Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə55/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55

 
 
70-ci 
illərin 
sonunda 
Sİ 
sahəsində 
çalışan 
mütəxəssislər 
proqramı 
intellektuallaşdırmaqdan  ötrü  onu  predmet  sahəsi  haqqında  yüksək  keyfiyyətli  biliklərlə 
təmin etməyə başladıılar. Bu da xüsusi proqram sistemlərinin inkişafına səbəb oldu və bu 
sistemlərin  hər  biri  konkret  bir  predmet  sahəsində  ekspert  kimi  istifadə  olunmağa 
başladılar. Bu proqramlar ekspert sistemlər (ES) adlandırıldı.  
İlk ES olan Dendral 1960-cı illərin sonunda Stenfordda işlənildi. Bu sistem kimyəvi 
formula  və  molekulun  kimyəvi  əlaqələrinin  spektroqrafik verilənləri  əsasında  molekulun 
orqanik  quruluşunu  təyin  edir.  Ekspert  sistemin  bilik  bazasını  təşkil  edən  ekspert-
kimyaçıların evristik biliklərinə istinad etməklə milyon mümkün haldan düzgün qərarı bir 
neçə  cəhdlə  tapmaq  mümkün  oldu.  Dendral  sisteminin  əsasını  təşkil  edən  prinsip  və 
ideyalar  o  dərəcədə  effektiv  oldu  ki,  bu  gün  də  dünyanın  kimyəvi  və  farmakoloji 
laboratoriyalarında  onlardan  istifadə  olunur.  Bu  ideya  və  prinsiplər  hazırda  Sİ-in  əsas 
istiqamətlərindən biri olan obrazların tanınmasının baza prinsiplərini təşkil edir.  
Digər ES  – Mycin 1970-ci illərin ortasında Stenfordda işlənilmişdir, ilk dəfə olaraq 
natamam  informasiya  əsasında  qərar  qəbulu  problemi  həll  olunmuşdur.  Bu  sistemdə 
miningit  və  qanın  bakterial-infeksiyası  xəstəliklərinin  diaqnostikası  və  müalicəsi  üçün 
tibbi-ekspertlərin biliyi istifadə olunmuşdur. Bu sistemin mühakimələri (biliklər bazasının 
qaydaları)  predmet  sahəsinin  spesifikliyini  əks  etdirən  məntiqi  prinsiplərə  əsaslanırdı. 
Mycin  ES-in  işlənilmə  metodikası  bu  gün  də  yaradılan  bir  çox  ES-in  baza  prinsiplərini 
təşkil edir.  
ES-in  qurulması  texnologiyası  bilik    mühəndisliyi  adlanır.  Bu  prosesi  təşkil  edən 
mütəxəssislər bilik mühəndisləri  adlanırlar və onlar konkret predmet sahəsinin bir və ya 
bir neçə ekspertilə qarşılıqlı əlaqədə olurlar. Bilik mühəndisi ekspertlərdən məsələnin həlli 
üçün lazım olan proseduranı, strategiyanı, emprik qaydaları əldə edir və bu bilik əsasında 
ES yaradırlar (şəkil 4). 
 
                             Sorğular, problemlər 
 
 
 
  
 
 
 
 
 
Şəkil 4. Ekspert sistemin yaradılmasında ekspertlərdən biliyin alınması 
 
Tərif. Ekspert sistemlər konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks 
etdirən  və  istifadəçilərə  qərara  gəlməkdə  dəstək  (məsləhətçi)  olan  mürəkkəb  kompleks 
proqramlardır. 
Belə  sistemlər  konkret  predmet  sahəsində  az  təcrübəli  mütəxəssislərə  qərar  qəbul 
etməkdə  dəstək  olurlar.  Odur  ki,  belə  sistemlərə  bəzən  qərarların  qəbul  olunmasını 
dəstəkləyən sistemlər də deyirlər. 
ES-in əsasını ekspert bilikləri təşkil edir. Bəs ekspert kimdir? 
Ekspert 
sistem 
Bilik 
mühənd
isi 
Predme

sahəsini

eksperti 
Evristik qaydalar 
Həll üsulları 
KitabYurdu.az 
121
 


 
 
Ekspert  –  müəyyən  predmet  sahəsində  mükəmməl  biliyə,  böyük  təcrübəyə  malik 
yüksək kvalifikasiyalı mütəxəssisdir. 
Sual oluna bilər ki, əgər ekspert varsa ES-in yaradılması nə üçün lazımdır? 
Aşağıdakı  cədvəllərdə  ES-in  ekspertdən  keyfiyyətcə  üstünlükləri  və  çatışmazlıqları 
müqayisəli şəkildə verilmişdir (cədvəl 5 və cədvəl 6). 
 
Cədvəl 5. ES-in ekspertdən keyfiyyətcə üstünlükləri 
                                       
Ekspert biliyi 
ES-in biliyi 
Dəyişilə bilən (müvəqqəti) 
Daimi 
Çətin sənədləşən 
Asan sənədləşən 
Çətin ötürülən 
Asan ötürülən 
Bahalı 
Xərclərə dözümlü 
 
Cədvəl 6. ES-in çatışmazlıqları 
                                                                  
Ekspert  
ES 
Yaradıcı 
Proqramlaşdırılmış 
Şəraitə uyğunlaşan 
Düzəlişə ehtiyacı var 
Hisslərlə (hiss orqanları ilə) qəbul olunmaya 
əsaslanır 
Simvollarla girişdən istifadə edir 
Əhatə dairəsinin genişliyi 
Dar istiqamətli, məhdud 
istiqamətlidir 
Hamı üçün əlçatan olan biliklərdən istifadə 
edir 
İxtisaslaşmış biliklərdən istifadə 
edir 
 
3.
 
ES-in ümumiləşdirilmiş funksional sxemi 
Şəkil 5-də ES-in ümumiləşdirilmiş funksional sxemi göstərilmişdir. Göründüyü kimi 
ES-lər bir-birilə əlaqəli çoxlu bloklardan ibarətdir. 
Bilik  bazası  (BB)  problemin  həllini  əks  etdirən  faktlar  və  qaydalardan  ibarətdir. 
Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar . 
Verilənlər bazası bloku həll olunan problemin vəziyyətinə uyğun verilənlərdən, yəni 
həll prosesində lazim olan  giriş və  aralıq verilənlərindən ibarətdir. 
Nəticə  şıxarma  mexanizmi  verilənlər  bazasındakı  giriş  verilərindən  və  BB-dəki 
biliklərdən  istifadə  edərək  elə  qaydanı  seçir  ki,  bunun  əsasında  problemin  giriş 
verilənlərinə uyğun həlli tapılır. 
İzah  mexanizmi  sistemdə  həllin  tapılması  ardıcıllığını,  sistemdən  necə  istifadə 
olunması qaydasını izah edir. 
İnterfeys bloku istifadəçi ilə sistem arasında münasibəti təşkil edir. 
 
KitabYurdu.az 
122
 


 
 
 
Şəkil 5. ES-in ümumiləşdirilmlş funksional sxemi 
 
4.
 
Biliklər bazası. Biliklərin təsvir modelləri 
Bilik  –  insanın  dərk  etmə  fəaliyyətində  əldə  etdiyi  nəticələrin  sistemləşmiş 
formasıdır. 
Sİ və ES nəzəriyyəsində bilik proqramın özünü intellektual aparması üçün lazım olan 
informasiya  kimi  başa  düşülür.  Bilik  praktiki  fəaliyyət  və  professional  təcrübədə  əldə 
olunmuş,  predmet  sahəsinə  aid  qanunauyğunluqlar  (prinsipləri,  əlaqələri,  qanunları) 
haqqında  elə  informasiya  yığını  və  nəticə  çıxarma  qaydalarıdır  ki,  həmin  sahədə 
mütəxəssislərə məsələ qoymağa, həll etməyə və qərar qəbul etməyə imkan verir. Biliyin 
yığılması və formalizasiyası ES-in yaradılmasının ən vacib cəhətlərindən biridir.  
Bilik  bazası  (BB)  ES-in  ən  vacib  blokudur,  burada  proqramın  özünü  intellektual 
aparması üçün lazım olan informasiya yığını qaydalar formasında ifadə olunur. 
Biliyi səciyyələndirən 4 əsas cəhət bunlardır:  
- daxili interpretasiya;  
-  strukturlaşma; 
-  bağlılıq; 
- aktivlik.  
Biliklərin  qaydalar  şəklində  formalaşmasında  biliklərin  təsvir  modelindən  istifadə 
olunur. Bu modellər əsasında formallizə olunmuş biliklər BB-ni əmələ gətirirlər. 
Biliklərin  təsvir  modeli    –  ekspertlərdən  alınmış  biliklərin  müəyyən  qaydalar 
formasında təqdim  olunmasına xidmət  edir.  ES-də biliklərin  təsvir  modellərinin təsnifatı 
belədir: 
- produksion model; 
- semantik şəbəkə modeli; 
- freym model; 
- formal məntiq modeli; 
- relyasion model; 
Produksion  model    qaydalara  əsaslanan  modeldir,  bilikləri  "  Əgər  (  şərt),  onda 
(nəticə)" tipində təsvir etməyə imkan verir. 
Bilik bazası 
Verilənlər 
bazası 
Biliklərin təsvir 
modeli
 
Nəticə çıxarma 
mexanizmi
 
 
Ekspert biliyi
 
İzah bloku
 
İnterfeys 
bloku
 
Ekspert 
 
 
İstifadəçi
 
KitabYurdu.az 
123
 


 
 
Şərt  elə  bir  cümlədir  ki,  onun  əsasında  BB-də  axtarış  gedir,  "nəticə"  isə  axtarışın 
müvəffəqiyyətli gedişində alınan vəziyyətdir. 
Semantik  şəbəkə  istiqamətlənmiş  qrafdır,  onun  təpələri  anlayışları,  xətlər  isə 
anlayışlar arasındakı münasibətləri ifadə edir. Anlayış hər hansı obyekti, münasibət isə bu 
obyektlər arası əlaqələri ifadə edir. Bu model amerikan psixoloqu Kuillian tərəfindən təklif 
olunub. 
Semantik şəbəkədə olan münasibətlər: 
- "hissə- tam" tipli əlaqələr (sinif-qrup, element- çoxluq); 
- funksional əlaqə ("baş verir", "təsir edir" və s.); 
- kəmiyyət xarakterli əlaqə (çox, az, bərabər və s.) ; 
- məkan  xarakterli əlaqə (uzaq, yaxın, altında, üstündə, içində və s.); 
- atribut əlaqələr (cəhətlərə malikdir, mahiyyəti var və s.); 
- məntiqi əlaqələr (və, və ya, yox); 
- linqvistik əlaqələr və i.a. 
Freym model Marvin Minskinin adı ilə bağlıdır. Freym hər hansı qavranışın abstrakt 
obrazıdır. Freymin ənənəvi strukturu: 
(Freymin adı: 
( 1-ci slotun adı: 1-ci slotun mahiyyəti) 
( 2-ci slotun adı: 2-ci slotun mahiyyəti) 
( N-ci slotun adı: N-ci slotun mahiyyəti). 
Növbəti  mərhələdə  hər  bir  slot  özü  freym  olur  və  budaqlanır,  odur  ki,  bu  modelə 
bəzən ağacşəkilli model də deyirlər. Məsələn, otağa bir freym kimi baxsaq, onun slotları 
aşağıdakılar  olar:  qapı,  pəncərə,  döşəmə,  tavan,  divar.  Növbəti  mərhələdə  hər  bir  slota 
freym kimi baxıla bilər. Yəni qapıya freym kimi baxılarsa, onun slotları: taxta, dəmir, şüşə 
olacaq və s. 
Biliklərin təsvirinin məntiqi modeli formal məntiqə və predikatlar məntiqinə əsaslanır. 
Biliklərin  relyasion  model  təsviri  hər  bir  obyektin  onu  səciyyələndirən  müəyyən 
cəhətlər, göstəricilər, xüsusiyyətlər, bir sözlə, kriteriyalara münasibətinə əsasən qurulur. 
5. ES-in təsnifatı 
Yaradılma  məqsədindən  asılı olaraq  ES
 
aşağıdakı kimi  təsnifləndirmək  olar  (cədvəl 
7). 
 
                                                                                                                                 
Cədvəl 7 
Tip 
Problemin təsviri 
Problemin müəyyənləşdirilməsi 
1. 
İdentifikasiya 
ES 
müşahidə olunan verilənlərlə 
bağlı vəziyyətin təyini 
surətlərin, dilin, radarlardan alınan 
siqnalların tanınması 
2. Diaqnostik 
ES 
Müşahidə olunan sistemdə ola 
biləcək xətalar əsasında 
nəticələrin çıxarılması 
Xəstəliklərin diaqnozu, texniki 
nasazlıqların müəyyən olunması  
3. İdarəetmə 
ES 
Cari vəziyyətlərin ardıcıl şərhi, 
təhlili və idarəedici qərarın 
verilməsi 
dəmiryol, quru, hava, dəniz 
nəqliyyatlarının  idarə edilməsi 
KitabYurdu.az 
124
 


 
 
4.Layihələndir
mə ES 
Verilmiş sənədlərə uyğun 
mürəkkəb konfiqurasiyaların 
yaradılması 
Verilmiş məhdudiyyətlər daxilində 
predmetin prototipinin yaranması 
5. Proqnoz ES 
Verilmiş vəziyyətə görə 
ehtimal olunan nəticələrin 
çıxarılması  
Havanın, hücum hərəkətinin təyin 
olunması, demaqrafik, ticarət 
ehtimalları 
 
6. Planlaşdırma 
ES 
Obyekti müəyyən vəziyyətə 
gətirən situasuyalar ardıcıllığı 
Eksperimentlərin planlaşdırılması, 
robotun hərəkətinin, obyekti müəyyən 
vəziyyətə gətirən situasiyalar 
ardıcıllığının öyrənilməsi 
7. Моnitorinq 
ES 
Əvvəldən ortaya çıxmış kritik 
vəziyyətlərin ardıcıl izlənməsi 
Əməliyyatdan sonra xəstənin halının 
izlənməsi, vəziyyətin əsas 
parametrlərinin izlənməsi 
8. Öyrədici ES 
Ekspertlərin təhsil alanlara 
məsləhətləri, tələbələrin 
biliklərinin yoxlanılması 
Öyrədici sistemlər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
6. ES-in yaradılması mərhələləri
 
aşağıdakı ardıcıllıqla yerinə yetirilir. 
KitabYurdu.az 
125
 


 
 
 
 
      
Mərhələlər.                                          Mərhələlərin   mahiyyəti 
1. İdentifikasiya                       Problemin xarakterinın öyrənilməsi. 
2.  Konseptualizasiya                              Əsas  anlayışların  və  onlar  arası  əlaqələrin  müəyyən 
olunması. 
3.  Formalizasiya                                            Biliklərin  təsviri  modelinin  seçilməsi,  qaydaların 
hazırlanması 
4. Reallaşma                             Kompüter proqramının işlənilməsi, nəticələrin təmini. 
5. Eksperiment                         Alınan nəticələrin adekvatlığının yoxlanılması.  
 
1, 2 və 3-cü mərhələlər bilik mühəndisi, 4-cü mərhələ isə proqramşı tərəfindən icra 
olunur. Eksperiment mərhələsində ilk öncə proqramın düzgün işləməsi yoxlanılır və sonra 
eksperimentlər o vaxta qədər keçirilir ki, alınan nəticənin  reallığa  adekvatlığı  ekspertləri 
qane etsin.  
 
Ədəbiyyat 
1.  Поспелов Г.С. Искусственный интеллект –основа новой информационной 
технологии. М.: Наука, 1988. -278 с. 
2.  Поспелов Д.А. Левитин К.Е. Будущее искусственного интеллекта. М.: Наука, 
1991. -217 с. 
3.  А.В.Андрейчиков, О.Н.Андрейчикова. Интеллектуальные инфомационные 
системы. М.:Финансы и статистка, 2004. -424 с. 
 
 
İdentifikasiya
 
Konseptuallaşma 
 
Formalizasiya
 
  
Reallaşma
 
Eksperiment
 
 
Düzəltmə
k
 
 
Yenidən 
planlaşdırmaq
 
Təkrar planlaşdırma
 
Problemin təkrar qoyuluşu
 
 
 
Şəkil 6. ES-in yaradılması 
mərhələləri
 
KitabYurdu.az 
126
 

Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə