Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   2   3   4   5   6   7   8   9   ...   28

Coğrafi  sistem  anlayışı  təbii  landşaft  vahidlərinin  bütün  ierarxiya  (kiçik 

takosnomik  vahidlərin  böyük  vahidlərə  tabe  olması)  cərgələrini,  daha  doğrusu 

yuxarıdan aşağıya coğrafi təbəqədən onun morfoloji hissələrinədək parçalanmasını 

ə

hatə  edir.  Bu  nöqteyi-nəzərdən  geosistem  həqiqətən  universal  əhəmiyyətə 



malikdir. 

Qeyd etmək lazımdır ki, son illərdə «geosistem» termini ilkin mənadan fərqli 

olaraq başqa formada işlənməyə başlamışdır. Belə ki, bir sıra coğraflar geosistem 

adı  altında  yalnız  bir-birilə  əlaqədə  olan,  öz  aralarında  ağırlıq  qüvvəsinin  təsirilə 

istiqamətlənmiş  maddə  mübadiləsinə  malik  təbii  komplekslər  silsiləsi  başa 

düşürlər. 

 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 4 

brahimov T. 

Landşaftin  hündürlük  strukturu 

Landşaft  komplekslərinin  hündürlük  strukturu  komplekslərin  komponentləri 

arasındakı  qarşılıqlı  əlaqənin  xarakteri,  komponentlərin  ahəngdarlığı,  birliyi  və 

münasibətilə  təyin  edilir.  Bu  özü  də,  inkişaf  prosesində  komponentlərin  dəyişmə 

istiqamətindən,  komplekslərin  yaşından  və    inkişaf  tarixindən  asılıdır.  Hündürlük 

strukturası  landşaft  komplekslərinin  bütün  taksonomik  vahidlərində  eyni 

komponentlərdən ibarət olmağına baxmayaraq eyni quruluşa malik deyil. Elə ona 

görə  də  komponentlər  arasındakı  əlaqə  xarakterinə  görə  onlar  bir-birindən  əsaslı 

surətdə fərqlənirlər. Komplekslərin hündürlük strukturunda komponentlərin maddi 

tərkibinə, qalınlığına görə kəmiyyət və keyfiyyət fərqləri müşahidə edilir. Hər bir 

landşaft  kompleksinin  şaquli  kəsilişində  coğrafi  təbəqənin  bütün  sferlərinin 

hissələri (litosfer, atmosfer, hidrosfer, biosfer) bu və ya digər dərəcədə iştirak edir. 

Bu  sferlərin  fraqmentləri  təbii  komponentlər  adlanır.  Hər  bir  təbii  kompleksin 

hündürlük  kəsilişinə  nəzər  saldıqda,  komponentlərin  şaquli  mərtəbəlilik 

formasında yerləşdiyinin şahidi oluruq. 

Müşahidələr  göstərir  ki,  adətən  hündürlük  strukturası  sahə  etibarı  ilə  böyük 

landşaft komplekslərində (tip, yarımtip və ya ölkə, vilayət, əyalət daxilində) daha 

mürəkkəb  və  müxtəlif  cinsli  olduğu  halda  kiçik  komplekslərdə  eyni  cinsli  olur. 

Kompleksin  şaquli  strukturundakı  fərqi  Böyük  Qafqazın  cənub  yamacında, 

Girdiman  çayın  orta  axınında  (Qaranohur  kəndi  rayonunda  sürüşməyə  məruz 

qalmış  dağ-meşə,  meşə-çöl  komplekslərinin  şaquli  kəsilişində)  görmək  olar. 

Həmin  kəsilişdə  sürüşmə  materialları  ilə  mürəkkəbləşmiş  meşə  landşaftlarının 

ş

aquli  strukturunun  keyfiyyətcə  eynicinsli  olmaması,  hər  bir  komponentin  eyni 



qalınlıqda  və  bütövlükdə  (ana  süxurların,  aşınma  təbəqəsinin,  torpağın  və  s.) 

olmadığı yaxşı görünür. 

Komplekslərin  hündürlük  strukturu  əmələ  gəlmə  vaxtından,  daha  doğrusu 

kompleksin  tutduğu  ərazinin  yaşından  çox  asılıdır.  Belə  ki,  kompleksin  yaşı  nə 

qədər çox olsa o müasir təbii proseslərin mənfi təsirinə bir qədər az məruz qalacaq 

və elə ona görə də komponentlərin strukturu nisbətən tam və şaquli qalınlığı çox 

Behruz Melikov

Behruz Melikov




olacaq, eyni zamanda yumşaq çöküntü süxurları daha qalın, torpaq-bitki örtüyünün 

isə mərtəbəliyi müşahidə ediləcəkdir. 

Landşaft  komplekslərində  hündürlük  strukturu  qalınlığının  eyni  olmaması 

aşağıdakı müxtəlif səbəblərlə bağlıdır: kompleksin ərazisində akkumulyasiya və ya 

gətirmə  materiallarının  toplanma  şəraiti,  yamacların  meyillilik  dərəcəsi,  iqlim 

şə

raiti (isti və rütubətli və ya quru və soyuq) və s. daha qalın komplekslər rütubətli 



isti və mülayim iqlimli akkumulyativ düzənliklərdə müşahidə olunur ki, burada da 

yumuşaq  gətirmə  materiallarının  və  torpağın  qalınlığı  artır,  ağac  bitkiləri  çox 

mərtəbəli olur, qrunt sularının yayıldığı horizont yaxşı inkişaf edir. Dağlıq şəraitdə 

komplekslərin şaquli strukturunun qalınlığı düzənliyə nisbətən həmişə az  olur. Bu 

da denudasiya proseslərindən, xüsusilə qravitasiyanın intensivliyindən asılıdır. 

Litosferin  əsas xüsusiyyətlərini özündə əks  etdirən  relyef,  geoloji  süxurlarla, 

tektonik  strukturlarla  sıx  əlaqə  şəraitində  inkişaf  edir.  Azərbaycan  ərazisi  üçün 

akkumulyativ,  erozion-denudasion,  arid-denudasion  və  s.  relyef  tipləri  xarakter 

olmaqla,  onların  əmələ  gəlməsində  akkumulyasiya  prosesi,  arid  iqlim  şəraiti, 

denudasiya hadisəsi, şaxta aşınması və başqa proseslər fəaliyət göstərmişdir. 

Yer  səthi  və  landşaft  komplekslərinin  şaquli  strukturu  üçün  genetik  cəhətcə 

relyefin vahid morfostruktur elementlərinə aid olan skulptur formalarının birliyinə 

geomorfoloji  komplekslər  kimi  baxmaq  olar.  Geomorfoloji  komplekslər  yer 

səthinin  elə  bölgüsüdür  ki,  o  öz  ölçüsünə  görə  çox  hallarda  landşaftlara,  onun 

morfoloji bölgülərinə müvafiq gəlir.  

Relyefin  göstərilən  bütün  xüsusiyyətlərindəki  dəyişikliklər  landşaftın 

hündürlük  strukturu  vasitəsilə  öz  əksini  tapır.  Belə  ki,  relyef  nə  qədər  mürəkkəb 

olsa,  onun  tipləri  də  o  qədər  tez  əvəz  olunur,  landşaftın  tərkibində  mərzlər  və 

fasiyalar daha çox ayrılır. 

Landşaft komplekslərinin hündürlük strukturunun əmələ gəlməsinin sürətli və 

intensiv getməsi, onun iqlim şəraitindən də çox asılıdır. Ümumiyyətlə landşaftın və 

onun  ayrı-ayrı  komplekslərinin  inkişafında  və  dinamikasında  iqlimin  rolu 

ə

vəzedilməzdir.  Ərazinin  iqlim  xüsusiyyəti  bir  sıra  göstəricilərin  cəmindən 



ibarətdir.  Bu  göstəricilərə  komplekslərin  yerləşdiyi  əraziyə  daxil  olan  günəş 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə