Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə6/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   55

 
 
6.5.
 
İnternetin xidmətləri 
 
 
 
     6.1. Internetin əsasları 
 
     1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları Internetin əsasını qoydu. 
Bu  zaman  bir  qrup  alim  kompyuterlərin  şəbəkələrə  birləşdirilməsi  üzrə  tədqiqatlara 
başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project 
Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Şəbəkə bir 
tərəfdən hərbi sənaye sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, 
raket-nüvə  zərbəsi  endirilərkən,  yaxud  aviasiya  bombardmanı  zamanı  zədələnməyə 
dayanıqlı və bu şəraitdə normal fəaliyyətini davam etdirməyə qabil şəbəkələrin qurulması 
metodlarının  tədqiqat  obyekti  olmalı  idi.  Bu  ideyalar  Massaçusets  Texnologiya 
İnstitutundan  C.Liklayderin  “Man-Computer  Symbiosis”  (İnsan-Kompyuter  simbiozu) 
(1960-cı  il),  “Qalaktika  şəbəkəsi”  (1962-ci  il)  və  “The  Computer  as  a  Communication 
Device”(Kompyuter  əlaqə  qurğusu  kimi)  (1968-ci  il)  məqalələrində  öz  əksini  tapmışdır. 
1961-ci  ildə  Kaliforniya  Universitetinin  professoru  Leonard  Kleynrok  informasiyanın 
paket  prinsipi  ilə  ötürülməsinin  ilk  işini  (”İnformation  Flow  in  Large  Communication 
Nets”)  çap  etdirir.  Bu  işində  o,  qlobal  informasiya  şəbəkələrinin  qurulmasının  başlıca 
prinsipini formalaşdırır: informasiyanı  müəyyən zaman müddətində, müxtəlif sayda aralıq 
bəndlərindən  keçməklə,    böyük  məsafəyə  göndərmək  üçün  verilənlər  kiçik  paketlərə 
ayrılmalı  və  bir-birindən  asılı  olmadan  ötürülməli,  yalnız  son  məntəqədə  qəbul  edici 
tərəfindən bir yerə yığılmalıdır. 
     ARPANET  layihəsi  çərçivəsində  iş  paketlərin  kommutasiyası  ilə  şəbəkələrin 
yaradılmasına əsaslanır. Bu şəbəkə növündə informasiya (məsələn xəbər) böyük olmayan 
paketlərə  bölünür,  həmin  paketlər  təyin  olunmuş  yerə  çatana  qədər  səmərəli  marşrut 
seçərək  bir-birindən  asılı  olmayaraq  müxtəlif  şəbəkələrdə  yerini  dəyişir.  Sonda  bütün 
paketlər  final  nöqtəsinə  çataraq  yenidən  birləşərək  ilkin  formanı  alır.  Bütün 
kompyuterlərin eyni hüquqlu olması informasiyanın konkret bir kompyuterdən asılılığını 
aradan qaldırır. Əgər kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan 
paketlər digər işləyən xətlərə ötürülə bilər. 
  ARPANET  sistemi  uzaq  məsafədə  olan  kompyuter  mərkəzləri  ilə  əlaqələri 
yaradırdı.  Bu  sistem    elektron  poçtunun  göndərilməsi  və  informasiya  mübadiləsi  üçün 
istifadə  olunurdu.  Sistem  inkişaf  edərək,  1983-cü  ildə  iki  şəbəkəyə,  ARPANET  və 
MİLNET şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, ARPANET şəbəkəsi 
isə  elmi  tədqiqatlar  məqsədi  üçün  nəzərdə  tutulurdu.  İki  şəbəkə  arasında  informasiya 
mübadiləsi imkanı yaranır və bu birləşmə Internet adı ilə tanınır. 
 1980-ci  ildə  yeni  şəbəkələr  meydana  gəldi.  Məsələn,  BITNET  (Because  It’s  Time 
Network),  CSNET  (Computer  Science  Network)  şəbəkəsi  hesablama  texnikası  və 
proqramlaşdırma  üzrə  tədqiqatçıları  birləşdirirdi.  Sonralar  bu  şəbəkələr  Internetə  daxil 
oldu. 
İnternet  –  milyonlarala  kompyuterləri,  proqramları,  verilənlər  bazalarını,  fayl  və 
insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.  
İnternetin  birinci  servisi  -  elektron  poçt    (E-mail)  1971-  ci  ildə  meydana  gəldi,  
Usenet şəbəkə yenilikləri  1976 ildə yarandı. 
KitabYurdu.az 
11
 


 
 
Jeneva  şəhərində  işləyən  fiziklər  Tim  Berners-Lee  və  Robert  Cailiau    başqa 
publikasiyalara  müraciət  edən,  format  olunmuş  və  özündə  qrafiki  və  başqa  informasiya 
daşayan  mətlərin  mübadiləsi  üçün  üsul  təklif  etdilər.  Beləliklə,  HTML  hipermətnlərin 
nişan dili yarandı və World Wide Web — Ümumdünya İnformasiya Hörmiçəyi servisinin 
əsası  qoyuldu,  Internet bütün dünyada populyar oldu. 
 
 6.2. İnternet şəbəkəsinə qoşulma üsulları və vasitələri  
 
 
Kompyuter  şəbəkələri  arasında  əlaqələr:  telefon  xətləri,  elektrik  kabelləri,  optiklifli 
kabel  və  radio  əlaqə  vasitəsilə  yerinə  yetirilir.  Əlaqə  xəttinin  əsas  göstəricisi 
informasiyanın    maksimal  ötürülməs  surətidir  .Əsasən  ucuz  qiymətə  başa  gəldiyi  üçün 
telefon  xətlərindən  istifadə  edilir.  İnternetdə  ayrılmış  xətlə  (koaksial,  burulmuş  cüt, 
optovalakon  kabellərlə)    ,  telefon  xətti  –  modem  vasitəsi  ilə,  peyklə,  radio  modemlə, 
elektrik şəbəkəsi vasitəsi ilə, simsiz qoşulma qaydaları və s. mövcuddur. 
             Qovşaq  kompyuterlər  arası  əlaqə  üçün  telefon  xətlərindən  və  ya  radioəlaqədən 
istifadə edilir. Şəbəkənin əlaqələndirdiyi kompyuterlər bir-birindən uzaq olmadıqda onları 
kabellərlə birləşdirmək olar .Son illər İnternet şəbəkəsində sputnik radioəlaqədən istifadə 
olunur. 
   Telefon xətləri ilə əlaqələnən qlobal şəbəkələrdə modemdən istifadə olunur. Modem 
– “modulyator/demodulyator” sözlərinin 1-ci hecalarından yaranmış və kompyuterlərin 
telefon xətti vasitəsi ilə informasiya mübadiləsi etməyə imkan verən qurğudur. Modem 
informasiyaları kompyuterin ikilik kodundan telefon siqnallarına və əksinə çevirir. 
Bununla yanaşı digər funksiyaları da yerinə yetirir. Modemin əsas xarakteristikası onun 
verilənləri ötürmə sürətidir. Qeyd edək ki , informasiyanın ötürülmə sürəti modemlə 
yanaşı telefon xəttinin keyfiyyətindən də asılıdır. İstifadəçi öz kompyuterindən İnternetə 
qoşulmaq üçün “İnternet Servis Provayder” (İSP) xidmətlərini təklif edən şirkət - 
provayder (ingiliscə - təchiz edən) ilə xüsusi razılaşması olmalıdır.  
 Azərbaycanda  əsas  provayderlər    “AzEvroTel”,    “AzTelecom”,  “Bakinter.net”, 
“İntrans”,  ”Azerin” və s. 
      DSL(Digital Subscriber Lines)- modemləri 
Bu  modemlər  adi  telefon  xəttlərindən  istifadə  edir.  DSL-modemlərin  istifadəsi 
verilənləri  10  km  qədər  məsafədə  2  –  8  Mbit/san    sürətində  ötürülməsinə  imkan  verir. 
Sürət  telefon  xəttlərinin  keyfiyyətindən  və  modemlər  arası  məsafədən  asılıdır.  DSL 
modemlərin istifadəsi İnternetdə işləyəndə telefon xətti məşqul olmur, xəttlər ilə verilənlər 
bir  tezlik  diapazonunda,  səs  isə  digərində  ötürülür,  Indiki  zaman,  DSL  texnologiyaları 
İnternetə abonentləri qoşulmasında  ən perspektiv  sayılır.   
            Peyk antenası vasitəsilə qoşulma   
İnternetlə  əlaqə  yaratmaq  üçün  peyk  antenlərdən  geniş  istifadə  olunur.  Peyk 
antenlərin istifadəsi verilənlərin ötürülmə sürəti 20-100 dəfə adi kanalardan yüksəkdir. 
  Mobil  telefonlardan  internet  əlaqələri  yaratmaq  üçün  WAP  (Wireless  Application 
Protocol,  Naqilsiz  Qoşulma  Protokolu)  protokolu  işlənmişdir.  İnternetə  naqilsiz 
qoşulmanən bir növü də Wi-Fi (Wireless Fidelity) qoşulmadır. 
 
 
KitabYurdu.az 
12
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə