42
Fonokardioqraflarda yuxarıda qeyd edildiyi kimi müxtəlif prinsipli mikrafonlardan
istifadə edilir. Onlara qoyulan təlabat mikrafonun döş qəfəsi ilə bilavasitə əlaqədə
olmasıdır.
Hal-hazırda fonokardioqraflarda kompyuterlərdən geniş istifadə edilir. Aşağıdakı
şəkildə belə bir cihazın struktur sxemi verilmişdir:
mikrafon
elektrodlar
Şəkil 2. Kompyuterləşdirilmiş fonokardioqrafların struktur
sxemi
Sinəyə bərkidilmiş mikrafondan gələn siqnalları gücləndirərək komutatora verir.
Kamutatora həmçinin elektrokardioqrafik siqnallar da verilir. Kamutatorun çıxışı ARÇ-
lə əlaqələndirilir. Baxılan siqnallar burada rəqəm koduna çevrilir. ARÇ-nin çıxışındakı
siqnal (rəqəm kodu) uzlaşdırıcı modul vasitəsilə fərdi kompyuterə ötürülür. İdarəedici
siqnallar baxdığımız struktur sxemdə göstərilməyib.
Tədqiqatları apararkən yaranan problemlərdən biri pasientin fərdi xüsusiyyətindən
asılıdır. Bu məqsədlərlə kalibrləşdirici blokdan istifadə edilir. Məlum amplitudlu
siqnalları bədənə verilərək mikrafon
vasitəsilə qəbul edilib, kompyuterdə qeyd edilir.
Bu üsulla sanki siqnalların ölçmə nəticəsinin dəqiqliyi artırılır.
KB
Uzlaş.
modul.
ARÇ
FK
Komutator
›
›