Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


şəxsiyyət baxımından yanaşma prinsipi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

şəxsiyyət baxımından yanaşma prinsipi
 şəxsiyyətin pe-
daqoji   prosesdə   obyekt   və   subyekt   kimi   götürülməsini,   onun   ahəngdar   inkişafını,
kollektiv və şəxsiyyətin qarşılıqlı əlaqəsini, təlim-tərbiyə işində şəxsiyyətin tələbat,
maraq və daxili fəallığından, şəxsi mövqeyindən çıxış etməyi nəzərdə tutur. 
Pedaqogikanın metodologiyası onun  
digər elmlərə əlaqəsində
  də özünü gös-
tərir. Ali məktəb pedaqogikası bir çox elmlərə sıx bağlıdır: fəlsəfə, etika, estetika,
psixologiya, anatomiya və fiziologiya, genetika, kibernetika, iqtisadi nəzəriyyə və s.
Fəlsəfə
 başqa elm sahələrində olduğu kimi, ali məktəb pedaqogikasının da nə-
zəri-metodoloji   əsasını   təşkil   edir.   Fəlsəfə   pedaqogikanı   metodoloji   ideya   və
baxışlarla,   mənəvi-estetik   dəyərlərlə,   pedaqoji   anlayış   və   kateqoriyaların,   qanun,
prinsip və metodların fəlsəfi duyumu ilə zənginləşdirir.
Ali məktəb pedaqogikası  
psixologiya
  elmi ilə daha çox bağlıdır. Tələbə gənc-
lərin psixi proseslərini, şəxsiyyət kimi inkişaf qanunlarını nəzərə almaqla pedaqogika
təlim-tərbiyə işini, yüksək  ixtisaslı  mütəxəssislərin hazırlanması  məsələlərini daha
uğurla həll etmək imkanı qazanır.  
Ali   məktəb   pedaqogikası   psixologiyanın   müxtəlif   sahələri   və  
digər   elmlərlə
əlaqəlidir. Çünki tələbə gənc  bir çox elm sahələrinin  obyekti kimi  çıxış edir. Ali
məktəb pedaqogikası: 
-   Pedaqoji   psixologiya   ilə   (pedaqoji   təsirlərlə   tələbə   psixikasında   baş   verən
dəyişiklikləri, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin, insan münasibətləri və
5


davranış motivlərinin formalaşmasının qanunauyğunluqlarını və psixoloji mexanizm-
lərini öyrənir);
- Yaş psixologiyası ilə (yaşla bağlı psixi dəyişmələri öyrənir);
- Sosial psixologiya ilə (tələbələrin bir-birilə və müəllimlərlə qarşılıqlı müna-
sibətlərini, kollektiv münasibətləri öyrənir);
-  
Sosiologiya ilə
  (sosial münasibətləri, tələbələrin sosial tərkibi, müəllimlərin
sosial statusu və rolu, peşələrə bələdləşmə və s. məsələləri öyrənir);

Kibernetika ilə
 (mürəkkəb dinamik sistemlərdə idarəetmə prosesini, informa-
siyaların ötürülməsi və mənimsənilməsi mexanizmlərini öyrənir);
Ali məktəb pedaqogikası birbaşa və dolayısı ilə, demək olar ki, 
bütün elm sahə-
ləri ilə
 əlaqədardır. Ayrı-ayrı elmlərlə bağlı olan fənlər (dil, ədəbiyyat, tarix, fizika, ri-
yaziyyat, kimya, biologiya, coğrafiya və b.) və onların tədrisi məsələləri  pedaqo-
gikanın bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir.
Pedaqogikanın başqa elm sahələri ilə əlaqəsi qarşılıqlı səciyyə daşıyır və yeni
elm sahələrinin yaranması üçün əsas verir. Məsələn, belə əlaqə sayəsində təhsil və
tərbiyə fəlsəfəsi, pedaqoji psixologiya, psixopedaqogika, təhsil iqtisadiyyatı, təhsil
menecmenti və s. elm sahələri yaranmışdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə