Mühazirə A. Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 207,83 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix11.04.2018
ölçüsü207,83 Kb.
#37009
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

tam izah etmək çətin işdir. Odun kəşfi, heyvanların əhliləşdirilməsi, təkərin kəşfi, təbiətin dili sayılan 

riyaziyyatın yaradılması – kim bunların bəşəriyyətin bu günə gəlib çatmasında həlledici rollarını inkar edə 

bilər? Bəs yazının və kitabın icadı? Bəs mətbəənin, yəni kitab çapının icadı? Bəs tüfəng, top, tankdan 

başlamış atom bombalarına qədər uzanan silahların yaradılması? Bəs teleskop və mikroskopun kəşfi? Bəs 

ümumdünya cazibə qüvvəsinin, buxar maşınının və ya elektrikin kəşfi? Bəs musiqi alətlərinin kəşfi? Bəs 

pulun kəşfi? Bəs quru, su və hava nəqliyyatı -avtomobil, dəmir yolu və təyyarələrin kəşfi? Bəs telefon, 

radio, televiziya? Bəs kompüter və proqlaşdırma dillərinin, internetin kəşfi? Bəs atom quruluşunun, 

genetik kodun kəşfi?  

 

Dünyanı dəyişdirən ən böyük güc, bəşəriyyətin qazandığı ən böyük uğur barədə düşünərkən birinci 



növbədə yazının kəşfi və kitab ağlıma gəlir. Yazı fikri, ideyanı, məlumatı məkan və zaman üzrə  

göndərməyə imkan verdi. Yazı ünsiyyəti kütləviləşdirdi. Yazı və kitab vasitəsilə bəşəriyyət qazandığı 

təcrübəni, əldə etdiyi nailiyyətləri sonrakı nəslə ötürə bilir; bu, tərəqqinin davamlı olmasını şərtləndirir. 

Yazı və kitab təhsil sisteminin, yəni biliklərin öyrədilməsi sisteminin yaradılmasına, uğurların üst-üstə 

gəlməsinə gətirib çıxardı. Yazı və kitab bəşəriyyətin getdiyi yoldur. Kitab-bəşəriyyətin yaddaşıdır. Kitab 

həm yeni kəşflərin əsasında dayanmış, həm də insanın duyğu aləmini qidalandırmışdır. Bilik və zövq! J.P 

Sartre (Sözcüklər): Yaza bilmək-dünyanı fəth etmək yollarından birinə sahib olmaq deməkdir. 

Qədim dünyada Misirdən başlamış Çinə qədər uzanan mədəni zolaqda yazı sistemi yarandı. 

Minlərlə dil var, amma 200 ətrafında xalqın yazı sistemi var.  

Əlifba ilə yanaşı riyazi işarələr və musiqi notları elmi və mədəniyyəti xüsusi böyük yola çıxaran yazı 

sistemi oldu. İndi istifadə etdiyimiz rəqəmlər (1, 2, 3, ...9,...) hindlilərdən İslam aləminə, oradan Avropaya 

keçib. 


 

Mesopotamiyada yazı 

 

Bizim eradan əvvəl 4-cü, yəni zamanımızdan əvvəlki 6-cı minillikdə Mesopotamiyada (İki çay arası) - 

Dəclə və Fərat çayları arasında, Cənubda-Bəsrə körfəzi yaxınlığında yaşayan Şumerlər (Sumerlər) yazını 

kəşf etdilər. S. Kramer: “Tarix Şumerdən başlayır” (çünki yazı şumerdən başlayır). Şumer adını akkadlar 

qoymuşlar. Şumerlər özlərini “un san qiqa”, yəni “qara başlı adamlar” adlandırırdılar. Hesab-mühasibət 

sənədi sayılan Uruk tableti hələlik məlum olan ən qədim yazı nümunəsi sayılır. Şumer yazısı piktoqrafik 

(şəkilvari) yazı idi. Öküzü ifadə etmək üçün öküz başı çəkilmişdi (təbii ki, bir qədər sxematik). Sonra bu, 

yazı vasitələrindən istifadə və mücərrəd düşüncənin məhsulu kimi dəyişdi. 




 

 

Bir sıra piktoqramlar yanaşı qoyulduğunda bir fikir ifadə etmək olurdu. Buna ideoqram, yəni düşüncə 



yazısı deyilir. Əvvəlcə təqribən 1500 piktoqram vardı, sonra bunların sayı təqribən 600-ə endi. Sonra 

Şumerlər gilin və qamışın bol olduğu bu yerlərdə ucu kəsik iti (bir ucu enli, digər ucu nazik) qamış/bəzən 

metal çubuğla,qələmlə yumşaq gil lövhənin üzərinə basmaqla həmin piktoqramları yazmağa başladılar 

(çivi və ya mixi yazı/cuneiform). Dilləri yapışqan və ya bitişik (aqqlyutinativ) qramatik quruluşa malik 

olan şumerlərə bu yazı üsulu rahat idi. Semit qrupuna daxil olan Akkadlar bu yazını mənimsədilər. Onlar 

get-gedə sayca üstünlük təşkil etməyə başladılar. İlkin piktoqram (öküz başı) bir neçə hissədən ibarət 

olaraq, hər hissə çubuğun vurduğu bucaqlı damğa ilə əvəz edilmiş, get-gedə sadələşdirilmiş, yəni 

mücərrədləşdirilmişdi.  

 

 

 



Bu, piktoqrafik yazının aradan qalxması və simvolik yazının yaranması idi. Bu, mücərrəd, sadə və həndəsi 

yazı sistemi idi. Məsələn, kəsişən iki xətt düşmənçiliyi, paralel iki xətt dostluğu göstərirdi.  

Bu cür (əlifbadan fərqli) yazı vahidlərinə çox zaman xarakterlər deyilir. Bu yazı sistemi ətraf dünyaya - 

qədim elam, hetit (hind-avropa dili), köhnə fars və digər dillərdə də yayılmış, tətbiq olunmuşdu.  

 

Ucları müxtəlif şəkilli olmaqla müxtəlif növ (3 növ?) qələmlər işlənilirdi; üçbucaq uclu, ücbucağın bir 



təpəsini nazikcə uzatmaq üçün iti uclu və dairəvi uclu qələmlər vardı. Sonuncular sayları ifadə etmək üçün 

işlənilirdi. Bu - pazşəkilli (üçbucaq uclu), mixi və ya çivi yazı adlanır. Yaş gil üzərində yazıları günəşdə 

və ya sobada qurudurdular. Şumerlər və sonra Mesopotamiyanın şimalından axın edib hakimiyyəti ələ 

alan samidilli akkadlar və bir qədər sonra yaranan babil və asuri dövlətləri məktublaşma və poçt sistemi 

qurdular (gildən zərflər düzəldilirdi!). B.e.ə. 2000-ci il ətrafında artıq şumercə danışıq dili yox olmuş, 



akkad dili hakim dilə çevrilmişdi. Lakin şumer dili təqribən iki min il ərzində müqəddəs mətnlərin dili, 

elmi-ədəbi dil kimi işlənilməkdə davam etdi.  

Hesab kitabları, ticarət kitabları, dualar, ədəbiyyat yazılırdı, məktəblər fəaliyyət göstərirdi. Gilqamış 

dastanı!-əsas hissəsi b.e.ə. 7-ci əsrdə mövcud olan Aşşurbanipal kitabxanasında, Ninovada və ya 

Nineviyada tapıldı; mətndə kəsilmələr var.    

Gümüş, metal və digər lövhə və qablar üzərində də yazılar işlənilirdi. Daş üzərində şəkil, heykəlcik və 

yazılar xüsusi (daha çox siyasi) məqsədlərlə hazırlanırdı. Tikili daşlar üzərində yazılar hökmdarın gücünü 

və qanunları nümayiş etdirə bilirdi. Babil hökdarı Hammurapi (b.e.ə. 1750-də ölüb) qanunları tarixdə 

məlum olan ilk qanun məcəlləsidir. Hündürlüyü 2,4 m olan dionit daşın iki tərəfində yazılmış bu abidə 

Parisdə, Luvr muzeyində saxlanılır. Digər qədim nüsxələri də mövcuddur.  

 

Misirdə yazı 

 

Misir heroqlifləri canlı şəkillərə əsaslanırdə; insan, cürbəcür heyvan və bitki aləmi ifadə vasitəsi kimi 

işlədilirdi. Yunanca “hieros” - müqəddəs, “glupoin” –qazımaq deməkdir. Yəni, heroqlif müqəddəs  yazı, 

tanrı yazısıdır. Bu cazibəli, şairanə, bəzəkli yazı sistemi b.e.ə. 3-cü minillikdə yarandı. Əvvəllər təqribən 

700 heroqlif vardısa, sonralar (Roma işğalı baş verən 4-cü əsrdə) bu say 5000-ə yaxın oldu. Üç növ 

heroqlif vardı: əşya və canlıları, fikri ifadə edən piktoqamlar, səsləri ifadə edən fonoqramlar (səsyazı) - 

bir, iki və ya üç hərfi ifadə edən yazı vahidləri və nəyin (əşya, varlıq,..) əsas mövzu olduğunu göstərən 

işarələr. Misir yazısı adətən sağdan sola oxunurdu. Lakin tanrılar, insan başları və quş dimdikləri yazıda 

sanki cazibə mərkəzi rolu oynaya bilərdilər, yəni yazı onlara doğru oxunurdu, o cümlədən, soldan sağa, 

aşağıdan yuxarı, yuxarıdan aşağı istiqamətdə oxuna bilərdi.  

Misirdə yazı əsasən papirus üzərində yazılırdı. Papirus Nil deltasında yetişən bitkidir. Ondan hörmələr, 

səbətlər, masa, yelkən və s düzəldirdilər. Bitkinin sap, lif və ya telləri vardı. Bu saplar kəsilib eni kiçik, 

uzunu böyük bir dilim şəklində üst-üstə (perpendikulyar) gətirilir, hörgülənir, yapışdırılır, təzyiq altında 

(nəmləndirib) düzləşdirib qurudulur, cilalandırılır, parıldadılırdı. Onlar nişasta xəmiri ilə bir-birnə 

yapışdırılır, bir neçə metr uzunluğunda lülə-rulon alınırdı (zamanımıza gəlib çatmış 40 metr uzunluğunda 

papirus məlumdur). Qələm qamışdan düzəldilirdi (təqribən 20 sm uzunluğunda). Tüstü tozundan, 

yapışdırıcı maddə və sudan sürmə-qara mürəkkəb düzəldilirdi. Mətnin başlıqları (və tanrıların adı) qırmızı 

mürəkkəblə (qırmızı rəngli təbii civə 2-sulfid tozundan düzəldilmiş) yazılırdı. Papirus dövlət nəzarətində 

idi, çox bahalı idi və xaricə satmaqla Misirə böyük gəlir gətirirdi. Bir çox hallarda papirusdan köhnə 



Yüklə 207,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə