MühaziRƏ 5 Standartlaşdırma fəaliyyətinin əsasını təşkil edən texniki



Yüklə 129,5 Kb.
tarix01.09.2018
ölçüsü129,5 Kb.
#66550

MÜHAZİRƏ 5
Standartlaşdırma fəaliyyətinin əsasını təşkil edən texniki

qanunvericilik

Plan­
1. Texniki qanunvericilik və texniki reqlamentlər sahəsində asas anlayışlar

2. Texniki reqlamentin işlənməsi zərurəti haqqında qərarın qəbul edilməsinin prinsipial əsasları

3. Texniki reqlamentin strukturu

4. Texniki reqlamentin işlənmə qaydası

5. Texniki reqlamentin istifadə olunması

Texniki qanunvericilik – texniki obyektlərə (məhsula, onun həyat dövründəki proseslərə, işlərə, xidmətlərə və müəyyən olunmuş tələblərə riayət edilməsinə nəzarətə) tələbləri reqlamentləşdirən hüquqi normalar toplusudur.

Texniki qanunvericilik –iqtisadiyyatın dövlət tərəfindən nizamlanması sahəsi olaraq texniki nizamlama üzrə fəaliyyyət nəticələrindən biridir. Effektiv işləyən qlobal bazar elə iqtisadi məkandır ki, burada dövlətlər sərhəddindən (əmtəələr, kapitallar, işçi resursları, informasiya), sərbəst keçən və burada onlar ücün daha əlverişli şərait yaranır. Dövlətlər tarif və qeyri- tarif maneələrin aradan qaldırılması üçün tədbirlər görərsə, belə bazarların tanınması mümkündür.

Texniki maneələr dedikdə milli və beynəlxalq (xarici) standartlar arasındakı fərqlər başa düşülür. Belə fərqlər ticarət praktikasında əlavə xərclərə və əmtəələrin müvafiq bazara çatdırılması üçün vaxtın itirilməsinə gətirib çıxarır.

Texniki maneələri təbiisüni surətdə yaradılan maneələrə ayırmaq olar. Təbii texniki maneələr əsasən istehsalçının xəbəri olmadan onun məhsulunun nəzərə alınmayan keyfiyyət göstəricilərinin idxalçı dövlətdə sınaqlar zamanı aşkar olunaraq tələblərə uyğun olmaması ilə bağlı olur. Süni surətdə yaranan texniki maneələr idxalçı dövlətdə eyni növ və keyfiyyətə malik olan və digər dövlətlərdə istehsal olunan məhsula dair fərqli (yəni birinə daha sərt tələblər irəli sürülür) tələblərin irəli sürülməsi ilə bağlıdır.

Xarici dövlətlərdə olduğu kimi respublikamızda da ticarətdə texniki tələblərin aradan qaldırılması məqsədilə proqramlar işlənib hazırlanmalıdır. Bu proqramların həyata keçirilməsi böyük iqtisadi səmərənin əldə olunmasının əsasını təşkil edir.

Nizamlama anlayışı altında dövlətin bazarda təsərrüfatçılıqla məşğul olan subyektlərin davranışını təşkil edən fəaliyyəti başa düşülür.

Texniki nizamlama obyektləri kimi məhsulları, məhsulun həyat dövrü proses-lərini, işləri və xidmətləri göstərmək olar.

Ümumi halda texniki nizamlama - göstərilən texniki obyektlərə dair tələblərin (məcburi və tövsiyyə olunan) müəyyən edilməsi və tətbiqi sahəsində və müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi sahəsində münasibətlərin hüquqi nizamlanmasıdır.

Texniki nizamlama subyektləri aşağıdakılardır:



  • hakimiyyət orqanları;

  • texniki qanunvericiliyin tələblərinə riayət olunmasına dövlət nəzarəti orqanları;

  • sertifikatlaşdırma orqanları, akkreditasiya olunmuş sınaq laboratoriyaları;

  • təsərrüffat fəaliyyəti subyektləri;

  • texniki qanunların və standartların işləyiciləri;

  • təhlükəsizlik – texniki nizamlama sisteminin əsas aspekti və məcburi tələbidir.

Texniki nizamlama – məhsula, istehsal proseslərinə, istismara, saxlanmaya, daşınmaya, satılmağa və tullantılardan istifadə olunmasına dair tələblərin müəyyən olunması, istifadə olünması sahəsində münasibətlərin hüquqi nizamlanmasıdır.

Göstərilən tərifdə texniki nizamlamanın əsas elementləri qeyd olunmuşdur:



  1. məhsula və məhsulun həyat dövrü proseslərinə dair məcburi tələblərin müəyyən edilməsi, həyata keçirilməsi və istifadə olunması;

  2. könüllülük əsasında məhsula, məhsulun həyat dövrü proseslərinə dair tələblərin müəyyən edilməsi və tətbiqi;

  3. uyğunluğun qiymətləndirilməsi sahəsində hüquqi nizamlama.

Birinci element məhsula və metrologiya qaydalarına texniki reqlamentlərin tətbiqi yolu ilə həyata keçirilir; ikinci – standartlaşdırma vasitəsilə; üçüncü –uyğunluğun qiymətləndirilməsi yolu ilə.

Texniki reqlament – özünə məcburi tələbləri cəmləşdirən sənəddir.

Texniki nizamlanma bir sıra prinsiplər əsasında həyata keçirilir:


  • akkreditasiya və sertifikasiya orqanlarının istehsalçılardan və istehlakçılardan asılı olmaması;

  • dövlət nəzarət və sertifikasiya orqanlarının vəzifələrinin üst- üstə düşməsinin yol verilməzliyi;

  • bir orqanla akkreditasiya və sertifikasiya vəzifələrinin yerinə yetirilməsinin yol verilməməzliyi;

  • texniki reqlamentlərə riayət olunması üzrə dövlət nəzarətinin büdcədən kənar maliyyələşdirilməsinin yolverilməməzliyi;

  • məhsula, istehsal proseslərinə, istismara, saxlanmaya, daşınmaya, satılmaya və tullantılardan istifadə olunmasına, işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə dair vahid tələblərin müəyyən edilmə qaydalarının tətbiq edilməsi;

  • vahid akkreditasiya sistemi və qaydaları;

  • uyğunluğun məcburi qiymətləndirilməsi prosedurasının aparilması zamanı tədqiqatlar (sınaqlar) və ölçmələr metodlarının və qaydalarının vəhdəti;

  • bağlanan müqavilələrin növündən və xüsusiyyətlərindən asılı olmayaraq istifadə olunan texniki reqlamentlərin tətbiq edilməsinin vəhdəti;

  • texniki nizamlamanın milli iqtisadiyyatın, maddi- texniki bazanın inkiıaf səviyyəsinə, həmçinin elmi- texniki inkişaf səviyyəsinə uyğunluğu;

  • akkreditasiya və sertifikasiyanın həyata keçirilməsi zamanı rəqabətin məhdudlaşdırılmasının yolverilməməzliliyi.

Texniki nizamlamanın əsas məqsədi – texniki reqlamentlərin qəbul olunmasıdır. Texniki reqlament aşağıdakı məqsədlər üçün qəbul olunur:

1. vətəndaşların həyatının, yaxud sağlamlığının, fiziki yaxud hüquqi şəxslərin əmlakının, dövlət yaxud bələdiyyə əmlakının mühafizəsi;

2. bitkilərin və heyvanların həyatının və sağlamlığının, ətraf mühitin qorunması;

3. alıcılarda yalnız fikir yaratmaq fəaliyyətinin qarşısını almaq;

4. barələrində texniki reqlament tələbləri müəyyən edilən məhsulun və həyat dövrü proseslərinin təyin olunan (istehsal, istismar, saxlanma, daşınma, satılma) siyahısı;

5. texniki nizamlanma obyektinin eyniləşdirmə qaydaları;

6. məhsulun və həyat dövrü proseslərinin təhlükəsizliyini təmin edən minimal lazımi tələblər.

Reqlament- hakimiyyət orqanı tərəfindən qəbul olunan və tərkibində məcburi hüquqi normaları olan rəsmi sənəddir.

Texniki reqlamentin (TR) qəbul olunması məqsədilə tərkibinə aşağıdakılar əlavə oluna bilər:


  • Riskin dərəcəsini nəzərə almaqla təyin olunan uyğunluğun qiymətləndirilmə forma və qaydaları;

  • Hər bir texniki nizamlanmaya məruz qalan obyektə qarşı uyğunluğun qiymətləndirilməsinin məhdudlaşdırılmış müddətləri;

  • Terminologiya, qablaşdirma, markalaşdırmaya irəli sürülən tələblər və etiketlərin məhsulun üzərinə vurulma qaydaları.

TR- lərdə məhsul və proseslərə zərər vurma riskin nəzərə alınması xüsusi tələblərdə göstərilə bilər. Bu tələblər bəzi kateqoriya vətəndaşların müdafiəsini nəzərdə tutur (əlillər, hamilə qadınlar vəs).

TR- ləri döblətlərarası və regionlardan daxil olunan məhsullara qarşı minimal lazım olan baytarlıq –sanitar və fitosanitar tədbirlərin həyata keçirilməsini təyin edər.

Qeyd olunan tədbirlər məhsulun idxalina istifadə olunmasına, saxlanmasına, realizə olunub tullanmasına bioloji təhlükəsizliyi təmin edən məhdudiyyətlərin həyata keçirilməsini təyin edə bilər.

TR -lər ümumi halda iki növ ola bilər: ümumi texniki reqlament (ÜTR) xüsusi texniki reqlament (XTR).

ÜTR- in tələblərinin tətbiqi və gözlənilməsi hər növ məhsul və həyat dövrü prosesləri üçün məcburidir. ÜTR- lər aşağıdakı məsələləri əhatə edir:


  • bina, tikililər, qurğuların və onların ətrafında olan sahələrin təhlükəsiz istis-mar olunması;

  • yanğına qarşı təhlüükəsizlik;

  • bioloji təhlüükəsizlik;

  • elektromaqnit təhlüükəsizlik;

  • ekoloji təhlüükəsizlik;

  • nüvə və radiasiya təhlüükəsizliyi;

XTR-in tələbləri əsasən ayrı –ayrı növ məhsulların və həyat dövrü proses-lərin texnoloji və digər xüsusiyyətlərini nəzərə alır. XTR- in tələbləri yalnız elə ayrı- ayrı məhsul növünə şamil olunur ki, onların zərər vermə riskinin dərəcəsi ümumi texniki reqjamentlə nəzərdə tutulan risk dərəcəsindən böyükdür.

Texniki reqlamentin işlənməsi zərurəti haqqında qərarın qəbul edilməsi aşağıda göstərilən prinsipial əsaslara uyğun olaraq həyata keçirilir:



    1. problemin eyniləşdirilməsi (o cümlədən, onun tələblərini və əhəmiyyətini);

    2. problemə bütün yanaşmaların nəzərdən keçirilməsi;

    3. başqa variantlara nisbətən texniki reqlamentə üstünlük verildiyi halda onun ticarətdə qeyri –tarif maneələr yaratmasının mümkün olan təsirini öyrənmək;

    4. sərəncamverici standartların qəbulu əvəzinə (məsələn, istismar xarakteristikaları) son məhsula standartların prioritet qəbul olunması mümkün-lüyünün öyrənilməsi;

    5. beynəlxalq və regional reqlamentlər və standartlarla harmoniya dərəcəsinin öyrənilməsi;

    6. uyğunluğun qiymətləndirilmə mexanizminin nəzərdən keçirilməsi

    7. texniki reqlamentə nəzarət və onun yenidən baxılma mümkünlü-yünün öyrənilməsi;

    8. lazımi məsləhətlərin aparılmasının təmin olunması;

    9. texniki reqlamentlərin işlənmə və qəbul qaydalarına riayət olunması.

Texniki reqlamentə aşağıdakı məsələləri əhatə edən struktur elementlər daxil olunmalıdır:

  1. texniki nizamlanma obyektləri;

2. terminologiya;

3. bazarda yerləşdirilməsi üçün ümumi müddəalar;

4. təhlükəsizlik tələbləri;

5. sərbəst daşınma (nəqletmə) barədə müddəalar;

6. uyğunluğun təsdiq edilməsi;

7. uyğunluğun qiymətləndirilməsi ;

8. standartlar siyahısının idarə olunması;

9. bazarda nəzarət və yoxlamalar;

10. texniki reqlamentin yerinə yetirilməsinə məsul olan icra hakimiyyəti orqanın təyini;

11. keçid dövr.
Texniki reqlamentin işlənmə qaydası
Texniki reqlament təyin olunmuş qaydada respublika qanunun müddəaları əsasında qəbul olunur. Texniki reqlamentlər üzrə məlumatlar müvafiq çap orqanlarında nəşr olunmalıdır. Nəşr olunma tarixindən texniki reqlamentin layihəsi ilə maraqlı tərəflərin tanış olmaları təmin olunmalıdır. Texniki reqlamentin işlənməsinə əsas kimi bütövlükdə və ya qismən beynəlxalq və milli standartların müddəaları istifadə oluna bilər. Yazılı formada qeyd olunan təklifləri düzəlişləri nəzərə alaraq texniki reqlamentləri işlədən tərəf onun ictimai müzakirələrini təşkil

edir. İşlənmiş layihə ekspertlər komissiyasını keçəndən sonra Respublika Milli məclisində təsdiqlənir.

Xüsusi hallarda, yəni əgər insanların sağlamlığına və həyatına və ətraf mühitə təhlükə yaranarsa, Azərbaycan Respublikasının Prezidentit texniki reqla-mentin açıq müzakirəsi olmamış nəşr etmək haqqında qərar qəbul etmək hüququna malikdir.

Texniki reqlament müəyyən edilmiş qaydada olunmamış Beynəlxalq müqa-vilə əsasında qəbul oluna bilər.

Texniki reqlament məhsulun istehsal olunduğu yerdən və dövlətindən aslı olmayaraq eyni formada və eyni dərəcədə istifadə olunur. Alıcını məhsulun TR- in tələblərinə uyğunluğu üzrə məlumatlandırmaq məqsədilə bazarda tədavül nişanından istifadə olunmalıdır. Nişanlama sifarişçi tərəfindən (məcburi təsdiqlənməni həyata keçirən şəxs tərəfindən) müstəqil olaraq ona rahat olan istənilən üsullarla aparıla bilər.

Hər dövlət müvafiq formada və qanunvericiliklə təsdiq olunmuş ,,texniki reqlamentə uyğunluq niıanı,, işləyib qeydiyyatdan keçirilməlidir.

Texniki reqlament Respublika qanunu və ya Nazirlər Kabinetinin qərarı ilə bu nişan qəbul olunur və onun mətbuatda rəsmi olaraq çap olunduğu tarixdən ən azı altı aydan sonra qüvvəyə minir.

Bu nişan texniki nişanlanmanın əsas məqsədlərini (vətəndaşların təhlükəsiz-liyinin təmin olunmasını) göstərməlidir.

Texniki reqlamentin tətbiq olunması üçün tədqiqatların (sınaqların) və ölçmələrin metodları və qaydaları, həmçinin onların aparılması üçün nümunələrin seçilmə qaydaları respublika icra hakimiyyəti orqanları tərəfindən onların səlahiyyətləri haqqında texniki reqlamentlərin rəsmi nəşr olunma tarixindən 6 ay ərzində işlənir.

Texniki reqlamentlərin milli iqtisadiyyatın texniki səviyyəsinə, maddi- texiki bazanın inkişafı səviyyəsinə, elmi- texniki inkişaf səviyyəsinə, həmçinin beynəlxalq norma və qaydalarına uyğunluğunu təmin etmək məqsədələ TR- in proqramı işlənib hazırlanır və hər il dəqiqləşdirilir və nəşr olunur.



Texniki reqlamentin tələlərinə riayət olunmaması nəticəsində vətəndaşların sağlamlığına və həyatına, hüquqi şəxslərin əmlakına, dövlət və bələdiyyə orqanlarının əmlakına, ətraf mühitə, heyvanların həyatına və bitgilərə vurulan zərər halları respublika hökuməti tərəfindən daima təhlil və qeyd olunmalıdır. Toplanan materiallar əsasında alıcılar, isthsalçılar və satıcılar texniki reqlamentlərin tələblərinin gözlənilməsi sahəsində olan vəziyətlə məlumatlandırılmalıdırlar.






Yüklə 129,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə