Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

 
Dərəcələrin
 
tanınması, məzunların işə düzəlməsinin təmin olunması.
 Boloniya
prosesinin mühüm istiqamətlərindən biri ali məktəb məzunlarının işlə təmin olun-
ması, Avropa məkanında iş yerləri ilə bağlı sərbəst seçim, sərbəst hərəkət etmək im-
kanın   yaradılmasıdır. Avropa   təhsil   zonasına   daxil   olan   ölkələrin   universitetlərini
bitirən gənc mütəxəssislərin istənilən ölkədə işləməsi üçün şərait yaradılır, diplomların
və elmi dərəcələrin qarşılıqlı tanınması proseduru həyata keçirilir. 
6.  
Fasiləsiz təhsil və ya ömür boyu təhsil
  – Avropa təhsil zonasının mühüm
elementini təşkil edir. Fasiləsiz təhsilin strukturunda iki mərhələ özünü göstərir: baza
təhsili və əlavə təhsil. Bu yarımsistemlərin hər biri müxtəlif formalarda qurulur: əsas
və paralel, dövlət və qeyri-dövlət təhsil müəssisələri, habelə ixtisasartırma, stajkeçmə,
məsafədən təhsil və s. 
Boloniya prosesinin göstərilən prinsiplərinin kompleks şəkildə həyata keçiril-
məsi respublikamızın ali təhsil sisteminin Avropa təhsil məkanına tam inteqrasiyasını
təmin etməyə imkan verəcəkdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə