Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   2   3   4   5   6   7   8   9   10   ...   28

hidrosfer  və  biosferin  bir  başa  təmasda  və  fəal  qarşılıqlı  təsirdə  olduğu  zonanın 

landşaft  sferası  kimi  ayırmaq  məqsədəuyğundur.  Landşaft  sferası  üzvü  aləmin 

həddən  artıq  mərkəzləşməsinə  və  toplanmasına  görə  coğrafi  təbəqənin  bioloji 

foksunu təşkil edir. Coğrafi təbəqənin hissəsi kimi bu sfera qlobal xarakterə malik 

olmaqla,  xüsusi  elmin-landşaftşünaslığın  tədqiqat  obyektidir.  Landşaft  sferası 

başqa  sferlərdən  fərq8lənməklə  planetimizin  xarici  və  daxili  quruluşunun  ən 

mürəkkəb,  insan  cəmiyyətinin  mövcud  olduğu  və  fəaliyyət  göstərdiyi  hissəsidir. 

Landşaft sferasını təşkil edən coğrafi komplekslərin xarakteri bilavasitə landşaftın 

özündə, Yerin daxilində və ümumiyyətlə yer səthində gedən müəyyən proseslərin 

cəmilə təyin edilir. 

Landşaft  sferası  quru  və  okeanda  müşahidə  olunan  landşaft  komplekslərinin 

birliyidir.  Coğrafi  təbəqədən  fərqli  olaraq  landşaft  sferasının  qalınlığı  o  qədər  də 

çox  olmayıb,  bir  neçə  yüz  metrlərlə  ölçülür.  Landşaft  sferasına  müasir  aşınma 

təbəqəsi, torpaq-bitki örtüyü, heyvan orqanizmləri və havanın yer səthilə təmasda 

olan  hissəsi  daxildir.  Atmosfer,  litosfer  və  hidrosferin  bir  başa  əlaqədə  olan,  bir-

birinə təmas edən və fəal qarşılıqlı təsirdə olan hissəsində xüsusi təbii komplekslər 

– landşaftlar əmələ gəlir. 

Həyatın əmələ gəldiyi, toplandığı və sıx örtük yaratdığı yer landşaft sferasıdır. 

Lakin  burada  da  canlı  orqanizmlər  qeyri-bərabər  paylanmışdır.  Onların  ən  sıx 

yayıldığı və inkişaf etdiyi sahə litosferin, atmosferin və  hidrosferin bir-birinə daha 

yaxın təmas etdiyi təbəqədə müşahidə edilir. Bu hissədə, V. .Vernandskinin dediyi 

kimi «həyat pərdəsi» yaranır. Bu pərdə landşaft sferası komponentlərinin bilavasitə 

bir-birinə  daxil  olduğu  və  qarşılıqlı  təsirdə  olan,  günəş  enerjisinin  dəyişikliyə 

məruz  qaldığı,  yeni  törəmə  komponentlərin  (o  cümlədən  torpaq  və  dünya  okeanı 

dibindəki lil təbəqəsinin) əmələ gəldiyi ən fəal hissəsidir. 

Göstərildiyi  kimi,  coğrafi  təbəqədə  belə  əlaqə  pərdəsi  üçdür:  atmosferlə  – 

litosferin,  atmosferlə  –  hidrosferin  və  hidrosferlə  –  litosferin  qovuşduğu  səthlər, 

daha doğrusu quru, okean səthi və okean dibi. Bunların hər biri coğrafi təbəqənin 

özünə  məxsus  xüsusi  və  daha  mürəkkəb  struktur  vahidləri  olub,  əvvəlki  üç 

mərtəbədən  (litosfer,  atmosfer  və  hidrosfer)  fərqli  olaraq,  burada  əsas  komponent 

Behruz Melikov

Behruz Melikov




yoxdur, elə ona görədə onlar müxtəlif coğrafi sferların hesabına əmələ gəlir. Quru 

səthi  adlandırdığımız  sahə  nazik  (cəmi  10  metrlərlə  ölçülən),  lakin  özünün 

quruluşuna  görə  çox  mürəkkəb  təbəqə  olub,  torpaq,  su  atmosfer  havası,  bitki, 

heyvanat  aləminin  mikrooorqanizmlərin  bir-birilə  çox  sıx  qarışması  nətixəsində 

ə

mələ gəlir. 



Ə

laqə pərdəsindən coğrafi təbəqənin kənarlarına doğru uzaqlaşdıqca qarşılıqlı 

mübadilənin  fəallığı  zəifləyir,  ayrı-ayrı  coğrafi  sferların  tərkibində  başqa 

komponentlərin iştirakı azalır və onların quruluşu tədricən bəsitləşir. Ona görə də 

üç  əsas  struktur  mərtəbədən  (litosfer,  atmosfer  və  hidrosfer)  hər  birini  qalınlığına 

görə bir sıra ikinci dərəcəli təbəqələrə və ya mərtəbələrə bölmək olar. 

Coğrafi  təbəqənin  özülünü  yaradan,  çökmə  süxur  təbəqəsinin  üst  hissəsində 

günəş şüasının, suyun, atmosfer qazlarının (oksigen və karbonun) və üzvü aləmin 

təsiri  altında  intensiv  dəyişikliyə  məruz  qalan  çöküntü  toplanan  təbəqədə 

hipergenez  zonası  ayrılır.  Əslinə  baxanda  stratisferin  bu  hissəsini  landşaft 

sferasının əmələ gəldiyi quru səthini əlaqə (kontakt) pərdəsinə aid etmək lazımdır. 

Onun  qalınlığı  destimetrlərlə  ölçülən  ən  üst  hissəsini  orqanizmlərlə  və  üzvü 

maddələrə zəngin olan torpaq və ya pedosfera təşkil edir. 

Troposferdə  qalınlığı  500-600  m-dən  1000-1500  m-dək  olan  aşağı  təbəqə 

sərhəd  zolağı,  təmas  və  ya  sürtünmə  zolağı  adı  altında  ayrılır.  Burada  hava 

təbəqəsilə  quru  və  okean  səthinin  qarşılıqlı  təsiri,  əlaqəsi  çox  aydın  müşahidə 

olunur,  toz  kütləsi  əsasən  burada  toplanır,  temperaturun  sutkalıq  gedişi, 

rütubətlilik,  küləklərin  işi  özünü  yaxşı  göstərir.  Atmosferin  yuxarı  təbəqələrində 

hava  kütlələrinin  sürtünmə  təsiri  müşahidə  edilməyən  və  küləklərin  sürətinin 

kəskin artdığı azad atmosfer zonası yerləşir. 

Sürtünmə və ya təmas təbəqəsinin yer səthindən 30-50 m hündürlüyədək olan 

aşağı  hissəsi  troposferin  yer  səthinə  söykənən  təbəqəsi  kimi  ayrılır.  Burada  yerli 

amillərin  iqlimə  təsiri  aydın  müşahidə  edilir,  havanın  temperaturu  və  rütubətlilik 

yüksəklik istiqamətiedə çox tez azalır. Nəhayət, atmosferin 1,5-2 m yer səthindən 

yüksək  olan  ən  aşağı  horizontu  mikroiqlim  sferası  və  ya  mikrosfera  adlanır.  Bu 

sfera  çox  yüksək  rütubət  saxlama  qabiliyyəti,  temperaturun  kəskin  tərəddüdü, 

Behruz Melikov

Behruz Melikov




küləklərin  zəifliyi,  həmin  göstəricilərin  çox  böyük  şaquli  qradientə  malik  olması, 

gecə temperaturunun inversiyası və başqa əlamətlərlə səciyyələnir. 

Troposferin yer səthinə təmas edən əbəqəsi torpaq və hipergenez sferasının üst 

hissəsilə birlikdə coğrafi təbəqənin ən mürəkkəb əlaqə (kontakt) pərdəsini yaradır 

ki, bunu da yerüstü landşaft sferası adlandırmaq olar. Həqiqətən, coğrafi təbəqənin 

bu  struktur  vahidi  yuxarıda  göstərilən  üç  əsas  coğrafi  sferanın  təmasında 

(kontaktında)  əmələ  gəlir.  Burada  planetimizin  canlı  maddələrinin  əsas  hissəsi 

(99%  qədər)  cəmləşir.  Yerüstü  landşaft  sferasında  enerji  və  maddələrin  əsas 

dəyişilmə  mexanizmi  yerləşir  ki, bu da öz  növbəsində  coğrafi təbəqənin  «istehsal 

edici  fabriki»,  nəhəng  laboratoriyası  olub,  burada  fasiləsiz  olaraq  ərimə, 

oksidləşmə,  bərpa  olunma,  hidrotasiya,  bioloji  sintez  və  parçalanma  prosesləri 

gedir,  dağ  süxurlarının  mexaniki  dağılması,  yumşaq  çökmə  materiallarının 

aparılması  və  akkumulyasiya  olunması,  atmosfer  yağıntılarının  düşməsi,  axım, 

buxarlanma  və  transpirasiya,  torpağın,  buzlağın,  relyefin  müxtəlif  formalarının 

ə

mələ gəlməsi baş verir. 



Landşaft sferası da coğrafi təbəqə kimi çox mürəkkəb mərtəbəlilik quruluşuna 

malikdir.  Dəqiq  tədqiqatlar  zamanı  elə  torpaq  örtüyünün  özündə  bir  sıra 

horizontalar  və  təbii  proseslərin  xarakterindən  asılı  dəyişikliklər  yaradan  bir  neçə 

hadisələr ayırmaq olur. Bunlara yeraltı suların dərinlik səviyyəsini aid etmək olar. 

Bu  səviyyədən  aşağı  torpağa  oksigenin  daxil  olması  çətinləşir,  torpaq  altında 

geokimyəvi şərait kəskin dəyişir və bununla yanaşı torpağın və bioloji proseslərin 

xarakteri başqalaşır. Temperatur rejiminə görə daimi orta illik temperatur səviyyəsi 

fərqləndirilir.  Belə    ki,  həmin  səviyyədən  aşağı  illik  temperatur  amplitudu  hiss 

edilmir  (ekvator  boyunda  həmin  səviyyə  5-10  m,  mülayim  enliklərdə  15-20  m, 

yüksək  enliklərdə  20-30  m  dərinlikdə  yerləşir)  və  daimi  sutkalıq  temperaturun 

səviyyəsi də (0,7-1,0 m dərinlikdə) nisbətən dərində yerləşir. 

Qurunun kontakt təbəqəsinin yerüstü hissəsində horizontların fərqləndirilməsi 

yalnız atmosfer proseslərinin xarakterinə görə deyil, biocoğrafi əlamətlərə görə də 

(horizont  və  ya  mərtəbə,  yerüstü  mamır,  şibyə  örtüyü,  ot  və  kolluqlar,  meşəaltı 

otlar, kolla rvə meşə yaradan ağaclar) mümkündür. 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə