MühaziRƏ 4 Təsərrüfat-maliyyə əməliyyatlarının auditi


Qiymətli kağızlarin auditinin aparılması qaydaları



Yüklə 32,08 Kb.
səhifə4/4
tarix19.01.2022
ölçüsü32,08 Kb.
#82981
1   2   3   4
audit muhaziremuhazire 4

Qiymətli kağızlarin auditinin aparılması qaydaları

Qiymətli kağızlar pay üzərində mülkiyyət hüququnu həmçinin şirkət və ya dövlətlə borc münasibətlərini təsdiq edən sənəddir. Qiymətli kağızların əsas əlamətləri aşağıdakılardır:

1. Eyni növdən olan qiymətli kağızlar adətən böyük məbləğdə emissiya olunur: bir buraxılışla emissiya olunan qiymətli kağızlar bir-birləri ilə əvəz edilə bilər

2. Qiymətli kağızlar investisiya kimi qoyulan kapitalın gəlirlərinə yaranan hüquqları təsdiq edirlər

Bir çox müəssisələr öz fəaliyyətləri ilə bərabər qiymətli kağızların alqı-satqısında da aktiv iştirak edirlər. Müəssisələrin qiymətli kağızlarla əməliyyatlar aparmasının səbəbi mənfəət əldə etməkdən ibarətdir. Qiymətli kağızlar olaraq istiqrazları, səhmləri, vekselləri, vauçerləri və s göstərə bilərik.

Hər bir müəssisədə qiymətli kağızların auditi çox önəmlidir. Bu baxımdan qiymətli kağızların auditi metodikası zəruri əhəmiyyət daşıyır. Qiymətli kağızlar auditinin metodikası dedikdə, müəssisələrdə təsərrüfat-maliyye fəaliyyətində əhəmiyyətli rol oynayan qiymətli kağızlar, o cümlədən səhmlər, istiqrazlar, veksellər, çeklər və sair yoxlanması, ekspertiza edilməsi və qiymətləndirilməsi başa düşülür. Ona görə də hər bir müəssisənin sərəncamında olan pul vəsaitləri və ona bərabər tutulan qiymətli kağızlar da ciddi nəzarət obyekti olmalıdır. Çünki, muəssisənin sərəncamında olan qiymətli kağızların tez bir zamanda nağd pul vəsaitlərinə çevriimə imkanı vardır. Auditor müəssisələrin sərəncamında olan qiymətli kağızların növündən və formasından asılı olaraq onlanın əldə edilməsi, saxlanması prosesində iştirakı, müəssisəyə gətirdiyi gəlirlər, divident və bu gəlirlərin inkişaf istiqamətlərini qiymətləndirməlidir. Bundan başqa audit yoxlaması zamanı qiymətli kağızların növləri üzrə onların alqı-satqı müqavilələrində nominal və satış qiymətlərinin düzgün əks etdirilməsi dəqiqləşdirilməlidir. Qiymətli kağızlann audit yoxlamasının əsas məqsədi qiymətli kağızlar üzrə aparılan əməliyyatlarda yol verilmiş nöqsanları aşkar etmək ve qiymətləndirməkdən ibarətdir. Təcrübədə bir çox hallarda qiymətli kağızlar üzrə əməliyyatlarda ciddi qanun pozuntularına rast gəlinir. Bu qanun pozuntuları muxtelif ola bilər. Qiymətli kağızlar üzrə əməliyyatlarda yol verilmiş qanun pozuntulrından biri də həmin kağızlar üzrə əldə edilən dividentlərin gizlədilməsi, yaxud uçot-hesabat sənədlərində düzgün əks etdirilməməsidir. Qiymətli kağızların audit yoxlamasının növbəti yoxlama mərhələsi onların mühasibat uçotunda düzgün əks etdirilməsi vəziyyətini qiymətləndirməkdir. Burada əsas məqsəd qiymətli kağızların analitik ve sintetik uçotunun vəziyyətinin təşkili, onların analitik uçotu üçün xüsusi uçot kitabının açılması, əldə edilən qiymətli kağızların nominal və bazar qiymətlərinin düzgün əks etdirilməsi, qiymətli kağızlar üzrə əldə edilən dividentlərin uçota alınması, bölüşdürülməsinin təşkili haqqında müvafiq rəy və nəticə əldə etməkdir. Nəzərə almaq lazımdır ki, pul vəsaitlərində olduğu kimi, qiymətli kağızlar da müəssisənin rəhbərliyinin sərəncamına əsasən xüsusi şəraitdə maddi-məsul şexsin məsuliyyəti altında saxlanılmalıdır. Auditor qiymətli kağızlar üzrə əməliyyatları yoxladıqdan sonra əldə etdiyi nəticələri yoxlama arayışmın müvafiq bölməsində əks etdirməlidir.


Yüklə 32,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə