Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə29/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

2. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu
24


İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi
formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünə məxsus rolu vardır.
Bioloji amilin rolu
. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət
qanunu ona öz təsirini göstərir. İrsən fiziki əlamətlər (sifət quruluşu, gözün və saçın
rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, hiss orqanları, baş beynin
xüsusiyyətləri, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir. Bütün bunlar
gələcəkdə insanın xüsusiyyətlərinin, qabiliyyətlərinin, o cümlədən zehni qabiliyyət-
lərinin inkişafı üçün zəmin yaradan təbii imkanlardır. Bu imkanlar orqanizmin inki-
şafı üçün ilkin şərtlərdir, lakin şəxsiyyətin formalaşması üçün həlledici amillər de-
yildir.  İnsanın   inkişafının   sosial   şəraitindən   asılı   olaraq   irsi   imkanlar   şəxsiyyətin
müvafiq qabiliyyətlərinin və psixi keyfiyyətlərinin inkişafı üçün əlverişli zəmin ola
bilər   və   ya   heç   üzə   çıxmaya   da   bilər.  Hər   şey   insanın   düşdüyü   şəraitdən,   sosial
mühitdən, aldığı təhsil və tərbiyədən asılıdır.
İrsi informasiyaların daşıyıcıları genlərdir. Genlərlə hazır qabiliyyətlər ötürülür-
mü?   Bəzi   empirik   faktlar   əsasında   qabiliyyətlərin   irsən   keçməsi   haqda   müəyyən
rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan Baxın 16, Ü.Hacıbəylinin
4   nəslinin   öyrənilməsi   əsasında   bu   nəsillərdə   çoxlu   musiqiçi   olduğu   müəyyən
edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin
256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı olmamışdır.
İnsanın   təbii   imkanları   dəyişməz   deyildir.  Onlar   həyat   şəraitinin,   tərbiyə   və
mühitin təsiri ilə dəyişə bilər.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə