Mühazirə A. Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 207,83 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix11.04.2018
ölçüsü207,83 Kb.
#37009
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

bağlamaq daha doğrudur. Qaranlıq Çağ termini də F. Petrarca`nın kəşfidir (1330-larda), Antik dövrdən 

Avropanın oyanması (Renessans öncəsi) arasındakı çağı bildirir. Avropalıların Qaranlıq çağının böyük 

hissəsi İslamın parlaq çağı ilə üst-üstə düşür.  

Tək tarix deyil, coğrafi bölgələşmə də Avropa  süzgəcindən keçib. Yaxın Şərq, Orta Şərq, Uzaq Şərq 

terminləri Avropada yaranmış və Avropa baxışını əks etdirir, Avrosentrizmin məhsuludur. 

 

          Elm. Təbiət elmləri 

Yeni və etibarlı biliklərin əldə edilməsi - hər insanın ayrı-ayrılıqda, bəşəriyyətin isə bütövlükdə üzərində 

çalışdığı ən əsas məsələlərdən biridir.Sivilizasiyanın inkişaf sürəti yəqin ki, toplanmış bilik və bacarıqla 

düz mütənasibdir.Bu bilik və bacarıqlar əsasən təhsil vasitəsilə bir nəsildən o biri nəslə ötürülür. 

Elm biliyin toplanması və təşkilidir, biliklərdən sistem qurulmasıdır. Elm və texnologiyanın inkişaf sürəti 

qeyri-adi dərəcədə artıb, bu sürət həyatımıza birbaşa təsir edir. Biliklər içində ən çox və ən sürətlə 

dəyişəni elmdir.Bəşəriyyətin inkişafını elmi dünyagörüşüş inkişafı ilə paralelləşdirmək olar. O. Comte 

(1798-1857): Keçmişə nəzər salsaq görərik ki, elmlər insan ruhunu teologiya və metafizikanın uşaqlıqda 

zəruri olan, amma həddindən çox uzanmış himayəsindən azad etdilər.  

Təbiət elmlərində (“natural fəlsəfə”də) irəliləyiş var, elm inkişaf edir, daim yeni, daha güclü, daha ümumi 

nəticələr əldə edilir. Elm kumulyativliyə (yığıcılığa) malikdir, yəni biliklər üst-üstə gəlir, sonrakı nəticələr 

əvvəlkiləri öz içində saxlayır, daha ümumi olur; köhnələr yenilərin xüsusi hallarına çevrilir.Biliklərin üst-

üstə gəlməsi ilə yeni, daha yüksək səviyyəyə keçilir; bu, tərəqqi deməkdir.  Tarix və elmdə hər kəs 

özündən əvvəlkilərə borcludur! Təbiətşünas alim təbiəti və kainatı müşahidə edir, fərziyyələr ortaya atır, 

mümkün olduqca təcrübələr qurur, analiz və sintez edir, fərziyyələri sınaqdan keçirir, əksər hallarda 

kəmiyyət analizi apararaq riyazi yolla (model quraraq) sübuta yetirməyə çalışır. Elmin fizika, astronomiya 

kimi inkişaf etmiş hissələri öz qanunlarını riyazi şəkildə ifadə edir.  

Elmi bilik obyektivdir, əsaslandırılmış fərziyyələr həmin elmin qanunlarına çevrilir və elmin inkişafı bu 

qanunlar üzərində qurulur (çox zaman riyazi ifadəyə malik qanunlar şəklində). Qanunlar baş verən 

hadisələri izah etməyə və sonra nə baş verəcəyini görməyə imkan verir. Təbiətşünaslıqda elmi biliklər 

vasitəsilə proqnoz etmək, proseslərin əvvəli və gedişini təhlil etməklə sonrasını öncədən görmək 

mümkündür. Elm ölçüləbilən tərəqqidir; ölçülə bilməyən şey elmi yanaşmanın məhsulu deyil.Bu elmlərdə 

durmadan yeni biliklər meydana çıxır.  




Elm heç də ancaq tam aydın məntiqin və “sağlam ağlın” məhsulu kimi inkişaf etmir. Thomas Kuhn 

(“The 


Structure of Scientific Revolutions”

) elmin inkişaf sxeminin “normal elm →→ paradiqmlər →→ normal 

elm →→ paradiqmlər...” şəklində olduğunu irəli sürür. Normal elm böyük, inqilabi fenomenlər yaratmır, 

o, boşluqları doldurur, mənzərəni tamamlayır, bütövləşdirir. Sonra normal elmdə narahatlıq doğuran, 

çaşqınlıq yaradan paradiqmlər meydana çıxır. Bu, elmi inqilaba gətirib çıxarır. Normal elm ənənəni 

davam etdirir, elmi inqilab ənənəni sındırır. Qeyri-Evklid həndəsəsi, Yerin kürə şəklində olması, Yerin 

Günəş ətrafında dövr etməsi (Günəşin Yer ətrafında deyil), Nisbilik nəzəriyyəsi, Kvant 

mexanikası,..sağlam düşüncənin deyil, fəhm və qeyri-standart düşüncənin kəşfidir. İntuisiya və “sağlam 

düşüncə” kəşfə də apara bilir, aldada da bilir, yeniliyə qarşı da çıxa bilir, fakta, məntiqə və elmi təcrübəyə 

qarşı cəbhə də aça bilir. 

Elm sanki durmadan öz-özünü irəli aparmağa çalışır. Elm tarixi insanın təbiəti, kainatı dərk etmə tarixidir. 

Elm milli çərçivələri aşan bəşər fəaliyyətidir. Avromərkəzçiliyə qarşı çıxmaqda elm tarixi ilə məşğul 

olanlar həlledici rol oynadılar.Təbiət elmlərinin ən mühüm cəhəti və əsas nəticəsi tədqiqatçıların 

şəxsiyyətindən, hisslərindən, sevgi və ya nifrətindən asılı olmadan, yəni insanların iradəsindən asılı 

olmadan mövcud olan həqiqətin, qanun və qanunauyğunluqların üzə çıxarılmasıdır.  

Elm anlayışının çalarları 

“Elm” kəlməsi və ya termini dilin içində kontekstdən asılı olaraq fərqli mənalər kəsb edir; həmçinin, elm 

sözü müxtəlif dillərdə bir-birindən fərqli məna daşıya bilir. İngiliscə “Science” sözü Azərbaycan 

türkcəsinə “Elm” kimi tərcümə edilir. “Science” latınca “scienta” sözündən törəyib, “bilik” mənasını verir, 

“elm” sözünün də ərəbcə əsas mənası (`ilm) “bilik” deməkdir. Əslində isə ingiliscədə “Science” dedikdə 

birinci növbədə təbiət elmləri və ya təməl (fundamental) elmlər (fizika, kimya, biologiya, geologiya, 

riyaziyyat,...) başa düşülür. Bu dəqiq və ya təməl elmlər ciddi məntiq, kəmiyyət analizi, riyazi düşüncə və 

modellər üzərində qurulur.

 

Elmlə məşğul olan, yeni bilik yaradan, yeni elmi kəşflər edən şəxsə alim deyilir. Bu söz bilik mənası 



verən ərəb “ilm” sözündən əmələ gəlib, elmi olan adama deyilir. Hər dildə elm adamını müəyyən sözlə, 

terminlə adlandırmaq qəbul edilib. İngiliscədəki “scientist” sözünü ingilis (Cambridge) filosofu William 

Whewell 1834-cü ildə, özünün dediyi kimi, elm adamlarının hamısını səciyyələndirən adın olmaması 

üzündən daxil etmişdir. Çox şaxələnmiş elm sahələrində çalışanları “filosof”, həmçinin təbiət elmləri ilə 




məşğul olanları “natural filosof” adlandırmaq artıq işə yaramırdı. O zamanlar işlənməkdə olan “Artist” 

sözü sənət (incəsənət) adamlarını bildirirdi. 

Elmi çətin edən səbəblərdən biri onun xüsusi dili olması, çox anlayışlara, terminlərə, jarqonlara sahib 

olmasıdır. Bu terminlərin bəziləri (məsələn, sürət) gündəlik həyatda rast gəlinən, hiss olunan adi 

anlayışlarla bağlıdır (əlbəttə ki, onlar elmdə xüsusi dəqiq məna kəsb edirlər), digərləri anlaşılan, adət 

edilmiş, adiləşmiş dəqiq iş prinsipi heç də hamıya məlum olmayan) anlayışlardır (məsələn, radio, telefon), 

bir qismi (əksəriyyəti!) isə hər kəsə o qədər də aydın olmayan və müxtəlif dillərdə eyni şəkildə (eyni və ya 

çox yaxın deyilişdə) işlənilən anlayışlardır (məsələn, atom, spektr, elektron,diferensial, inteqral, membran, 

xromosom, amin turşusu, DNA/DNT). 

Elm və cəmiyyət 

Elm böyük sayda elm adamlarının kollektiv əməyinin nəticəsidir. Əlbəttə ki, yaradıcı adam öz-özü ilə tək 

qalaraq, öz intuisiyası, düşüncəsi, fantaziyası, təhlili və məntiqinə əsaslanaraq kəşf edir, yaradır, yeni 

nəticələr əldə edir. Lakin bunları edərkən o, özündən əvvəlkilərin müşahidələrindən, əldə etdikləri 

uğurdan (və uğursuzluqlardan!?) yüksək dərəcədə istifadə edir. Onun elmə gətirdiyi yeniliyi öz 

növbəsində digər tədqiqatçılar təhlil edir, mənimsəyir, öz süzgəclərindən keçirir, o yeniliyi daha dolğun 

edirlər. Elm xüsusi kollektiv, daha geniş mənada isə sosial fəaliyyət növüdür. Elm öz zəka macəraları 

üçün də hərəkət edən alimlər tərəfindən yaradılsa da, elm son nəticədə ictimai məhsuldur. Çağdaş elmin 

inkişafı onun institutlaşması ilə üzvi surətdə bağlıdır. Elmi qurumlar cəmiyyətin vacib aparıcı 

qüvvələrindən biridir. Elmi məktəblər onları təsis edənlərdən qat-qat uzunömürlü və təsirli olur. Elm və 

sənət oçaqlarının, birliklərinin tarixi ümumi elm və sənət tarixinin, həmçinin sosial tarixin mühüm 

hissəsidir. Elmi məktəb bir ənənə yaradır, yaradıcı mühit yaradır, cazibə mərkəzinə çevrilir, həmin yerin 

mədəni və iqtisadi simasında yer tutur, hətta dəbə minir. Bu sonuncu isə himayəçilərin meydana 

çıxmasına kömək edir.Ağac, bitki böyümək üçün münbit torpaq, işıq, hava tələb etdiyi kimi, elm və 

texnologiyanın inkişafı da münbit mühit, yəni zəruri iqtisadi, mədəni, sosial və siyasi şərait tələb edir. 

Sivilizasiya (və hər şey!) müqayisə ilə öyrənilir - özündən əvvəlkilərlə (zaman dəyişir) və qonşularla              

(məkan dəyişir). Elm və mədəniyyətin çöküşü, geriləməsi cəmiyyətin dəyərlərinin dəyişməsi ilə, fərdlərin 

mənəvi-ruhi hal və maraqlarının, psixologiyasının dəyişməsi ilə əlaqədardır. Xarici amillər (“barbarların 

hücumu”, “ikili standartlar”) əsas deyil, amma prosesi sürətləndirir və ya ona nöqtə qoyur. Bir çox 



Yüklə 207,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə