Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Boloniya Deklarasiyasının əsas müddəaları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Boloniya Deklarasiyasının əsas müddəaları
  nədən ibarətdir? Onları qısa şə-
kildə nəzərdən keçirək.
1.
İki-üçpilləli ali təhsil sisteminin tətbiqi.
 Boloniya prosesi ümumavropa ali təhsil
məkanı   üçün  ümumləşdirilmiş  ixtisaslar   strukturunun  işlənib   hazırlanmasını  nəzərdə
tutur. Buna uyğun olaraq Azərbaycanın ali təhsil pilləsində üçmərhələli struktur həyata
keçirilir:   bakalavriat,   magistratura,   doktorantura.   Elmi   dərəcələrin   verilməsində   də
Avropa modeli əsas götürülür: bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru.
2.
Kredit sisteminin tətbiqi
.
  Boloniya prosesi kredit sisteminə əsaslanır (kredit
latınca “creditum” – borc deməkdir). Tələbə ixtisas üzrə tədris planında müəyyən
edilmiş fənlərdən nəzərdə tutulmuş saatları yerinə yetirməklə kredit ballarını topla-
malı, imtahanları verməlidir. O, tədris planındakı fənləri hər semestr üçün özü seçir
və illik fərdi tədris planı tərtib edir. Hər semestrdə 30 kreditə qədər fənn seçməklə
25.VI-dan 10.VII-dək fərdi tədris planı tutulur (kreditlərin sayı 38-i aşmamaqla) və
18


dekanlığa təqdim olunur. 1 kredit 22,5 saatdır; onun 15 saatı auditoriya məşğələlə-
rinə, 7,5 saatı auditoriyadankənar müstəqil işə ayrılır. Həftədə auditoriya dərsləri 30
saat (gündə 6 saat), auditoriyadankənar iş 15 saat (gündə 3 saat) hesabı ilə planlaşdı-
rılır. Tələbə kredit saatlarını yerinə yetirdikdən sonra keçdiyi fənlərdən imtahan verir.
Tələbə hər fənn üzrə imtahana qədər və imtahanda azı 51 bal toplamalıdır; bu baldan
aşağı olduqda o, krediti toplamamış hesab olunur.
Müəyyən fəndən akademborcu qalan tələbələr üçün yay semestri təşkil oluna
bilər (6 həftəlik). Bu müddətdə müəllim mühazirə və məşğələlər yolu ilə tələbələrə
proqram materiallarını təkrar keçir. Növbəti semestrin  əvvəlində  həmin  fənn  üzrə
təkrar imtahan götürülür. Bu dəfə də kəsilən tələbələr həmin fənni növbəti ildə yeni-
dən keçməli olurlar (dərs gününün bir növbəsində, məsələn, I növbədə öz məşğələ-
lərində, digər növbədə – II növbədə isə aşağı kursda akademborcu qalan fənnin məş-
ğələlərində iştirak edirlər).
Növbəti tədris ili üçün fərdi plan tərtib edərkən tələbə buraya, ilk növbədə, əv-
vəlki ildən (illərdən) akademborcu qalan fənləri daxil edir.
Tələbə təhsil müddətində ixtisasdan asılı olaraq 200 – 250 kredit toplamalıdır.
O, bu kreditləri 7 ilə toplaya bilməsə, bəzi fənlərdən – ümumpeşə və ixtisas fənlə-
rindən topladığı kreditləri itirir və onları yenidən toplamalıdır (mühazirə  və məş-
ğələlərdə yenidən iştirak etməli, imtahanları yenidən verməlidir).
Tələbələr fənni və müəllimi seçmək hüququna malikdirlər. Hər hansı fənn üzrə
lazımi sayda tələbə seçim etməsə, həmin fənn illik fərdi plana daxil edilmir. Əgər
normadan çox tələbə müəyyən fənni seçirsə, bu halda ikinci qrup yaradılır və əlavə
müəllim dəvət edilir.
3.
Təhsilin keyfiyyətinə nəzarət.
  Boloniya prosesi təhsilin keyfiyyətinə nəzarət
mexanizmlərinin tətbiqini, bu məqsədlə təhsil sistemində Akkreditasiya Agentliyinin
yaradılmasını  nəzərdə tutur. Azərbaycan  Respublikasında  Təhsil  Qanununa əsasən
(16-cı   maddə),   təhsil   müəssisələrinin   akkreditasiyası   xidməti   yaradılır.   Təhsil
Nazirliyinin dövlət akkreditasiya xidməti təhsilin keyfiyyətinə nəzarəti həyata keçirir,
təhsilin keyfiyyət səviyyəsini qiymətləndirir. 
19


Mobilliyin   genişləndirilməsi.
  Boloniya   prosesi   Avropa   təhsil   məkanına   daxil
olan   ölkələrin   tələbə,   magistr,  doktorant   və   professor-müəllim   heyətinin   qarşılıqlı
əməkdaşlığını, tələbələrin Avropa universitetlərində sərbəst təhsil almasını, mütəxəs-
sislərin istənilən Avropa ölkəsində işləməsi üçün imkan yaradılmasını nəzərdə tutur.
Bu məqsədlə ali məktəblərin tələbə və mütəxəssislərinin Avropa təhsil məkanında
sərbəst və çevik hərəkətini – mobilliyini (mobillik latınca “mobilic” – mütəhərrik,
çeviklik deməkdir) təmin etmək vacib şərtdir. 
5.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə