Fənn: İnformasiyanın idarə edilməsi
Mühazirə 5: İnternet protokolları
Plan:
1.
OSİ modeli
2.
TCP/İP protokolu
3.
Digər şəbəkə protokolları
4.
Ünvanlaşma
OSİ modeli
- texnologiyaların standartlaşdırılıb bütün şəbəkə sistemləri üçün
qəbul olunmuş ümumi formasıdır. OSİ modeli kompüter şəbəkələri
sisteminin fiziki
təchizatından tutmuş proqram təminatına kimi işləmə prinsipini izah edir. Bir
kompüterdən digərinə məlumat göndəriləndə baş verən proseslər standartlaşdırılmış
formada bütün kompüterlərdə eyni ardıcıllıqla aparılır.
Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan,
fərqli firmalar özlərinə
məxsus texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların
istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından başqa şəbəkə
kartlarını və texnologiyalarını tanımırdılar. Çünki hər bir firmanın
özünə məxsus
proqram təminatı və quruluşu var idi. Hər firma fərdi eyni zamanda fərqli sistemlər
və drayverlər istifadə etdiyi üçün digər firmaların şəbəkələri ilə əlaqə yarada
bilmirdilər. Bu problem ümumi proqram təminatının yazılmasında
da çətinliklər
yaradırdı. Əgər hər hansı bir şirkət şəbəkə qursaydı o ancaq tək bir firmanın
texnologiyasını istifadə etmək məcburiyyətində qalırdı. Çünki digər firmaların
texnologiyası artıq qurulmuş şəbəkələrini dəstəkləmirdi. Əgər gələcəkdə şəbəkəyə
əlavə etmək istəsələr o firmadan başqası bunu edə bilməzdi. Həmin firmadan alınan
mallar isə baha başa gəlirdi. Bu cür problemlərin artması ümumi bir sistemin
yaranmasına tələb yaratdı. Standartlaşdırmada yaranan problemlərin başında
proqramlaşdırma terminologiyası gəlirdi. Buna səbəb hər firmanın özünəməxsus
terminologiyasının olması idi.
1984-cü ildə International Organization of Standardization (ISO) adında bir
qurum Open System Interconnection modelini “ISO”-nu yaratdı.
ISO qurumun
adının qısaltması deyil, latınca “bərabər” mənasını verən "isos" sözündən götürülüb.
Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışır. OSI
Modeli dəyişilməz qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi yarada bilər.
Amma OSI modelinin standartlarında olmazsa böyük ehtimal digər şəbəkələr
tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir.
Səviyyələr -
OSI modeli vasitəsi ilə bir cihazın
və ya protokolun şəbəkə
daxilində hansı vəzifəni yerinə yetirdiyini daha rahat izah etmək olar. OSI modeli,
kompüter üzərindəki proqram məlumatının, şəbəkə mühitindən keçərək digər bir