Mühazirə A. Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 207,83 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix11.04.2018
ölçüsü207,83 Kb.
#37009
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

kitabının müəllifi Ahmes`dir. Bu papirus məzmunca 3 hissəyə ayrılmış kitabdır; birinci hissəyə daxil olan 20 

hesab və 20 cəbr məsələsi 2 cədvəllə müşayiət olunur, ikinci hissəyə daxil edilmiş 20 həndəsi məsələ əsasən 

həcmlərin, bir qədər də sahələrin hesablanmasına həsr olunub. Son 3-cü hissədəki 24 məsələ müxtəlif 

hesablamalardan, o cümlədən bəzi tətbiqi məsələlərdən (qida maddələrinə aid hesablamalardan) ibarətdir 

(Robins, R. Gay, and Charles C. D. Shute. The Rhind Mathematical Papyrus: An Ancient Egyptian Text. British Museum 

Publications Limited, 1987). 

Digər mühüm kitab həcmcə daha kiçik olan Moskva Papirusu`dur (uzunluğu 5m-

dən artıq, eni 4-7 sm ətrafında dəyişir). Təqribən iki əsr daha qədim (“-1850” ətrafı) olan bu kitabda bənzər 

məsələlərlə yanaşı daha çox tətbiqi həndəsi məsələlərə baxılmışdır. Məsələn, kəsik piramidanın həcmi, bir 

fiqurun səthinin sahəsi hesablanmışdır. Bu məsələlər və onların həlli Misirlilərin sanki müəyyən nəzəri, 

ümumiləşdirici biliklərə malik olduqlarını göstərir. Moskva Papirusunun müəllifi məlum deyil. 

Neugebauer Misir riyaziyyatının riyaziyyat elminə bir töhfə vermədiyini, hətta sonrakı dövr riyaziyyatına 

mənfi təsir göstərdiyini (“əsas kəsrlər”dən: 1/2, 1/3, 1/4, 1/5,... həddindən çox istifadə etdiklərini) irəli sürür 

(səh. 84). Görkəmli elm tarixçisinin bu iddiasını qəbul etmək çətindir. Misirlilərin riyazi bacarıqlarına 

yunanlar o vaxtdan 1300-1400 il keçdikdən sonra yiyələnə bilmişdilər və onlar Misirlilərə minnətdar 

olduqlarını qeyd edirdilər. Herodotun “həndəsə Misirdə başlanıldı, oradan Yunanıstana keçdi” 

(Historia/The 

Histories, II, 109) 

və ya Aristotelin “Misirdə elm yarandı; məhz orda kahinləri zəruri olan sərbəst vaxtları 

vardı”


 (Metafizika, A1) 

fikirlərini təkzib etmək üçün böyük əsas varmı?! 



Qədim Misir zəka sahibləri və həkimləri 

Bəzi Misir zəka sahiblərinin adı zamanımıza gəlib çatıb. Tot (Thoth, Thot, Thout) Misir mifologiyasına görə 

tanrılarla insanlar arasında vasitəçi, Xeyir və Şər arasında hakim (yəni Filosof!?), yazı və bilik sisteminin 

yaradıcısıdır. Adının necə tələffüz edildiyi məlum deyil, Tahuti, Tetu və digər çox variantlar var. Qədim 

yunanlar onu Tot adlandırmış, riyaziyyatın, astronomiyanın, tibb və botanikanın atası saymış, öz tanrılarından 

olan Hermes`lə onu qovuşdurmuş Hermes Trismegistus (Üçqat böyük Hermes) adı vermiş, əlkimyanın 

təməlini də onun adı ilə bağlamışlar. Əlbəttə ki, Tot`u gerçək tarixi məlum olmayan əfsanələşmiş tarixi 

şəxsiyyət saymaq olar. Lakin gerçək tarixi şəxslər olmuş yaradıcı insanlar da məlumdur. “-27”-ci əsrdə 

Merit-Ptah adlı qadın, yəqin ki, adı məlum olan ilk həkim qadındır. Amenhotep (Hapu oğlu) “-15”-ci əsrin 

sonlarında və əsasən “-14”-cü əsrin birinci yarısında yaşamış faraon 3-cü Amenhotep` sarayında memar, 

səlnaməçi/yazıçı, kahin və dövlət adamı olub. O dövrün ən məşhur zəka və praktik fəaliyyət dühası sayılan 

şəxs isə İmhotep (t. “-2650” – t. “-2600) adlı çoxbilgindir. Faraon Coser`in (Djoser, Zoser,...) vəziri və ya baş 

vəziri olmuş, memar, mühəndis, həkim, filosof və şair kimi fəaliyyət göstərmişdir. Əhəng daşından tikilmiş 



və qədim zamanlardan bu günə gəlib çatmış ən böyük memarlıq abidəsinin – Pilləvari Piramidanın (Saqqara, 

Memfis yanında) memarı və mühəndisi olmuşdur. 

(Şəkil)

 İmhotep sağlığında istisna dərəcədə nüfuz sahibi 



olmuş, ölümündən sonra adı get-gedə daha da məşhurlaşmış, müqəddəsdirilmiş, yunanlar onu həkim-tanrı 

Alklepius`la eyniləşdirmişlər.  Tarixi şəxslərdən biri də Hesira (Hesy-Ra) adlı tanınmış həkimdir, faraon 

Coser`in sarayında fəaliyyət göstərmişdir.  

Herodot`a görə Misirdə hər həkim bir xəstəliyi müalicə edir, yəni həkimlər ixtisaslaşmışlar və ölkə 

həkimlərlə doludur; bu həkimlər bütün xəstəliklərin yeməkdən əmələ gəldiyini iddia edirdilər. 

Mesopotamiya mədəniyyəti 

Misir mədəniyyəti müəyyən mənada Nil çayına borclu idisə, Mesopotamiya (iki çay arası) bir-birinə yaxın iki 

çaya –Dəclə və Fərat çaylarına, eləcədə bu “iki çay arası”na borcludur. Dövlətlər, xalqlar, dillər dəyişsə də, 

bu yer böyük mədəniyyət mərkəzi olaraq davam etdi.

 

Babilistan hökmdarı Nabonessar və ondan sonra güclü 



Assuriya hökmdarı 2-ci Tiqlat-Pileser (“-8”-ci əsr) dövrü riyaziyyat və astronomiyanın inkişaf dövrü idi

Günəş və Ay tutulmaları sistemli şəkildə müşahidə edilir və qeydiyyata alınırdı.

  

İki çay arasına Xaldea (Chaldea; kaldislər) da deyirdilər. Mənşəcə naməlum Şumer mədəniyyəti və onu əvəz 



edən semit Akkad mədəniyyəti yüksək inkişaf etmiş suvarma sisteminə, əkinçilik və təsərrüfat (aqrar) 

həyatına, qanunvericilik, riyaziyyat, astronomiya və ədəbiyyata malik idi. Şumer tanrılar panteonu 

insansayağı tanrılardan ibarətdi; bu cəhətdən yunan və şumer tanrılarını müqayisə etmək mümkündür. Gil 

üzərində mixi yazı (cuneiform) ilə yazılmış kitablar papirusa nisbətdə daha uzunömürlü idi, bu səbəbdən 

Mesopotamiya mədəniyyəti, o cümlədən riyaziyyatı və astronomiyası haqqında Misirə nisbətən qat-qat çox 

qaynaqlar (gil lövhəciklər)  qalmışdır.  

B.e.ə. 2-ci minilliyin ilk əsrlərində şumerdilli (artıq ölü dil) məktəbdən məzun olmaq üçün qoyulan yüksək 

tələblər akademik səviyyənin bir göstəricisi kimi qəbul oluna bilər. Şumercədən akkadcaya şifahi və yazılı 

tərcümə, qramatika və fonetika, akkad-şumer sözlüyü, kalliqrafiya, musiqi alətlərində çalmaq və xor 

dirijorluğu, riyaziyyat və yerölçmə işi, qida məhsullarının və digər materialların sərf normaları, ədəbi-dini 

mətnlərin

 

öyrənilməsi,...məktəbi bitirəndə qazanılan bilik və vərdişlərin  heç də tam siyahısı deyil



 

(И.М. 


Дьяконов. Научные представление на древнем Востоке. См. «Очерки истории естественно-научных знаний в 

древности», «Наука», Москва, 1982; стр. 62-63).

 

Bir dildə (bu halda akkadcada) elm və ədəbiyyatın inkişafı 



nümunə dildən (bu halda şumercədən) tərcümə vasitəsilə həyata keçirilməyə başlanılırdı. Bu, bəşər tarixində 

dəfələrlə təkrar olunacaq bir hadisə olacaqdı. 




Yüklə 207,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə