Vikipediyanın cəmiyyətdə rolu
Vikipediyanın populyar olmasının əsas səbəbi onun dinamik olmasıdır. Yəni digər
ensiklopediyalarda son hadisələr haqqında, məsələn, hər hansı idman növü üzrə son
yarışda kimin qalib gəldiyini öyrənmək mümkün deyil. Vikipediyada isə yarışların nəticəsi
artıq bir-neçə dəqiqədən sonra məlum olur. ABŞ-da isə bəzi cinayət hadisələri haqqında
məlumat Vikipediyaya polislərin xəbər tutmasından qabaq yazılır.
Vikipediya azad ensiklopediya olduğundan dövlət strukturları üçün işləmir. Lakin,
artıq bir çox ölkələrdə dövlət strukturları Vikipediyadan istifadə edirlər. Məsələn, Amerika
məhkəmələrində ondan məlumat kitabçası kimi istifadə olunduğu heç kəsə sirr deyil.
Vikipediyanın cəmiyyətdə rolundan danışarkən ilk növbədə nəzərə alınmalıdır ki:
1.
Vikipediyada məqalələr azad istifadəyə və düzəlişə malikdirlər.
2.
Vikipediyada müəyyən edilmiş «neytral mövqe» qaydası hadisələrin və fikirlərin
plüralizmə uyğun və qərəzsiz işıqlandırılmasına nail olmaq imkanı verir.
3.
Vikipediyaya daxil edilmiş informasiya tədricən dəyişilmək tendensiyasına
malikdir.
4.
Xüsusiləşdirilmiş informasiyanı Vikipediyada çəkinmədən saxlamaq olar.
5.
Mübahisəli məqalələr və konflikt yaradacaq məlumatlar Vikipediyada az deyil və
hər zaman müzakirələrə səbəb olurlar, tez-tez dəyişdirilirlər. Vikipediyada neytral
məqalələr daha davamlıdırlar.
6.
Vikipediyada məqalələrin sayının digər ensiklopediyalarla müqayisədə həddən artıq
çox olmasına baxmayaraq, bütün məqalələri düzgün və dolğun hesab etmək olmaz.
Sitizendium və onun Vikipediyadan fərqi
Sitizendium (
Citizendium
–
citizens compendium of everything)
–
viki-
texnologiyaları əsasında idarə olunmasına baxmayaraq, qapalı virtual
ensiklopediyadır.
Vikipediyanın yaradıcılarından biri olan Larri Sanqer 2007-ci il martın 26-da virtual
ensiklopediyaya alternativ olan, lakin Vikipediyadan fərqli olaraq mütəxəssislər tərəfindən
yoxlanılan Sitizendium on-line ensiklopediyasını yaratdığı barədə xəbər verdi.
Vikipediyada olduğu kimi Sitizendium da pulsuzdur və istifadəçilər tərəfindən doldurulur.
Lakin burada müəllifin göstərilməsi vacibdir, məqalələr isə ekspertlər tərəfindən təsdiq
olunmalıdırlar. Məqsəd isə Vikipediya olan problemin Sitizendiumda qarşısını almaqdır –
çoxsaylı səhvlərdən və ziyankarlıqlardan ensiklopediyanın qorunması.
“Əgər yeni pulsuz ensiklopediya buraxılırsa, o zaman o, hiss olunacaq qədər daha
yaxşı olmalıdır. İstifadəçilərin bütün səlahiyyətlərə malik olduqları halda Vikiyə ziyan
vurmaqları məni məyus etdi. Odur ki, mən onun inkişaf etdirilməsində
bir növ mümkünlük
görmürəm” – Senqer bildirmişdir. Senqer əmindir ki, avtorizasiyanın mütləq olması
Sitizendium ensiklopediyada qalmaqalların qarşısını alacaqdır və Sitizendiumun
professional və əlyetərli olması gələcəkdə daha çox auditoriya cəlb edəcəkdir.
Vikipediya Azərbaycan dilində
Azərbaycan
dilində
yaranan
Vikipediya
2004
-
cü
ildə
www.az.wikipedia.org ünvanı altında fəaliyyətə başlamışdır.
Məqalələrin sayı
100 minə yaxındır. İngilis, rus, fransız və alman dilli ölkələrlə müqayisədə
Azərbaycanda Vikipediya çox tanınmır. Azərbaycan dilindəki Vikipediyada məqalə
KitabYurdu.az
26
yaradanlar əsasən gənclər –
məktəblilər və tələbələrdir. Ziyalılar, alimlər və
mütəxəssislər çox azdır və bu da az
-
vikidə məqalələrin keyfiyyətinə ciddi təsir
edir.
Keçidlər
1.
http://www.az.wikipedia.org/wiki/
2.
http://www.en.wikipedia.org/wiki/
3.
http://www.wikiionary.org/wiki/
4.
http://www.wikibooks.org/wiki/
5.
http://en.wikiversity.org/wiki/Wikiversity:Main_Page
6.
http://www.wikinews.org/wiki/
7.
http://www.wikispecies.wikimedia.org/wiki/
8.
http://commons.wikimedia.org/wiki/
9.
http://www.wikiquote.org/wiki/
10.
http://wikisource.org/wiki/
AMEA İnformasiya Texnologiyaları İnstitutu
13 saylı şöbənin müdiri, tex.e.d. R.M. Alıquliyev,
3 saylı şöbənin əməkdaşı, doktorant R.Ş. Həsənova
Bibliometriya, Elmmetriya, Vebometriya
Son illər elm və təhsil yaradıcılığının statistik analizi həm dünya, həm də ölkə
praktikasında daha geniş populyarlıq qazanmağa başlamışdır. Belə analizin mühüm
istiqamətlərdən biri də informasiyanın istehsalı, istifadəsi və axtarışının statistik
qanunauyğunluqlarını aşkarlayan və öyrənən cavan elmi istiqamət olan
İnformetriyadır
(Informetrics). 1979-cu ildə informasiyanın kəmiyyət aspektlərini öyrənən bu elm
sahəsində ilk tədqiqatları O.Nacke aparmışdır.
İnformetriya – informasiyanın kəmiyyət aspektlərini öyrənən elmi istiqamətdir.
Formasından və meydana gəlmə mənbəyindən asılı olmayaraq informetriya bütün
növ informasiyanın yayılması və istifadə olunmasını öyrənən elm sahəsidir. Beləliklə,
informetriya aşağıdakı sahələri əhatə edir:
Elmmetriya (Scientometrics)
– elmin
kəmiyyət aspektlərini öyrənir;
Vebometriya (Webometrics) – Veb-in (World Wide Web) kəmiyyət aspektlərini öyrənir;
Kibermetriya (Cybermetrics) – Vebometriyaya oxşayır, lakin Veb-dən kənar elektron
resursları əlavə etməklə, onun tədqiqat obyektini genişləndirir;
Bibliometriya – yazılı informasiyanın kəmiyyət aspektlərini öyrənir.
1.
BİBLİOMETRİYA VƏ ONUN ƏSAS QANUNLARI
Bibliometriya (Bibliometrics) – mətn və informasiyanın ölçülməsi üçün istifadə
olunan metodlar çoxluğudur. Adətən istinad analizində (citation analysis) və kontent-
analizdə (content analysis) bu metodlardan istifadə olunur. Baxmayaraq ki, bibliometrik
metodlar daha çox kitabxana və informasiya elmi sahəsində istifadə edilir, başqa sahələrdə
də geniş tətbiq oluna bilər. Bir çox tədqiqat sahələri bibliometrik metodlardan
tədqiqatçıları və ya məqaləni qiymətləndirmək üçün istifadə edirlər.
Bibliometriya termini ilk dəfə 1969-cu ildə ingilis alimi Alan Priçard (Alan
Pritchard) tərəfindən
riyazi və statistik metodları tətbiq etməklə kitabların, dövri
KitabYurdu.az
27