26
dəmir (Fe yekun) 0,3 QOST 4011
üzrə
manqan (Mn yekun0 0,1 QOST 4974
üzrə
mis (Cu
2+
yekun) 1,0 QOST 4388
üzrə
qalıq polisulfatlar (PO
3
üzrə) 3,5 QOST
18309 üzrə
sulfatlar (SO
4
2-
) 500 QOST 4389
üzrə
xloridlər (Cl
-
) 350 QOST
4245 üzrə
zink (Zn
2+
) 5,0 QOST
18293 üzrə
quru qalıq 1000 QOST
18164 üzrə
Q e y d: 1. Sanitar-epidemioloji xidməti orqanları ilə razılaşmaya əsasən
xüsusi emaldan keçirilməmiş su verən boru kəməri üçün yol verilir: quru qalığın
kütləvi qatılığı 1500 mq/dm
3
qədər; dəmir 1mq/ dm
3
qədər; manqan 0,5 mq/dm
3
qədər; ümumi codluq 10 mq/dm
3
qədər.
2. Xloridlərin və sulfatların kütləvi qatılıqlarının, bu maddələrin ayrı-
ayrılıqda hər biri üçün yol verilə bilən qatılıqların hissələrlə ifadə olunan cəmi 1-
dən böyük olmamalıdır.
Suyun codluğu yarımfabrikatların biotexnoloji xarakteristikalarına, hazır
məmulatların keyfiyyətinə təsir göstərir və emal edilən unun üstünlüklərindən asılı
olaraq nizamlanmalıdır. Suda duzların miqdarını ion-mübadilə, əhəng-soda və ya
əks osmos metodları ilə dəyişmək mümkündür. Əks osmos metodu suyun
deminerallaşdırılması üçün səmərəli texnologiya olub, çörək zavodlarında
müvəffəqiyyətlə tətbiq edilir. Suyu duzdan təmizləmək üçün içiboş liflər şəklində
27
yastı kameralı və ya boruşəkilli filtirləyici elementlərdən və membran
elementlərdən ibarət membran aparatlarından istifadə olunur.
Hal-hazırda çörəkbişirmə müəssisələrində seçmə qabiliyyətindən asılı olaraq
üç tip membranlardan istifadə olunur: asetat-sellüloza, poliamid və ya nazik
pərdəşəkilli, polisulfon. Membranın tipini başlanğıc suyun tərkibindən və
təmizlənmiş suyun keyfiyyətinə qoyulan tələblərə uyğun olaraq seçirlər.
Suyun təmizlənməsinin texnoloji sxeminə ilkin təmizləmə, əks osmos
bölgüsü və suyun tərkibinin korreksiyası mərhələləri daxildir.
Əks osmos sisteminin əsas hissəsi membran moduludur (şək. 3.13).
Şəkil 3.13. Əks osmos sisteminin membran modulu.
1,2- qidalandırıcı su və filtrat üçün giriş qol borusu; 3- duz qatları; 4-
filtratın magistral xəttinin birləşdirici borusu; 5- təzyiq korpusunun sonluq lövhəsi;
6- konsentratın çıxış qol borusu; 7- korpus.
Deminerallaşdırıcılarla müqayisədə əks osmos qurğularının üstünlüyü ―
təcavüzkar tullantıların yaranmaması və xidmətin sadə olmasıdır. Qurğunun
məhsuldarlığı 0,05-dən 100 m
3
/saata qədərdir.
Suyu qida məhsullarının istehsalı üçün hazırlayan avtomatlaşdirılmış
komplekslər (şək. 3.14) mexaniki təmizləmə, suyun yumşaldılması və
zərərsizləşdirilməsi, dəmir, manqan və hidrogen-sulfidin kənarlaşdırılması, pH-
mühitin düzəldilməsi, tənzimlənən duzsuzlaşdırılma, suyun parametrlərinin
ölçülməsi və nəzarəti, dozalaşdırma və s. proseslər həyata keçirir.
Şəkil.
3.14. Suyu qida
məhsullarının istehsalı üçün hazırlayan
avtomatlaşdırılmış komplekslər
1- idarəetmə pultu; 2- Kİİ; 3- su kəməri; 4- suyun ilkin hazırlanması sistemi;
5- membran-osmotik modulları olan korpus.
Suyun zərərsizləşdirilməsi üçün həm də, müxtəlif kimyəvi reaktivlər tətbiq
edilir. Xlorla müqayisədə xlor-dioksidin (ClO
2
) istifadəsi bir sıra üstünlüklərə
malikdir: triqalometanlar (TNM), üzvi halogenlər və xlorfenollar əmələ gəlmir,
NH
+
4
və azot birləşmələri ilə reaksiya baş vermir. Bundan başqa, ClO
2
suayırıcı
sistemlərdə
mikroblara
öldürücü
təsiri
uzun
müddət
saxlayan
güclü
28
dezinfeksiyaedici təsir göstərir. Onun qoxusu, dadı və rəngi olmadıqda zamanı
mikroorqanizmlərin sporlarına, viruslara və yosunlara effektiv təsir edir, Fe
2+
və
Mn
2+
üzvi birləşmələrini oksidləşdirir. ClO
2
-
nin oksidləşdirmə qabiliyyəti pH-
mühitdən və suda NH
+
4
ionlarının varlığından asılı deyildir.
Suda qalıq xlor ionlarını tam kənarlaşdırmaq üçün suyu aktiv kömürlə
birlikdə süzgəcdən keçirərək xlorsuzlaşdırırlar: C + 2Cl
2
+ 2H
2
O = CO
2
+ 4HCl.
Xlora anoloji olaraq ozon da mikroblara öldürücü təsir göstərir.
Ozonlaşdırılmış suyun üstünlüyü ondan ibarətdir ki, ozonun təsiri altında
zərərsizləşdirmə ilə eyni zamanda dad və qoxular kənarlaşdırılır və suyun
rəngsizləşdirilməsi baş verir, bu zaman onun təbii xassələri dəyişmir. Belə ki,
ozonun artığı bir neçə dəqiqədən sonra oksigenə çevrilir. Dizinfeksiyaedici agent
kimi ozon xlordan 15-20 dəfə tez təsir göstərir.
Uzunluğu 100-400 nm olan ultrabənövşəyi şüalarla suyun dizinfeksiya
edilməsi reaktivsiz fiziki üsuldur. UB-şüaların zərərsizləşdirici xassələri 200-295
nm, daha çox 245 nm dalğa uzunluğunda görünür. Bir qayda olaraq, təmizlənmiş,
şəffaf suyu dizinfeksiya edirlər, çünki, asılı maddələr və kolloid qatışıqlar işığı
yayır və UB-şüaların suyun dərin qatlarına nüfuz etməsinə mane olur. UB-şüalar
suyun fiziki-kimyəvi və orqanoleptiki xassələrini dəyişmədən bakteriyalara, spor
və viruslara effektiv təsir göstərir.
Suyun keyfiyyətinə daimi nəzarət, nəzdində içməli su təhcizatının
mərkəzləşdirilmiş sistemləri olan idarə və təşkilatlar tərəfindən həyata keçirilir.
Suyun keyfiyyətinə dövlət nəzarətini sanitar-epidemioloji xidmət orqanları həyata
keçirir. İçməli suyun keyfiyyətinə nəzarət QOST P 51232–98 , içməli suyun
analizi üçün sınaq nümunəsinin seçilməsi və onun dadı, qoxusu, rəngi və
bulanıqlığının müəyyən edilməsi isə QOST 24481-80 və QOST 3351-74 standartı
üzrə həyata keçirilir. İçməli suyun ümumiləşdirilmiş keyfiyyət göstəricilərinin
təyin edilmə üsulları, onun orqanoleptiki üsulları, bəzi üzvi maddələrin, suyun
emalı prosesində daxil olan və əmələ gələn zərərli kimyəvi maddələrin miqdarı və
suyun radiasiya təhlkəsizliyi QOST 51232-98 –da göstərilir.
Dostları ilə paylaş: |