Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   2   3   4   5   6   7   8   9   ...   28

Landşaftı  böyük  regional  komplekslərlə  (zona,  yarımzona  və  s.)  müqayisə 

etdikdə onlar arasında keyfiyyət cəhətcə əsaslı fərqin olşduğunu çox asan görmək 

olur.  Belə  ki,  yüksək  ərəcəli  fiziki-coğrafi  rayonlaşma  vahidlərindən  heç  biri 

landşaftın  ən  mühüm  xüsusiyyətləri  olan  zonal  və  azonal  əlamətlərə  görə 

bölünməməzliyə malik olmur. Həmin vahidlərdən heç birinə özünün mürəkkəbliyi 

və  genetik  cəhətcə  müxtəlifliyinə  gör  onlara  fiziki-coğrafi  şəraitin  əsas  etalonu 

kimi baxmaq mümkün deyil. 

Landşaft  və  onun  morfoloji  hissələri  arasında  əsaslı  keyfiyyət  fərqləri  

mövcuddur.  Bu  fərqlər  landşaftı  ərazi  cəhətcə  fiziki-coğrafi  tədqiqatların  əsas 

obyekti hesab etməyə imkan verir. 

Landşaftın  morfoloji  hissələri  həmişə  sıx  qarşılıqlı  əlaqədə  olub,  bütöv 

sistemlər yaradır. Belə sistemlər daxilində müxtəlif fasiya və mərzlər axım prosesi 

və  kimyəvi  elementlərin  miqrasiyasını,  yerli  hava  kütlələrinin  sirkulyasiyasını, 

orqanizmlərin  yerləşmə  prosesləri  və  vaxtaşırı  miqrasiyasını  bütöv  şəklində 

birləşdirmək qabiliyyətinə malikdir. Onları zonal və azonal əmələ gəlmə şəraitinin 

və inkişaf tarixinin ümumiliyi də birləşdirir. 

Landşaftlar özləri də bir-birindən təcrid olunmuş deyil. Çünki təbiətin özündə 

ayrı düşmüş heç bir hadisə və proses yoxdur. Lakin landşaftlar arasındakı əlaqə bir 

qədər  məhdud  və  əsasən  dolayı  xarakterə  malikdir.  Məsələn,  dağlıq  ölkələrd  belə 

ə

laqə  dağ-dərə  küləkləri,  daha  doğrusu  atmosfer  sirkulyasiyası  vasitəsilə,  su 



buxarın  kondensasiyası  yolu  ilə  həyata  keçirilir.  Landşaft  komplekslərinin  əmələ 

gəlməsi üçün qonşu komplekslərlə qarşılıqlı əlaqə elementar landşaft vahidlərində 

(mərz və fasiyada) olduğu kimi çox böyük təyinedici əhəmiyyətə malik deyildir.  

V.B.Soçava  və  B.M.Çetırkin  göstərirlər  ki,  landşaft-  elə  təbii  ərazi 

kompleksidir  ki,  orada  təsərrüfat  vahid  istiqamətdə  inkişaf  edə  bilər.  Ərazinin 

təsərrüfat  cəhətcə  mənimsənilmə  profilini  müəyyən  edərkən  mərz  və  fasiya 

vahidlərilə  kifayətlənmək  olmaz,  çünki  həmin  vahidlər  təsərrüfatın  hər  hansı 

sahəsini  inkişaf  etdirmək  üçün  yerli  təbii  şərait  barədə  tam  təsəvvür  vermir.  Belə 

təsəvvürü  yalnız  landşafta  bütövlükdə  baxdıqda  almaq  mümkündür.  Landşaftlar 

daxilində müxtəlif təbii sahələrin əlaqəsi təsərrüfatın hər hansı sahəsinin (xüsusilə 

Behruz Melikov

Behruz Melikov




kənd  təsərrüfatının)  inkişafı  üçün  şərait  yaradır.  Landşaftın  tərkib  hissələrinin 

vahidliyi  və  qonşuluq  əlaqəsi  təsərrüfat  və  meliorativ  tədbirlərin  kompleks  təyini 

üçün təbii-elmi əsas verir. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 2 

brahimov T. 

Coğrafi təbəqə və onun əsas xüsusiyyətləri 

Coğrafi təbəqə Yer kürəsinin ən mürəkkəb və müxtəlif komplekslərdən təşkil 

olunmuş  hissəsidir.  Onun  əsas  xüsusiyyətləri  yer  səthində təbii  elementlərin  uzun 

müddətli  qarşılıqlı  təsiri  nəticəsində  əmələ  gəlmişdir.  Yer  səthindəki  bu 

müxtəlifliklər  bir  sıra  təbiət  elmlərinin  (geologiya,  fiziki-coğrafiya,  biologiya, 

torpaqşünaslıq,  iqlimşünaslıq  və  s.)  mövzusu  və  tədqiqat  obyektidir.  Bu  elmlərin 

inkişafı prosesində yer kürəsinin səthi barədə elmi biliklərin toplanması, onun dörd 

tərkib  hissəsinin  (litosfer,  atmosfer,  hidrosfer,  biosfer)  mürəkkəb  qarşılıqlı  təsiri 

nəticəsində  əmələ  gəldiyini  söyləməyə  imkan  verir.  Bir-birinə  daxil  olan  bu  dörd 

müstəqil  fiziki-coğrafi  təbəqələrdən  təşkil  olunan  daha  geniş  və  mürəkkəb  təbii 

kompleks kimi yeni anlayış-  Yerin coğrafi təbəqəsi meydana gəlir. 

Yer bir planet kimi ayrı-ayrı təbəqələrdən təşkil olunmuşdur. Bu təbəqələrdən 

biri  coğrafi  təbəqə  olub,  digər  təbəqələrlə  müqayisədə  çox  mürəkkəb  strukturaya 

və bir sıra fərqli əlamətlərə malikdir. Yerin coğrafi təbəqəsinin fərqli xüsusiyyətləri 

aşağıdakılardan  ibarətdir:  onun  tərkibində  maddələr  üs  aqreqat  vəziyyətindədir 

(bərk, maye və qaz), onun  inkişafında eyni zamanda iki enerji mənbəyinin – xarici 

(günəşinin  şüa  enerjisi)  və  daxili  (yerin  daxilində  radioaktiv  elementlərinin 

parçalanmasından  alınan  enerji)  enerjinin  iştirakı  və  üzvi  materiyanın  –  həyatın 

olması.  Yerin  coğrafi  təbəqəsinin  dörd  sferadan  (dörd  təbəqədən)  təşkil 

olunduğunu ilk dəfə rus təbiətşünası P. .Brounov göstərmişdir. O, yazırdı ki, bütün 

bu  sferalar  (litosfera,  atmosfera,  hidrosfera  və  biosfera)  biri  digəri  içərisinə  daxil 

olur  və  bir-birilə  qarşılıqlı  təsirdə  olmaqla  yerin  xarici  görünüşünü  yaradır.  Bu 

qarşılıqlı  təsirin  öyrənilməsi  müasir  təbiət  elmlərinin,  xüsusilə  coğrafiyanın 

qarşısındu duran ən ümdə vəzifələrdən biridir. Fiziki-coğrafiyanın həmin qarşılıqlı 

təsiri  öyrənməsi  onun  müstəqil  elm  kimi  inkişaf  etməsinə  və  yaxın  fənlərdən  – 

geologiyadan,  hidrologiyadan  və  meteorologiyadan  onu  fərqləndirməyə  imkan 

verir. 

Behruz Melikov



Behruz Melikov


Coğrafi  təbəqənin  fiziki-coğrafiyanın  mövzusu  kimi  əsaslandırılması 

V.V.Dokuçaevin  işlərində  də  müəyyən  dərəcədə  öz  əksini  tapır.  V.V.Dokuçayev 

XIX  əsrin  axırı  XX  əsrin  əvvəlində  coğrafi  təbəqənin  bütövlüyü  və  ayrılmazlığı, 

bütün komponentlərin qarşılıqlı asılılığı barədə təlimi inkişaf etdirdi. 

Coğrafi  təbəqənin  fiziki-coğrafiyanın  mövzusu  kimi  qəbul  olunması  barədə 

ilk addımlar 1917-ci ilə qədər olsa da, lakin bu barədə nəzəri, elmi fikirlər sonrakı 

illərdə  geniş  yayılmağa  başladı.  Coğrafi  təbəqə  barədə  təlimin  işlənməsində 

A.A.Qriqoryevin  əməyi  böyükdür.  O,  1937-ci  ildə  «Yer  kürəsinin  fiziki-coğrafi 

təbəqəsinin  tərkibi  və  quruluşun  analitik  səciyyəsi  təcrübəsindən»  adlı 

monoqrafiyasında  fiziki-coğrafiyanın  tədqiqat  obyekti  olan  Yerin  xüsusi  fiziki-

coğrafi  təbəqəsinin  mövcudluğunu  əsaslandırdı.  Fiziki-coğrafi  təbəqə  Yerin  digər 

sferalarından aşağıdakı əlamətlərinə görə fərqlənir: 

1.litosfer, atmosfer və hidrosferin bir-birinə qarşılıqlı daxil olması və qarşılıqlı 

təsiri; 


2.fiziki-coğrafi  proseslərin  əsasını  təşkil  edən  Günəş  enerjisinin  daxil  olması 

və dəyişilməsi ( bir formadan başqasına keçməsi); 

3.üzvü aləmin mövcudluğu, Yer səthində müxtəlif coğrafi sferaların bir-birinə 

təması  və  qarşılıqlı  təsiri  o  qədər  qüvvətli,  hər  tərəfli  və  dərin  olur  ki,  bu  təmas 

zonasında  yalnız  onun  üçün  xarakter  olan  xüsusi  yeni  fiziki-coğrafi  təbəqə  əmələ 

gəlir. 


S.V.Kalesnik, A.A.Qriqoryevin fiziki-coğrafi təbəqə anlayışını sadəcə coğrafi 

təbəqə  adlandırmağı  təklif  edir  və  bu  ad  sonralar  elmdə  daha  da  möhkəmlənir. 

S.V.Kalesnik  yazırdı  ki,  «Yer  səthi  dedikdə  biz  sadəcə  olaraq  fiziki  və  ya  riyazi 

səth  deyil,  proseslərin  birinin  digərinə  qarşılıqlı  daxil  olması  və  qarşılıqlı  əlaqə 

təsiri  altında  əmələ  gəlib  inkişaf  edən  mürəkkəb  komplekslərini  başa  düşürük. 

Bunlar  quruda,  atmosferdə,  suda  və  üzvü  aləmdə  inkişaf  etməklə  planetimizin 

coğrafi təbəqə adlandırdığımız xüsusi təbəqəsini yaradır». 

.M.Zabelin  biogenosfera,  D.L.Armandın  coğrafi  sfera,  Y.K.Efremovun 

landşaft  təbəqəsi,  A.Q. saçenkonun  epigeosfera  anlayışları  coğrafi  təbəqənin 

sinonimləri  kimi  işlədilir.  Lakin  bir  sıra  coğraflar  tamamilə  haqlı  olaraq  qeyd 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə