Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

3. Xaricdə ali təhsil sistemi
Xaricdə   ali   təhsil,   əsasən,   universitetlərdə   həyata   keçirilir:   tələbələrin   böyük
qismi   aparıcı   ali   təhsil   müəssisəsi   kimi   universitetlərdə   təhsil   alır.  Bundan   əlavə
konkret ixtisaslar üzrə ali təhsili institutlarda, bəzi ölkələrdə (məsələn, ABŞ-da, İngil-
tərədə) ali kolleclərdə də (təhsil müddəti 4-5 il olur) almaq mümkündür. Kolleclər
universitetlər nəzdində və ya müstəqil fəaliyyət göstərir. Məsələn, Oksford Univer-
sitetinin nəzdində 30-dan çox kollec fəaliyyət göstərir.
Ali təhsil almağın nisbətən geniş yayılmış forması  
qiyabi təhsildir.
  İngiltərədə
tələbələrin 50%-i bu formada təhsil alır. Bu hal təhsil haqqının yüksək olması ilə bağ-
lıdır. Tələbələr təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalırlar. 
Xarici ölkələrin böyük qismində dövlət ali məktəbləri ilə yanaşı,  
qeyri-dövlət
16


(özəl) təhsil müəssisələri
  də geniş yayılmışdır. Belə ali məktəblər ayrı-ayrı şəxslər,
təhsil korporasiyaları, monopolist ittifaqlar və s. tərəfindən açılır. Məsələn, ABŞ-da
ali məktəblərin yarıdan çoxu özəl məktəblər olub iri korporasiya və monopoliyaların
fondu hesabına maliyyələşir. Yaponiyada bütün ali məktəblərin 72%-i bu cür fəa-
liyyət göstərir və ölkədəki tələbələrin 70%-dən çoxunu əhatə edir. Bəzi ölkələrdə isə
ali təhsil müəssisələri, əsasən, dövlətə məxsusdur (İngiltərə).
Bir çox ölkələrdə  
fərdi qaydada təhsil
  geniş yayılmışdır. Tələbələr özləri üçün
fərdi tədris planı seçir və tyutor-müəllimin rəhbərliyi altında işləyirlər. 
Ali məktəbə qəbulu
, bir qayda olaraq, ali təhsil müəssisələri özləri müsabiqə əsa-
sında aparır. Qəbulda orta məktəbdə alınan ballar həlledici əhəmiyyət kəsb edir. 
Xaricdə ali məktəblər üçün ümumi cəhət tələbələrin mənimsəmələri üzərində
sistemli  
nəzarət
  aparılmasından və təlim göstəricilərinin ciddi şəkildə hesaba alın-
masından ibarətdir. Yoxlama, nəzarət həm universitetdaxili, həm də müvafiq qurum-
lar tərəfindən həyata keçirilir. 
Bəzi ölkələrdə (məsələn, Almaniyada) universitet məzunları iki il ixtisas üzrə
işlədikdən sonra dövlət imtahanı verirlər. Bu dövrdə onlar praktik təcrübə qazanır, ali
məktəb də həmin müddətdə onlara nəzəri və metodik köməklik göstərir.
Universitetlərdə   təhsilin   keyfiyyətinə   yuxarı   qurumlar   tərəfindən   də   nəzarət
edilir. Bəzi ölkələrdə bu işi Təhsil Departamentləri, bəzilərində isə xüsusi qurumlar
həyata keçirir. Məsələn, İngiltərədə ali məktəblərdə yoxlamanı Ali Təhsilin Keyfiy-
yəti Şurası təşkil edir. 
Ali Təhsilin Keyfiyyəti Şurası hər 5-6 ildən bir ali məktəbin son kursunun tələ-
bələrinin   mütəxəssis   kimi   hazırlıq   səviyyəsini   yoxlayır   (akkreditasiya).   Hər   hansı
ixtisas üzrə keyfiyyət səviyyəsi aşağı olarsa, bu halda həmin ixtisasa maliyyə vəsaiti
(başqa sözlə, tələbə qəbulu) dayandırılır.
Son illər xarici ölkələrdə, xüsusən Avropa ölkələrində təhsil, o cümlədən 
ali təh-
sil sahəsində inteqrasiya prosesi
  güclənməkdədir. Avropa Şurasına daxil olan ölkə-
lərin böyük əksəriyyəti (90%-dən çoxu) Boloniya prosesinə qoşulmuşdur. Boloniya
prosesinin şərtlərinə uyğun olaraq ali təhsildə islahatlar aparılır. İslahatla bağlı Av-
17


ropa   Şurasının   Təhsil   və  Ali   Təhsil-Tədqiqat   Komitələrinin   proqramları   hazırlan-
mışdır. Boloniya prosesinə qoşulan ölkələr bu proqramların həyata keçirilməsində
fəal iştirak edir. Həmin proqramların reallaşdırılması Avropa ali təhsil zonası yarat-
mağa, universitet məzunlarının Avropa ölkələrində işə düzəlmə imkanlarını geniş-
ləndirməyə, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınmasına xidmət edəcəkdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə