Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


İnkişaf  – dəyişmə, bir key- fiyyət   halından   başqasına   keçid   deməkdir.   Şəxsiyyətin   inkişafı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

İnkişaf
 – dəyişmə, bir key-
fiyyət   halından   başqasına   keçid   deməkdir.  
Şəxsiyyətin   inkişafı
  dedikdə,   insanın
müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi və s.) yiyələnməsi və ozünü təkmilləş-
dirməsi  başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib formalaşmır; o, müəyyən
səviyyələrdən keçir (aşağı, orta, yüksək, ideal səviyyə). Psixoloqlar 3-5 yaşlı uşaq-
ların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduqlarını qeyd edirlər.
Şəxsiyyətin inkişafına dair  
iki baxış  
mövcuddur: metafizik və dialektik baxış.
Metafizik baxış
  inkişafa kəmiyyət dəyişməsi kimi baxır, onun mənbəyini (səbəbini)
isə genetik proqramda  axtarır.  
Dialektik baxış
  isə şəxsiyyətin inkişafına  keyfiyyət
dəyişməsi kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır.
Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin
yaranması və həlli təşkil edir. Əksliklərin mübarizəsi, insanın psixikasında köhnə ilə
yeninin arasındakı ziddiyyətlər həyati prosesdə – təlim və tərbiyənin gedişində ya-
ranır və aradan qaldırılır.
Şəxsiyyətin inkişafında həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir.
Əsas xarici ziddiyyət
 – cəmiyyətin və yaşlıların tələbləri ilə insanın mövcud inkişaf
səviyyəsi, davranış forma və vasitələri arasındakı ziddiyyətlə bağlıdır. İnsan qarşıda
duran tələbləri ödəmək üçün öz üzərində işləməli, yeni davranış formalarına yiyələn-
məlidir. 
Əsas daxili ziddiyyət
 – insanın tələbatları ilə imkanları arasındakı ziddiyyət-
dir. İnsan öz tələbatını (ehtiyacını) ödəmək üçün bütün imkanlarını (biliyini, bacarı-
ğını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə tələbatını ödəyir. Bu prosesdə
o, öz inkişafında irəliyə doğru müəyyən addım atır – bu və ya digər keyfiyyətə yiyə-
lənir. Beləliklə, ziddiyyət həll olunur.
Şəxsiyyət 
müxtəlif amillərin
 təsiri ilə formalaşır: irsiyyət, təlim, tərbiyə, təbii və
sosial mühit, insanın özünün şəxsi fəallığı. Bəs, bu amillərdən hansı əsasdır, həlledi-
cidir? Bu sualla əlaqədar 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə