Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə30/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Mühitin rolu
. İnsan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıqdır. O,
müəyyən mühitdə doğulur və böyüyür. Buna görə də istər-istəməz həmin mühitin
təsirinə məruz qalır. “Mühit” anlayışı məzmunca geniş olub, insana təsir göstərən xa-
rici amillər sistemini – insanın həyat və fəaliyyəti üçün zəruri olan təbii və ictimai şə-
raiti əhatə edir.
Mühit insana müsbət və ya mənfi təsir göstərə bilər. İnsanlar üçün yaradılan
əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, təhsil və sağlamlıq ocaqları, əmək və
istirahət şəraiti, insanların bir-birini münasibətləri şəxsiyyətin inkişafına güclü təsir
25


göstərən sosial mühit amillərinə daxildir.
Mühit dedikdə, həm təbii-coğrafi, həm də sosial mühit başa düşülür. 
Təbii – coğ-
rafi mühitə
 insanı əhatə edən atmosfer, biosfer, hidrosfer, habelə müxtəlif növ fiziki
amillər, istilik, maqnit, kosmik təsirlər daxildir. İnsanın fiziki, əqli, estetik inkişafında
hava, günəşi, su, iqlim, relyef, bioloji ritm təsirsiz qalmır.
İnsanın şəxsiyyət kimi formalaşmasına 
sosial mühit
 daha çox təsir göstərir. So-
sial mühit iki cürdür: mikro- və makromühit. Mikromühit insanı bilavasitə əhatə edən
mühitdir (ailə, məktəb, əmək, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cəmiyyət
həyatıdır, geniş sosial mühitdir. İnsanın inkişafına hər iki mühit güclü təsir göstərir.
Kiçik yaşlarda mikromühitin təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən
uşaqların həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur.
Mikromühit geniş sosial mühitin tərkib hissəsidir. Cəmiyyətdə gedən proseslər
ailədə, məktəbdə, əmək kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik
xarakteri, hüququn aliliyi, ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiy-
yətə malikdir. Valideynlərdən biri məşhur fizik Pifaqordan soruşmuşdu: “Övladımı,
tərbiyəli böyütmək üçün mən nə etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız
ədalətli   cəmiyyətdə   yaşayarsa,   heç   nədən   narahat   olmayın,   əks   halda   verdiyiniz
tərbiyənin də müsbət nəticəsi olmayacaq”.
İnsan şəxsiyyətinin formalaşmasında mikro- və makromühitlə yanaşı 
mezamühit
(etnomədəni amillər, yaşayış məskəninin tipi, kütləvi kommunikasiya vasitələri) də
mühüm rol oynayır.
Cəmiyyət həyatı, onun maddi və mənəvi sərvətli tərbiyə işində həlledici şərtdir.
Şəxsiyyətin tələbatlarını, mənəvi sərvətlərini də cəmiyyət müəyyən edir.
Mühitin insana təsirini mütləqləşdirmək olmaz; mühit insanın inkişafını öz-özü-
nə, mexaniki surətdə müəyyən etmir. Mühitin təsirləri insanın özünün inkişaf səviy-
yəsindən,   psixoloji  xüsusiyyətlərindən  asılı  olaraq  dəyişilir. Eyni  mühitdə   (ailədə,
məhəllədə) yaşayan, eyni məktəbdə oxuyan bacı və qardaşların fərqli inkişafı bununla
izah edilə bilər.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə