|
Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarovaali-mekteb-pedaqogokasi-muhazire-1docPedaqoji tədqiqatın metodikası
tədqiqatın texnologiyasını, bütün mərhələlərini özündə əks etdirir. Tədqiqatın metodi-
kasında, şərti olaraq, üç mərhələni fərqləndirmək olar:
- Hazırlıq mərhələsində tədqiqatın nəzəri məsələləri araşdırılır: tədqiqatın ob-
yekti, predmeti (nəyi öyrənmək?), məqsədi (nəyə nail olmaq?), vəzifələri (məqsədə
çatmaq ümün hansı işləri görmək lazımdır?), tədqiqatın problemi (həlli tələb olunan
məsələ) müəyyən edilir, fərziyyə (problemin həlli yolları) müəyyənləşdirilir.
- İcra mərhələsində tədqiqat metodlarının köməyi ilə pedaqoji faktlar toplanıb
tədqiq edilir və müvafiq nəticələr çıxarılır. Həmin nəticələr zəruri halda eksperiment
və təcrübə ilə yoxlanılır.
- Yekun mərhələsində tədqiqat materialları kəmiyyət və keyfiyyət baxımından
təhlil olunur, fərziyyənin düzgün olub-olmaması aydınlaşdırılır. Tədqiqat materialları
pedaqoji nəzəriyyə əsasında şərh edilir, yeni qanunauyğunluqlar müəyyən olunur.
Dostları ilə paylaş: |
|
|