MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
  1   2   3   4   5   6   7   8   9   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN KƏND
TƏSƏRRÜFATI AKADEMİYASI 
CƏFƏR İBRAHİMOV 
 
PSİXOLOGİYADAN
MÜHAZİRƏ 
 KONSPEKTLƏRİ 
Qiyabi təhsil alan tələbələr üçün
yardımçı vəsait 
Bakı- 2002 
downloaded from KitabYurdu.org


BBK 88.3 
 İ-17 
Vəsait Azərbaycan Respublikası təhsil Nazirliyi Elmi-
metodik Şurası «Pedaqogika və psixologiya» bölməsinin 
25.03. 2002-ci il tarixli iclasında (protokol №
 
03) təsdiq 
olunmuş və çapa layiq görülmüşdür 
Rəyçilər: 
Ə. Ə. Əlizadə - psixologiya elmləri doktoru, professor
Ə.M. Həsənov - fəlsəfə elmləri doktoru, professor 
Z.M. Aslanova - psixologiya elmləri namizədi, dosent 
Elmi redaktor: 
S. İ. Abbasova — pedaqoji elmlər namizədi 
C.H. İbrahimov. Psixologiyadan mühazirə konspektləri. 
Yardımçı vəsait. Bakı, 2002, 103 səh. 
Vəsait Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında qiyabi 
təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Vəsait mövcud 
dərslik və dərs vəsaitindən onunla fərqlənir ki, burada bakalavr 
pilləsi üçün zəruri olan materiallar cəm halında vəhdətlə 
verilmişdir. Mövcud proqramma uyğun olaraq vəsait üç hissədən 
ibarətdir. Şəxsiyyət və fəaliyyət, şəxsiyyətin idrak prosesləri, 
şəxsiyyətin psixoloji xüsusiyyətləri ayrı-ayrı bölmələr şəklində 
şərh olunur. 
Vəsaitdən digər ali məktəblərdə qiyabi təhsil alan tələbələr də 
faydalana bilərlər. 
ARTNƏ № 277 29.03. 2002 

downloaded from KitabYurdu.org


 
BİR NEÇƏ SÖZ 
İnsanın psixoloji xüsusiyyətlərinə yaxından bələd olmaq, 
fəaliyyət və ünsiyyət prosesində onu düzgün nəzərə almaq 
hər bir ziyalı üçün, mütəxəssis üçün vacib amildir. Gələcək 
mütəxəssislərin bir şəxsiyyət kimi formalaşmasında ali 
məktəbdə psixologiyadan aparılan mühazirə məşğələlərinin 
də böyük əhəmiyyəti vardır. Çünki psixologiya elminin 
nailiyyətlərindən düzgün və yerində istifadə edilməsi bütün 
fəaliyyət sahələrində olduğu kimi kənd təsərrüfatında da 
yüksək nəticələr əldə edilməsinə səbəb olur. Təsadüfı 
deyildir ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında 
qiyabi təhsil alan tələbələr üçün nəzərdə tutulan bu vəsait 
mövcud dərslik və dərs vəsaitlərindən onunla fərqlənir ki, 
burada bakalavr pilləsi üçün zəruri olan materialın cəm 
halında, 
vəhdətdə 
tələbələrə 
çatdırılması 
nəzərdə 
tutulmuşdur. Mövcud proqrama uyğun olaraq vəsait üç 
hissədən ibarətdir. Məs. hissənin sonunda verilən seminar 
məşğələlərinə hazırlaşmaq üçün mövzular və tövsiyə edilən 
ədəbiyyat 
siyahısı 
mühazirələrin 
daha 
dərindən 
mənimsənilməsinə xidmət edir. 
Bu tədris vəsaiti son beş ildə Azərbaycan Kənd 
Təsərrüfatı 
Akademiyasında 
pedaqoji 
fəaliyyət 
və 
müşahidələr nəticəsində meydana gəlmişdir. Vəsaitin 
hazırlanmasında bu sahədə olan dəsrlik və vəsaitlərdən, 
məqalələrdən, müasir psixolji tədqiqatlardan istifadə 
olunmuşdur. Qiyabi təhsil alan kənd təsərrüfatı üzrə gələcək 
mütəxəssislərə 
nəzərdə tutulan bu vəsaitdən digər 
məktəblərdə «Ümumi psixologiya» fənni üzrə qiyabi təhsil 
alan tələbələr də faydalana bilərlər. Vəsait şübhəsiz ilk addım 
olduğu üçün müəyyən qüsurlardan xali deyildir. Ona görə də 
vəsait haqqında tənqidi fikirlərini və xeyirxah məsləhətlərini 
bildirən oxuculara əvvəlcədən minnətdarlığımı bildirirəm. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə