Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə2/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   55

 
 
sahədə  kompüter  texnikasının  aparat  və  proqram  vasitələrindən  istifadə  texnologiyası 
deməkdir. 
İnformasiya  texnologiyası  -  informasiya  ehtiyatlarından  istifadə  olunması 
proseslərini  asanlaşdırmaq,  onların  etibarlığını  və  operativliyini  çoxaltmaq  məqsədilə 
informasiyanın  toplanması,  ötürülməsi,  saxlanması,  emalı  və  istifadəçilərə  çatdırılmasını 
təmin edən və vahid texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-
proqram vasitələri toplusudur. 
 
1.2.İnformatika elminin əsas məzmunu və tərkib elementləri. İnformatika elminin 
bir  fənn  kimi  tədrisi  zamanı  qəbul  olunmuş  kurrikulumun  prinsiplərinə  uyğun  olaraq 
aşağıdakı məzmun xətlərinə və tərkib elementlərinə diqqət yetirilməsi onun öyrənilməsini, 
tədqiqini və inkişaf etdirilməsini daha da yaxşılaşdırır: 

 
informasiya və informasiya prosesləri

 
formalaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma; 

 
kompüter və informasiya sistemləri və şəbəkələri

 
cəmiyyətin informasiyalaşdırılması. 
 
1.3.İnformasiyanın  xüsusiyyətləri  və  təsviri  üsulları.  İnformasiya  (latınca 
informatio)  ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, 
hadisələr,  proseslər  və  s.  haqqında  olan  məlumat  və  biliklərdir.  Biliklər  isə  müəyyən 
faktlar  və  onlar  arasındaki  asılılıqlar  şəklində  ifadə  olunur.  İnformatikada  informasiya 
ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur. 
İnsanlar  min  illər  ərzində  çox  boyük  həcmli  informasiyalar  toplamış  və  onları 
müxtəlif üsul və vasitələrlə saxlamışlar. İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və 
iki  tipə  ayrılır: analoq və rəqəmli.  İnsanlar  öz  hissiyyat  üzvlərinə  görə  analoq, 
kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir. 
Analoq  informasiya  təsvir  edilir  və  insanın  duyğu  üzvləri  ilə  qəbul  edilir.  Rəqəmli 
informasiya isə kompyuterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur. 
İnformasiyanın 1) faydalılıq, 2) tamliq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. 
kimi xassələri vardır. 
 İnformasiyalar  yaranmasına,  qəbul  edilməsinə,  ötürülməsinə,  ifadə  formalarına  və 
vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. 
İnformasiyaları  hər  hansı  əlifba  simvollarının  köməyi  ilə  ifadə  etmək  və  onu  digər 
əlifbaya  keçirmək olar. 
İnformatikada  fakt,  məlumat,  xəbər  terminləri  çox  vaxt  “verilənlər”  sözü  ilə  ifadə 
olunur.  Verilənlər”  (ingiliscə  data)  texniki  vasitələrlə  saxlanması,  emal  edilməsi  və 
ötürülməsi  üçün  formal  şəkildə  təsvir  olunan  (kodlaşdırılan)  məlumatdır.  Tipinə  görə 
verilənləri 4 qrupa ayırırlar: 

 
hesabi (və ya rəqəm tipli); 

 
mətn (və ya simvol tipli); 

 
məntiqi tipli;  

 
göstərici tipli.  
Hesabi  verilənlərdə  qiymət  rəqəmlərlə  ifadə  olunur  (Məs.,  «yaşı-28»). Mətn  tipli 
verilənlərdə  qiymət  sözlə  (simvollarla)  ifadə  olunur  (Məs.,  «qırmızı  rəngli»). Məntiqi 
verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs., «18 ədədinin tək ədəd olması 
KitabYurdu.az 
3
 


 
 
doğru  deyil»). Göstərici  tipli  verilənlərdə  isə  proqramlaşdırmada  yaddaş  ünvanları  ilə 
işləmək üçün istifadə olunur.  
Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin 
bu  cür  təsviri ikilik  kod adlanır.  İnformasiyanın  ikilik  rəqəmlərlə  yazılması ikilik 
kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır.  
Mətn  tipli  informasiyanın  baytlarla  kodlaşdırılması  bir  neçə  müxtəlif  standarta 
əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American 
Standard Code or Information Interchange) standartı olmuşdur. 
Bütün  tələblərin  hər  kəs  tərəfindən  ödənilməsinin  təmin  edilməsi  üçün  aşağıdakılar 
qəbul edilmişdir: 1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) 
kompyuter,  printer  və  başqa  qurğuların  istehsalçılarına  verilmişdir.  Onlar  bu  kodları 
istədikləri əməliyyat üçün təyin edirlər. Lakin sonradan istehsalçılar tərəfindən bu kodlar 
üçün  də  standartlar  işlənilmişdir,  bu  standartları  qəbul  etməyənlər  isə  sadəcə  olaraq  öz 
məhsullarını  sata  bilmədiklərinə  görə  bazardan  çəkilmişlər.  Məsələn,  bütün  kompyuter 
sistemlərində  13  kodu  mətn  daxil  edilərkən  abzasın  bitməsi  və  yeni  abzasın  başlaması 
üçün istifadə edilir. 2. Qalan kodlar cədvəli iki hissəyə bölünür: 32-dən 127-yə qədər olan 
kodlar dünyadakı bütün kompyuter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil 
edir.  128-dən  255-ə  qədər  olan  kodları  isə  hər  bir  ölkə  özünə  uyğun  şəkildə  yerləşdirə 
bilər.  
1991-ci  ildə  16-bitlik Unicode (Yunikod)  sistemi  təklif  edilmişdir.  Bu  sistemdə  hər 
bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir: 1 bayt – simvolun kodlaşdırılması 
üçün,  bir  bayt  isə  əlamətinə  görə  ayrılır.  Bununla  yanaşı  Unicod  kodlaşdırma  üsulunun 
ASCII standartı ilə informasiya uyğunluğu təmin edilir.  
Əvvəllər hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə 
hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə 
yol açır. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. Bu 65536 kodun 
arasında  "Ə",  "ə"  hərfi  üçün  də  (dilimizin  o  biri  «qeyri-standart»  hərflərinin  türk 
əlifbasında olduğundan Unicode kodları əvvəldən məlum idi) yer tapıldı. Nəhayət, 28 iyul 
2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol 
kodlaşdırmaları  və  həmçinin  klaviatura  düzümü  qəbul  edildi.  Əslində  Unicode  standartı 
çoxdan tətbiq olunurdu və bu sadəcə rəsmiləşdirildi.  
İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary 
digit  sözundən)  qəbul  edilmişdir.  Praktikada  isə  əsasən  aşağıdakı      daha  böyük 
informasiya ölçü vahidləri işlədilir: 
1 Bayt=8 bit;   1 Kb = 1024 bayt = 2
10 
bayt;     1 Mb= 1024 Kb = 2
20
 bayt;        1Gb= 
1024 Mb = 2
30
bayt;   1Tb = 1024 Gb = 2
40
bayt; 
 
1.4.İnformasiya  əldə  etməyin  xüsusiyyətləri  və  prinsipləri.  Bu  proseslərin  əsas 
xüsusiyyətləri  informasiya  əldə  etmək  haqqında  Azərbaycan  Respublikasının 
qanunvericiliyi ilə tənzimlənir. Bu sahədə mühüm əhəmiyyətə malik olan informasiya əldə 
etmək haqqında  Azərbaycan Respublikasinin qanunun (30 sentyabr 2005-ci il)  məqsədi 
vətəndaşların  məlumat  əldə  etmək  hüququnun  sərbəst,  maneəsiz  və  hamı  üçün  bərabər 
şərtlərlə təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən ibarətdir. 
KitabYurdu.az 
4
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə