Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Təhsil   sisteminin   quruluşu
  təhsil   qanununda   öz   əksini   tapmışdır.  Qanunda
təhsil müəssisələrinin tipləri, hər tipin növləri müəyyən edilmişdir:
1.
Məktəbəqədər təhsil müəssisələri
: körpələr evi, körpələr evi – uşaq bağçası,
uşaq bağçası, xüsusi uşaq bağçası. Məktəbəqədər təhsil 3 yaşdan başlayır. 5 yaşından
uşaqların məktəbə hazırlığı zəruri sayılır. Belə hazırlıq uşaq bağçalarında, məktəbdə
və ailədə həyata keçirilə bilər.
2.  
Ümumtəhsil məktəbləri
: ibtidai (I-IV siniflər); ümumi orta (V-IX siniflər) və
tam   orta   təhsil   (X-XI   siniflər)   ümumi   təhsil   pillələrini   əhatə   edir.  Buraya   habelə
ümumtəhsil internat və xüsusi internat məktəbləri, istedadlı uşaqlar üçün məktəblər,
gimnaziyalar, liseylər və digər ümumtəhsil müəssisələri daxildir. Gimnaziya, əsasən,
humanitar təmayüllü orta ümumtəhsil məktəbidir. Lisey istedadlı şagirdlər üçün mü-
vafiq təmayüllər üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir.
Respublikamızda ümumi orta təhsil (I-IX siniflər) icbaridir. Tam orta təhsil (X-
XI siniflər) təmayüllər üzrə qurulur (humanitar, texniki, təbiət və s.).
3.
Məktəbdənkanar təhsil müəssisələri
: uşaq-gənclər məktəbləri (idman, şahmat
və s.), uşaq yaradıcılıq mərkəzləri (texniki, bədii yaradıcılıq, ekoloji tərbiyə, turizm
və diyarşünaslıq, estetik tərbiyə mərkəzləri), məktəbdənkənar iş mərkəzləri və s.
4.
İlk peşə-ixtisas təhsili müəssisələri
: peşə məktəbləri, peşə liseyləri.
5.
Orta ixtisas təhsili müəssisələri
: texnikumlar, kolleclər. Kollec – orta ixtisas
proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi
vermək hüququ olan təhsil müəssisəsidir.
6.
Ali təhsil müəssisələri
: universitetlər, akademiyalar, institutlar və s. Univer-
sitet – geniş spektrli, yüksək ixtisaslı mütəxəssislər hazırlayan çoxprofilli aparıcı ali
təhsil müəssisəsidir. Akademiya müəyyən sahə üzrə yüksək ixtisaslı mütəxəssislər
hazırlayan  ali  təhsil  müəssisəsidir. İnstitut  –  müstəqil  və  ya  universitetin   struktur
15


bölməsi kimi konkret ixtisaslar üzrə mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir.
Ali təhsil müəssisələrində mütəxəssis hazırlığı 3 səviyyədə aparılır:
-  
Bakalavriat
  – başa çatmış ali təhsil pilləsi olmaqla məzunlara “bakalavr” ali
peşə-ixtisas dərəcəsi verilir.
-  
Magistratura
  – dərin hazırlıqlı mütəxəssislər yetişdirən ali təhsil pilləsidir, mə-
zunlara “magistr” ali peşə-ixtisas dərəcəsi verilir. Onun bakalavr pilləsindən fərqi ondadır
ki, magistrlər ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
-  
Doktorantura
  – ali təhsilin ən yüksək səviyyəsi olmaqla məzunlara “doktor”
elmi dərəcəsi verilir. Doktorantura iki pillədən ibarətdir: birinci pilləni başa vuranlara
“fəlsəfə doktoru” (elm sahələri göstərilməklə), ikinci pilləni bitirənlərə “elmlər dok-
toru” (elm sahələri göstərilməklə) elmi dərəcəsi verilir.
Ali məktəblərdə çalışan professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyət sa-
həsində əldə etdikləri nəticələrə görə müsabiqə və seçki yolu ilə müxtəlif 
elmi adlar
verilir: dosent, professor, baş elmi işçi (laboratoriyada elmi-tədqiqat işi aparanlara).
Əlavə təhsil müəssisələri
: universitetlər, institutlar, elm-təhsil mərkəzləri və s.
Nəzərdən keçirilən təhsil müəssisələri Təhsil Qanunu bazasında hazırlanmış öz
Nizamnamələri əsasında fəaliyyət göstərir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə