Mühazirə A. Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 207,83 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix11.04.2018
ölçüsü207,83 Kb.
#37009
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

yazıları silib üstündən yenilərini yazırdılar. Cilalanmış və boyanmış, saxtiyan deyilən dəri yazı materialı 

olaraq daha bahalı idi və ancaq çox mühüm mətnlər üçün işlənilirdi. 

Qədim zamanlardan başlayaraq daha sürətlə yazıla bilən sistem üzərində də iş gedirdi. Kahinlərin istifadə 

etdiyi daha da sadələşdirilmiş, mücərrəd və işlək Hyerotik yazı mövcud idi. Sonralar (b.e.ə. 7-ci əsrin 

ortalarında) bir qədər də sadələşdirilmiş işlək “demotik yazı”, yəni “xalq yazısı” da meydana çıxdı. 

Burada işarələr ilkin mənasından uzaqlaşmışdı. Hər iki yazı sağdan sola oxunur. Misir yazısını ilk dəfə 

Champollion (1790-1832) oxumağı bacardı. O, üstündə üç cür yazı -heroqlif (yuxarıda), hiyeratik/demotik 

(ortada) və yunanca (aşağıda) yazı olan “Rozetta daşını” oxudu və 1822-ci ildə onun tərcüməsini nəşr 

etdirdi. Bu yazılı daş İskəndəriyyə yaxınlığındakı Rəşid (“Rozetta”) məntəqəsində tapılmış bu yazılı daş 

Londonda Britaniya muzeyində saxlanılır (hündürlüyü 114 sm, eni 73 sm). Misirdə yaşamaqda olan 

koptların (kıptıların) danışdığı dil və işlətdikləri yazı bu kəşfə kömək etmişdi.  

Misir və İslam dünyasında ərəb əlifbası köhnə Misir yazısını əvəz etdi. 

 

Çin və onun ətrafında yazı 

 

Çində yazı təqribən 4000 il əvvəl piktoqrafik yazı olaraq meydana çıxdı və təqribən 1800 il əvvəl tam 

sistemləşdi və bu gün də Çin həmin yazını işlədir (müəyyən sadələşmə və dəyişmələr təbii olmaqla)!!  

 

 



 

(günəş, ətraf, dağ, ağac) 

 

Yuxarıdan aşağıya sütunlar şəklində yazılırdı. Xalq və ya küçə Çincəsi soldan sağa, şeir və elm mətnləri 

yuxarıdan aşağıya, həmçinin sağdan sola oxunur. Çağdaş yazı vahidləri kvadratlar içindədir. Yazı mənanı 

bildirən bir açar (214 açar piktoqram var) və tələffüzü bildirən bir işarə vasitəsilə həyata keçirilir. 

Dünyanın ən uzunömürlü sivilizasiyası olan Çin bir qədər təcrid olunmuş vəziyyətdə olmuş, İkiçayarası və 



Misir mədəniyyətlərindən faydalanmamış (və ya çox az faydalanmış), sivilizasiyalar estafetinə 

qatılmamışdır (demək olar ki). Çin yazı sistemi xalqı birləşdirən, dövləti monolit edən çox mühüm 

səbəblərdən biridir! 

Dara (Dariuş) və Bisutin yazısı,Hindistanda bambuk lövhələr üzərində yazı və s yazı sistemlərindən 

söhbət açmaq mümkündür. Türkcə ilk böyük yazılı abidələr (əlifba ilə!) sayılan, Tonyukuk və Yolluq 

Teqin tərinidən yazılmış Orxon-Yenisey daş kitabələri Monqolustandadır. 

 

Əlifba 

 

Mixi yazı, Misir və Çin yazı sistemi sözləri və hecaları ifadə edə bilən işarələr üzərində qurulmuşdu. 

Əlifba Mixi yazıların və Misir demotik yazılarının sadələşdirilməsi prosesində ortaya çıxa bilərdi (belə bir 

ehtimal var). Əlifba ilə, yəni səsləri ifadə etməklə 30 ətrafında işarə-hərflə istənilən söz və fikir yazıla 

bilir. Finikiya əlifbası (ilk bizə məlum əlifba –təqribən BEƏ 1200) samitlərdən (səssizlərdən) ibarət idi. 

Onlar az sayda səslilərlə birlikdə dildə işlənilən səsləri əhatə edirlər. Sonra Arami ölkəsində (bugünkü 

Suriyədə) arami əlifbası meydana çıxdı (təqribən BEƏ 800). Bu, sonralar İbrani dilində Əhdi-Ətiqin 

(Bibliyanın birinci hissəsi-Köhnə Saziş`in) yazıldığı sağdan sola oxunan əlifba oldu. Ərəb əlifbası da eyni 

kökdəndir, finikiya əlifbasından törəmə sayılır. İlk ərəb yazısının 512-513-cü illərə aid olduğu güman 

edilir. 


 

Oxuyan adam səssizlərin arasında uyğun səslini təsəvvür edib oxumalıdır. Sami dillərində səslilər azdır. 

Ona görə oxuyarkən səslini təsəvvür etmək dəhşətli dərəcədə çətin deyil. Yunanlar Arami hərflərindən öz 

səsli hərflərini (A-alfa, E-epsilon, O-omeqa, Y-yupsilon, sonra isə I-iota; sonuncunu özləri) düzəltdilər; 17 

səssiz, 7-səsli hərf oldu. Yunanlar keramika üzərində çox yazırdılar. Yunan yazısı ilə böyük elm, fəlsəfə 

və ədəbiyyat meydana çıxdı. Yunan əlifbasına yaxın bir əlifba işlədən etrusk xalqının dili hələ elmə 

məlum deyil. Latın əlifbası b.e.ə. 3-cü əsrdə meydana çıxmışdır, onun yunan və ya etrusk əlifbası 

vasitəsilə yaradıldığı güman edilir. Kiril əlifbası da eynilə. Finikiyalılardan əvvəl də hansısa bir əlifbanın 

varlığı inkar edilmir. Hindistandakı Brahmi yazısı da əlifba üzərindədir, səsli və səssiz hərflərdən 

ibarətdir, soldan sağa yazılır (sanskrit və hindu yazıları bu əlifbaya əsaslanır). Bu yazının finikiya təsiri ilə 

yarandığını iddia edənlər var.  

 

 



 


Perqament və kağız 

 

Perqamentin vətəni Perqam şəhədir (xarabaları indiki İzmir ətrafındakı Bergama`nın yaxınlığındadır). 

İranda BEƏ 5-ci əsrdə dəri üzərində yazı-diftera yunanlara da çatmışdı. Aleksandriya və Perqam 

kitabxanaları bir-biri ilə yarışır, rəqabətdə idilər. Ptolomeylərpapirusun Misirdən kənara çıxmasını 

qadağan etdilər. Perqamda müxtəlif heyvan (qoyun, dana, keçi, donuz, hətta ceyran, maral,...) dərilərindən 

yazı materialı hazırlamaq texnikası inkişaf etdirildi (“perqamene” yunanca “Perqam dərisi” deməkdir). 

Əhəngdə saxlayıb yumaqla dərini zədələmədən tükləri çıxarırdılar. Sonra cilalayır, hamarlaşdırır, təbaşir 

tozu, un, zülal, süd kimi vasitələrlə dərinin yağını alır və rəngini açıqlaşdırırdılar. Kağız dövrü başlananda 

da Avropada perqament üzərində yazı işi bitməmişdi, mətbəə dövründə belə Bibliyanın dəri üzərində 

nüxələri hazırlanılırdı. Vellum (velin?) adlandırılan və adi perqamentdən daha zərif olan yazı materialı 

quzu və buzov dərisindən alınırdı (o dövr fransızcasında dana demək olan “veel” sözündəndir). 

Perqamentin iki tərəfində də yazmaq və həmçinin pozub təzədən yazmaq kimi üstünlükləri də vardı! 

Perqamentdə qaz lələyi ilə yazırdılar. Perqament kitabların (səhifələrin) santimetrlə ölçüsü ən çox (35-

50)x(25-30) olurdu. Amma perqament çox bahalı material idi, bir iri kitabın yazılması 1000 dəri tələb edə 

bilərdi.  

751-ci il Xəlifə və Çin orduları arasındakı Talas savaşı (İndiki Qırğızıstan və Qazaxıstandakı Talas çayı 

vadisində) nəticəsində müsəlmanlar Çində çoxdan mövcud olan kağızla rastlaşdılar. Talas savaşında əsir 

düşən çinlilər İslam aləminə kağız texnologiyasını gətirdi. Çində artıq 2-ci əsrdə kağız hazırlandığı güman 

olunur. Çinlilər kətan liflərindən və bənzər xassəli tropik bitkilərdən kağız alırdılar. Bu liflər yuyulub 

əzişdirilir, su və nişasta ilə hopuzdurulur və “kağız xəmiri” alınırdı.

 

Qeyd edək ki, k



arkuklar Çin tərəfdən İslam ordusu tərəfə keçmiş (Çin ordusunun yarıdan çoxu karluklardan 

ibarətdi), bununla müsəlmanların qələbəsini təmin etmişdilər. Lakin türklərin elliklə islama keçməsi 10-cu 

əsrdə baş verəcəkdi. 

 

 

 

 

 

 

 



Yüklə 207,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə