doğrudur. Qaranlıq Çağ termini də F. Petrarca`nın kəşfidir (1330-larda), Antik dövrdən Avropanın
oyanması (Renessans öncəsi) arasındakı çağı bildirir. Avropalıların Qaranlıq çağının böyük hissəsi İslamın
parlaq çağı ilə üst-üstə düşür.
Tək tarix deyil, coğrafi bölgələşmə də Avropa süzgəcindən keçib. Yaxın Şərq, Orta Şərq, Uzaq Şərq
terminləri Avropada yaranmış və Avropa baxışını əks etdirir, Avrosentrizmin məhsuludur.
Elm. Təbiət elmləri
Yeni və etibarlı biliklərin əldə edilməsi - hər insanın ayrı-ayrılıqda, bəşəriyyətin isə bütövlükdə üzərində
çalışdığı ən əsas məsələlərdən biridir.Sivilizasiyanın inkişaf sürəti yəqin ki, toplanmış bilik və bacarıqla
düz mütənasibdir.Bu bilik və bacarıqlar əsasən təhsil vasitəsilə bir nəsildən o biri nəslə ötürülür.
Elm biliyin toplanması və təşkilidir, biliklərdən sistem qurulmasıdır. Elm və texnologiyanın inkişaf sürəti
qeyri-adi dərəcədə artıb, bu sürət həyatımıza birbaşa təsir edir. Biliklər içində ən çox və ən sürətlə dəyişəni
elmdir.Bəşəriyyətin inkişafını elmi dünyagörüşüş inkişafı ilə paralelləşdirmək olar. O. Comte (1798-
1857): Keçmişə nəzər salsaq görərik ki, elmlər insan ruhunu teologiya və metafizikanın uşaqlıqda zəruri
olan, amma həddindən çox uzanmış himayəsindən azad etdilər.
Təbiət elmlərində (“natural fəlsəfə”də) irəliləyiş var, elm inkişaf edir, daim yeni, daha güclü, daha ümumi
nəticələr əldə edilir. Elm kumulyativliyə (yığıcılığa) malikdir, yəni biliklər üst-üstə gəlir, sonrakı nəticələr
əvvəlkiləri öz içində saxlayır, daha ümumi olur; köhnələr yenilərin xüsusi hallarına çevrilir.Biliklərin üst-
üstə gəlməsi ilə yeni, daha yüksək səviyyəyə keçilir; bu, tərəqqi deməkdir. Tarix və elmdə hər kəs
özündən əvvəlkilərə borcludur! Təbiətşünas alim təbiəti və kainatı müşahidə edir, fərziyyələr ortaya atır,
mümkün olduqca təcrübələr qurur, analiz və sintez edir, fərziyyələri sınaqdan keçirir, əksər hallarda
kəmiyyət analizi apararaq riyazi yolla (model quraraq) sübuta yetirməyə çalışır. Elmin fizika, astronomiya
kimi inkişaf etmiş hissələri öz qanunlarını riyazi şəkildə ifadə edir.
Elmi bilik obyektivdir, əsaslandırılmış fərziyyələr həmin elmin qanunlarına çevrilir və elmin inkişafı bu
qanunlar üzərində qurulur (çox zaman riyazi ifadəyə malik qanunlar şəklində). Qanunlar baş verən
hadisələri izah etməyə və sonra nə baş verəcəyini görməyə imkan verir. Təbiətşünaslıqda elmi biliklər
vasitəsilə proqnoz etmək, proseslərin əvvəli və gedişini təhlil etməklə sonrasını öncədən görmək
mümkündür. Elm ölçüləbilən tərəqqidir; ölçülə bilməyən şey elmi yanaşmanın məhsulu deyil.Bu elmlərdə
durmadan yeni biliklər meydana çıxır.
Elm heç də ancaq tam aydın məntiqin və “sağlam ağlın” məhsulu kimi inkişaf etmir. Thomas Kuhn
(“The
Structure of Scientific Revolutions”
) elmin inkişaf sxeminin “normal elm →→ paradiqmlər →→ normal
elm →→ paradiqmlər...” şəklində olduğunu irəli sürür. Normal elm böyük, inqilabi fenomenlər yaratmır,
o, boşluqları doldurur, mənzərəni tamamlayır, bütövləşdirir. Sonra normal elmdə narahatlıq doğuran,
çaşqınlıq yaradan paradiqmlər meydana çıxır. Bu, elmi inqilaba gətirib çıxarır. Normal elm ənənəni davam
etdirir, elmi inqilab ənənəni sındırır. Qeyri-Evklid həndəsəsi, Yerin kürə şəklində olması, Yerin Günəş
ətrafında dövr etməsi (Günəşin Yer ətrafında deyil), Nisbilik nəzəriyyəsi, Kvant mexanikası,..sağlam
düşüncənin deyil, fəhm və qeyri-standart düşüncənin kəşfidir. İntuisiya və “sağlam düşüncə” kəşfə də
apara bilir, aldada da bilir, yeniliyə qarşı da çıxa bilir, fakta, məntiqə və elmi təcrübəyə qarşı cəbhə də aça
bilir.
Elm sanki durmadan öz-özünü irəli aparmağa çalışır. Elm tarixi insanın təbiəti, kainatı dərk etmə tarixidir.
Elm milli çərçivələri aşan bəşər fəaliyyətidir. Avromərkəzçiliyə qarşı çıxmaqda elm tarixi ilə məşğul
olanlar həlledici rol oynadılar.Təbiət elmlərinin ən mühüm cəhəti və əsas nəticəsi tədqiqatçıların
şəxsiyyətindən, hisslərindən, sevgi və ya nifrətindən asılı olmadan, yəni insanların iradəsindən asılı
olmadan mövcud olan həqiqətin, qanun və qanunauyğunluqların üzə çıxarılmasıdır.
Elm anlayışının çalarları
“Elm” kəlməsi və ya termini dilin içində kontekstdən asılı olaraq fərqli mənalər kəsb edir; həmçinin, elm
sözü müxtəlif dillərdə bir-birindən fərqli məna daşıya bilir. İngiliscə “Science” sözü Azərbaycan
türkcəsinə “Elm” kimi tərcümə edilir. “Science” latınca “scienta” sözündən törəyib, “bilik” mənasını verir,
“elm” sözünün də ərəbcə əsas mənası (`ilm) “bilik” deməkdir. Əslində isə ingiliscədə “Science” dedikdə
birinci növbədə təbiət elmləri və ya təməl (fundamental) elmlər (fizika, kimya, biologiya, geologiya,
riyaziyyat,...) başa düşülür. Bu dəqiq və ya təməl elmlər ciddi məntiq, kəmiyyət analizi, riyazi düşüncə və
modellər üzərində qurulur.
Elmlə məşğul olan, yeni bilik yaradan, yeni elmi kəşflər edən şəxsə alim deyilir. Bu söz bilik mənası verən
ərəb “ilm” sözündən əmələ gəlib, elmi olan adama deyilir. Hər dildə elm adamını müəyyən sözlə, terminlə
adlandırmaq qəbul edilib. İngiliscədəki “scientist” sözünü ingilis (Cambridge) filosofu William Whewell
1834-cü ildə, özünün dediyi kimi, elm adamlarının hamısını səciyyələndirən adın olmaması üzündən daxil
etmişdir. Çox şaxələnmiş elm sahələrində çalışanları “filosof”, həmçinin təbiət elmləri ilə məşğul olanları
“natural filosof” adlandırmaq artıq işə yaramırdı. O zamanlar işlənməkdə olan “Artist” sözü sənət
(incəsənət) adamlarını bildirirdi.
Elmi çətin edən səbəblərdən biri onun xüsusi dili olması, çox anlayışlara, terminlərə, jarqonlara sahib
olmasıdır. Bu terminlərin bəziləri (məsələn, sürət) gündəlik həyatda rast gəlinən, hiss olunan adi
anlayışlarla bağlıdır (əlbəttə ki, onlar elmdə xüsusi dəqiq məna kəsb edirlər), digərləri anlaşılan, adət
edilmiş, adiləşmiş dəqiq iş prinsipi heç də hamıya məlum olmayan) anlayışlardır (məsələn, radio, telefon),
bir qismi (əksəriyyəti!) isə hər kəsə o qədər də aydın olmayan və müxtəlif dillərdə eyni şəkildə (eyni və ya
çox yaxın deyilişdə) işlənilən anlayışlardır (məsələn, atom, spektr, elektron,diferensial, inteqral, membran,
xromosom, amin turşusu, DNA/DNT).
Elm və cəmiyyət
Elm böyük sayda elm adamlarının kollektiv əməyinin nəticəsidir. Əlbəttə ki, yaradıcı adam öz-özü ilə tək
qalaraq, öz intuisiyası, düşüncəsi, fantaziyası, təhlili və məntiqinə əsaslanaraq kəşf edir, yaradır, yeni
nəticələr əldə edir. Lakin bunları edərkən o, özündən əvvəlkilərin müşahidələrindən, əldə etdikləri uğurdan
(və uğursuzluqlardan!?) yüksək dərəcədə istifadə edir. Onun elmə gətirdiyi yeniliyi öz növbəsində digər
tədqiqatçılar təhlil edir, mənimsəyir, öz süzgəclərindən keçirir, o yeniliyi daha dolğun edirlər. Elm xüsusi
kollektiv, daha geniş mənada isə sosial fəaliyyət növüdür. Elm öz zəka macəraları üçün də hərəkət edən
alimlər tərəfindən yaradılsa da, elm son nəticədə ictimai məhsuldur. Çağdaş elmin inkişafı onun
institutlaşması ilə üzvi surətdə bağlıdır. Elmi qurumlar cəmiyyətin vacib aparıcı qüvvələrindən biridir.
Elmi məktəblər onları təsis edənlərdən qat-qat uzunömürlü və təsirli olur. Elm və sənət oçaqlarının,
birliklərinin tarixi ümumi elm və sənət tarixinin, həmçinin sosial tarixin mühüm hissəsidir. Elmi məktəb
bir ənənə yaradır, yaradıcı mühit yaradır, cazibə mərkəzinə çevrilir, həmin yerin mədəni və iqtisadi
simasında yer tutur, hətta dəbə minir. Bu sonuncu isə himayəçilərin meydana çıxmasına kömək edir.Ağac,
bitki böyümək üçün münbit torpaq, işıq, hava tələb etdiyi kimi, elm və texnologiyanın inkişafı da münbit
mühit, yəni zəruri iqtisadi, mədəni, sosial və siyasi şərait tələb edir.
Sivilizasiya (və hər şey!) müqayisə ilə öyrənilir - özündən əvvəlkilərlə (zaman dəyişir) və qonşularla
(məkan dəyişir). Elm və mədəniyyətin çöküşü, geriləməsi cəmiyyətin dəyərlərinin dəyişməsi ilə, fərdlərin
mənəvi-ruhi hal və maraqlarının, psixologiyasının dəyişməsi ilə əlaqədardır. Xarici amillər (“barbarların
hücumu”, “ikili standartlar”) əsas deyil, amma prosesi sürətləndirir və ya ona nöqtə qoyur. Bir çox
Dostları ilə paylaş: |