Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   20   21   22   23   24   25   26   27   28

A.Q. saçenko  (1990,  s.  155)  işlərindən  birində  mədəni  landşaft  ideyasını, 

onun  təşkili  və  idarə  olunma  prinsiplərini  inkişaf  etdirir.  Onun  fikrincə,  mədəni 

landşaft  komplekslərin  özünə  məxsus  yaxşılaşmış  modifikasiyası  olmaqla, 

keyfiyyətcə iki formaya malikdir: 

1.yüksək məhsuldarlığa və iqtisadi gəlirə. 

2.insan həyatı üçün ekoloji mühitin optimallığına. 

Antropogen  landşaftların  təsnifatı  ümumi  planda  A.M.Pyabçikovun  (1972,  s. 

186)  işlərində  verilir.  Müəllif  burada  təbii  landşaftların  strukturunun  insanın 

təsərrüfat  fəaliyyəti  nəticəsində  dəyişmə  dərəcəsini  nəzərə  almaqla,  bütün  müasir 

landşaftları fərqləndirməyi və onları 6 əsas qruppa bölməyi təklif edir. 

Onun bu fikri A.Q. saçenkonun (1965) verdiyi ideyanın təbii davamıdır. Hər 

iki  alim  təbii  komplekslərin  dəyişmə  dərəcəsini  nəzərə  alaraq,  antropogen 

landşaftları altı qruppa bölürlər. 

1.təcrübi  olaraq  dəyişməyən,  yəni  ilkin  vəziyyətini  saxlayan  (buzlaqlar, 

qoruqlar, həddən artıq arid səhralar); 

2.zəif  dəyişilmiş,  yəni  təbii  əlaqələrin  əsasən  pozulmadığı  sahələr  (səmərəli 

istifadə edilən meşələr, təbii çəmənliklər, otlaqlar, su tuturlar, milli parklar və s.); 

3.təbii  ehtiyatlardan  uzun  müddət  səmərəsiz  istifadə  nəticəsində  əmələ  gələn 

pozulmuş  komplekslər  (səhralaşma,  rütubətli  zonalarda  qırılmış  meşələr  yerində 

bataqlıqların, makvis tipli kolluqların əmələ gəlməsi və s.); 

4.qüvvətli  pozulmuş  və  ya  antropogen  bedlend  (erozion  bedlend,  təkrar 

ş

oranlıqlar və bataqlıqların əmələ gəlməsi, qumların hərəkəti, antropogen karst və 



s.); 

5.dəyişilmiş və ya mədəni komplekslər (əkin sahələri, bağlar, çox illik mədəni 

bitkilər sahəsi, səhralardakı antropogen oazislər, rekreasiya bazaları və s.); 

6.təbii  amillər  əsasında  insanlar  tərəfindən  yaradılan  süni  obyektlər  (şəhər, 

kənd, bənd, su anbarı, yol və s.). 

F.H.Milkov (1973) antropogen landşaftların aşağıdakı təsnifatını təklif edir: 

1.kənd  təsərrüfatı  sinfi.  Bu  sinif  daxilində  əkinçilik,  bağçılıq,  çəmən-otlaq 

landşaft tipləri ayrılır; 

Behruz Melikov

Behruz Melikov




2.seliteb sinifi və bu sinif daxilində iki yarım sinif kənd və şəhər landşaftları 

ayrılır:  şəhər  landşaft  tipii  bağ-park,  az  mərtəbəli,  çox  mərtəbəli  binalar,  zavod 

məhəllələrinə ayrılır; 

3.sənaye  sinifi  o,  bu  sinifi  karyer  və  yararsız  tullantıların  məhəl  tiplərinə 

ayırır; 

4.su  sinifi  iki  yarım  sinifə  –  su  anbarları  və  norhurlara,  iki  landşaft  tipinə  – 

dayaz sulu, dərin sulu-bölünür; 

5.meşə  əkinləri  sinifi.  Bu  sinif  tünd  iynəyarpaqlı,  işıqlı  iynəyarpaqlı, 

enliyarpaqlı, xırda yarpaqlı meşə əkinləri tipinə bölünür; 

6.yol sinifi. 

Bundan 

ə

lavə, 



F.H.Milkov 

antropogen 

landşaftları 

öyrənmək 

və 

xəritələşdirmək üçün, bir sıra təsnifat tipləri təklif edir. 



1.Məzmununa  görə  (kənd  təsərrüfatı,  sənaye,  su,  meşə,  seliteb,  belliqerativ – 

hərbi fəaliyyətlə yaranan komplekslər, yol); 

2.Mənşəinə görə (texnogen, əkin, otlaq, rekreasiya və s.); 

3. nsanın  təbiətə  təsir  gücünə  görə  (antropogen-neolandşaftlar-insanlar 

tərəfindən  yaradılan  yeni  komplekslər,  kurqanlar,  karxana,  süni  göllər  və  s. 

dəyişilmiş antropogen landşaftlar – palıd meşələrinin yerində toz ağacı meşələrinin 

yaranması); 

4.məqsədyönlü  dəyişmələrə  görə  (tarla  qoruyucu  meşə  zolaqları,  su  ambarı, 

yarğanların əmələ gəlməsi və s.); 

5.Antropogen landşaftların mövcudluq müddətinə və öz-özünə tənzim olunma 

dərəcəsinə  görə  (daimi  tənzim  olunanlar  –  kurqanlar,  torpaq  tirələri;  uzun 

müddətli;  qismən  tənzim  olunanlar  –  əkilmə  meşələr,  su  ambarları; qısa  müddətli 

tənzim olunanlar – bağ, becərilən əkin sahələri); 

6.Təsərrüfat dəyərinə, landşaftların bonitetinə görə (mədəni və ya konstruktiv 

–  tarla  qoruyucu  meşə  zolaqları,  əkin  sahələri  qeyri  mədəni  landşaftlar  – 

antropogen bedlend, şoranlıq). 

M.Ə.Süleymanov  (1990)  komplekslərin  genezisini,  dəyişmə  dərəcəsini  və 

istifadə  istiqamətlərini  nəzərə  alaraq,  Azərbaycanın  1:500  000  miqyaslı  təbii-

Behruz Melikov

Behruz Melikov




antropogen  landşaft  xəritəsinin  tərtibi  üçün  aşağıdakı  taksonomik  vahidlər 

sistemini qəbul etmişdir: sinif, tip, yarımtip, sahə və növ. Müəllif göstərilən tipoloji 

vahidlər  sistemini  qəbul  edərkən,  əvvəlki  təsnifatlardan  fərqli  olaraq  hər  bir 

vahidin  əsaslandırılmasında  (diaqnostikasında)  ön  planda  təbii  landşaftı  və  onun 

antropogen təsirlə dəyişilmə istiqamətlərini əsas götürmüşdür. 

1.Təbii-antropogen  landşaft  sinifi-bütün  antropogen  vahidlərin  (növ,  sahə, 

yarımtip və tip) inteqrasiyasına, yəni bütün vahidlərin aşağıdan yuxarıya tabeçilik 

prinsipinə görə tam birləşməsinə görə ayrılır. 

2.Təbii- antropogen landşaft tipi sinif daxilində, insanların təsərrüfat fəaliyyəti 

nəticəsində  yaranmış  xalq  təsərrüfatının  konkret  istiqamətini  və  ərazinin  təbii-

genetik  xüsusiyyətini  nəzərə  almaqla  ayrılır.  Məsələn,  allüvial-prolyuvial 

düzənliyin suvarılan əkinçilik aqroirriqasiya kompleksləri. 

3.Təbii antropogen landşaft yarım tipləri insanın təbii komplekslərə təsiri, onu 

dəyişdirmə dərəcəsinə görə ayrılır (dəyişmiş, zəif dəyişmiş və s.). 

4.Təsərrüfatda  istifadə  istiqamətini,  təbii  komplekslərin  dəyişmə  dərəcəsini, 

mənimsənilmə  xarakterini  nəzərə  alaraq,  yarım  tip  daxilində  təbii-antropogen 

landşaft sahəsi ayrılır. Məsələn, qüvvətli dəyişilmiş aqroirriqasiya kompleksləri. 

5.Təbii-antropogen  landşaft  növləri-mikro  və  mezoreylefə,  torpaq-bitki 

şə

raitinə, istifadə istiqamətinə görə ayrılır. 



Tədqiqatlar  göstərir  ki,  antropogen  landşaftların  təsnifatı  eyni  ərazidə 

təsərrüfatın  müxtəlif  formalarının  mövcudluğu  ilə  əlaqədar  olaraq  çətinliklərlə 

qarşılaşır.  Lakin  bütün  bunlara  baxmayaraq,  üstünlük  təşkil  edən  və  fon  yaradan 

landşaft  tiplərini  və  onların  istifadə  istiqamətini  əsas  götürməklə,  onları  müstəqil 

kompleks  kimi  ayırmaq  lazımdır.  Bununla  əlaqədar  olaraq,  bəzən  təsərrüfatın  elə 

sahələri də  olur ki,  öyrənilən  iqtisadi  rayon  üçün  əsas  deyil,  ikinci  dərəcəli  hesab 

edilir.  Məsələn,  mülayim  qurşağın  qaratorpaq  zonasının  bir  sıra  rayonlarında 

heyvandarlıq  təsərrüfatı  böyük  əhəmiyyətə  malikdir,  lakin  zonanın  torpaqları 

ə

sasən ərzaq məhsulları yetişdirilməsi və mədəni yemçilik üçün istifadə edilir. Elə 



ona  görə  də,  burada  üstünlük  təşkil  edən  antropogen  landşaft  tipi  əkinçilikdir. 

Bəzən kənd təsərrüfatı məqsədi üçün zəif istifadə olunan komplekslərin ərazisində, 

Behruz Melikov

Behruz Melikov




sənayenin  müəyyən  sahəsinin  inkişafı  böyük  əhəmiyyət  kəsb  edir.  Bunlar 

materiklərin  müasir  landaft  xəritələrində  landşaft  tipləri  fonunda  xüsusi  işarələrlə 

öz əksini tapır. 

Qlobal  miqyasda  antropogen  landaft  xəritələrinin  tərtibi  və  onların  təsnifatı 

üçün  dünyanın  fiziki-coğrafi  atlasındakı  (1964)  zonal  landşaft  tipləri  xəritəsi  və 

toppaqdan istifadə xəritələri əsas götürülməklə, onlar müqayisəli təhlil edilmişdir. 

L. .Kurakova  (1976, s.  17)  göstərilən  xəritələrin  təhlili  nəticəsində  yaranan  FAO-

nun  təsnifatlarını  birləşdirərək,  antropogen  dandşaftın  aşağıdakı  tiplərini 

ayırmışdır. 

1.Suvarma  əkinçiliyi;  2.Dəmiyə  əkinçiliyi;  3.Bağlar  və  plantasiyalar; 

4.Meşələr;  5.Otlaqlar;  6.Dağlıq  ölkə  otlaqları;  7.Otlu-kollu  və  seyrək  meşəli 

otlaqlar;  8.Quru  çöl,  yarımsəhra  və  səhra  otlaqları;  9.Maral  otlaqları;  10. stifadə 

olunmayan torpaqlar. 

Deyilənləri nəzərə alaraq, qlobal miqyasda antropogen landşaft tədqiqatları və 

xəritələşməsi  aparmaq  üçün  A.Q. saçenkonun  və  A.M.Pyabçikovun  ərazinin 

istifadə  dərəcəsinə  görə  təklif  etdikləri    bölgü  sistemi  daha  məqsədəuyğundur. 

Lakin  konkret  ərazilər  və  regionlar  üçün  antropogen  landşaft  tədqiqatı  apararkən, 

antropogen  landşaft  sinifi,  antropogen  landşaft  tipi,  yarımtip,  antropogen  landşaft 

növü və mərzdən istifadə etmək olar. Bunlardan fərqli olaraq işin nəzəri xarakterli 

olduğuna  əsaslanaraq,  biz  burada  aşağıdakı  antropogen-landşaft  komplekslərini 

ayırmağı  və  təsvir  etməyi  məqsədəuyğun  hesab  edirik.  Çünki  ümumi  qlobal 

miqyasda  antropogen  landşaftları  təsvir  etmək  üçün  aşağıdakı  bölgü  sistemi  daha 

məqsədyönlüdür: 

1.Dəmyə əkinçiliyin yayıldığı landşaft rayonları, 2.Aqroirriqasiya landşaftları 

(suvarma  əkinçiliyi  landşaftları),  3.Otlaqlar  landşaftı,  4.Meşə  təsərrüfatı 

landşaftları,  5.Dağ-mədən  landşaftları,  6.Şəhər  landşaftları,  7.Rekreasiya 

landşaftları. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 19 

brahimov T. 

Landşaft komplekslərinin inkişafinda və differensiasiyasinda yeni 

tektonik hərəkətlərin  rolu 

Hər  һansı  təbii  landşaft  kompleksinin  (fiziki-coğrafi  ölkədən  landşaftın 

morfoloji  bölgülərinədək)  inkişafını  və  mənşəini  yeni  tektonik  һərəkətləri  nəzərə 

almadan  başa  düşmək  çətindir,  Bu  nöqteyi-nəzərdən  landşaftın  regional 

vaһidlərinin ayrılması və əsaslandırılması ön planda durur. 

Bir sıra bütöv təbii landşaft ölkələrinin ayrılmasında, yeni tektonik һərəkətlər 

ilkin  və  ən  vacib  səbəblərdən  biri  kimi  aparıcı  rol  oynayır.  Buna  Mərkəzi  Asiya 

fiziki-coğrafi  ölkəsinin  yüksək  dağlıq  səһəsində  inkişaf  etmiş  çöl,  yarımsəһrə  və 

səһrə  kompleksləri  misal  ola  bilər.  Neogen  və  antropogen  əsrlərində  qüvvətli 

tektonik һərəkətlər bütün Mərkəzi Asiya ərazisini bütövlükdə yüksəkliyə qaldırmış 

və onun kənarlarında oroqrafik sərһəd əmələ gətirmişdir ki, bu da kontinental iqlim 

şə

raitinin yaranmasına səbəb olmuşdur. Tektonik qalxma və eyni zamanda yüksək 



dağlığın səһrə-çöl landşaft tiplərinin əmələ gəlmə prosesi də baş vermişdir. 

Qeyd etmək lazımdır ki, yeni tektonik һərəkətlər Mərkəzi Asiyada kontinental 

iqlim  şəraitini  һeç  də  yenidən  yaratmayıb,  yalnız  onun  səһrə-çöl  əlamətlərini 

sürətləndirmişdir.  Mərkəzi  Asiyada  quru  səһra  iqliminə  yaxın  şərait  һələ  yeni 

tektonik  һərəkətlər  başlayanadək  mövcud  olmuşdur.  E.M.  Murzayevə  görə, 

Mərkəzi  Asiyada  təbaşir  dövründən  başlayaraq  quru  iqlimin  xarakter  əlamətləri 

olmuşdur. Yeni tektonik һərəkətlər Mərkəzi Asiyada һeç də ona qədər (yə'ni yeni 

tektonik  һərəkətlərin  başlanğıcınadək)  mövcud  olan  səһra-çöl  landşaft  tiplərini 

yaratmamışdır. Yüksək dağ çölləri və səһraları Mərkəzi Asiya ərazisində əvvəllər 

olmamış,  yalnız  yeni  tektonik  һərəktlər  nəticəsində  ərazi  yüksək  dağlıq  һəddinə 

qaldırıldıqdan sonra yaranmışdır. Yuxarıda göstərildiyi kimi bu əlamət Azərbaycan 

ə

razisində  də  Böyük  və  Kiçik  Qafqaz  dağlarının  qalxmaya  məruz  qalması  ilə 



ə

laqədar yeni landşaft tiplərinin əmələ gəlməsi və vaxtaşırı bir-birini əvəz etməsi, 

һ

ündürlük  landşaft  tipləri  strukturunun  tədricən    mürəkkəbləşməsi    prosesində  



müşһidə edilir. 

Behruz Melikov

Behruz Melikov



 

2

Fiziki-coğrafi  ölkələr  daxilində,  yeni  tektonik  һərəkətlər  landşaft  zonalarının 



quruluşunu,  onun  sərһəddini  və  başqa  əlamətlərini  dəyişir.  Yeni  tektonik 

һə

rəkətlərin  zəif  amplitudaya  malik  olduğu,  Rusiya  düzənliyində  və  Qərbi  Sibir 



ovalığında  mülayim  qurşağın  şimalda  tayqadan  başlamış  cənubda  yarımsəһra  və 

səһrayadək  tam  landşaft  zonaları  spektri  müşaһində  edilir.  Ona  görə  də,  zonalar 

burada  bütöv  zolaq  şəklində  olub,  onların  sərһədləri  müəyyən  dərəcədə  düz 

xətlidir.  Şərqi  Sibirdə  dağlıq  relyefə  görə  tayqa-meşə  landşaftları  üstünlük  təşkil 

edirsə, meşə-çöl zonaları təcrid olunmuş adalar şəklindədir, Şərqi Sibirdə meşə çöl 

və  zonalarının  adalar  şəklində  yayılmasının  yeni  tektonik  һərəkətlərlə  bağlı 

olduğunun güman etmək olar. 

Landşaft  əyalətlərinin  ayrılmasında  da  yeni  tektonik  һərəkətlərin  rolu 

böyükdür.  Yüksəkliklərin  qalxmağa  və  ovalıqların  tektonik  enməyə  mə'ruz 

qalması,  təbii  zonaların  landşaft  əyalətlərinə  differensiasiya  etməsinin  əsas 

səbəblərindən biridir. Bu һədisə Mərkəzi Rusiya yüksəkliyi meşə-çöl və Oka-Don 

ovalığı  meşə-çöl  əyalətlərinin  ayrılması  misalından  aydın  olur.  Mərkəzi  Rusiya 

yüksəkliyinin ərazisi neogenin axırında və 4-cü dövrdə qalxmağa, Oka-Don ovalığı 

isə  çökməyə  məruz  qalmışdır.  ki  qonşu  əyalətlərdə  belə  müxtəlif  istiqamətli 

һə

rəkətlər  һər  şeydən  əvvəl  materialların  yuylma  və  gətirilmə  xarakterinə  görə 



fərqlənir. Qalxma vilaјəti və yuylma saһəsi olan Orta Rusiya yüksəkliyində neogen 

və  4-cü  dövrün  çüküntüləri  çox  az  qalınlağa  malik  olduğu  һalda,  tektonik 

çökmənin və materialların akkumulyasiya etdiyi Oka-Don ovalığında neogen və 4-

cü  dövr  çöküntüləri  böyük  qalınlığa  malikdir.  Buradan  məlum  olur  ki,  əgər  yeni 

tektonik һərəkətlər olmasaydı, Orta Rusiya yüksəkliyi və Oka-Don ovalığı kəskin 

sərһədlərə  malik  olmazdı  və  onlar  landşaft  nöqteyi-nəzərdən  vaһid  Orta  Rusiya 

meşə-çöl  əyaləti  kimi  görünərdi.  Yuxarıda  deyildiyi  kimi  Kür  çökəkliyinin  şimal 

qanadını  təşkil  edən  arid-denudasiya  alçaq  dağlıq  əyaləti  dördüncü  dövr 

müddətində  tədricən  qalxmağa  məruz  qalmış,  Kür-Araz  ovalığı  əyaləti  isə 

çökməkdə  davam  etmişdir.  Ona  görə  də  alçaq  dağlıq  süxurların  aşınması, 

aparılması, relyefin parçalanması, Kür-Araz ovalığı isə materialların   toplanması,   

relyefin   zəif   parçalanması   ilə fərqlənir. 

Behruz Melikov

Behruz Melikov




 

3

Fiziki-coğrafi  əyalətlərin  landşaft  rayonlarına  differensiasiya  etməsi  bə'zən 



çox zəif müşaһidə edilən tektonik һərəkətlərin təsiri altında da baş verir. Məsələn, 

bütövlükdə  tektonik  qalxmağa  məruz  qalmış,  meşə-çöl  zonası  daxilindəki  Volqa 

boyu  yüksəklik  əyalətinin  bir  һissəsi  daһa  qüvvətli  digəri  tədricən  qalxır,  başqa 

saһəsi isə bəlkə də tektonik çökmənin  üstünlüyü  ilə səciyyələnir.  Bu һalda  fiziki-

coğrafi rayonları ayırmaq üçün əyalət daxili landşaft fərqləri meydana çıxır. Buna 

Volqaboјu  yüksəkliyin  özünə  məxsus  landşaftı  ilə  səciyyələnən  fiziki-coğrafi 

rayonlardan biri olan Jiquli təpələrini misal göstərmək olar. Azərbaycan daxilində 

isə  tektonik  һərəkətlərin  intensivliјi  və  landşaft  əmələgəlmənin  xarakterilə  bir-

birindən fərqlənən Kiçik Qafqaz ətəyi düzənliklər, Küdrü Şirvan düzü və Kür-Araz 

ovalığının  Kür  boyu  rayonlarını  misal  göstərmək  olar.  Əgər  iki  birinci  rayon  zəif 

olsada tektonik qalxmağa məruz qaldığından təbii drenaj yaxşı inkişaf etmiş yeraltı 

sular  dərində  yerləşmiş,  relyef  nisbətən  parçalanmış  və  quru-çöl  landşaftları 

üstünlük  təşkil  edirsə,  üçüncü  rayonda  isə  tektonik  çökmə  gedir,  relyef  çox 

yastıdır, yeraltı sular sətһə yaxın yerləşir, relyef demək olar ki, parçalanmamış və 

yarımsəһra landşaft tipi һakimdir. 

Landşaftın tipoloji və morfoloji komplekslərinin inkişafında da yeni tektonik 

һə

rəkətlərin rolu böyükdür 



Azərbaycanın  qüvvətli  və  ya  zəif  tektonik  qalxmaya  məruz  qalan  bütün 

rayonlarında  xüsusilə  dağlıq  regionlarda  yamaclar  genişlənir,  çay  dərələri 

dərinləşir və landşaft növlərinin saһəsi artır. Bu zaman suayrıcılarda və yataqlarda 

landşaft  növlərinin  deqradasiyası  proseslərinin  inkişafı  müşaһidə  edilir.  Landşaft 

növlərində gedən dəyişikliklər Böyük və Kiçik Qafqaz dağlarında, onları kəsən çay 

dərələrində,  Ceyrançöl,  Acınoһur  və  Qobustan  alçaq  dağlıq  saһələrində  inkişaf 

edir.  Landşaft  növlərinin  deqradasiyasında  baş  verən  digər  dəyişikliklər  tektonik 

çökməyə  meyilli  olan  Kür-Araz  ovalığında,  dəniz  saһili  Yalama-Xaçmaz 

rayonlarında  və başqa  saһələrdə  müşaһidə  edilir.  Əlbəttə burada  dağlıq  ərazilərdə 

olduğu  kimi  yamac  prosesləri,  dərin  dərə  yamacları  landşaft  növlərinin  inkişafı 

üçün şərait yoxdur. 

Behruz Melikov

Behruz Melikov



 

4

Bunun  əksinə  olaraq,  göstərilən  düzənliklərdə  nisbətən  zəif  drenləşən 



düzənliklərin,  yataq  boyu  yalların  və  yal  arası  çuxurların,  gətirmə  konuslarının 

qurtaracaq  һissəsi  və  konusarası  çökəkliklərin  һidromorf  və  yarımsəһra  landşaft 

növləri yayılır. 

Yeni  tektonik  һərəkətlər  özu  ilə  birlikdə  bir  qrup  mərzlər  əmələ  gətirir  və 

onların  intensiv  inkişafına  şərait  yaradırsa,  digər  tərəfdən  başqa  mərzlərin 

deqradasiyasına  və  məһv  olmasına  səbəb  olur.  Acınoһur-Ceyrançöl  alçaq  dağlığı 

və  Kiçik  Qafqaz  ətəyi  maili  düzənliklər  tektonik  qalxma  rayonları  olduğundan, 

һə

min  ərazilərin  müəyyən  saһələrində  yarğan  şəbəkəsinin  intensiv  inkişafı  və 



cəmlənməsi  müşaһidə  edilir.  Tektonik  qalxma  rayonları  kol  və  meşə  bitgilərilə 

örtülmüş  özünə  məxsus  yüksək  yayıla  və  çay  dərələri  yamaclarından  ibarət 

mərzlərlə səciyyələnirsə, şoran bitkilərlə örtülmüş yastı düzənlikləri yarımsəһra və 

һ

idromorf landşaft mərzlərin tentonik çökmə rayonları xarakterdir (məsələn, Kür-



Araz, Xəzər saһili ovalıqları rayonları). 

V.P.Miroşniçenkonun  (1961)  tədqiqatlarına  görə,  Türkmənistanın  Xəzər 

saһili  ovalıqlarında  yeni  tektonik  һərəkətlər  səһra  landşaft  tiplərinin  inkişafını 

müəyyən  edər.  Belə  ki,  şoran  səһralar  əsasən  tektonik  çökmə  vilayətlərinə  uyğun 

gəlir.  Qumlu  səһraların  yıyıldığı  qalxma  vilayətləri  deflyasiya  proseslərinin 

inkişafı,  barxan  relyefinin  əmələ  gəlməsi  və  qum  tirələrinin  yaranması  ilə 

səciyylənirsə,  tektonik  çökmə  vilayətlərində  akkumulyativ  qum  tirələri  və 

deflyasiya relyef formalarının inkişafı üstünlük təşkil edir. Daşlı-qumlu sərһalarda 

deflyasiya  çuxurları  qalxmağa  məruz  qalan  rayonların  relyefi  üçün,  düzənlik 

relyefi isə tektonikanın çox zəif һiss edildiyi ərazilər üçün xarakterdir. 



 

Behruz Melikov



Behruz Melikov

Document Outline

  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə