Mühazirə Çörək sənayesi haqqında ümumi məlumat Plan Giriş. Fənn haqqında ümumi məlumat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/86
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8895
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   86

13 
 
 
Rusiya  əhalisinin  qida  rasionunda  çörəyin  rolunu  nəzərə  alaraq,  onun  qida 
dəyərinin 
artırılması 
problemlərini 
həll 
etmək 
vacibdir. 
Çörək–bulka 
məmulatlarının qida dəyərinin artırılmasının əsas yolları aşağıda göstərilmişdir: 
 
1.  Unun kompleks emalı, onun tərkibinə dənin aleyron qatı və rüşeymi daxil 
olmaqla  un  çıxımının  artırılması;  əla  sort  undan  çörək  istehsalı  zamanı 
kəpəyin  istifadəsi;  kəpəklə  birgə  döyülmüş  buğda  unundan  çörək 
hazırlanması texnologiyasının təkmilləşdirilməsi. 
2.  Tərkibində  zülal  və  geniş  yayılmayan  lizin  və  treonin  olan  unla 
müqayisədə  zülalın  kütlə  payının    resepturasına  bitki  və  heyvan  mənşəli 
komponentlərin daxil edilməsi yolu ilə artırılması.  
3.  Ənənəvi  olmayan  buğda,  paxla  və  zeytun  xammalı  zülallarından  istifadə 
edilməsi. 
4.  Çörək–bulka  məmulatlarının  mineral  və  vitaminlərlə  daha  da 
zənginləşdirilməsi. 
5.  Kənd  təsərrüfatı  xammalları  –  buğda  kəpəyi,  meyvə  və  tərəvəz  tozlarını 
resepturaya daxil etməklə çörəyin bitki lifləri ilə zənginləşdirilməsi. 
6.  Biogen  məhsulların–mikroelementlər,  minerallar,  proteinlər,  fermentlər, 
vitaminlər və bitki lifləri ilə zəngin buğda cücərtilərinin tətbiq edilməsi. 
7.  Biotexnoloji prosesləri nizamlayan, zülalları, karbohidratları, yağları və s. 
modifikasiya edən ferment preparatlarının tətbiqi. 
8.  Suyun minerallaşdırılması. 
   
Yuxarıda  sadalananları  nəzərə  almaqla  bu  problemin  həlli  üçün  yeni  yollar 
işləyib hazırlamaq vacibdir. 
                                                         
                                                            Yoxlama suallar. 
 
1.  Çörək–bulka  məmulatlarının  istehsalı  sahəsində  dövlət  siyasətinin  əsas 
istiqamətləri hansılardır? 
2.  Rusiya əhalisinin qidalanmasında çörəyin hansı rolu var? 


14 
 
3.  Məhsulun qida dəyəri dedikdə nə başa düşülür? 
4.  Konkret məhsulun bioloji dəyəri necə hesablanır? 
5.  Çörək–bulka  məmulatlarının  və  unun  tərkibində  hansı  vitaminlər  və 
minerallar mövcuddur və onlardan hansıları azlıq təşkil edir? 
6.  Hansı  zülal  tərkibli  əlavələr  çörək–bulka  məmulatlarında  kalsiumun 
miqdarını artırır? 
7.  Hansı  çörək  –  bulka  məmulatları  dietik  məhsullara  aiddir  və  onların 
təyinatı nədir? 
8.  Çörək–bulka məmulatlarının çeşid strukturu necədir? 
9.  Çörək–bulka məmulatlarının qida dəyərini necə artırmaq olar? 
 
Mühazirə 2. 
                                  Çörək – bulka məmulatları istehsalının 
                                                  texnoloji sxemləri 
Plan  
1.  İstehsalın funksional və struktur sxemləri 
2.  Buğda çörəyi istehsalının texnoloji-aparat sxemi 
3.  Çovdar çörəyi istehsalının texnoloji-aparat sxemi 
 
Çörək–bulka  məmulatlarının  istehsal  prosesi  aşağıdakı  mərhələlərdən 
ibarətdir:  xammalın  qəbulu  və  saxlanması;  xammalın  istehsala  buraxılmasına 
hazırlıq;  xəmirin  hazırlanması;  xəmirin  bölünməsi;  bişirilmə;  hazır  məmulatın 
qablaşdırılması  və  ticarət  şəbəkəsinə  göndərilməsi.  Bu  mərhələlərdən  hər  biri  öz 
növbəsində ardıcıl həyata keçirilən istehsal proseslərindən ibarətdir. 
Texnoloji  proses,  adətən  texnoloji  sxemlə  göstərilir.  Burada  xammalın, 
yarımfabrikatın  və  son  məhsulun  texnoloji  axın  növləri,  maşın  və  aparatların 
birləşmə üsulları və tipləri , eləcə də texnoloji proseslərin ardıcıllığı göstərilmişdir. 
Texnoloji prosesləri tərtib edərkən onu müxtəlif sxemlər şəklində göstərmək 
olar: texnoloji, funksional, struktur. 
 


15 
 
                     2.1. İstehsalın funksional və struktur sxemləri. 
 
Funksional  sxem  bütünlüklə  texnoloji  prosesin  iş  prinsipi,  tenoloji 
əməliyyatların sırası və onların qarşılıqlı əlaqəsi barədə təsəvvür yaradır, axın xətti 
və ayrı–ayrı elementlərin xarakteristikası haqqında dəqiq məlumat vermir. 
Çörək–bulka  məmulatları  istehsalının  funksional  sxemi  şəkil  2.1–  də 
göstərilmişdir. 
Şəkil 2.2– də buğda çörəyinin duru  mayada opara üsulu  ilə  hazırlanmasının 
funksional  sxemi  göstərilmişdir.  Bu  variant  müasir  çörəkbişirmə  sənayesində 
texnoloji  prosesin  ən  mürəkkəb  iş  prinsiplərindən  hesab  olunur.  İstehsalın  ən 
mürəkkəb sahəsi duru mayaların və oparaların hazırlanmasıdır. 
 Struktur  sxemlərdə  texnoloji  prosesin  maşın  və  aparatları  giriş  və  çıxışa 
malik  düzbucaqlılar  şəklində  göstərilmişdir.  Material  və  enerji  axınlarının  hərəkət 
istiqaməti oxlarla göstərilir. Struktur sxemində konveyer  haqqında informasiya öz 
əksini tapmışdır. 
 
Şəkil  2.3-də  baton  məmulatlarının  istehsal  xəttinin  struktur  sxemi 
göstərilmışdir.  
 
Sxem  üç  sahədən  ibarətdir.  unun  qəbulu  və  saxlanması,  nəqli  və  xammalın 
qəbulu, saxlanması.  Emala  hazırlanması  üçün  nəzərdə tutulan birinci sahədə  unun 
qəbulu  üçün  avadanlıqlar  quraşdırılır.  Burada  sıxılmış  havanın  alınması  və  onun 
hava  nəqletdiricilərinin    ötürülməsini  təmin  edən  qurğu,  unun  saxlanması  üçün 
qurğu,  ələklər,  avtotərəzilər,  su  çənləri,  duz  və  şəkər  məhlulları  hazırlamaq  üçün 
aparatlar, əlavə xammalın hazırlanması üçün digər avadanlıqlar quraşdırılır. 
 
Un  istehsalı  üçün  qurğular  anbarla  əsas  istehsal  sahəsi  arasında  quraşdırılır. 
Bu  sahə  hasil  olunan  məhsuldan  asılı  olmayaraq  bütün  müəssisə  üçün  ümumidir. 
İkinci  sahədə  əsas  texnoloji  proseslər  həyata  keçirilir.  Burada  avadanlıqlar 
məmulatın  çeşidinə  və  mexanikləşmə  dərəcəsinə  görə  seçilir.  Batonşəkilli 
məmulatlar  istehsalı  xəttinə  daxildir:  opara  ilə  xəmiri  qarışdırmaq  üçün  iki 
xəmiryoğuran  və  iki  bölüşdürücü  stansiyadan  ibarət  xəmirhazırlayan  aqreqat, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə