyri nağd pul vəsaitləri auditinin metodikası dedikdə müəssisələrdə aparılan nağdsız əməliyyatlar üzrə audit yoxlamasının prosedur qaydaları və burada istifadə edilən üsullar başa düşülür. Müəssisələrdə audit yoxlama işləri aparılan zaman nağd pul əməliyyatlarında olduğu kimi, nağdsız pul vəsaitləri üzrə aparılan əməliyyatlarda dəqiq yoxlama nəzarətindən keçirilməlidir. Auditor müəssisələrdə nağdsız pul əməliyyatları üzrə yoxlama işləri aparan zaman ilk növbədə bu əməliyyatların yuxanda qeyd etdiyimiz normativ huquqi aktlann prinsiplərinə uyğun olaraq təşkili və qurulması qiymətləndirməlidir. Nağdsız pul əməliyyatlan uzrə audit yoxlama işlərinin növbəti mərhələsi, apanlmış nağdsız pul əməiiyyatlarının ilkin məlumatlarla konkret olaraq üzləşdirilməsidir. Yoxlama üçün ilkinməlumat mənbəyi odəmə tapşınqları, ödəmə tələbnamələri, nağd pullarınbanka təhvil verilməsinə dair təsdiqedici sənədlər, nağd pulun alınmasına dair cek kitabcaları, bank çıxarışları və sair ola bilər. Yoxlama metodikasınm əsas mahiyyəti yuxarıda qeyd olunan sənədlərin müəssisədə baş vermiş nağdsız pul vəsaitləri üzrə təsərrüfat-maliyyə əməliyyatının yoxlanması və ekspertiza edilmesidir. Burada əməliyyatın mahiyyətindən asılı olaraq, başdanbaşa uzləşdirmə metodikasından istifadə olunur. Üzləşdirmə nağd pul əməliyyatlarında olduğu kimi nağdsız pul əməliyyatlarında da günbəgün, tarixbətarix, dəqiqliyiilə başdan-başa aparılmalıdır. Bu zaman müəssisənin bankda olan hesablaşma hesabı və digər hesablar üzrə əməliyyatlarını tesdiq edən bank çıxarışı əsas götürülür. Buna görə də auditorun yerinə yetirilən iş və xidmətlərin nə dərəcədə reallığını təsdiq edən sənədləri nəzərdən keçirməsi vacibdir. Audit yoxlama ekspertizasının ilkin mərhələsində müəssisənin cari təsərrüfat xərcləri üzrə bankdan pul çeki vasitəsi ilə alınan nağd pulların vaxtında və düzgün kassaya mədaxil edilməsi yoxlanılmalıdır. Adetən çek kitabçalarının müəssisədə qalan hissəsində bankdan alınan nağd pul vəsaitinin məbləği əks etdirilir və muəssisənin rəhbərliyinin imzası ilə təsdiq edilir. Ona görə də auditor alınmış nağd pul vəsaitlərini çek kitabçalarının tarixi və qeydiyyat sayı ilə üzləşdirməlidir. Nağdsız pul əməliyyatları üzrə audit yoxlamasının ən vacib hissələrindən biri də kredit və depozit müqavilələri üzre əmeliyyatlardır. Kredit müqavilələri üzrə əmliyyatlar dedikdə, müəssisələrin bu və ya diger kredit təşkilatlarından və ya banklardan məqsədli götürdükləri kreditlər başa düşülür. Auditor kreditlərin məqsədəuyğun istifadə edilməsini, kredit əməliyyatları üzrə daxili vəziyyətin nəzarətini, kreditin qaytarılma müddətinin qrafikə uyğunluğunu yoxlamalı və qiymətləndirməlidir. Bundan başqa müəssisənin hansısa bankda depoziti varsa depozitdən hər ay mədaxil olan faiz məbləği də diqqətlə nəzərdən keçirilməli banka qoyulan depoziti təsdiq edən depozit müqavilələri də auditor tərəfindən yoxlanılmalı onun düzgünlüyü təsdiq edilməlidir. Nağdsız pul vəsaitləri üzrə audit yoxlama-ekspertizasımn yoxlama metodikasının növbəti merhələsi yuxarıda qeyd olunan əməliyyatlar üzrə ilkin sənədlərin mühasibat məlumatları ilə üzləşdirilməsidir. Yekun olaraq qeyd etmək lazımdır ki, nağdsız pul əməliyyatları üzrə audit yoxlaması aparılan zaman müəssisələrdə bank əməliyyatlarına dair uçot-hesabat işlərinin vəziyyəti də nəzərdən keçirilib qiymətləndirilməlidir.


  1. Yüklə 32,08 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə