Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   2   3   4   5   6   7   8   9   ...   28

radiasiyasının  miqdarını,  havanın  temperaturu  və  rütubətliyinin,  atmosfer 

yağıntılarının  cəmini,  küləklərin  istiqaməti  və  sürətini  aid  etmək  olar.  qlim 

göstəricilərinin  əyalətlər  və  vilayətlər  üzrə  paylanma  xüsusiyyətinə  səbəb  olan 

hava kütlələrinin sirkulyasiyası proseslərinin də böyük əhəmiyyəti vardır. 

Landşaft  kompleklərinin  şaquli  kəsiyində  müşahidə  edildiyi  kimi,  onların 

hündürlük  quruluşunda  iqlimin  rolu  əvəz  edilməzdir.  Məsələn,  eyni  yaşlı  və 

genetik cəhətcə eyni cinsli olan relyef formalarında, müxtəlif  iqlimli şəraitdə, bir-

birinə  yaxın  və  nisbi  yüksəkliyi  çox  olan  sahələrdə  hündürlük  strukturlarının 

xarakteri eyni olmayacaqdır. Belə ki, Böyük Qafqazın cənub şərq qurtaracağında, 

smayıllı  rayonun  Diyallı kəndi  yaxınlığında  Sarmat  çöküntüləri təxminən 200  m 

mütləq  yüksəklikdə  yerləşməklə  qalınlığı  100  m-dən  çox,  torpaq  örtüyünün 

qalınlığı  20-30  sm,  səthində  ağac  (palıd)  və  ot  bitkiləri  yayılmışdır.  Babadağda 

3400  m  yüksəklikdə  qalınlığı  təxminən  eyni  olan  həmin  yaşlı  sarmat  çöküntüləri 

üzərində soyuq iqlim şəraitində torpaq örtüyü nisbətən zəif inkişaf etmiş (qalınlığı 

15 sm), bitkisi alçaq boylu ot bitkilərindən ibarət olub tam örtük yaratmır. 

Təbii  ərazi  komplekslərinin  hündürlük  strukturunda  iştirak  edən  ən  ümdə 

komponentlərdən biri də torpaq örtüyüdür. Torpaq örtüyünün ən sadə və eyni cinsli 

olmasına görə, fasiya digər komplekslərdən fərqlənir (onun strukturunda yalnız bir 

növ  torpaq  iştirak  edir).  Mərzin  sərhəddində  bir  sıra  torpaq  cinslərini  birləşdirən 

növ  müxtəliflikləri  rast  gəlir.  Daha  mürəkkəb  torpaq  birləşmələri  landşaftın 

daxilində yayılmış torpaq yarımtipləridir. Ən nəhayət daha böyük torpaq bölgüsü 

torpaq tipləri olub, landşaft tiplərinin səciyyəsində təsvir edilir. 

Landşaft komplekslərinin hündürlük strukturu bu və ya digər təbii proseslərin, 

xüsusilə  müasir proseslərin təsiri  altında uzun  müddətli  inkişaf  tarixi  ərzində  çox 

dinamik;  mütəhərrik  və  dəyişkən  xarakterə  malik  olması  ilə  səciyyələnir.  Şaquli 

strukturun  bütövlükdə  pozulması  nisbətən  kiçik  komplekslər  üçün  daha 

xarakterdir.  Xüsusilə  hazırda bir  sıra  təbii  proseslərin  (sel,  sürüşmə,  uçqun və  s.) 

fəlakətli xarakterə malik olduğu dağlıq ərazilərdə bu hadisələrin təkrarlanması tez-

tez  müşahidə  edilir.  Sel  axınları,  sürüşmə  hadisələri  əvvəllər  mövcud  olan  təbii, 

Behruz Melikov

Behruz Melikov



bəzən  isə  süni  kompleksləri  tamamilə  örtmək  və  məhv  etməklə  keyfiyyətcə 

fərqlənən yeni komplekslər yaradırlar. 

Düzənliklərin  ayrı-ayrı  sahələrindəki  komplekslərin  şaquli  strukturu  bəzən 

quraqlığın, toz burulqanlarının, daşqınların, qasırğa xarakterli küləklərin və s. təsiri 

altında  dəyişir.  Belə  ki,  toz  burulqanları  komplekslərin  strukturunu  və  qalınlığını 

özünün  əmələ  gəldiyi,  keçdiyi  və  fəaliyyətini  qurtardığı  sahələrdə  dəyişdirir.  Bu 

proses adətən qurtardığı axırıncı sahədə çöküntüləri qoyub getməklə öz fəaliyyətini 

qurtarır. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 5 

brahimov T. 

Landşaft və onun mərtəbəlilik quruluş

 

Yerin  coğrafi  təbəqəsinin  xüsusiyyətlərindən  biri  onun  təbii  sferlərinin 

(litosfer, atmosfer, hidrosfer və biosfer) cəmləşərək sıx qarşılıqlı əlaqə nəticəsində 

yaratdığı  müxtəliflik,  təzadlıqdır.  Bu  sferlar  arasındakı  qarşılıqlı  təsir  xüsusi 

təbəqənin  –  landşaft  sferasının  əmələ  gəlməsinə  və  ayrılmasına  imkan  verir. 

Landşaft  sferası  günəş  enerjisinin  Yer  səthində  həyatın  inkişafı  naminə  daha 

məqsədəuyğun,  müxtəlif  enerji  növlərinə  çevrilməsinə  xidmət  edir.  Quruda 

landşaft  sferasına  müasir  aşınma  təbəqəsi,  yer  səthilə  təmasda  olan  hava  qatı, 

yeraltı və yerüstü sular, torpaq, bitki örtüyü, canlı orqanizmlər və s. daxildir. Başqa 

sözlə landşaft sferası yer səthində müşahidə olunan təbii komplekslərin cəmidir. 

Y.K.Yefremov  coğrafi  təbəqə  anlayışını  başqa  terminlə  –  landşaft  təbəqəsilə 

ə

vəz  etməyi  təklif  edir.  Son  işlərində  bu  təklifə  S.V.Kalesnikdə  qoşuldu.  Coğrafi 



təbəqə  anlayışını  landşaft  təbəqəsi  terminilə  əvəz  etməkdə  Y.K.Yefremov  (1950) 

bircə səbəb irəli sürür, o da guya «coğrafiyanın təyinində Yerin coğrafi təbəqəsi bir 

elm kimi» heç şey izah etmədən tavtalogiya kimi səslənir, Əlbəttə bu təsəvvür elmi 

cəhətcə tamamilə əsassızdır. Yuxarıda göstərildiyi kimi fiziki-coğrafiyanın coğrafi 

təbəqə  barədə  elm  kimi  əsaslandırılması  tamamilə  qanunauyğundur.  Sadə  bir 

misalla  bunu  izah  etmək  olar.  Əgər  iqlimşünaslıq  iqlim,  torpaqşünaslıq  torpaq, 

geobotanika bitki örtüyü barədə elmdirsə, deməli fiziki coğrafiya da coğrafi təbəqə 

haqda elmdir. Landşaft təbəqəsinə gəlincə, onun fiziki-coğrafiyanın mövzusu kimi 

təyin olunması üçün coğrafi təbəqədən də xeyli çox əlavə izahat tələb olunur. 

Ə

gər  biz  elmi  ardıcıllığa  riayət  edib,  onun  yerinə  yetirilməsinə  əməl  etməli 



oluruqsa,  onda  fiziki-coğrafiyanın  mövzusunu,  tədqiqat  obyektini  coğrafi  təbəqə 

deyil,  landşaft  təbəqəsi  adlandırmalı,  onun  tədqiqilə  məşğul  olan  elmi  isə  fiziki-

coğrafiya  yox  landşaftşünaslıq  adlandırmalıyıq.  Buradan  görünür  ki,  geniş 

yayılmış  və  öz  yerini  elmdə  möhkəmləndirmiş  coğrafi  təbəqə  terminini  landşaft 

təbəqəsilə əvəz etməyə heç bir ehtiyac yoxdur. Lakin landşaft təbəqəsinin bir qədər 

dar  mənada  ayrılması  lazımdır.  Coğrafi  təbəqə  daxilində  litosfer,  atmosfer, 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə