Mühazirə A. Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 207,83 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix11.04.2018
ölçüsü207,83 Kb.
#37009
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9


 

 

    



    1-ci mühazirə 

 

A.

 

Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar 

 

Keçmiş və Tarix 

 

Bəşəriyyətin keçmişi necə olub? Bu barədə əfsanələr, miflər və tarix (geniş mənada) söz deyir. Lakin biz 



keçmişi tam deyil, tarixin (tarixçilərin) bizə söylədiyi qədər bilirik.Tarix bəşəriyyətin, xalqların, müəyyən 

istək  və  əlamətlərə  görə  birləşmiş  insan  qruplarının,  cəmiyyətin  uzaqlarda  qalmış  keçmişidir.  Tarix 

keçmişin,  orada  baş  verən  hadisələrin,  müəyyən  mənada,  düşüncədə  bərpasıdır,  keçmişin  mənzərəsinə 

yaxın olduğu iddia edilən məlumatlar toplusudur. 

 

Tarix mədəni mirasın qoruyucusu və təqdimatçısıdır!Tarixsiz heç nəyi, nə insanı, nə fikri, nə nəzəriyyəni, 



nə mühüm hadisəni, nə cəmiyyəti başa düşmək mümkün deyil.İnsan nələrə qadirdir, bir bioloji və sosioloji 

varlıq olaraq kimdir insan? Keçilən yola nəzər salmadan, yəni tarixsiz bu böyük suala ağlabatan cavab 

tapmaq ağla sığmır.Tarix tənqidi düşüncənin anasıdır. Bəzilərinə görə,  tarix yaxşı və pisi, xeyir və 

şəri,...göstərmək və anlatmaq iqtidarındadır (fəlsəfə ilə birlikdə dini əvəz edir?!)Tarix maarifləndirir, 

savadı və dünya görüşünü inkişaf etdirir. Tarix bilməyən adama “onun geniş dünyagörüşü var” demək 

olmur. 


 

Keçmişin vacibliyi onun indiyə qədər uzanmasında, indini əmələ gətirməsindədir. Keçmiş indinin içində 

yaşayır. Dünən bu günə çevrilir. Keçmişdən törəyib indi.Yaddaş keçmişin indiki zamanda varlığı və gücü 

deməkdir.Üç zamanda yaşayır və düşünür insan. İndi, yəni bu an, keçicidir, bir andır, arxamızda uzun bir 

keçmiş var və qarşımızda uzanan və uzunluğu bilinməyən, ümid dolu gələcək var. 

 

Elm-sənət sahəsi kimi “tarix” deyəndə əsasən yazının əmələ gəldiyi zamandan bəri olan dövrün, yəni 



məlumatların yazıya keçirilməsindən başlayan dövrün tarixi nəzərdə tutulur. Elmi ədəbiyyatda yazıdan 

əvvəlki dövrün tarixinə öntarix (prehistory) də deyilir. Məlum yazılı abidələrin yaşı təqribən beş min ildir 




(“Tarix Şumerdən başlayır” – “History begins at Sumer”, Samuel N. Kramer

). Bu beş minillikdə insanlar öz təcrübə, 

bilik və hisslərini yazıya köçürüblər. Müxtəlif zamanlarda yaşayan insanlar arasında bu yolla fikri əlaqələr 

qurulub. Daha qədim dövrlərdə, çox uzaq keçmişdə yaşayanlar haqqında, eləcə də təbiət və kainat 

haqqında biliklər yazıdan fərqli üsullar tətbiq etməklə (arxeologiya, geologiya, astronomiya kimi elmlər, 

eləcə də miflər vasitəsilə) əldə edilir. 

Tarix hər yerdədir. Kimin nə əldə etdiyini söyləyən və yeniliyin nədən ibarət olduğunu göstərən elmi əsər 

tarixdir, elmi ideyanın inkişaf tarixidir. Təkamül nəzəriyyəsi canlı aləmin tarixidir.  

G. Sarton (III, part I, p. 25, 26)

: “ Tarix nəsə bir dərs verə bilirmi?...O, ən azı bir  şey öyrədir: tolerant 

olmamaq nəinki cinayətdir, həm də səfehlikdir”.  “Elm tarixi insana həqiqətpərəst olmaq dərsi verir, bir-

biri ilə qardaş olmaq, bir-birinə kömək etmək dərsi verir. Bu kifayət deyilmi?” 

 

Elm məbədinin sakinləri 

Elmin inkişafı səbəblərindən biri zəka macərasıdır, bəşər övladının bilmək həvəsi, kəşf etmək, yaratmaq 

ehtirasıdır.İnsanların elmə gəlmə səbəblərini A. Einsteyn (1879-1955) üç amillə izah edir. “Bəziləri öz 

intellektual üstünlüklərindən qürur hissi duymaq üçün elmlə məşğul olurlar; onlar üçün bu, sanki həyatın 

dolğunluğunu və şöhrətdən doğan məmnunluğu təmin edən idmandır [...] Bəziləri isə öz zəkalarını qazanc, 

fayda almaq üçün xərcləyirlər. Allahın göndərdiyi mələk gəlib bunları elm məbədindən qovsa, məbəd 

faciəli şəkildə boşalacaq, seyrələcək, amma boş qalmayacaq [...] Mələyin əzizlədiyi və məbəddə qalan 

insanların əksəriyyəti qəribə, qapalı, tənhadırlar [...] Onları elmə və sənətə gətirən – əzabverici ağırlıq və 

ümidsiz boşluqla dolu olan gündəlik qayğılardan uzaqlaşmaq istəyidir, öz daim dəyişən tələb və 

şıltaqlıqlarından uzaqlaşmaq istəyidir [...] Onlar özlərinə sadə və aydın dünya mənzərəsi yaratmaq, 

yaşadıqları adi dünyanı öz yeni dünyaları ilə əvəz etməyə çalışırlar. Rəssam,şair, nəzəriyyələrlə baş 

sındıran filosof və təbiətşünas, hərə bir cür bununla məşğuldur” 

(“Printsipı nauçnoqo issledovaniya”; bax: A. 

Eynşteyn. Fizika i realnost. “Nauka”, Moskva, 1965; səh. 8).



 

Zaman anlayışı 

Gündəlik həyatımızda və ömrümüz boyu vaxtı ölçürük, saat vədəqiqələri, gün və həftələri, ay və illəri 

sayırıq. Elmdə və tarixdə zaman, vaxt ölçüləri var, onlarsız elm, sənət və həyat təsəvvüredilməzdir. Biz 

çox vaxt bioloji tələbatımızı belə (yemək, yatmaq, dincəlmək,...) fiziki saata görə ödəyirik.  

R. Feinman: elmin işi zamanın nə olduğunu təyin etmək deyil, onu ölçməkdir 

(Lectures, v.1, p. 5)

.  



Zamanı ölçən cihaz - astronomik və fiziki hadisələr, fenomenlərdir. Zamanın ölçülməsi eyni şəkildə təkrar 

olunun hadisələrlə, dövri proseslərlə bağlıdır. Bizsiz də Günəş, Ay, Yer, planet və ulduzlar var, onlar 

bizimlə məsləhətləşmədən dövr etmədədirlər.Ən təbii və qədim vaxt ölçüsü, vaxt hadisəsi bir gündür 

(gecə və gündüz birlikdə) - yerin öz oxu ətrafında bir tam dövr etməsi vaxtı, və ya görüntü olaraq, 

Günəşin iki ardıcıl doğuşu arasındakı vaxt (qədimlərdə düşünüldüyü kimi Günəşin Yer ətrafında bir tam 

dövr müddəti). Yerin Günəş ətrafında dövr etmə müddəti - bir il, Ayın Yer ətrafında dövr etmə müddəti – 

bir “Ay ayı” adlanır. Bu fırlanma və dövretmələr dövri səciyyə daşıyır,durmadan davam edir.Bir il 365 

gün 5 saat 48 dəqiqə 46.1 saniyə (0.1 saniyə dəqiqliyi ilə) və ya təqribən 365.2422 günə bərabərdir. Bir 

Ay ayının uzunluğu isə təqribən 29.5306 gündür. Günləri saymaqla, üst-üstə gəlməklə daha böyük vaxt 

ölçüləri – həftələr, aylar, ...əmələ gəlir. Günün hissələrə bölünməsi isə saat, dəqiqə, saniyə kimi daha kiçik 

ölçüləri əmələ gətirir. İnsandan asılı olmayan bu (astronomik) ölçülər –gün, il və Ay ayı təbii zaman

insanın düşünüb ortaya çıxardığı saat, dəqiqə, saniyə kimi ölçülər isə süni zaman adlandırıla bilər. Süni 

zaman ölçüləri sadəcə razılaşmadan başqa bir şey deyillər. 

Xronologiya hadisələrin baş verdiyi zaman ardıcıllığına görə yerləşdirilməsi, ardıcıl düzülməsidir.  

Təqvim həyatın axarını, ritmini tənzimləmək və təşkil etmək üçün yaradılan, müəyyən şərti başlanğıcı 

olan vaxt bölgüsü sistemidir. Tarix boyu çox təqvimlər olmuşdur. 



Dövrləşdirmə 

Uzun dövrü əhatə edən hər hansı tarixdövrləşmə olmadan anlaşıla və yazıla bilməz. Tarixin dövləşməsi 

şərtidir, anlatmaq üçün daxil edilən çərçivədir. Dövrləşməmüəyyən əlamətlərə görə aralıqlara, zaman 

intervallarına bölməkdir. 

Müxtəlif xalqların, mədəniyyətlərin tarixi fərqli olduğuna görə fərqli dövrləşməyə məruz qalmalıdır. Biri 

üçün aydınlaşdırıcı mahiyyət daşıyan dövrləşmə digərinə görə mənasız ola bilər. Avropada ədəbi 

humanizmin banisi və ümumiyyətlə, humanizmin ilk memarlarından biri sayılan F. Petrarca (1304-1463) 

tərəfindən daxil edilən Renessans kəlməsi sonralar bütün Avropaya aid edildi, avropalaşdırıldı. Bu, 

məsələn, Çin və ya İslam şərqinin tarixinə dəxli olmayan bir dövrləşmədir. Əsasən İtaliya üçün uyğun 

olan Renesssans anlayışı və onun üzərində qurulan dövrləşdimə Şimali Avropa üçün belə fərqlidir və o 

qədər də uyğungörünmür (hansı yenidən oyanma, yenidən canlanma, nəyin oyanması, nəyin bərpası?). 

Məsələn, İngiltərənin parlaq çağını, İtalyan Renessansı ilə deyil, Elizabeth dövrü (1558-1603) ilə 




Yüklə 207,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə