Mühazirə ekologiyanin aktualliğI, predmeti və qenezisi



Yüklə 334,94 Kb.
səhifə5/6
tarix14.10.2017
ölçüsü334,94 Kb.
#4740
növüMühazirə
1   2   3   4   5   6

Suallar:

  1. İstixana effekti problemi və onun qarşisinin alinmasi yollari

  2. İstixana effekti səbəbi ilə iqlimin dəyişməsinin nəticələri

  3. Turşu yağışları problemi və onların yaranma səbəbləri

  4. Turşu yağışların ekologiya və iqtisadiyyata vurduğu ziyan

  5. Turşu yağmurları probleminin çözülməsi yolları

  6. Smoqla bağlı problem və smoqdan qorunma

  7. Ozon qatının dağılması və freonların dağıdıcı özəllikləri


Mühazirə 9

EKOLOGIYA VƏ INSAN SAĞLAMLIĞI
Sağlamlığın tərifi çeşidli zamanlarda fərqli anlaşılmışdır. Günümüzdə aşağıdakı əsas sağlamlıq konsepsiyaları vardır:

  • Keçmişdən bu günə kimi ən yayılan tərif – sadəcə xəstəliklərin olmaması idi. Bu kimi sağlamlığın tərifi eramızın ilk çağlarında verilmiş, ortaçağlar və çağdaş həkimlər də bunu qəbul etmişdirlər;

  • Bioloji baxımdan yanaşılsa, sağlamlıq orqanismin həyatı tənzimləmə sistemlərinin dayanıqlığıdır (qomeostatik müvazinət). Buna görə də sağlamlıq anlayışının anlamı bir orqanizmin dar çərçivəsindən çeşidli orqanizm və hətta ekosistemlərə qədər genişlənir;

  • Beynalxalq Səhiyyə təşkilatının tərifinə görə, sağlamlıq – hər bir kəsin hərtərəfli yaxşı durumudur. Bu da normal fiziki, mənəvi və ictimai durumdur.

Sağlamlığın ən başlıca göstəricilərindən biri və insanın normal durumunun göstəricisi çəmiyyətdə işləmək üçün yararlı olmaqdır.

Bəzi insan patologiyalarını (normal durumdan çıxma) araşdıranda, onların yaranması birdən birə deyil, yorğunluğun, boşalmamış stresslərin yığımı sonu baş verməsi faktı ortalığa çıxır. Bu da təbabətdə “xəstəliköncəsi” adlanır. Xəstəliklərin təsnifatına gəlincə isə, onları bir necə başlıca bölüklərə bölmək olar:



İrsi xəstəliklər. Bu xəstəliklərin birinci qrupu irsi xəstəliklərdir. Onlar mutasiyaya (genlərin hansısa təsir altında dəyişməsidir) uğramış genlərin daşıyıcılarında olur. Sadəcə bunun üçün bu kimi bir qenin olması yetərlidir. Genlərin (irsiyyətin struktur və funksional vahididir) ya da xromosomların (hüceyrələrin nüvələrinin tərkibində olur, genlərin daşıyıcısıdır, hüceyrə və orqanizmlərin irsiyyət özəlliklərini təyin edir) mutasiyası sonu yaranan xəstəliklərin örnəyi kimi Daun sindromu göstərilə bilər. Bu irsi xəstəlik xromosom yığımının pozulması sonu yaranır. Daha bir örnək fenilketonuriyadır. Bu da uşaqda ağıl çatışmamazlığına gətirən maddələr mübadiləsinin pozulmasıdır. Qemofeliya (qanın laxtalanmaması xəstəliyi) da bu kimi örnəklərdən biridir.

Çox vaxt mədə yararına, ürək-damar xəstəliklərinə, şəkər diabetinə, çeşidli allergiyalara meyllər elə irsiyyətlə soydan soya keçir.

Bir çox durumlarda irsi xəstəliklərin yaranması insanın çevrəsində olan mühitlə bağlı olur. Özəlliklə də mutasiyalar ozləri-özlərindən deyil, həmdə mühitin amilləri səbəbi ilə yarana bilər. Buna da mutagen amillər deyilir, bunların da ən başlıcasıradiasiyadır.

Mutagen amillərin daha bir törədicisi də ətraf mühitə düşən zərərli kimyavi maddələrdir. Bəzi virus xəstəlikləri də mutagen təsirli olur, ayrı-ayrı adamların irsiyyətinə təsir edir.



Ekopatologiyalar. Bu da ətraf mütitlə bağlı amillərdən irəli gəlir. Bu da ilk olaraq çox ya da az yeməklə bağlı həyat tərzinin xəstəlikləridir. Az yeyəndə orqanizmə vitaminlərin, mikroelementlərin, zülalların qatılması da azalır və bu da ağır xəstəliklərə gətirib çıxardır. Çox yeyəndə isə, ürək-damar xəstəliklərinə, xərçəngə, diabetə gətirib çıxardan ağır patalogiyalar yaranır. Deməli hər bir kəsin yemək norması olmalıdır.

Daha bir patologiyalara gətirən amil rafinə edilmiş (şüni təmizlənmiş) yemək çeşidləridir. Bunları da iqtisadi baxımdan güclü olan ölkələrin böyük şəhərlərində yaşayanlar yeyir. Bunun kimi heyvan piyi, qənd, konservlər, kolbasalar sosislər, hisləmmiş və duzlanmış yeyəcəkləri də tez-tez yemək olmaz, imkan varsa onlardan çəkinmək gərəkdir. Bütün bunlar da mədə-bağırsaq sistemində və ümümiyyətlə bütün orqanizmində xəstəliklərə gətirən patologiyalar yaradırlar.

İnsanın yaşayış mühiti stresslərin də yaranmasına gətirib çıxardır. Stress orqanizmin, onun sabitliyini pozan təsirə qarşı fiziki ya da psixoloji reaksiyası və sinir sistemin buna uyğun olan durumudur. Ekoloji problemlərlə bağlı daha çox fiziki və kimyavi stresslər olur.

Fiziki stress işığlandırma, səs, titrəmə (vibrasiya) sistemlərinin pozulmasından, eləcə də elektromaqnit şüalarının güçündən irəli gəlir. Bunların normadan artıq olması daha çox şəhərlərdə ya da müəssisələrdə müşahidə edilir. Burada insanın təbii adapyasiya həddini aşan şərait yaranır.

Kimyavi stresslərin törədiciləri çox olur. Son illər boyu biosferamıza yad olan 7000-dən çox zərərli maddələr aşkar olunub. Bunlara ksenobiotiklər deyilir. Təbiət bunları həll edib yox edə bilmir, çünki bunlar ona yad ünsürlərdir. İnsan orqanizminin də bunlara qarşı qoruyucu gücləri yoxdur.

Çağdaş dünyada, fiziki və kimyavi stresslərdən başqa, böyük şəhərlərə xas olan çoxlu insan kütlələrinin olması təsir edir. Bu stressə çətin olan sosial yaşamın çoxlu psixoloji amilləri gətirib çıxardır. Eyni zamanda bu kimi stresslər təkcə real yaşamda deyil, həmdə virtual məkanda baş verir. TV-lərdən, İnternetdən, radiolardan alınan çeşidli və çox sayda informasiyalar, onların tərkibi və xarakteri stresslərə səbəb olur.

Stress anlayışı təbabətə və fiziologiyada 20-ci yüzilliyin 30-cu illərində gətirilmişdir. Ona o zaman "adaptasiya stressi” deyilmişdir, çünki onun sayəsində orqanizmlər dəyişən şəyaitə uyğunlaşmaq zorunda qalırdılar. İnsanlar və heyvan orqanizmləri kəskin dəyişən şəraitə cavab olaraq bütün güclərini bu durumlardan çıxmaq üçün səfərbər edirlər. Eyni zamanda streslər populyasiyaların artmasında da təsirli amillərdən biridir.

Bir neçə stress mərhələləri vardır:

- Birincisi həyəcan və səfərbərlikdir. O zaman sinir sistemi xarici mühitdən hansısa siqnallar alır, sinir mərkəzləri isə, onları dəyərləndirir, sonra qana və limfaya ötürür. Bundan sonra mürəkkəb reaksiyalar gedir və əsasən böyrəküstü vəzilərdə “stress qormonları” yaranmağa başlarır.

- İkincisi orqanizmin “stress qormonlarının” basqısı altında işə saldığı müqavimət güçüdür. Belə olanda bədənin bütün sistemləri yüksək yüklə işləməyə başlayırlar.

Üçüncüsünün isə çeşidləri çox ola bilər. Əgər orqanizm bu basqının altından çıxa bilib və daha yüksək səviyyələrə yüksələ bilibsə, bu kompensasiya (eustress) mərhələsi adlanır. Eustresslər təkrar olunursa, onlar orqanizmin daha da çox adaptasiyasına təkan verirlər. Bədən stressin öhdəsindən gələ bilibsə, onda yeni, daha yüksək səviyəyə addım atır.

Əgər keçirilən stress organizmin gücdən düşməsinə, xəstəliyə və ölümə gətitirib çıxardırsa, onda buna üzücü stress (distress) deyilir. Stressin nə ilə sonuclanması təkcə onun gücü və basqısından asılı deyil, orqanizmin onun qarşısında dura bilməsi özəlliyindən də asılıdır. Nə qədər orqanizm sağlam və adaptasiyaya açıqdırsa, onun sistemləri müvazinətdədirsə, bir o qədər də onun stressə güç gəlməsi ehtimalı artır.



Təbiətkökənli (endemik) xəstəliklər. Bunlar da ətraf mühitin yararsızlığı ilə bağlıdır. Onlar insanların hansısa xəstəliyə yoluxma təhlükəsi (örnək üçün ensefaliti doguran zəli) olan bir yerdə yaşamasından irəli gəlir.

Başqa səbəb insanların yer kürəsinin özəl geokimyavi ya da geofiziki özəllikləri olan yerlərdə yaşamasıdır. Bu kimi yerlərdə olan vulkanların aktivliyi, tektonik (yeraltı) proseslər, təbii iqlimin sərtliyi, günəş şüalarında radiasiyanın yüksək olması, küləklərin bə çöküntülərin aktivliyi kimi olaylar insan sağlamlığına təsir edir. Bunlar bitkilərə, torpaqlara və heyvanlara da təsir edir.

Bu kimi yerlərin örnəyi İç Monqolustan (Çində) eləcə də Çinin bəzi başqa bölgələridir. Burada ftor, xlor, arsenikum, karbo-hidrogenlərin həddi normadan yüksəkdir. Buna görə də burada dioreya (ishal), qarın xərçəngi kimi xəstəliklərin sayı çoxdur.

Dünyanın bir çox yerlərində yod çatışmamazlığı vardır. Orada yaşayanlarda qalxanvarı vəsinin xəstəlikləri çox yayğın olur. Havada selen kimi maddənin çoxluğu zəhərlənmə və ağciyər xərçəngi kimi xəstəliklərə gətirib çıxardır.

Yerin geopatogen deyilən sahələri vardır. Burada elektromaqnit şüaların aktivliyi, qravitasiyanın (yerin özünə çəkimi) həddən artiq olması və başqa bunlar kimi fiziki gərginliklər baş verir. Belə yerlərdə geopatogen stresslər olur. Bu da pulsun tezləşməsi, qan təzyiqinin artması, yuxusuzluq, dəhşətlərin yaşanması, erkən ölum kimi olaylarda özünü göstərir. Bütün bunlar litosferanın çatlar olan yerlərində daha çox özünü göstərir. Oradan yer üzünə radon maddəsi çıxır və bütün bu patologiyaların başlanqıcında durur. Seysmik baxımdan təhlükəli olan yerlərdə, özəlliklə zəlzələlər öncəsində, yerin fiziki gərginliyi artır. Bu da insan və heyvanlarda biokimyavi dəyişikliklərə gətirir. Belə yerlərdə insanlarda depressiyalar, ürək çatışmamazlıqları halları çoxalır.

Günəşin aktivliyi də biosferdə gedən proseslərə təsir edən önəmli faktorlardan biridir. O çeşidli xəstəlikləri də törədən bir amildir. Buna görə günəşdə gedən prosesləri öyrənib proqnozlaşmaları tətbiq etmək tibbə və ekoloji elmə çox gərəklidir.


Siqaret çəkmənin ziyanı
Tütünün kanserogen olduğunu bilməyən yoxdur. Siqaret müxtəlif ürək və ağciyər xəstəliklərinə yol açır, damarda tıxac əmələ gətirib iflicə səbəb ola bilir.

Siqaret çəkildiyi andan orqanizmə təsir etməyə başlayır. Nəbz yüksəlir, nəfəs alıb-vermə prosesi sürətlənir, qan dövranı zəifləyir. Siqaretin tərkibində təxminən 3700 zəhərli maddə vardır. Bunların böyük bir miqdarı kanserogen maddələrdir. Ən zərərli hesab edilən karbon monoksid (CO), hidrogen siyanid (HCn) və ammonyakdır (NH4). Bu zəhərli kimyəvi maddələr bir nəfəs siqaretlə qan dövranına qarışır. Bunun nəticəsində yanğı hissi, döş qəfəsində ağrı, bronxial astmaya aid əlamətlər başlayır. Orqanizmin müqaviməti zəif olduğu üçün tez-tez qrip və soyuqdəymə halları baş verir.

Dünyada hər on üç saniyədə bir insan siqaretin səbəb olduğu xəstəlikdən həyatını itirir. Bu ölümlərin əsas səbəbi ağciyər xərçəngidir, ikinci əhəmiyyətli səbəb ürək xəstəlikləri və xərçəngin digər növləridir.

İnsan orqanizmində elə bir üzv və orqan yoxdur ki, siqaretdə olan kimyəvi maddələrdən zərər görməsin. Siqaret çəkən adamın orqanizmində nə kimi dəyişikliklər olduğuna nəzər yetirək:

Siqaret çəkən insanın ağız xərçənginin əmələgəlmə riski çox yüksəkdir. Bundan başqa, tütün dumanı diş əti xəstəliklərinə yol açır, diş çürüməsinə və nəfəsdən pis qoxu gəlməsinə səbəb olur. Beyinə gedən oksigen azalır, nəticədə beyin damarlarının daralması baş verir. Bu vəziyyət insanı iflicə qədər aparıb çıxara bilər. 

Nəfəs borusundan və bronxlardan keçən tüstü (duman) ağciyərlərə enir. Siqaret dumanındakı hidrogen sianid bronxların divarını yandırır və xroniki öskürək yaradır. Bronxlar zəiflədikcə bu nahiyədə xeyli xəstəlik ortaya çıxır. Siqaret çəkənlər çəkməyənlərə nisbətən on qat daha çox ağciyər xərçəngi olma riski daşıyırlar.                

Siqaretin ürəyə verdiyi ziyan tək kəlmə ilə məhvedicidir. Nikotin qan təzyiqini yüksəldir və qanın daha sürətlə laxtalanmasına səbəb olur. Siqaretdə olan karbon monoksidin qandakı oksigeni yox etməsi ilə damarlarda xolesterol yığılır və bu da miokard infarktı riskini artırır. Bundan başqa, qan dövranında pozğunluqlar olduğu üçün iflic, barmaqlarda gücsüzlük və qanqrena siqaret çəkənlərdə tez-tez rast gəlinən xəstəliklərdir.     

Siqaretin həzm sisteminə çox pis təsir etdiyi sübut olunmuşdur. Belə ki, siqaret qəbulu ilə bağlı mədədə xlorid turşusu ifrazı artır, mədə yanmaları və xora başlayır. Siqaret çəkənlərdə pankreatit xərçəngi tez-tez müşahidə edilir ki, bu da çox vaxt ölümlə nəticələnir. Siqaretin tərkibində olan kanserogen maddələrin müəyyən miqdarı sidiklə orqanizmdən ifraz olunur, ancaq bədəndə qalan maddələr isə sidik kisəsi xərçənginə yol açır. Siqaret çəkmə nəticəsində əmələ gələn yüksək qan təzyiqi isə böyrəklərə böyük ziyan vurur. Siqaretdə olan karbon monoksid insanı keyləşdirir, həzm prosesini çətinləsdirir, dişləri saraldır, mədə yarasına səbəb olur, dodaq, dil və yemək borusu xərçənglərinə səbəb olur. Damar divarlarının elastikliyinin azalmasına səbəb olur.

Ağciyər və qırtlaq xərçənginin əmələ gəlməsinin 90%-nin səbəbi siqaretdir. Ürək xəstəliklərinin, xüsusilə də ürək əzələsi infarktının əmələ gəlməsinə zəmin yaradır. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə həm infarkt, həm də infarktdan ölüm hadisələri 10 dəfə daha çoxdur. Damarlarda kirəclənmə (ateroskleroz) bas verdiyi üçün hafizə zəifləyir. Əhvali-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir. Dəridə qırışıqlar yaranır.

Siqaretin sağlamlığa vurduğu ziyan statistik araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalara görə, siqaret çəkən kişilərin 40 %-i hələ təqaüd yaşına çatmadan həyatını itirir. Siqaret çəkən qadınlarda isə uşaqlıq xərçəngi riski çoxalmaqdadır, hamilə qadınların siqaret çəkməsi isə şikəst və ölü doğumla nəticələnir.

Siqaretin psixoloji təsirləri. Nikotin - güclü bir qıcıqlandırıcıdır.

Nikotin kokain və ya amfitemin qədər güclü və onlara bənzər bir qıcıqlandırıcıdır. İnsana davamlı olaraq siqaret çəkmə istəyi verib asılılıq vəziyyəti yaradır.

Nikotin siqaret çəkən insanı qıcıqlandırır, ürəkdöyünməyə, yüksək təzyiqə,  tənəffüsün sürətlənməsinə səbəb olur. Ancaq bu təsirlər 20 dəqiqə sonra itir və siqaret çəkən adam yeni bir siqaret çəkmək istəyir.

Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə həm infarkt, həm də infarktdan ölüm hadisələri 10 dəfədən də çox müşahidə edilir.

Əgər 100-120 mq miqdarında nikotin hər hansı bir adamın damarına vurularsa, bu zaman ürək bir dəqiqə müddətində 15 dəfə çox döyünər, hətta belə hallar ölümlə nəticələnə bilər. Burada məsələnin maraqlı cəhəti həmin həcmdə (100-120 mq) maddənin cəmi 2 qutu siqaretin tərkibində olmasıdır.

Göründüyü kimi, nikotin sakitləşdirici bir vasitə deyil, əksinə orqanizmi yoran və ziyan verən bir maddədir. Siqaretin ziyanları barədə bir çox misallar çəkmək olar. Ürəyə və başqa orqanizmə gətirdiyi fəsadlar sonsuzdur. Belə ziyanlar insanın ömrünü qısaldır və infarkt, xərçəng, sonsuzluq kimi xəstəliklərin yaranmasına səbəb olur.


Passiv tütün çəkmənin ziyanı
Tütün çəkənlərlə bir arada galanda, onların tutulduqları bütün xəstəliklərə tutulmaq olar. Belələr, özlərindən asılı olmayaraq, havada olan ziyanlı tüstünü udurlar. Araşdırlamar bir saatın içində hər kəsin siqaretin yarısını çəkdiyi qədər tüstü udduğunu göstərir. 8 saat tütün tüstüsü dolu otaqda oturan hər 5 saatda bir siqaret çəkən kimidir. Hətta bəzi araşdırmalara görə, passiv siqaret çəkənin ciyərlərinə siqaret çəkəndən daha çox ziyanlı maddələr düşür. Bunlar karbon oksidi, nikotin, aldegidlər, akroleinlər, qatranlar və başqa maddələrdir. Bunlar passiv çəkənin qanına, sidiyinə və sinir sisteminə təsir edir.

Haha da pis sonuc karbon oksidinin havadan sovurulmasından sonra olur. O ciyərlərdən qana qana düşərək hemoqlobinlə birləşir və oksigenin hüceyrələrə gedişini çətinləşdirir. Bu qarışıq karboksigemoqlabin adlanır. Onun konsentrasiyası bədəndə 16%-20-zə yüksəlsə, ciddi ürək-damar xəstəlikləri baş verə bilər.

Otağın tüstülənməsindən asılı olaraq, orada olanlar gündə 1-10 siqaret çəkmiş kimidirlər. İş yerlərində siqaret çəkməyənlərin arasındakı aparılan sorğulara görə, soruşulanın siqaret çəkənlərlə bir otaqda olanların 50%, iş bacarıqları gözəçarpacaq qədər itirmiş, 36% özlərini pis hiss etdikləri üçün iş yerlərini tərk etmişdirlər.

Passiv çəkənlər arasındakı başqa soruşulanların 48% gözlərinin və 35% burunun selikli qişasının qıcığlanmasını, 30% öskürəyə tutulmalarını və boğazlarının qurumasını, 5% keçmişdə keçirdikləri ağciyər xəstəliklinin əlamətlərinin üzə çıxdığını, 3% ürək-damar xəstəliklərinin daha da ağırlaşmasını, 10% allergiyaya tutulduqlarını bildirmişdirlər.

Siqaret tüstüsü passiv siqaret çəkənlər üçün də aktiv siqaret çəkənlər kimi zərərlidir. Mövzu uşaqlar olduğu zaman vəziyyət daha vacib hal alır. Onların orqanizmi daha zəifdir və hələ inkişaf dövründə olduqları üçün oksigenə, təmiz havaya olan ehtiyacları böyüklərdən daha çoxdur. Mümkündürsə, uşaqların yanında siqaret çəkməyin. Onları öz əllərinizlə zəhərləməyin.
Qəlyan çəkmənin ziyanı
Aparilmiş təcrübələr göstərir ki, qəlyanin sağlamliq üçün ziyansiz olduğu yanliş fikirdir. Bundan əvvəl, sübut olunmuşdu ki, qəlyan ağ ciyərlərin xərçənginə səbəb ola bilər.  Bundan başqa, qəlyan çəkən qadinlarin uşaqlari az çəki ilə doğulurlar.

Alkoqollu içkilər kimi gün ərzində qəlyandan həddindən artiq istifadə etmək sərxoşluğa, bihuş olmaya gətrib çixara bilər. Şərqdə qəlyandan istifadə siqaret çəkməkdən daha az zərərli hesab olunsa da, tibbi tədqiqatlar əslində bunun belə olmadiğini sübut edib. Alimlərin qənaətinə görə, bir saat qəlyandan istifadə etmək 100 ədəd siqaretin çəkilməsinə bərabərdir. Araşdirmalara görə, siqaret kimi qəlyanin çəkilməsi də ağciyərlərin, ürək-damar sisteminin xəstələnməsinə və həmçinin qorxulu xərçəng xəstəliyinin yaranmasina səbəb ola bilər. Ümumdünya səhiyyə təşkilatinin tədqiqatlarina görə, qəlyan tüstüsündə də siqaret tüstüsündə olan qədər karbon qazi, qatran və ağir metallar var. Hətta qəlyan tüstüsündəki zərərli maddələrin miqdarinin siqaret tüstüsündəki ilə müqayisədə çox olduğu bildirilir. Həkimlər xəbərdarliq edirlər ki, siqaret aludəçiləri kimi qəlyan çəkənlər də hepatit və vərəm xəstəliklərinə mübtəla olmaq təhlükəsi ilə də qarşilaşirlar. Bu səbəbdən, həkimlər qəlyan çəkməkdən ayrila bilməyənləri və bu ziyanli vərdişin həvəskarlarini heç olmasa birdəfəlik müştüklərdən istifadə etməyə çağirirlar.
Suallar:
1. Sağlamliğin əsas konsepsiyalari və patologiyalar

2. İrsi xəstəliklər

3. Ekopatologiyalar və stresslər

4. Təbiətmənşəli (endemik) xəstəliklər

5. Siqaret çəkməyin sağlamliğa ziyani

6. Passiv siqaret çəkmənin sağlamliğa ziyani

7. Qəlyan çəkməyin sağlamliğa ziyani

8. Passiv tütün çəkmənin ziyani



Mühazirə 10

EKOLOJI HƏRƏKATLAR

1. Beynalxalq
Ətraf mühit haqqında BMT proqramı (ingiliscə UNEP, United Nations Environment Programme)
UNEP 1972 ildə BMT sistemi çərçivəsində yaradılmış proqramdır. Bu qurumun vəzifəsi bugünkü və gələcək soyların rifahı naminə ətraf mühitin yaxşılaşması və qorunmasına yönəlmiş tədbirlərin tətbiq edilməsi və təşkilindən ibarətdir. Proqramın şüarı “İnkişaf naminə ətraf mühit”dir.

UNEPin baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşir. Onun başqa ölkələrdə də altı böyük regional ofisləri vardır. Bu qurum qlobal və regional səviyyələrdə ekologiya problemləri ilə bağlı istənilən məsələlərə baxır.

Eyni zamanda UNEP yer atmosferi, dəniz və yerüstü ekosistemlərlə bağlı çeşidli layihələr həyata keçirir. Bundan başqa bu qurumekologiya və ətraf mühitin qorunması üzrə bağlanmış beynalxaq anlaşmaların bağlanmasında iştikar edir, ölkələr və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edir, çeşidli layihələri maliyələşdirir. UNEPin fəaliyyət dairəsinə həhlükəli kimyavi maddələr, hava və suların çirklənməsi üzrə tövsiyələrin verilməsi də daxildir.

1988-ci ildə Beynalxalq meteoroloji təşkilat UNEPlə birlikdə İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökümətlərarası Qrupunu (IPCC) yaratmışdır. Eləcə də UNEP Qlobal Ekoloji Fondunun (GEF)təsisçilərindən biridir.

UNEP tərəfindən hər il Beynalxalq ətraf mühit günü qeyd olunur.

UNEP günəş enerjisinin inkişafı proqramlarını maliyələşdirir, günəş panelləri alanlara giymətdə güzəştlərə gedir. Bununlada onların alıcılarını həvəsləndirir. Bu proqram Hindistan, Tunis, Mərakeş, İndoneziya, Meksika kimi ölkələrdə üğurla həyata keçirilir.

2004-cü ildən başlayaraq, UNEP Yaxın Şərqdə (özəlliklə də İraqda) bataqlıqların qorunması üzrə layihəni maliyələşdirir. Çünki 2001-ci ilin gğstəricilərinə görə, oradakı bataqlıqların 90% məhv edilmişdir.
Ətraf mütit üzrə Avropa agentliyi (EEA; European Environment Agency)
Ətraf mütit üzrə Avropa agentliyi Avropa məkanında ətraf mühit haqqında informasiyaların yığımı və təhlilini həyata keçirən Avropa Birliyinin təsisatıdır. Fəaliyyəti 1993-cü ildən başlanmışdır. Baş qərargahı Kopenhagen şəhərində yerləşir.

EEA aşağıdakı vəzifələri yerinə yetirir:

- Avropa Birliyi (AB) ölkələri ekoloji durum haqqında informasiya ilə təmin etmək; ətraf mühitin durumu haqqında informasiyaların tərtib edilməsi, dəyərləndirilməsi və mübadiləsi, ətraf mühitin durumu və ekoloji tədqiqatların nəticələri haqqında etibarlı informasiyaların kütləvi yayımını təmin etmək;

- Avropa informasiya şəbəkəsinin koordinasiyası və ətraf mütitə baxışların keçirilməsi; bunların ətraf mühitin beynalxalq monitorinqlərinə daxil edilməsi, ətraf mühitin monitorinqlərin aparılması üçün ölkələrə yardım etmək və bu məsələlər üzrə məsləhətlər vermək;

Dəyən ziyanın dəyərləndirmə metodlarının və bərpa işlərinin təkmilləşdirilməsi;

- beynalxalq əməkdaşlıqda iştirak etmək.

EEA-nın işində təkcə AB ölkələri deyil, həmdə bu təşkilatın ideya və fəaliyyəti ilə razılaşan və bölüşən başqa ölkələr də iştirak edə bilər. Belə olarsa onlarla özəl anlaşmalar bağlanır.

AB-də EEA ilə birlikdə Avropa ətraf mühitə baxış və informasiya şəbəkəsi adlanan ətraf mühitin monitorinqi sistemi fəaliyyət göstərir
İqlimin dəyişməsi üzrə ekspertlərin hökümətlərasrası qrup (ingiliscə Intergovernmental Panel on Climate Change, IPCC)
Günümüzdə insan fəaliyyəti elə miqyasda genişlənib ki, o qlobal iqlim kimi təbiət sistemlərinə təsir edir.Bir çox bilginlər iqlimin dəyişməsinin çox ağır və qarşısıalınmaz sonucları ola bilər. buna görə də tezliklə tədbirlər görülməlidir. Başqaları isə bu təhlükənin şişirdilmiş olmasını iddia edərək, nigarançılığın əsassız olduğunu deyirlər.
Buna görə iqlim dəyişmələri o qədər aktual problemdir ki, siyasətçilərə bu barədə obyektiv bilgilər verilməli, bu prosesin səbəbləri açıqlanmalı; onun ətraf mütitə, toplumlara, iqtisadiyyata təsirinin miqyası bildirilməli; qarşısının alınması imkanları bilinməlidir.

Bu səbəblər üzündən Ümumdünya meteoroloji təşkilatı və BMT-nin ətraf mühit üzrə proqramı 1988-ci ildə IPCC-i təsis etmişdirlər. Ekspertlər qrupunun vəzifəsi bütün dünyadan alınmış iqlim dəyişmələri haqqında elmi-texniki və ictimai-iqtisadi informasiyaları hərtərəfli, obyektiv, açıq dəyərləndirilməsindədir. Bu dəyərləndirmə bütün dünyanın ekspertləri tərəfindən yazılmış texniki və praktiki ədəbiyyatın əsasında verilir. IPCC-in məruzələri bu problem üzrə siyasət üçün aktual olan baxışların balanslandırılmış nöqteyi-nəzərlərinin ortalığa çıxarılmasıdır. Bunu edərkən təşkilatın özü siyasətə qarışmır. Yaranan gündən IPCC bir çox yayımlar yayımlamışdır. Onlardan siyasətçilər, alimlər, tələbələr və ekspertlər istifadə edirlər.

IPCC UNEPə daxil olan ölkələr üçün açıq olan hökümətlərarası bir qurumdur. Onun ekspertləri ildə bir kərə toplantılara yığılırlar. Burada IPCC-in strukturu, prinsipləri, iş prinsipi haqqında qərarlar çıxarılır. Eləcə də bu təşkilatın sədri və idarə heyyəti seçilir.

IPCC-in üç işçi qrupu vardır. Birincisi iqlim sistemininiqlim dəyişmələrinin və iğlim sisteminin elimi aspektlərini dəyərləndirir. İkincisi iqlim dəyişmələrinə təbii və sosial iqtisadi sistemlərin məruz olmasını dəyərləndirir, iqlim dəyişmələrinin mənfi və müsbət təsirlərini və onlara adaptasiya imkanlarını araşdırır. Üçüncüsü isə istixana qazların tullanmasının qarşısını alınma imkanlarını və iqlim dəyişmələrinin yumuşalmasının başqa yollarını dəyərləndirir. Təşkilanın maliyyələşməsini hökümətlər könüllü olaraq edirlər.

IPCC-in məruzələri bir neçə cilddən ibarətdir. Orada iqlim dəyişmələri haqqında hərtərəfli elmi-texniki və ictimai-iqtisadi informasiyalar, problemdən çıxış yollarının nəzəri aspektləri vardır.

IPCC-in birinci məruzələri 1990-cı, ikincisi 1995-ci, üçüncüsü isə 2001-ci illərdə dərc olunmuşdur. Orada iqlim dəyişməsi ilə bağlı narahatlıq elmi cəhətdən əsaslandırılmışdır.


Yüklə 334,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə