Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


V mühazirə Ali məktəb didaktikasının predmeti



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə57/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

V mühazirə
Ali məktəb didaktikasının predmeti. 
Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri.
Plan:
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri və funksiyaları
3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları 
4. Təlimin qanunları və prinsipləri
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
Didaktika pedaqogikanın bir hissəsi olub, təlim və təhsil  nəzəriyyəsindən bəhs edir.
Didaktika yunanca “didaktikos” – öyrədən, “didasko” – öyrənən sözlərindən götürül-
müşdür. Bu termin ilk dəfə alman pedaqoqu V.Ratke (XVI əsr) tərəfindən irəli sürül-
müşdür. 
Didaktika elmi biliklər sistemi kimi ilk dəfə görkəmli çex pedaqoqu Yan Amos
Komenski (XVII əsr) tərəfindən işlənmişdir.
Didaktika
  təlim və təhsilin nəzəri əsaslarını tədqiq edən pedaqoji nəzəriyyədir.
Ali məktəb didaktikası
  isə ali məktəb pedaqogikasının tərkib hissəsi, ümumi didak-
tikanın bir sahəsidir. Onun 
obyekti
 ali məktəbdə təlim-təhsil, habelə tələbə gənclərin
peşə-ixtisas hazırlığı prosesidir. 
Predmeti
 isə ali məktəbdə təlim-təhsil prosesinin qa-
nunauyğunluqlarını aşkara çıxarmaq, tələbə gənclərin peşə-ixtisas hazırlığının səmə-
rəli yollarını öyrənməkdən ibarətdir.
Ali   məktəb   didaktikası   ümumi   pedaqogikanın   kateqoriya   və   anlayışlarından
(pedaqoji proses, tərbiyə, şəxsiyyətin inkişafı, pedaqoji fəaliyyət, pedaqoji texnolo-
giya və b.) istifadə edir. Lakin onun özünəməxsus  
kateqoriya və anlayışlar sistemi
vardır. Buraya təhsil, təlim, tədrisetmə (öyrətmə), təhsilalma (öyrənmə), özünütəhsil,
fasiləsiz təhsil, təlim texnologiyası, təlim diaqnostikası, təhsilin məzmunu  və b. da-
xildir. Bunlardan əlavə ali məktəb didaktikası təlimin məqsədi, qanunları, prinsipləri,
məzmunu, vasitə və metodları, təşkili formaları, nəticələri, təlim diaqnostikası, təlim
texnologiyaları və s. kateqoriyalara da istinad edir.
48


Ali məktəb didaktikası qarşısında bir sıra 
vəzifələr
 durur. Onları bir neçə qrupda
birləşdirmək olar:
1.
Təlimin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi: nə məqsədlə öyrətmək
və   öyrənmək
?   Bu   suallara   cavab   tapmadan   didaktika   təlim   və   təhsilin   digər   mə-
sələlərini həll edə bilməz. 
2.
Təhsilin məzmununun müəyyənləşdirilməsi: nəyi öyrətmək və öyrənmək
? Bu
məsələlər “Təhsilin məzmunu” mövzusunda nəzərdən keçirilir.
3.
Təlimin vasitə və metodlarının müəyyənləşdirilməsi: necə öyrətmək və öyrən-
mək
?. Bu məsələlər “Təlim metodları və vasitələri”, “Təlimdə nəzarət və qiymətlən-
dirmə” mövzularında nəzərdən keçirilir.
4.
Təlimin səmərəli  təşkili formalarını  müəyyənləşdirmək:  hansı formada öy-
rətmək və öyrənmək
?. Bu məsələlər “Təlimin təşkili formaları” mövzusunda nəzərdən
keçirilir.
Didaktikanın qarşısında duran vəzifələri, onun həll etməli olduğu problemləri
kompleks halda, qarşılıqlı əlaqə və asılılıqda götürmək mühüm şərtdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə