Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə31/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Tərbiyənin   rolu
.   Şəxsiyyətin   inkişafına   təsir   edən   amillər   içərisində   tərbiyə
26


aparıcı yer tutur. Onun təsiri mühitin təsirindən bir çox cəhətdən fərqlənir:
- Mühit insana  kortəbii, bəzən  də mənfi  təsir göstərdiyi halda, tərbiyə məq-
sədyönlü və planlı təsirdir;
-  Tərbiyə   mühitin   müsbət   cəhətlərinə   istinad   edir,  mənfi   təsirlərini   isə   neyt-
rallaşdıra bilir;
-   Tərbiyə   insanda   mühitin   zərərli   təsirlərinə   qarşı   müqavimət   gücü   forma-
laşdırmağa qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni
dərəcədə məruz qalmır;
-   İnsanın   mühitə   münasibəti,   bir   çox   cəhətdən,   tərbiyə   ilə   şərtlənir,   onunla
tənzim olunur.
Tərbiyə bioloji amillərlə də sıx bağlıdır. O, insanın təbii (irsi) imkanlarının üzə
çıxarılması və inkişafına kömək göstərir.
Tərbiyə   insanın   həyat   və   fəaliyyətini   təşkil   etməklə   onun   maraq   və   qabiliy-
yətlərinin inkişafına əlverişli şərait yaradır. Tərbiyə şəxsiyyəti “layihələşdirir”, onun
ahəngdar inkişafını istiqamətləndirir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə