Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Ali məktəb pedaqogikasının kateqoriyaları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

2. Ali məktəb pedaqogikasının kateqoriyaları
Ali məktəb pedaqogikası ümumi pedaqoji anlayış və kateqoriyalara istinad edir.
Pedaqoji anlayış və kateqoriyalar pedaqoji faktların, hadisə və proseslərin ümumi və
mühüm əlamətlərini əks etdirən təfəkkür formalarıdır. Kateqoriyalar nisbətən geniş
anlayışlar olub, bir neçə anlayışı özündə birləşdirir. Məsələn, “şəxsiyyətin inkişafı”
kateqoriyası   şəxsiyyət,   psixi   inkişaf,   şəxsiyyətin   təşəkkülü   və   formalaşması   kimi
anlayışları özünə daxil edir.
Pedaqogikanın, o cümlədən ali məktəb pedaqogikasının kateqoriyalarına peda-
2


qoji  proses,   tərbiyə,   təhsil,   təlim,   tədrisetmə,   öyrənmə,   özünütəhsil,   özünütərbiyə,
şəxsiyyətin inkişafı və s. daxildir. Onların mahiyyətini qısaca nəzərdən keçirək.
Pedaqoji proses
  daha geniş kateqoriya olub, bir çox kateqoriya və anlayışları
(tərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı, özünütəhsil, özünütərbiyə və s.) özündə
birləşdirir, onların vəhdətini nəzərdə tutur. 
Tərbiyə  
– insan şəxsiyyətinin məqsədyönlü, sistemli və planlı şəkildə forma-
laşması prosesinin idarə edilməsi və onun nəticəsidir. O, iki mənada – geniş və dar
mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (əvvəlki nəsillərin
əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi
kimi başa düşülür. Bu halda tərbiyə bioloji, sosial təsirləri, o cümlədən tərbiyə, təhsil
və təlimi də özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə dedikdə isə məktəbdə
və ailədə verilən tərbiyə (o cümlədən təlim və təhsil) başa düşülür.
Özünütərbiyə
  insanın   məqsədyönlü   və   planlı   şəkildə   öz   üzərində   işləməsi,
şəxsiyyətini   təkmilləşdirməsi   prosesidir.  Özünütərbiyə   tərbiyə   ilə   paralel   getməli,
tədricən onu əvəz etməlidir.
Tərbiyə prosesi, bir qayda olaraq,  
yenidəntərbiyə
  ilə müşayiət olunur. Yeni-
dəntərbiyə   insanın   şüur,   xarakter   və   davranışında   kök   salmış   mənfi   halların,
keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir.
Tərbiyə bir çox yollarla, o cümlədən təhsil və təlim yolu ilə həyata keçirilir.
Təhsil
  insanın   sistemləşdirilmiş   bilik,   bacarıq   və   vərdişlərə   yiyələnməsi,   bu
zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun
nəticəsidir. Təhsil müxtəlif yollarla – təlim və özünütəhsil yolu ilə (eləcə də onların
vəhdəti ilə) əldə edilir.
Özünütəhsil
  insanın   öz   zehni   inkişafı   ilə   müntəzəm   məşğul   olması,   idrak
tələbatlarını ödəməsi prosesidir. Özünütəhsil təlimlə yanaşı getməli, bir-birini tamam-
lamalıdır. 
Təlim
 müəllimin rəhbərliyi altında təhsilalanların sistemləşdirilmiş bilik, baca-
rıq   və   vərdişlərə   yiyələnməsi   prosesidir.  Təlim   iki   fəaliyyət   növünə   –   müəllimin
öyrətmə   (tədrisetmə)   fəaliyyətinə   və   tələbənin   öyrənmə   (təhsilalma)   fəaliyyətinə,
3


onların vəhdətinə əsaslanır. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə