Mühazirə A. Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 207,83 Kb.

səhifə8/9
tarix11.04.2018
ölçüsü207,83 Kb.
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

Nineviyadakı (indiki İraqda Mosul ətrafı) Assiruya hökmdarı Aşurbanipal`ın ([-669/8]-[-627]) zəngin 

(sistemli!) kitabxanası (gil!) alim və yazıçıların əməkdaşlıq mərkəzi ola bilərdi. Ondan əvvəlki hökmdar 

Sennaxerib`in (“-705”-“-681”) sarayında da kitabxana olub. Əslində Assuriya hökmdarı 1-ci Tiglath-Pileser 

([-1114]-[-1076]) sarayında kitabxana mövcud olduğu deyilir.  



Mesopotamiyada riyaziyyat 

Mesopotamiyada 10-luq və 60-lıq mövqeli say sistemini daxil etmişdilər (bu çox vacib kəşfi Neugebauer 

əlifbanın icadı ilə, əlifbanın heroqlifli yazı üzərində üstünlüyü ilə müqayisə edir; səh. 21); məsələn, 3847-nin 

60-lıq sistemdə (60)² + 4·60 + 7 kimi təmsil olunur. Mövqeli sistem (Hammurapi zamanında vardı?!) 

rəqəmlərin durduqları yerə görə ədədin qiymətinin müəyyən edilməsidir, məsələn 444 ədədində sağdakı 4, 

ortadakı 4 və soldakı 4 tutduqları mövqeyə, yəni yerə görə fərqli məna daşıyırlar: uyğun olaraq 4, 40 və 400-

ü təmsil edirlər. Sıfır işarəsi yoxdu, onu çox zaman bir məsafə buraxmaqla, yəni boş yerlə ifadə edirdilər 

(sıfır məsələsinin nə vaxtdan başlaması mübahisəlidir). Bu mövqeli sistemdə müxtəlif mövqelər arasında 

məsafə qoyurdular (4-ü ifadə edən işarəni üç dəfə təkrar yazaraq 1-ci və 2-ci, eləcə də 2-ci və 3-cü arasında 

məsafə buraxmaqla). Mövqeli sistemdə az sayda rəqəmlər vasitəsilə ən böyük ədədləri ifadə etmək olur. 

Çağdaş sivilizasiya 10-luq say sistemindən istifadə etsə də, 60-lıq say sistemi hələ Şumer dövründə daxil 

edilmişdi. Get-gedə onluq say sistemi üstünlük qazanmağa başlyırdı. Yunan mədəniyyətinin gücləndiyi və 

çiçəkləndiyi dövrdə Babilistanda Ay və planetlərin müşahidələri çoxalmış, astronomiya və riyaziyyat, 

xüsusilə cəbr (tənliklər) get-gedə güclənmiş, yunanları cəlb edən, yunanlarla yarışa bilən səviyyəyə çatmışdı 

Mesopotamiyanın 60-lıq sisteminin qalıqları (zaman və bucaq ölçüləri: bir saat 60 dəqiqə,..., 0-dan 360-a 

qədər bucaqlar) günümüzə qədər gəlib çıxmış və təbii qəbul edilmişlər.   

Mesopotamiyada da ədədləri Misirdə olduğuna bənzər şəkildə yazı sistemi (bu halda mixi yazısı) vasitəsilə 

ifadə edirdilər. Çevrənin 360 hissəyə bölünməsi m.ö. son əsrlərdə baş vermişdi, 60-lıq sistemin tarixi isə çox 

qədimdir və daxil edilmə səbəbi məlum deyil (tam inandırıcı olmayan fikirlər var). Bu sistemi yunan, hind, 

islam və ilk orta əsrlər Avropa astronomları da qəbul edib işlədirdilər. 

K. Ptolomey zamanından başlayaraq 

astronomlar çox zaman tam ədədləri onluq, kəsr ədədləri isə altımışlıq sistem ilə yazırdılar (Onluq kəsrləri əl-

Kaşi (?-1429) icad etmişdi).

 

Misirlə müqayisədə Mesopotamiyalılar daha mürəkkəb tənliklərin həlli ilə məşğul olurdular. Kvadrat 



tənlikləri faktik olaraq bizə məlum olan üsulla həll edir, bəzi kub tənlikləri, eləcə də kvadrat tənliyə gətirilə 

bilən yuxarı dərcəli tənlikləri də həll edə bilirdilər (sadələşdirmək, yuxarı dərəcəli tənlikləri əvəzləmə ilə 




aşağı dərəcəlilərə gətirmək). Təbii ki, ancaq müsbət ədədlərdən və müsbət həllərdən söhbət gedirdi. 

Mesopotamiyalılar müəyyən sonlu həndəsi silsilələrin (1+2+2²+2³+...) və sonlu sayda natural ədədlərin 

kvadratları cəmini (1²+2²+3²+...), həmçinin Pifaqor üçlükləri (p²+q²=r²) adlandırılan (p, q, r)-i, məsələn 

(3,4,5)-i tapa bilirdilər (Pifaqordan min il əvvəl!). Onlar Fales`in adına çıxılan “yarımdairə daxilinə çəkilmiş 

bucaq düz bucaqdır”) xassəni də bilirdilər. √2 ədədinin çox yaxşı təqribi hesablamasını bilirdilər (1. 414222 

kimi). Tənliklərin həllində məchulları hərflərlə işarə etmək və tənlik qurub həll düsturunu tətbiq etmək qədim 

və orta əsrlərdə tətbiq olunmurdu. Əvəzində Mesopotamiyalılar “uzunluq” və “en” kimi (şərtə görə en 

uzunluqdan böyük ola bilməzdi) həndəsi ifadələr işlədir, üçölçülü halda isə “dərinlik” terminini işlədir, lakin 

onların həndəsi mənasına uymadan hesabi-cəbri yolla tənlikləri həll edib bu “uzunluq”, “en” və “dərinliyi” 

tapırdılar. Onlar iki məchullu iki xətti tənlik sistemini də həll edirdilər (vərəsəlik paylarının müəyyən 

edilməsi kimi tətbiqi məsələlər belə tənliklər sisteminə gətirməklə həll edilirdi). Ümumi düsturlar mövcud 

olmasa da, ümumi qaydaların varlığı şübhə doğurmamalıdır. Mesopotamiyalılar sanki ədədlər üzərində 

hesablamaları və tənliklərin həllini həndəsədən daha çox sevirdilər, həndəsəyə sanki tətbiqi hesab kimi 

baxırdılar (Misirlilərdə, yəqin ki,  bunun tərsi doğru olub, həndəsə birinci yerdə idi). Lakin onlar həndəsi 

məsələlər də həll edirdilər; bəzi kanonik fiqurların həcmini və ya düzgün çoxbucaqlıların (3, 4, 5, 6, 7 

bucaqlı) sahəsini, eləcə də bu sahənin çoxbucaqlının tərəfinə nisbətini hesablaya bilirdilər.  

Aristotel riyazi fəaliyyəti iki səbəblə izah edirdi : ehtiyac (tətbiq!) və nəzəri bilikləri inkişaf etdirmək üçün 

sərbəst vaxt (yəni zəka macərası!). Mesopotamiya riyaziyyatının inkişafında hər iki səbəbin rol oynadığı 

görünür (orada bir sıra tətbiqlə bağlı olmayan, sadəcə ümumi maraq daşıyan məsələlərə baxılırdı). 

Misir təqvimi 

Misir təqvimi əslində bütün bəşər tarixində ən ağıllı təqvimdir 

(

O. Neugebauer, səh. 92



).

 İl hər biri 30 gün olan 

12 aydan və ilin axırında əlavə olunan 5 gündən ibarət idi (bu beş günü yunanlar epaqomen  = “ilin üstündə 

olan” adlandırmışdılar). 

Mendeleev Rusiyada Misir təqviminin qəbul olunması tərəfdarı idi! 

Babillilərin və 

yunanların ay təqvimləri, eləcə də yunanların siyasi liderlərdən asılı olan təqvimləri mürəkkəb və əlverişsiz 

idi. Misir təqvimində  astronomiya və hesab bir-birinə qovuşmuşdu.  

 

Günün 24 bərabər saata və bir saatın 60 dəqiqəyə bölünməsi də Misirlilərdən gələn bölgünün Ellin-Babil 



modifikasiyası nəticəsində bərqərar oldu. Misirlilərdə əvvəlcə 12 gündüz və 12 gecə saatları vardı (daha 

əvvəlcə daha fərqli olub), bu saatlar da bir-birindən fərqli idi; gecə və gündüz saatları bir-birindən fərqlənirdi, 

həmçinin gecə saatları öz aralarında, gündüz saatları da öz aralarında müxtəlif idi. 

Ilin 12 aya bölünməsini 




: wp-content -> uploads -> 2014
2014 -> «xalqların psixologiyası»
2014 -> Yeni tanı almış hastada ilk danışmanlık, anamnez, muayene ve laboratuar testleri
2014 -> “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında
2014 -> Journey to Sacred India
2014 -> Qrup liderinin rol və funksiyaları, liderin mənimsədiyi nəzəri yanaşmadan, liderlik tərzindən və liderlik bacarıqlarından, aldığı təhsildən, etik qaydalara uyğun davranıb davranmayışından, şəxsiyyəti və fərdi xüsusiyyətlərindən təsirlənir
2014 -> Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix
2014 -> Kişisel arzu, istek ve ihtiyaçları için ürünleri satın alan ya da satın alma kapasitesinde olan gerçek kişidir
2014 -> Lt scientific
2014 -> Microsoft Word Konflikt Gruppen Manus Q. doc
2014 -> Yazılı Bacarıqlar (yazma- oxuma)


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə