Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının


MÜALICƏVI-PROFILAKTIKI QIDALANMA XÖRƏKLƏRININ HAZIRLANMA TEXNOLOGIYASINA TƏLABAT



Yüklə 2,17 Mb.
səhifə6/23
tarix18.04.2018
ölçüsü2,17 Mb.
#39386
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23

2.MÜALICƏVI-PROFILAKTIKI QIDALANMA XÖRƏKLƏRININ HAZIRLANMA TEXNOLOGIYASINA TƏLABAT

Peşənin zərərliyindən asılı olaraq səhər və ya nahar yeməkləri ciddi təsdiq olunmuş müalicəvi-profilaktiki qida rasionunun normalarına uyğun hazırlanmalıdır.

Təsdiq olunmuş rasionun hər hansı bir məhsulu olmadıqda, nadir hallarda onu qida və bioloji dəyərinə görə daha yaxın olan başqa məhsulla əvəz etmək olar.

Qeyd etmək lazımdır ki, hər rasion üçün məhsul dəsti və onların miqdarı lazım olan nisbətdə olmaqla, istehsalın zərərli fiziki və kimyəvi amillərin təsiri zamanı xeyli profilaktiki effekt vermək imkanına malikdir. Buna görə də məhsul dəstində olan məhsulun digəri ilə səmərəsiz əvəz olunması, rasionun ümumi müdafiə təsirinə mənfi təsir göstərir.

Qida məhsullarının birinin digəri ilə əvəz olunmasını norma daxilində həyata keçirmək tələb olunur.

Hər rasion üçün 6-10 günlük menyu tərtib olunur. Müalicəvi-profilaktiki qidalanmanın 6 günlük isti səhər yeməkləri menyusu ilə tanış olaq:




Rasion №1

Kələm salatı

Kələm salatı

Xamalı qaraciyər

Kartoflu qızardılmış balıq

Şor pudinqi

Meyvələr


Ilıq yumurta

Qatıq

Meyvələr

Çörək, çay

Qatıq




Çörək, çay




Vineqret

Göy noxudlu marinadlaşmış çuğundur

Kartoflu suda birişilmiş mal əti

Stroqanova görə qaraciyər

Kələmlə bişirilmiş omlet

Südlü şor

Meyvələr

Meyvələr

Qatıq

Qatıq

Çörək, çay

Çörək, çay




Tərəvəz salatı

Vineqret

Pörtülmüş qarnirli ət

Vermişelli xırda kiftələr

Xamalı kəsmik kətəsi

Pendirli arpa sıyığı

Meyvələr

Meyvələr

Qatıq

Qatıq

Çörək, çay

Çörək, çay

Rasion №2

Tərəvəz salatı Marinadlı balıq

Makaronlu pördlədilmiş mal əti Vermişelli qaraciyər

Çay qəndlə Çay qəndlə

Qatıq Qatıq

Pendir, çörək Pendir, çörək

Kələm salatı Tərəvəzli pörtlədilmiş kartof

Yumurta və düyülü antrekot Makaron ətlə

Çay qəndlə Çay qəndlə

Qatıq Qatıq

Pendir, çörək Pendir, çörək


Vineqret Tərəvəz raqusu

Qarabaşaq sıyığı ilə şnisel Ətli blinçik

Çay qəndlə Çay qəndlə

Qatıq Qatıq


Rasion №2a

Təzə meyvə-tərəvəzdən salat

Kök salatı

Mal əti və ya bişirilmiş ürək

Xamalı şor

Ətli darı şorbası

Təzə kələmdən şi

Şorlu kəsmik kətəsi

Tərəvəzli suda bişirilmiş mal əti

Gavalı şirəsi (alma, armud, gilas, kök, kələm)

Qatıq

Çovdar çörəyi

Çovdar çörəyi (buğda)




Təzə xiyarlardan salat

Ağbaş kələm salatı

Suda bişirilmiş mal əti və ya ürək

Çəyirdəksiz, qara gavalılı şor

Kartof şorbası

Tərəvəz şorbası

Mürəkkəb qarnirli, buğda bişirilmiş yumru kotlet

Suda bişirilmiş cücə kök püresi ilə

Şirin qatıq

Təzə təbii alma və ya gavalı, armud, qara üvəz, üzüm, gilas (təzə dondurulmuş)

Çovdar çörəyi (buğda)

Çovdar çörəyi (buğda)

Təzə tərəvəz salatı Yaşıl salat

Qarnir suda bişirilmiş mal əti və ya ürək

Ərik qurusu və ya mövüclü şor

Yarmalı, südlü şorba

Kəndli şorbası

Tez ovulan sıyıq və suda bişirilmiş ev dovşanı

Kartof zapekankası (giləmeyvə likoru) və ya rulet, qaraciyərlə

Qatıq

Qatıq

Çovdar çörəyi (buğda)

Çovdar çörəyi (buğda)







Rasion №3

Ağbaş kələm salatı

Kök salatı

Suda bişmiş makaronlu, pörtülmüş ət

Bişmiş balıqla, kartof

Şəkər və südlü şor

Şəkər və südlə şor

Meyvələr

Meyvələr

Çörək, çay

Çörək, çay




Turp və kök salatı

Vitaminli salat

Pörtlədilmiş qaraciyər, qarabaşaq sıyığı ilə

Bişirilmiş tərəvəzli qulyaş

Şəkər və südlü şor

Şəkər və südlü şor

Meyvələr

Meyvələr

Çörək, çay

Çörək, çay




Çuğundur salatı

Turş kələm salatı

Düyülü tefteli (xırda küftə)

Kartof püresi və yumurtalı rulet

Şəkər və südlü şor

Şəkər və südlü şor

Meyvələr

Meyvələ r

Çörək, çay

Çörək, çay

Rasion №4



Xamalı şor

Şor zapekankası

Qarabaşaq sıyıqlı pörtlədilmiş ət

Suda bişirilmiş və ya qızardılmış balıq kartofla

Qatıq

Qatıq

Çörək, yağ, çay

Çörək, yağ, çay




Şorlu varenik

Xamalı şor

Kartof zapekankası bişmiş ətlə

Bişirilmiş makaronlu rulet

Qatıq

Qatıq

Çörək, yağ, çay

Çörək, yağ, çay







Bişmiş şor pudinqi

Pendir qutabı

Tərəvəzli bişmiş ət

Qızardılmış balıq kartofla

Qatıq

Qatıq

Çörək, yağ, çay

Çörək, yağ, çay

Rasion №4a



Vitaminli salat

Buğlu şor pudinqi

Bişmiş ürəklə bişmiş düyü

Bişmiş balıq kartofla

Qatıq

Qatıq

Çörək, yağ, çay

Çörək, yağ, çay




Təzə vareniklər

Südlü şor

Bişirilmiş dil, arpa sıyığı ilə

Tərəvəz zapekankası ətlə

Qatıq

Qatıq

Çörək, yağ, çay

Çörək, yağ, çay




Şor zapekankası

Tərəvəz salatı

Bişirilmiş balıq tərəvəzlə

Bişirilmiş toyuq qarabaşaq sıyığı ilə

Qatıq

Qatıq

Çörək, yağ, çay

Çörək, yağ, çay

Rasion №5



Yumurtalı yay salatı

Xamalı şor

Qarabaşaq sıyığı ilə romşteks

Bişirilmiş yumurta

Qatıq

Qızardılmış balıq, qızardılmış kartofla

Çörək, yağ, çay

Qatıq




Çörək, yağ, çay




Şor pudinqi

Vineqret

Qızardılmış kartofla qulyaş

Yumurta və kartof ruleti

Qatıq

Qatıq

Çörək, yağ, çay

Çörək, yağ, çay




Təzə kələm salatı

Soğanlı omlet

Yumurta və düyü bifşteksi

Soğanlı, makronlu

Qatıq

Qatıq

Çörək, yağ, çay

Çörək, yağ, çay




3.MPQ (MÜALICƏVI-PROFILAKTIKI QIDALANMA) XÖRƏKLƏRININ SAXLANMA MÜDDƏTI VƏ REALIZƏSI

Çıxdaş üzrə (pis malların çıxdaş edilməsi) komissiyanın icazəsindən sonra müalicə-profilaktiki qidalanma xörəkləri realizə oluna bilər. Şorba və isti xörəklər paylanana qədər marmitdə (hermetik qapaqlı qab) 2-3 saatdan artıq olmamaqla saxlanılmalıdır. Hazır məhsulun normadan artıq saxlanmasına xüsusi hallarda icazə verilir. Hazır məhsulun məcburi saxlanması zamanı, o, hazırlandığı müddətdən 3 saatdan artıq vaxt keçməmək şərtilə soyudulmalıdır. Saxlanma +80C-dən artıq olmayan temperaturda və 12 saatdan artıq olmamaq şərtilə aparılır. Qalan qidanın miqdarı jurnalda qeyd olunur. Təkrar paylanma zamanı bu xörəklər diqqətlə yoxlanılmalıdır. Normal orqanoleptik göstəricilərə malik olan xörəklər təkrar isti ilə işlənməyə məruz qalır. Sulu xörəklər qaynadılır, ət və balıq xörəkləri isə qızardılır. Bu xörəklərin realizə müddəti 1 saatdan artıq deyil. Bir gün əvvəlki qidanın qalıqlarını təzə qida ilə qarışdırmaq qəti qadağandır.

Tərəvəz xörəklərinin xüsusilə isti xörəklərin saxlanma müddətindən nəinki onların dad keyfiyyətləri, həmçinin vitamin dəyəri də asılıdır. Məsələn, təzə kələmdən hazırlanan isti xörəklərdə 3 saatdan sonra C vitamini 20%, 6 saatdan sonra isə 6% qalır. Ona görə də isti tərəvəz xörəklərinin saxlanma müddəti şorbalar üçün isti və qarnirlər üçün isə 750C temperaturda 2-3 saatdan artıq olmamalıdır.

Təkrar isinmə zamanı dad xeyli pisləşir və C vitamini tamamilə parçalanır. Ona görə də bu xörəklərin hazırlanması müalicəvi-profilaktiki qida rasionuna uyğunlaşdırılmalıdır. Təzə tərəvəzlər salatları işçilərə verilən ərəfədə hazırlanmalıdır.

Müalicəvi-profilaktiki qidalanmada səhər yeməkləri və ya naharın gigiyenik qiymətləndirilməsi zamanı tibb məntəqələrinin tibb işçiləri tərəfindən Tibb Elmləri Akademisayının tövsiyəsi əsasında hazırlanmış xörəklərin uyğunluğu yoxlanılmalıdır. Nadir hallarda bu və ya digər qida məhsullarının əvəz olunmasına ancaq dəyişmə norması daxilində icazə verilir.

Müalicəvi profilaktiki qidalanma məhsullarının keyfiyyətinə və onların buraxılma qaydalarına cavabdehliyi istehsal müdiri və aşbaz daşıyır.

Bu zaman ictimai iaşə müəssisəi müəyyən miqdarda müalicəvi-profilaktiki qidalanmanı ayrı-ayrı rasiona görə hazırlamaq üçün aldıqları sifarişləri hər iş növbəsinin təyin edilmiş vaxtına uyğun hazırlamalıdır.

4.MÜALICƏVI-PROFILAKTIKI KONSERVLƏRIN TEXNOLOGIYASI.

Müalicəvi profilaktiki konservlər,müalicəvi-pəhriz və radioaktiv mühafizə xüsusiyyətlərinə malik olan meyvəvə tərəvəzdən istiqamətli təsirə malik olan əlavələr daxil etməklə hazırlanır. Bu konservlər hazırlanarkən meyvə və tərəvəzlərin elə sort və növləri istifadə olunur ki, onların tərkibində BAM-ın miqdarı yüksək miqdarda olur və o, orqanizmdə nizamlayıcı və müdafiə funksiyasını yerinə yetirir.

Birinci qrup konservlərə BAM əlavə edilir. Bu qrupa düyülü, kök-qabaq və qaraüvəzli kök-alma və “Vesnyanka” şərbəti aiddir.



Vesnyanka” şərbəti. Şərbət bitkilərin cəmindən (çobanyastığı çiçəyi, gülünbahar, zirə, kəndalaş, çökə, pişikdili otu, kağızgülü, zirə meyvəsi, gicitkən yarpağı, istiot və qara qarağat) ibarətdir.

Şərbəti hazırlamaq üçün bitki yığımı sulu ekstrakt formasında istifadə edilir və əlavə olaraq kəhraba turşusu və aşağıdakı komponent nisbətində olan şəkər (kütlə %) əlavə edilir: bitki yığımı sulu ekstraktı – 33,85%, kəhraba turşusu 0,15%, şəkər 66%.



Düyülü kök – qabaq deserti. Kök və qabaq yüksək miqdarda karotinə, qara meyvəli üvəz polifenollarla, P-vitamini aktivliyinə, C-vitamininə və mikroelementlərə malikdir.

Kök və qabaqdan püre hazırlanır. Düyü əvvəlcədən pörtlədilir. Alınmış püre və düyü qarışığına, şərbət şəklində 70%-li qatıldıqda olan şərbət və limon turşusu (0,05%-li) əlavə edilir. Desert 1200C-də sterlizə edilir. – karotinin miqdarı 3,6 mq/100q təşkil edir.



Qara üvəzli alma-kök deserti. Kökdən və almadan püre hazırlanır. Qara üvəz meyvələri şəkər şərbətində bişirilir. Bütün komponentlər qarışdırılır, qablaşdırılır, 1100C –temperaturda sterilləşdirilir. karotinin miqdarı 3,1mq/100 q-dır.

İkinci qrup konservlər kənardan karotin əlavə ediməklə hazırlanır. Karotin mənbəyi kimi suda həll olan “Veteron-2” preparatından istifadə edilir.

Şəkərli xırdalanmış çuğundur”və “Şəkərli xırdalanmış çuğundur və alma”konservi hazırlanarkınhəcmi 0,5dm3 olan şüşə bankalara qablaşdırılmazdan əvvəl 900 mq miqdarında suda həll olmuş Veteron-2 preperatı ( – karotinin qatılığı – 38%) əlavə edilir.

Konservlər adi üsulla sterilləşdirilir. Bu zaman karotinin miqdarı 4,2mq/100 q olur.

Üçüncü qrup konservlər meyvə və tərəvəzlərin lətli şirələri əsasında, kənardan az eterifikasiya olunmuş pektin əlavə etməklə hazırlanır. Bu da kompleks əmələgətirmə qabiliyyətinə malik olmaqla, orqanizmdən ağır metalların kationlarını və radionuklidləri çıxarmağa qadır olur. Pektinin bütün növləri qida liflərinin xüsusiyyətlərini göstərməklə, mədə-bağırsaq sisteminin mühərrik funksiyasını yaxşılaşdırır.

Orqanizmdə qurğuşunu xaric etmək üçün şirənin, pürenin, kiselin və digər məhsulların tərkibində olan pektindən istifadə edilir. Onun tərkibində pH- 3,8-4,5 arasında tərəddüd edir.

Orqanizmdən radionuklidlərin o cümlədən stronsiumun kənarlaşdırılması üçün, müalicəvi-profilaktiki məhsular hazırlandıqda, pektin turş mühitli qida məhsuluna əlavə edilə bilməz.

Onun ya sərbəst toz halında və ya həb halında müalicə otları ilə birlikdə istifadə edilməsi məqsədəuyğundur. Preparatın məsləhət görülən dozası yaşlılar üçün 2-5 q/gün, uşaqlar üçün 1,5-2,5 q/gün məsləhət görülür. Belə dozalarda pektinin qəbul kursu məhdud deyildir.

Konservlərin çeşidi məhsulun məhlul konsistensiyasına görə müəyyən edilir. Bu konsistensiya pektinin kompleks əmələgətirmə qabiliyyətinin təzahür etməsi üçün vacibdir. Bu məhsullarda pektin təbii tərkib hissəsini təşkil etməklə, dad keyfiyyətlərinə mənfi təsir etmir.

İynəyarpaqlı ağacların qabığından və ya çuğundurdan alınan pektin məhsul kütləsi sulu məhlul şəklində 15-20% miqdarında şərbətə qatılır və sonra püre ilə qarışdırılır.

Lətli şirə (kök, çuğundur, alma, gavalı, gilas) adi texnologiya ilə hazırlanır. Hazır şirələrdə pektinin miqdarı (gilas şirəsi)1,8%-dən 2,25%-dək (kök şirəsi) olur.

Mülaicə-profilaktiki konservlərin dördüncü qrupuna qida liflərinə malik olan konservlər daxildir. Qida liflərinin mənbəyi kimi yulaf yarması və yulaf cəngəsi istifadə oluna bilər.

“Herkules” yulaf lopasını əlavə etməklə, alma və gavalı kiseli hazırlanmışdır. Kisel üçün nişasta kimi fosfatlı qarğıdalıdan istifadə edilir. Çünki o, modifikasiya olunmamış nişastaya nisbətən daha yüksək özlülüyə, su saxlamaq qabiliyyətinə və yüksək temperaturun təsirinə qarşı davamlılığa malik olur.

Yulaf lopası (liflərdən başqa) həmçinin zülallara, xeyli miqdarda K,Ca, Mg, P və B1, B2 və PP vitaminlərinə malikdir ki, onlar da nəinki müalicəvi, həm də qida əhəmiyyətinə malikdir.



Alma və gavalı kiseli. Alma və gavalı konservləri hazrırlayarkən əvvəlcə püre hazırlanır. Yulaf lopası dezinteqratorda dişli disklərdə xırdalanır. Yarma 1:6 nisbətində içməli su ilə doldurulur, 2 saat şişmə üçün saxlanılır, sonra yumşalanadək bişirilir.

Alınmış qatı həlim sürtülərək 0,8 mm-lik ələkdən keçirilir. Nişasta maqnitli, deşikləri 1,0 mm olan tutuculu ələkdən keçirilir.

Şəkər və şərbət meyvə konservlərində olduğu kimi hazırlanır.

Hazırlanmış komponentlər qarışdırıcı ilə bişirmə qazanında qarışdırılır. Qarışdırma 10 dəqiqə ərzində aparılır, sonra 300C-dək qızıdırılır və dərhal 0,25dm3-lik bankaya qablaşdırılır. Kisel 1000C-də, desertlər isə 1100C-də stabilləşdirilir. Yulaf lopalarının kiseldə miqdarı aşağıdakı kimidir: nişasta -2,0%, püre-60%, şərbət-2,8%. Desertlərdə yulaf lopalarının miqdarı almada-16,7%, gavalıda-25% təşkil edir.

Müalicəvi-profilaktiki konservlərin ayrı qrupu olan-laktofermentləşmiş şirə və içkiər-istiqamətlənmiş süd turşu qıcqırması məhsullarıdır. Bu şirə və içkilər aminturşuları, vitaminlər, üzvi turşular, dabbaq və pektin maddələri, makro və mikroelementlərlə zəngindir.

5.VITAMIN KOMPLEKSLI VƏ OT CÖVHƏRLI MÜALICƏVI-PROFILAKTIKI KONSERVLƏRIN TEXNOLOGIYASI.

Bu növ konservlər püreşəkilli sürtülmüş və ya homogenləşdirilmiş, doğranmış və ya hissəciklər şəklində ola bilər. Onların tərkibində təyinatından asılı olaraq ət, tərəvəzlər, giləmeyvələr, yarma, pektin, süd, vitaminlər kompeksi (C, B1, B2, B6, PP, E) və müalicəvi otlardan birinin cövhəri olur. Toyuq və ya mal əti istifadə olunur. Tərəvəz çeşidinə əlavə olaraq badımcan, yarmanın tərkibinə-qarabaşaq, arpa, buğda yarması, yulaf lopası-herkules aiddir. Həmçinin qarğıdalı və günəbaxan yağlarından istifadə edilir. Toyuq və mal ətinin hazırlanması ətli-tərəvəzli və ət konservlərinin hazırlanmasında olduğu kimidir.

Badımcan, yuyucu maşınlarda yuyulur, saplağı kəsilir, 40-50 mm-lik dairə şəklində kəsilir. İri doğranmış badımcan konservi hazırlandıqda, onu suda 98-1000C temperaturda 10-15 dəqiqə ərzində pörtlədir, sonra 300C-dək soyudur və gözcüklərinin diametri 1,2-1,5 və 0,7-0,8 mm olan sürtkəc maşınından keçirirlər.

Yarma (buğda, arpa, qarabaşaq) seperatordan, dən təmizləyicidən, sonra isə metal qarışıqlar tutulması üçün su ilə novdandan keçirilərək, yuyucu maşınlarda yuyulur və isti ilə işlənmə üçün qazanlara ötürülür.

Isti ilə işlənmənin davam etmə müddəti yarmanın və konservin növündən asılıdır.

Iri doğranmiş konservlərin istehsalı zamanı yarmalar suda 97-1000C temperaturda pörtlədilir: qarabaşaq və buğda yarmaları kütləsi 3 dəfə artanadək 5-8 dəqiqə ərzində, düyü isə kütləsi 2 dəfə artanadək 5-10 dəqiqə ərzində pörtlədilir.

Pörtlədilmiş yarmalar (qarabaşaq yarmasından başqa) axar suda əzinti tam kənar olanadək yuyulur. Temperatur 300C-dək aşağı düşür.

Sürtülmüş və homogenləşdirilmiş yarma konservləri 96-1000C-də bişirilir: qarabaşaq və buğda yarması 20 dəqiqə ərzində kütlə 3 dəfə artanadək, arpa yarması 40-50 dəqiqə ərzində kütlə 3,5 dəfə artanadək, düyü 15-20 dəqiqə ərzində kütləsi 2,5 dəfə artanadək bişirilir. Arpa və düyü yarması axar suda yuyulur, nazik diskili doğrayıcıda və ya kolloid dəyirmanda xırdalanır. Hazırlanmış yarmalar sürtülməyə ötürülür.

Ot cövhərinin hazırlanması səhiyyə orqanlarının tövsiyəsinə uyğun həyata keçirilir.

Çobansüzgəci, ayıqulağı, qırxbuğumvə çəfəri kökü üzərinə 980C temperaturda olan su tökülür (çobansüzgəci və sporiş-10 dəqiqə, ayıqulağı-20 dəqiqə, cəfəri kökü-15dəqiqə qaynadılır.

Ardic, mərsin yarpaqları, gicitkən, peyğəmbərçiçəyi, ladan ağacı, tozağacı tumurcuğunun üzərinə 980C temperaturlu su tökülür və cövhəri çəkilir: ardıc və peyğəmbərçiçəyi-20 dəqiqə, mərsin yarpağı və ladan ağacı-30 dəqiqə, gicitkən 15 dəqiqə, tozağacı tumurcaqları isə 2 saat dincə qoyulur.

Hər bir halda otların üzəri su ilə doldurulduqda, ot kütləsi və suyun həcmi 13,5:100 nisbətində götürülür.

İtburununun meyvələri vallar vasitəsilə əzilir və üzərinə 980Ctemperaturlu su tökülür, 15 dəqiqə qaynadılır və 24 saat ərzində cövhəri çəkilir.

Alınmış cövhərlər deşiyinin diametri 0,7-0,8mm olan torlu süzgəcdən keçirilir, qaynar su ilə həcmi 100 litrə çatdırılır, sousun və ya şirənin bişirilməsinə verilir. Otların çövhəri sous və ya şirəyə suyun resept miqdarına əsasən əlavə edilir.

Suda həll olan vitaminlər sousa bişirmənin sonunda əlavə edilir. Əvvəlcədən o, 2-3dm3 həcmli, teperaturu 700C olan suda həll edilir. Yağda həll olan E vitamini konservlərə bitki yağı qarışığı ilə birgə əlavə edilir (100 kq bitki yağına 0,0167 kq E vitamini).

Sürtülmüş və homegenləşmiş konservlərdə komponentlər reseptə uyğun qarışdırılır. Bundan sonra homogenləşmə üçün nəzərdə tutulan qarışıqlar homogenləşdirilir və isidilir. Sürtülmə üçün nəzərdə tutulan konservlər deaerasiya edilir, 850C-dək isidilir və qablaşdırılmağa göndərilir.

Iri xırdalanmış və bərk hissəcikli komponentli konservlər istehsalında yağlı faza, reseptə uyğun olaraq qarışdırıcıya verilərək qarışdırılır, 85-870C temperaturadək isidilir və qablaşdırılır. Bərk fazanın maye faza olmadan isidilməsinə və qablaşdırılmasına icazə verilir.

Bitki yağını birbaşa bankalara dozalaşdırıcı vasitəsilə qablaşdırırlar. Konsevlərin bərk fazasının sous, şirə və bitki yağı ilə nisbəti 57:40:3 olmalıdır.

Bütün növ konsevlərin qablaşdırılması zamanı temperatur 800C-dən aşağı olmamalıdır. Konservlər həcmi 0,25dm3-dan az olmayan şüşə taraya qablaşdırılır və laklanmış metal qapaqlarla bağlanır.

Püreyəbənzər armud, gavalı, alma, qabaq-alma və yulaf yarması ilə birgə olan konservlərin saxlanma müddəti 2 il, qalan konservlərinki isə 1,5 ildir.


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə