Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

Təbiətdə  bir  qrupp  xüsusi  mərtəbəlilik  forması  vardır  ki,  onun  yaranması 

relyeflə, daha doğrusu quru səthində yüksəkliyin artması ilə əlaqədardır. Bu bir sıra 

mərtəbələrin  ardıcıl  olaraq  bir-birini  əvəz  etməsində,  xüsusilə  istilik  və  su 

rejimində  və  bütün  landşaftın  strukturunda  gedən  dəyişiklərdə  müşahidə  edilir. 

Buraya  ovalığın,  yüksək  düzənliyə,  dağətəyinə,  alçaq,  orta  və  yüksək  dağlığa 

ardıcıl olaraq keçmə daxildir. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 6 

brahimov T. 

Landşaft komplekslərinin üfüqi strukturu 

Landşaftın  üfüqi  strukturu  təbii  ərazi  komplekslərinin  yerləşdiyi  və  ya 

yayıldığı  ərazidə  qarşılıqlı  əlaqə  və  tabeçilik  şəklində  mövcud  olan  sistemlərin 

məcmuudur.  Landşaftın  üfüqi  quruluşu  aşağıdakı  kimi  təyin  edilir.  Landşaftın 

üfüqi  quruluşu  onun  tərkibinə  daxil  olan  daha  aşağı  səviyyəli  taksonomik 

vahidlərin və landşaft elementlərinin birləşməsidir. Bu vahidlər öz əksini müxtəlif 

mozaika və ya teksturlar şəklində landşaft xəritəsində tapır. Genetik cəhətcə eyni 

olan  maddə  və  enerji  mübadiləsinin  daima  təkrarlandığı  daha  kiçik  vahidlərin 

birləşməsi  «morfoloji  landşaft»  və  ya  «landşaftın  morfoloji  strukturu  adlanır». 

Landşaftın tərkibinə daxil olan və onun daxili qeyri uyğunluğunu yaradan vahidlər 

sistemi  morfoloji  vahidlərdir  və  onların  əlaqəsi  landşaftın  morfoloji  strukturunu 

yaradır (Landşaftların mühafizəsi lüğəti, 1982, s.209). 

Landşaftın  morfologiyası  və  onun  strukturundan  gələcək  bölmələrdə  ayrıca 

söhbət  açmağı  nəzərdə  tutduğumuza  görə,  burada  yalnız  regional  və  tipoloji 

strukturdan danışmağı nəzərdə tuturuq. 

Komplekslərin  mürəkkəb  üfüqi  strukturunu  izah  etmək  üçün  qrafik 

sxemlərdən  və  cədvəllərdən  istifadə  edilir.  Bu  sxemlər  çöl  tədqiqatları  zamanı 

toplanan  faktik  materiallar,  müxtəlif  miqyaslı  landşaft  xəritələri  və  fiziki-coğrafi 

rayonlaşma sxemlərinə əsaslanır. Azərbaycanın tərtib olunmuş orta miqyaslı fiziki-

coğrafi  rayonlaşma  xəritəsində  düzənlik  və  dağlıq  vilayətlərin  üfüqi  strukturunu, 

müqayisə etdikdə göstərilən məsələni izah etmək olar. Sxemdən (şək.1) görünür ki, 

hər  iki  (Kür  çökəkliyi  və  Böyük  Qafqaz)  vilayət  bir  fiziki-coğrafi  ölkə  daxilində 

(Krım-Qafqaz  ölkəsi)  birləşir.  Lakin  bu  vilayətlər  öz  strukturunun  xarakterinə, 

mürəkkəbliyinə  görə  bir-birindən  əsaslı  surətdə  fərqlənir.  Birinci vilayət  sahəsinə 

görə (2137, 2 min ha) ikincidən təxminən iki dəfə kiçikdir (4039, 1 min ha), fiziki-

coğrafi  rayonların  sayı  isə  müvafiq  olaraq  8  və  10-dur.  Buradan  da  görünür  ki, 

ikinci    vilayətdə  komplekslərin  üfüqi  strukturu  birinciyə  nisbətən  mürəkkəbdir. 

Bunun səbəbi Böyük Qafqaz dağlarının ayrı-ayrı regionları özünün inkişaf tarixinə, 

Behruz Melikov

Behruz Melikov




morfostruktur  elementlərinin  müxtəlifliyinə,  təbii  landşaftlarına  və  ondan 

istifadəsinə görə müqayisə edilməz dərəcədə fərqli xüsusiyyətlərə malikdir. 

Keçmiş  SSR -nin  fiziki-coğrafi  rayonlaşma  xəritəsində  1:10  000 000 

miqyasda müxtəlif regionları müqayisə edərək A.E.Fedina (1973,  s.43) göstərir ki, 

dağlıq ölkələrdə üfüqi struktura xeyli mürəkkəbdir. Bu da həmin ölkələrdə bir sıra 

təbii  proseslərin  (qravitasiya,  fiziki  aşınma,  axım,  geomorfoloji  quruluşun 

mürəkkəbliyi,  yüksəkliyin  böyük  amplitudaya  malik  olması,  tektonik  proseslərin 

intensivliyi və s.) düzənliyə nisbətən intensivliyi ilə  əlaqədardır. 

Ümumi planda üfüqi strukturanın mürəkkəbliyini qeyd etmək və ona məxsus 

aşağıdakı  misalları  göstərmək  olar.  Rusiya  düzənliyi  əyalətinin  mürəkkəb  relyefi 

təbii komplekslərin differensiasiyasında əsas rol oynayır. Qərbi – Sibir ovalığında 

düzənlik  relyef  şəraitində  isə  komplekslərin  üfqi  strukturunun  mürəkkəbliyi 

görünür,  qrunt  suların  səthə  yaxınlığı  və  qruntun  kifayət  qədər  yaxşı 

rütubətlənməsilə  bağlıdır.  Kür  –  Araz  ovalığında  təxminən  eyni  cinsli  iqlim 

şə

raitində  (yarımsəhra  və  quru  çöl)  komplekslərin  mürəkkəb  üfüqi  strukturunun 



ə

mələ  gəlməsi  ana  süxurların  litoloji  tərkibi,  relyef    formaları,  qrunt  sularının 

səviyyəsinin  dərinliyi  və  şorlaşma  dərəcəsilə  əlaqədardır.  Bütün  bu  misallardan 

görünür  ki,  komplenkslərin  üfqi  strukturunun  mürəkkəbliyi  müxtəlif  səbəblərdən 

asılıdır. 

Landşaftın üfüqi strukturu onun tipoloji kompleksləri üçün də xarakterdir. O 

regional  vahidlərin  üfüqi  strukturundan  elə  prinsipial  fərqə  malik  olmayıb, 

müxtəlif ərazilərdə müxtəlif mürəkkəbliyə malik olması ilə səciyyələnir. 

Dağlıq örkələrdə tipoloji komplekslərin üfüqi strukturunun eyni olmamasının 

səbəbi  əsasən  iqlim  şəraiti  və  relyefdən  asılıdır  (Şəkil  2).  Ümumi  hündürlük 

qanunauyğunluğuna müvafiq olaraq yüksəyə qalxdıqca havanın temperaturu aşağı 

düşür və müəyyən hündürlüyədək atmosfer yağıntılarının miqdarı artır və nəticədə 

bitki  örtüyü,  çaylarda  axım,  torpaq  əmələgəlmə  prosesi  dəyişir,  dağ  süxurları 

parçalanır  və  erozion  relyef  formaları  əmələ  gəlir.  Axırıncı  landşaftın  morfoloji 

vahidləri strukturunun mürəkkəbləşməsinə səbəb olur. 

Behruz Melikov

Behruz Melikov



Dağlıq ölkələrdə iqlim şəraitinin göstərilən istiqamətdə dəyişməsi hər şeydən 

ə

vvəl  dağ  sistemlərinin  böyük  yüksəkliyə  çatmasına  səbəb  olan  tektonik 



proseslərdən, dağlıq ərazinin coğrafi mövqeyindən asılıdır. 

Relyef formaları (qaya çıxıntıları, ovuntu konusları, maili və ya dik yamaclar, 

sürüşmələr və s.) tipoloji vahidlərin üfüqi strukturunu mürəkkəbləşdirir. Yamacın 

yuxarı hissəsində, subnival və nival qurşaqlarına yaxın sahələrdə strukturalar fiziki 

aşınma,  xüsusilə  şaxta  aşınması,    soliflüksiya  proseslərilə  mürəkkəbləşir, 

yamacların dikliyinin artması və süxurlar daxilində çatların yaranması qravitasiya 

materiallarının yamacın ətəyində yerləşən sahələrə doğru yer dəyişməsinə, yumşaq 

gətirmələrin  müxtəlif  qalınlıqda  toplanması  və  mexaniki  tərkibcə  fərqli  olmasına 

səbəb  olur.  Müxtəlif  relyef  formaları  üzərində  müəyyən  torpaq  növləri  və  bitki 

assosiasiyaları  yaranır,  qruntun  və  torpağın  eyni  dərəcədə  nəmlənməsi  müşahidə 

edilir.  Elə  bunların  cəmi  də  üfüqi  strukturların  eyni  cinsli  olmadığına  və 

mürəkkəbliyinə səbəb olur. 

Landşaft  komplekslərinin  üfüqi  strukturu  yalnız  təbii  proseslərin  deyil, 

insanların təsərrüfat  fəaliyyətinin təsiri  altında  da  dəyişir.  Lakin  aparılan tədqiqat 

işlərinin nəticəsi və müşahidələr göstərir ki, insanın təsərrüfat fəaliyyətinin təsirilə 

bu  və  ya  digər  kompleks  ərazisinin  yalnız  bir  hissəsi  pozula  bilir.  Bir  sıra 

komplekslərin  və  ya  bir  böyük  kompleksin  eyni  cinsli  üfüqi  strukturunun 

bütövlükdə  pozulması  ümumiyətlə  mümkün  deyil,  olsa  da  çox  seyrək  hallarda 

müşahidə  edilir.  Məsələn,  Orta  Asiyanın  dağətəyi  düzənliklərində  özünə  məxsus 

təbii şəraitə malik ətraf səhra komplekslərinin təbii şəraitindən fərqlənən, əvvəllər 

mövcud  olmuş  komplekslərin  təbii  üfüqi  strukturunu  mürəkkəbləşdirən 

mədəniləşmiş, daha doğrusu antropogen mənşəli oazislər əmələ gəlmişdir. Yaxud 

Böyük Qafqazın cənub yamacında orta dağ meşələri zonasında təbii komplekslərin 

üfüqi  strukturu  80-85  faizə  qədər  dəyişmədən  qalmışdır.  Bütün  bunlara 

baxmayaraq üfüqi strukturu tamamilə əsaslı surətdə dəyişən komplekslər də vardır. 

Məsələn,  Böyük və kiçik dəryaçalar yaradılarkən müxtəlif taksonomik dərəcəli bir 

sıra  fiziki-coğrafi  komplekslərin  ərazisi  su  ilə  örtülür  və  əvvəllər  mövcud  olan 

fiziki-coğrafi rayon və ya landşaft növü yerində yeknəsək su səthi əmələ gəlir (Kür 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə